M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə56/184
tarix20.04.2022
ölçüsü0,71 Mb.
#85740
1   ...   52   53   54   55   56   57   58   59   ...   184
muhazire FELSEFEyeni

Dəyişikliyi anlamağın çətinliyi - varlığın bütün forma və növləri dəyişikliyə məruzdur. Nə qədər az olsa da dəyişiklik üçün vaxt lazımdır: bu vaxt ərzində predmet (hadisə, proses) bir sıra xassələrini itirir, yenisini qazanır. Mürəkkəb və dəyişən dünyanın fəlsəfi dərk edilməsi çoxdan çətinliklə, ziddiyətlə qarşılaşır. Uzun zaman belə hesab olunurdu ki, kosmos, bitkilər, canlılar, adamlar dəyişməzdir. Dünyanın dəyişkənliyi haqqında baxışlar nə vaxtsa böyük kəşf oldu. Dünyanın dəyişməsi haqqında fikirlər qədim Çin, Hindistan, Yunanıstan fəlsəfi təlimlərində söylənmişdir. Qədim filosoflar hərəkətin müxtəlif formaları, növləri haqqında elmi məlumatlara malik deyildirlər, bununla belə ümumi məğzi - varlığın hərəkətli olması xarakterini - düzgün tutmuşdurlar. Bunu ilk kəşf edənlərdən biri Heraklit olmuşdur. Dünya ona “canlı od” və ya axın (çay) şəklində təsəvvür olunurdu: iti axan çaya “iki dəfə girmək” olmazdı. Həmişə axan, hərəkətdə olan dünyada vaxt keçdikcə hər şey öz xüsusiyyətini itirir, öz əksinə çevrilirdi: nəm, yaş quruyur, quru isə nəmlənir; soyuq və isti, canlı və ölü və.s bir - birinə keçir.

Varlığın dəyişkənliyi haqqında fəlsəfi baxışlar çoxlu müşahidələrlə möhkəmlənir, insanların həyat təcrübəsi ilə razılaşdırılır. Güman edilir ki, bir dəfə kəşf ediləndən sonra bu həqiqət sonradan tamamilə mübahisəsiz qəbul ediləcəkdir. Ancaq dünyanın fəlsəfi dərk edilməsi tarixində hər şey daha mürəkkəbdir. Adamları əhatə edən hər şeyin dəyişkənliyi hər bir adamın göz qabağındadır, aydındır, lakin bir çox təlimlərdə bu müşahidə etdiyimiz gerçəkliyin yalnız xarici, səthi xüsusiyyəti kimi qiymətləndirilir. Varlığın dərin səviyyəsi, mənası, məğzi isə sabit hesab edilirdi. Onların güman etdikləri sürətlə hərəkət etmək qabiliyyətində bir sıra təhlükə görünür: bununla sanki insan mövcudluğunun hər cür müəyyənliyi, qətiliyi, ümidliliyi, bilik və fəaliyyəti istisna olunur (kənar edilir). Heraklitin varlığın hərəkətliliyi haqqında təliminin nəti­cəsində varlığı sabit, dəyişməz kimi anlamaq qarşıya qoyuldu (Eleya məktəbi).

Beləliklə, dünyanın dəyişkən və ya sabit olması sualı ilə qarşılaşan qədim filosoflar ona iki bir - birinə əks cavablar verdilər. Onlardan kim düz idi? Biz artıq qeyd etmişik ki, varlığın dəyişkənliyi haqqında baxışlar gündəlik praktika və təcrübənin böyük məlumatlarına əsaslanır. Ancaq əks nöqteyi - nəzərin də çox ciddi əsası var. Hadisənin hər cür dəyişkənliyi ilə yanaşı ona bir sıra sabitlik də xasdır. Az və ya çox vaxt ərzində onda baş verən dəyişikliyə baxmayaraq şey özü - özlüyündə qalır. Yaşa dolduqca insanın xarici görünüşü, onun orqanizminin fizioloji funksiyaları, sağlamlığı ilə yanaşı, eyni zamanda təcrübəsi, daxili aləmi, marağı dəyişir, lakin insan yenə də həmin insan olaraq qalır.

