M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə55/184
tarix20.04.2022
ölçüsü0,71 Mb.
#85740
1   ...   51   52   53   54   55   56   57   58   ...   184
muhazire FELSEFEyeni

9 DİALEKTİKA
Dialektikanın özünəməxsus tarixi vardır. Dialektika qarmaqarışıq, nizamsız, dövrəvi, funksional olan istənilən hərəkəti qəbul etməklə yanaşı, onların hərə­kə­tindəki qayıtmazlığı, istiqamətliliyi, sistemin keyfiyyətcə dəyişilməsinə aparan hərəkətlərə xüsusi diqqət verir və onları inkişaf kimi xarakterizə edir. Dialektika metod olmaq etibarı ilə metodoloji funksiyaları yerinə yetirir və dialektik məntiqin prinsipləri kimi qəbul edilən bir sıra prinsipləri formula edir. Onlardan ən başlıcaları olan hərtərəflilik, tarixilik və zid­diyyətlilik prinsiplərini göstərmək olar. Dünya və idrakın öyrənilməsinə dair konsepsiyalardan və ya metodlardan ən qədimi metafizikadır. Metafizika yunanca fizikadan sonra mənasını verir və o, e.ə. I əsrdə Aristotelin əsərlərinin nəşriçisi samoslu Androninin elmə daxil etdiyi anlayışdır. O, Aristotelin varlığın və idrakın ümumi problemlərindən bəhs edən əsər­lərini «Metafizika» adlandırmışdır. Metafizika təbiəti təd­qiq etmək, öyrənmək metodu kimi Yeni dövr fəlsəfəsində forma­laşmışdır. O, təbiəti öz tərkib hissələrinə parçalayaraq, həmin hissələrdən hər birini ayrılıqda, dəyişikliksiz və inki­şafdan kənarda öyrənmək metodundan ibarət olmuşdur.

Deyilənlərdən belə ümumi nəticəyə gəlmək olur ki, dia­lek­ti­ka hərəkət və inkişaf haqqında elm və universal idrak metodu olmaq etibarı ilə öz alternativlərindən keyfiyyətcə fərqlənən bir elmdir. Onun bir elmi sistem olmaqla qanun və kateqoriya apa­ra­tı, onların bir – biri ilə qarşılıqlı əlaqələri, nizam­lılığı və sis­tem­liyi vardır. Məlum olduğu kimi, kerçək­liyin hansı sahəsini öyrənib öyrən­məməsindən asılı olmayaraq hər bir elmdə təkcə qanunlardan deyil, həm də müəyyən kateqoriyalardan– yəni ümu­mi anlayışlar sistemindən istifadə edilir.

Dünyanın fəlsəfi anlayış tərzi yalnız varlığın əsas “blok­la­rı­nı” təqdim etmir, həm də onların müxtəlif əlaqəsini, inkişafını yenidən yaratmağı nəzərdə tutur. Lakin dünyanın bütöv nəzəri obrazını (əksini) yaratmaq çox çətin iş oldu. Bu məsələnin həll edilməsi əsrlərlə uzandı və inkişaf haqqında ən ümumi, yetkin və hərtərəfli təlim olan dialektikanın forma­laşması ilə sıx bir – birinə qarışdı. Çoxdan başlanan bu fəlsəfi axtarış indi də davam edir. Bir - birilə bağlı olan və bütöv dünyanın dərindən dərk edilməsi, onun dəyişməsinin və inkişa­fının mühüm ənə­nə­lə­ri­nin, elmlərin və praktikanın məsə­lələrinin başa düşülməsi üçün, bəşəriyyət qarşısında bu gün duran kəskin problemlərin həll edilməsi və dərk edilməsi üçün zəruridir.

Dialektika yaradıcı mübahisə incəsənəti, inkişaf haqqında ən ümumi, yetkin və hərtərəfli təlimdir Dialektika (yunan sözü olub - dialektike techne - söhbət etmək, düşünmək, mühakimə etmək incəsənətidir) anlayışı fəlsəfə tarixində müxtəlif mənalarda işlənmişdir. O, qədim yunan mədəniyyətində yaranmışdır - burada antik demok­ratiyanın inkişafı ilə mübahisə etmək, sübut etmək, inandırmaq, öz düzgünlüyünü əsaslandırmaq və bununla dövlət, məhkəmə və başqa işlərin müzakirəsində çoxlu tərəfdarlar əldə etmək yüksək qiymətləndirilməyə başlandı. B. e. ə. V əsrin sonu IV əsrin əvvəllərində dialoq aparmaq böyük ustalıq və xüsusi hazırlıq tələb edirdi. Antik təsəvvürlərə görə, dialoq incəsənəti tələb edir ki, onun iştirakçıları bir - birinə suallar versinlər, alternativ nöqteyi - nəzəri anlamağa cəhd etsinlər və öz şəxsi mövqelərinin üstünlüyünü sübut etsinlər. Mühakimə müsa­hibləri ayıran bir fikirdən başqa fikrə doğru hərəkət edir - bu vaxt qarşılıqlı razılaşma əsasında onların baxışlarının qətiliyi zəifləyir, yumşalır, mövqeləri yaxınlaşır və daha düz olur. Nəticədə birtərəfli fikirlər, mülahizələr dəf edilir, müxtəlif nöqteyi - nəzərlər nəzərə alınır, siyasi və ya başqa hadisələrin, hüququ, əxlaqi normaların və s. daha düzgün anlaşılması işlənib hazırlanır. Dialektika deyərkən, mübahisə incəsənəti, diskussiya, müzakirə olunan mövzunu yaradıcı inkişaf etdir­mək bacarığı başa düşülürdü.

İctimai polemika (mübahisə) praktikası dialoqun böyük ustası, polemika prosesində fikrin inkişafına bir sıra ümumi üsullar işləyib hazırlamış Sokratın təlimində öz fəlsəfi inikasını (ifadəsini) tapmışdır. Sokrat dialektikaya müxtəlif və hətta əks fikirlərin toqquşması və razılaşması yolu ilə həqiqətin üzə çıxarılması incəsənəti kimi baxırdı. O, ümumi anlayışların (həqiqət, mərdlik, gözəllik) mənası haqqında elmi söhbətlərin (dialoqların) aparılmasını təcrübədən keçirmişdir. Bu söh­bətlərin məqsədi anlayışların (gözəl qız, gözəl at, dəniz, quru vuruşmalarında, mülki işlərdə mərdlik) tipik olmayan hadi­sələrdə istifadəsindən onların müəyyənliyi üçün ümumi tələb olunan istifadəyə keçmək idi. Sokratın təcrübəsini ümumi­ləşdirən, onun şagirdi Platon dialektikanı anlayışların analizi və sintezi metodu kimi, fikrin müxtəlif konkret mənasından ümumi anlayışlara -həqiqi mövcud olanları ifadə edən - ideyalara hərəkəti kimi təqdim edir.

Bir tərəfli verilən və buna görə də bu və ya digər məsələnin bəsit anlaşılması fikirlərinə münasibətində Sokrat istehza metodundan istifadə edir - müsahibini qismən düz olduğunu etiraf etməyə təhrik edir. Filosof dialoq incəsənətini mayevtika (yunan sözü olub - maieutike - mamaçalıq incəsənəti) adlan­dırırdı, güman edirdi ki, dialoq yeni olan, mübahisə başlayanda olmayan, ancaq müzakirə prosesində yaranan nə isə yeni həqiqətin doğulmasına kömək edir. Bu cür yanaşmanı bəzən evristik (yunan sözü olub - heurisko - açıram, axtarıram) də adlandırırdılar. Bununla qeyd olunurdu ki, yeni qərar, cavab - dialoq iştirakçılarının özünəməxsus yaradıcılığı nəticəsidir. Fikrin inkişafı, məsələnin daha dərindən anlaşılması zid­diyyətlərin həll edilməsi yolunda fikirlərin toqquşmasında müxtəlif, hətta zidd yanaşma ilə ümuminin aydınlaş­dırıl­masında və müxtəlif fikirlərin müəyyən razılığının yaran­masında yetişir.

Dialektika mübahisə incəsənəti kimi orta əsrlərdə də inkişaf etmişdir. Orta əsrlər dialektikasının zirvəsi Pyer Alberyarın əsərləri oldu. O “Hə və yox” kitabını antik nümu­nədə qurmuşdur, yəni müəllimin verdiyi suallar və şagirdin verdiyi cavablar sistemi əsasında yazmışdır. Müəllim bilə - bilə, qəsdən şagirdləri düzgün olmayan nəticəyə gətirir, sonra isə dəf edilməz, qarşısı alınmaz və şübhəsiz dəlillərlə onların fikrini rədd edirdi, öz nöqteyi - nəzərini qəbul etməyə məcbur edirdi. Orta əsrlərdə mübahisə incəsənəti təbliğçilik (mübəl­liğlik) ustalığı vasitəsi kimi, başqa cür fikirləşənləri dəlillərinin rədd etmək metodunun işlənib hazırlanması vasitəsi kimi yayılırdı. Bu cür məhdud məqsədli olmasına baxmayaraq o, Avropa mədəniyyətinə müəyyən töhvə vermişdir və bizim günlərdə də yaradıcı elmi, fəlsəfi, iqtisadi, hüquqi və digər diskussiyalarda istifadə olunan müasir dialoq formasının yaranmasına kömək etdi.

Əsrlərlə yığılan dialektik polemika mədəniyyətinin - mürəkkəb problemləri müzakirə etmək bacarığını, müxtəlif, çox vaxt zidd nöqteyi - nəzərləri dəqiqləşdirmək, anlamaq, aşkar etməyi bacarmaq - keçici olmayan əhəmiyyəti vardır. Yaradıcı dialoqun dialektikasının məqsədi - opponentin əzil­məsi, məhv edilməsi yox, ziddiyətin həll edilməsi gedişində mürəkkəb problemlərə düzgün, əsaslı yanaşmağa cəhd et­məkdir.

Vaxt getdikcə dərk olundu ki, fikirlərin toqquşması və ziddiyətlərin dialektik həll edilməsi üsulu yalnız real adamların canlı mübahisəsi şəraitinə tətbiq edilmir - o, həm də müxtəlif vaxtlarda, müxtəlif ölkələrdə, sosial sistemlərdə, mədəniy­yətlərdə qəbul edilmiş ziddiyətli baxışlar, mövqelər, fikir istiqamətlərinin təhlili üçün də vacibdir. Mətnlər və digər informasiya vasitələri bir - birindən uzaq və hətta bizdən əvvəl yaşamış adamlarla real və ya fikir polemikasına girməyə imkan verir. Nəsillərin, dövrlərin, mədəniyyətlərin, milli, siyasi, dini, fəlsəfi ənənələrin, məktəblərin dialoqu da mümkündür. Müxtəlif tərəflərin mübahisəsinin sxemi bir adam tərəfindən ümumi cizgilərlə və həqiqət axtarmaq prosesində işlənib hazırlanır. Tədricən belə bir baxış yetişdi: yaradıcı təfəkkür öz məğzinə görə dialoqludur. Belə bir şeyə də nail olundu ki, dialektika yalnız insan təfəkkürünə xas deyildir. İnsanlar arasındakı narazılığı həll etmək üsulu varlığın mürəkkəb şəraitində yaranan mübahisələri həll etmək üçün də əvəz olunmaz üsuldur. Yaradıcı mübahisə vərdişi varlığın real çox­cəhətliliyini və hərəkətliliyini, dəyişkənliyini anlamağa kömək edirdi. Real aləmin bu xüsusiyyətləri çoxdan qeyd olunub, ancaq onların dərk olunmasında hər dəfə çətinliklər yaranır.




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə