|
 M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formalarıStruktur əlaqələri. Sistemlik prinsipi-
|
səhifə | 61/184 | tarix | 20.04.2022 | ölçüsü | 0,71 Mb. | | #85740 |
| muhazire FELSEFEyeni 1Struktur əlaqələri. Sistemlik prinsipi-Dünyanın fəlsəfi aydınlaşdırılmasında mühüm yeri çoxdan dünyanın “quruluşu” (təşkili) məsələsi tutur. Şeylər nədən təşkil olunub və onlar dağılanda, parçalananda nəyə çevrilirlər? Çoxsaylı və müxtəlif, çoxcəhətli predmetlər nə isə vəhdət təşkil edirlərmi? Təkcə və ümumi varlıqda hansı yeri tutur? Xaotik toplanan, yığılan predmetləri (hadisələri, prosesləri) qaydaya salınan, müəyyən şəkildə bağlı olarların məcmusundan nə fərqləndirir? Hələ qədim fəlsəfi təlimlərdə yaranan bu məsələlər əbədi xarakter kəsb etdi. Biliklərin, təcrübənin inkişafı ilə onların şərhi dəyişdi, daha yetkin, dolğun və dərin cavablar axtarılması həyata keçirildi. Bu gün də - başqa formada, başqa əsasda bu mövzu ətrafında düşüncələr davam edir.
Dostları ilə paylaş: |
|
|