Təbii və ictimai varlıqdakı bütün dəyişiklikdə hadisələrin xarici hərəkətliliyini - sabitliyi, saxlanılan strukturu, prosesləri, xüsusiy-yətləri - görmək çətin deyildir. Belə ki, bir - birini əvəz edən, dəyişən yay, payız, qış, yaz oxşar deyil. Lakin ilin vaxtının dəyişməsi öz - özünə sabitdir: o, dövrü prosesdir və təkrar olunur. Sabitlik - nəslin davam etməsini nəzərə almaqla - insanın doğulmasından ölümünə qədərki ümumi həyat dövrü, prosesidir. Belə çıxır ki, qoyulan suala verilən iki bir - birinə zidd cavabları nə qeyri - şərtsiz qəbul etmək, nə də qeyri - şərtsiz atmaq olmaz.

Varlığın hərəkəti, dəyişkənliyi haqqında baxışlarda bu cür çətinliklər özünü həmişə göstərir. Hələ qədim yunan filosofu Zenon özünün məhşur aporiyaları ilə mexaniki hərəkəti anlamağın çətinliyini göstərdi, aşkar etdi. O, belə bir mühakimə yürüdür: əgər təsəvvür etsək ki, uçan ox hər bir an müəyyən bir yerdədir (elə bil yerə nisbətən sükunətdədir), onda belə çıxır ki, hərəkət mümkün deyildir: axı sükunətlərin cəmi sükunəti verir. Digər anoriyalarında da paradoksal formada buna bənzər ziddiyətlər var: hərəkətin fikri təhlili gözlə­nilmədən müşahidə zamanı əyani qəbul etdiyimiz aydınlıqdan kəskin ayrılan nəticələrə gətirib çıxarır. Sükunətdə qalaraq ox uçur, Axilles tısbağaya çata bilmir. Əgər Kratil hərəkətin fasiləsizliyini qeyd edirdisə, Zenon isə əks xüsusiyyətə - fasiləliyə diqqət yetirmişdir. Axı eyni zamanda eyni bir predmet haqqında iki bir - birinə əks fikirlər doğru ola bilərmi? Qarşımızda yuxarıda müzakirə etdiyimiz mübahisənin tipik vəziyyəti - bu dəfə nəzəri mübahisə varlığın xarakteri haqqında - durur. Bu tip sadə olmayan məsələlərin həlli yolunun axta­rı­şında qədim filosoflar dialektikanı – mühakimə etmək üsulunu inkişaf etdirmişlər; bu vaxt əks mövqelər atılmır, biri digərini tamamlayır, zənginləşdirir, tarazlaşdırır. Sonralar Hegel bu şəraiti - tezis - antitesiz - sintez - formulunda ifadə etmişdir.

Dialektika ziddiyətləri dərk etməyə, anlamağa yol açırdı; dəyişikliyin mənasını anlamağa cəhd edərkən insan fikri mütləq bu ziddiyyətlə toqquşur. Eyni bir predmetə müxtəlif, eyni zamanda əks nöqteyi - nəzər yalnız insanların, onların mövqelərinin müxtəlif olması ilə yaranmır. O həm də varlığın öz xüsusiyyəti ilə: predmetlərin çoxcəhətliliyi, “tamamilə zidd, əks” xassələrin, qüvvələrin, meyllərin onlarda birləşməsi ilə şərtlənir. Məhz ona görə də fikirlərdəki “ziddiyyət” və hətta onların əks olması bir çox hallarda reallığa “həmahəngdir”, “uyğundur”. Dünyanın dialektikası fikirlərin dialektikası vasi­təsilə başa düşülür, dərk olunur. Onların mürəkkəb “qatışığını” təbəqələrə ayırmaq, ondan “dünya - insan” münasibətini (fəlsəfə üçün tipik olan vəziyyət) ayırmaq mümkün deyildir. Onlar sıx ittifaqda inkişaf edirlər.

Dialektik fikrin təkmilləşməsi mürəkkəb, dəyişən dünyanı dərindən və tam anlamağa imkan verir. Dialektik axtarışa biga­nə olan fəlsəfi təlimlər üçün varlığın hərəkətliliyi “axarlılığı” əlçatmazdır, anlaşılmazdır. Dialektikanın qıtlığı heç də mütləq hərəkətin inkar edilməsinə aparmır. O hərəkətin sadəcə olaraq artan, azalan, eyni şeyin təkrarlanması kimi sadə şərhində, hər bir hərəkətdən dövrü kimi bəhs edəndə təzahür edə bilər. Dəyişikliyin daha mürəkkəb forması - inkişafın aydınlaş­dırıl­masında prinsipial çətinliklər meydana çıxır.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə