M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları


a) hissə və tam. Tamlıq (bütövlük) prinsipi



Yüklə 0,71 Mb.
səhifə62/184
tarix20.04.2022
ölçüsü0,71 Mb.
#85740
1   ...   58   59   60   61   62   63   64   65   ...   184
muhazire FELSEFEyeni

a) hissə və tam. Tamlıq (bütövlük) prinsipi

Bir çox əsrlər əvvəl belə bir inam yaranmışdı ki, bu və ya digər predmeti başa düşmək – onun nədən təşkil olunduğunu bilmək deməkdir. Varlığın “quruluşunu” başa düşmək üçün hər şeydən əvvəl, həm də uzun vaxt “ sadə - mürəkkəb”, “hissə - tam” fəlsəfi anlayışların köməyindən istifadə olunmuşdur. Bu cür kateqoriyalar bir - biri ilə sıx bağlıdır, sadəcə olaraq uzun müddət hissəsi olmayan sadə kimi, sadə tərkib hissələrə ayrıl­mış hissələrdən təşkil olunmuş mürəkkəb kimi düşünülürdü. Hissə dedikdə elə “predmetlər” başa düşülür ki, öz məc­musunda yeni, daha mürəkkəb predmetləri yaradır. Tama isə bu və ya başqa predmetlərin hissələrinin birləşməsinin nəticəsi kimi baxılırdı. Sadələşdirilmiş mexaniki baxışlara uyğun olaraq tam öz hissələrinin sadəcə cəmi hesab olunurdu.

Lakin hər şeylə maraqlanan, hər şeyi bilmək istəyən ağıl görür ki, tam hansısa səbəblərə görə onun hissələrinin cə­mindən (bir yerdə götürülmüş) nə isə böyükdür. Əslində isə, gələcək binanın, gəminin, paltarın hissələrini yığımı hələ bina, gəmi, paltar deyildir. Bizim günlərə qədər qədim yunan fəlsəfəsindən şərti olaraq “Tezeya gəmisi” adlanan düşüncələr gəlib çatmışdır. Tezeya uzun gəmi səfərinə çıxır. Dənizçilər gəminin təmiri prosesində gəminin köhnəlmiş, sürtülmüş hissələrini tədricən yeniləri ilə əvəz etdilər (vəziyyət bizim günümüzdə də real olan şeydir: avtomaşın, televizor və s.). Nəticədə karıxma, çaşıb qalma sualı yaranır: belə hesab etmək olarmı ki, bu artıq başqa gəmidir və ya ona elə həmin gəmi kimi baxmaq olar. İkinci cavaba meyl etməklə biz qeyri - iradi etiraf edir ki, gəmi heç də öz hissələrinin yığımı deyildir, ancaq özündə nə isə tamı təqdim edir.

Mürəkkəb predmetlərin (elementarlıq) hissələrinə diqqət sirli tamın (holizim) qarşısındakı təəccübə qarşı dayanır. Tamın (məsələn, canlı orqanizm) sirrinin müəmmasının həllindəki çətinliklər çox vaxt mistik izaha aparır.

Tədricən elmdə və fəlsəfədə belə bir inam yaranır ki, tamın xassəsi onu təşkil edən hissələrin xassələrinin yığımına uyğun gəlmir. Ancaq tamın sirrinin nədən ibarət olması qaranlıq qalırdı. Metafizik təfəkkür əsasında bu suala cavab vermək mümkün olmur. Onun cavabının açarını dialektika verir: tamın sirri, onun hissələrin sadə cəminə uyğun gəlməməsi pred­met­ləri mürəkkəb kompleksdə birləşdirən əlaqəsində, hissələrin qarşılıqlı təsirindəndir. Beləliklə, bilik və praktikanın inki­şafında böyük rol oynayan tamlıq prinsipi kəşf edildi, yarandı.

Vaxt gedikcə anlamaq mümkün oldu ki, hissələrin əla­qəsinin müxtəlif tiplərinə tamın müxtəlif tipləri uyğun gəlir. Belə ki, quruluş (kristal, arxitektura tikililəri), işləmə, fəaliyyət (maşınların işləməsi, orqanizmin həyatı), inkişaf (bitki, embirion) əlaqərinə tamın bir - biri ilə sıx bağlı olan struktur, funksional və genetik tipləri uyğun gəlir. Başqa sözlə desək, tam mürəkkəb daxili quruluşa malik olan (şəxsiyyət, cəmiyyət, bioloji populyasiya) obyektlərin ümumiləşmiş xarakteristikası kimi, hissələrin, onların çoxcəhətli qarşılıqlı əlaqəsinin vəhdəti kimi çıxış edir. Müasir elmi və fəlsəfi təhlildə, o cümlədən gerçəkliyin dərk olunmasının başqa formalarında tamlıq prin­sipinin rolu son dərəcə böyükdür. Bu prinsipə istiqamətlənmə idrakın əvvəlki mərhələlərində üstünlük təşkil edən ele­mentarizm (mürəkkəbin sadə tərkib hissələrə bölünməsi), mexanisizm (tamın yalnız hissənin cəmi kimi anlaşılması), reduksionizm (inkişaf səviyyəsinə görə daha yüksək olan mürəkkəbin sadəyə endirilməsi) – kimi izah etmə üsullarının məhdudluğunu dəf etməyə imkan verir.

“Hissə - tam” kateqoriyalarının əlaqə anlayışı ilə zən­ginləşməsi yeni kateqoriyaların- element, struktur, sistem – tədricən formalaşmasına yol açdı. Əlaqə anlayışı ilk növbədə müxtəlif obyektlərin nizama salınması üsulları haqqında baxış­ların dəqiqləşdirilməsinə və inkişafına təkan verdi.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə