M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə53/184
tarix20.04.2022
ölçüsü0,71 Mb.
#85740
1   ...   49   50   51   52   53   54   55   56   ...   184
muhazire FELSEFEyeni

Materiyanın hərəkətinin ali formasını bütövlükdə və tam şəkildə aşağı formaya endirmək, azaltmaq olmaz – tutaq ki, yalnız fiziki-kimyəvi xassələrdən çıxış edərək, materiyanın quruluşunun bioloji səviyyəsinin keyfiyyət xüsusiyyətlərini nəzərə almadan, biotəkamülü, təbii seçməni inkar etməklə və s. bioloji prosesləri təsvir etmək olmaz. Eyni ilə insan cəmiy­yətinin inkişafını da yalnız bioloji qanunauyğunluğa əsasla­naraq, sosial inkişafın xüsusiyyətlərini nəzərə almadan başa düşmək mümkün deyildir.

Hərəkətin keyfiyyətcə müxtəlif formaları arasındakı genetik əlaqənin inkar edilməsi maddi gerçəkliyin bu və ya digər obyektlərinin elmi tədqiqindəhəqiqətin cidditəhrifinə gətirib çıxara bilər.

Fəlsəfəni həmişə predmetin keyfiyyətinin dəyişməsi, yəni onun əsas xassələrinin dəyişməsi müşahidə olunan hərəkət növləri maraqlandırmışdır. Predmetin xassələri qaldıqca o özü olaraq qalır. Oxuduğun dərsliyin kağızları sarala bilər, yazılar pozular, çirklənə bilər, ancaq nə qədər ki, mətni oxumaq mümükündür o öz keyfiyyətini saxlayır – dərslik olaraq qalır. Bu keyfiyyətlər itdikdə isə kitab artıq kitablıqdan çıxır və başqa şeyə çevrilir – kirli kağız parçası olur. Lakin predmetin dəyişikliyi prosesində keyfiyyət yalnız yox olmur, bu vaxt predmet yeni keyfiyyər də kəsb edə bilər. Deyirlər ki, nə vaxtsa meymunlar insana çevrilmişlər, südəmər, düşüncəsiz uşaq çox vaxt ağıllı yetkin olur, kareta avtomobilə çevrilir və s. Bundan başqa keyfiyyətin dəyişməsinin həm geriyə dönən (su-buz-su), həm də geriyədönməz (uşaq-yeniyetmə) ola - bilər sonuncu dəyişiklik növü inkişaf adlanır.

Beləliklə, inkişaf – geriyədönməz keyfiyyət dəyişikliyidir. Belə hesab olunur ki, inkişaf həm mütərəqqi, yəni artan mürəkkəbliklə və obyektin nizamlanması ilə baş verən, həm də tənəzzül – obyektin cırlaşması, onun dağılması, məhv edilməsi və s. kimi olur.

, Sinergetik dünya­görü­şünün yaratdığı irəliləyişi aşağıdakı kimi ifadə etmək olar: Kainatda dağılma və yaranma, tənəzzül və təkamül prosesləri ən azı bərabər surətdə mümkündür; yaranma proseslərinin (mürəkkəbliyin və nizamlılığınartması) onların həyata keç­dikləri sistemin təbiətindən asılı olmayaraq vahid alqoritmləri vardır.

Beləliklə, sinergetika hər hansı universal mexanizmin açılmasına iddialıdır – onun köməyi ilə həm canlı, həm də cansız təbiətdə öz-özünə yaranma həyata keçir. Öz-özünə yaranma, təşkil olma deyərkən sistemin azdan daha mürəkkəb və nizamlı formaya öz-özünə keçməsi başa düşülür. Buradan belə qənaətə gəlinir ki, sinergetikanın obyekti heç də istənilən sistem yox, yalnız ən azı iki şərti ödəyənlər ola bilərlər; onlar açıq olmalıdırlar, yəni ətraf mühitlə maddələr və ya enerji mübadiləsi etməlidir; onlar qeyri-taraz olmalıdır, yəni termo­dinamik tarazlıqdan uzaq vəziyyətdə olmalıdırlar.




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə