M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə68/184
tarix20.04.2022
ölçüsü0,71 Mb.
#85740
1   ...   64   65   66   67   68   69   70   71   ...   184
muhazire FELSEFEyeni

S  N1 N2  N3 N4

Səbəb – nəticə münasibətlərinin ən mürəkkəb forma­larından biri fiziklər və kimyaçılar tərəfindən qurulmuş zən­cirvari reaksiya modelində təqdim olunur. Onlardakı hadisənin gedişi “domino” prinsipi üzrə gedir, ancaq hər bir nəticə bir deyil, iki və ya daha çox hadisələr üçün səbəb olur. Bu da öz növbəsində yeni “dəstə” hadislər yaradır və s. Bu cür səbə­biyyət sxemi ilə zəncirvari kimyavi reaksiya inkişaf edir, nüvə enerjisinin kütləsinin partlaması baş verir.

Səbəbiyyət əlaqəsi birbaşa (məsələn, bir şarın başqasına dəyməsindən) və ya vasitəli ola bilər. Sonuncuya misal elektrik enerjisinin istehlak edilməsinin (sərf edilməsinin) artmasından meşələrin məhv olması; elektrik enerjisi istehlakının artması istilik elektrik stansiyalarının gücünün artmasına, elektrik stan­siyasında sıxılan karbon qazının kəmiyyətinin və istehsalının artması və buna müvafiq olaraq atmosferə kükürdün atıl­ma­sının çoxalması, borulardan çıxan qazlarla havanın oksigeninin qarşılıqlı təsiri, sulfat turşusu damcılarının yaranması, aero­zolun köçürülməsi, turşu yağışının tökülməsi və ağacların bitdiyi torpağın turşuluğunun artmasına aparır.

Qarşılıqlı təsir - bir istiqamətli hadisə - səbəb nəticə əla­qəsinə nisbətən daha mürəkkəb əlaqə tipidir. Bu vaxt hadisə - səbəb öz nəticəsi tərəfindən əks təsir hiss edir, səbəb və nəticə qarşılıqlı bir - birinə təsir edir, eyni vaxtda həm səbəb, həm də nəticə rolunu yerinə yetirirlər (torpaq, bitki, iqtisadiyyat - siyasət).



Şərait - bu predmetin daxili əlaqəsi və mühiti təqdim edən xarici amildir ki, bunlar vasitəsilə səbəb hadisələri və əlaqə­lərinin inkişafı mümkündür. Daha əsaslı səbəb amillərindən ayrı götürülərkən, onlar öz–özünə nəticə yarda bilmirlər. Lakin onlarla səbəb daxil edilən potensial imkanın gerçəkliyə çev­rilməsi şərtlənir ki, bu da onların səbəbin əsasına daxil olmasını müəyyən edir.

Belə ki, 1933-cü ildə Almaniyada dövlət quruluşunun kök­lü dəyişməsi üçün siyasi şərait imkanı yetişmişdi. Bu imkanın gerçəkliyə çevrilməsi Hitlerin rəhbərliyi ilə nasional – sosia­listlərin həyata keçirdikləri siyasi çevriliş nəticəsində mümkün oldu. Faşistlərin dövlət hakimiyyətinə gəlməsi şə­raitini təhlil edərkən tarixçilər əsas səbəb kimi cəmiyyəti siyasi böhran şəraitinə gətirmiş dərin sosial – iqtisadi prosesi qəbul edirlər. Lakin bundan başqa, onlar çevriliş imkanının ger­çək­liyə çev­rilməsinin konkret şəraitini mütləq nəzərə alırlar. Bu şəraitdən biri koministlərin və sosial – demokratların ittifaqının möh­kəmlənməsinə mane olan III İnternasional rəhbərlərinin səhvi oldu. Bu şəraitin dəyişməsi, fəhlə sinfinin bu iki parti­yalarının arasındakı əməkdaşlığın möhkəmlən-dirilməsi faşist­lərin haki­miyyətə gəlməsinin qarşısını ala bilərdi, Almaniyanın siyasi inkişafında real mövcud olan digər imkanın həyata keçməsinə kömək edə bilərdi. Səbəb və şəraitin fərqi nisbidir.



Bəhanə-öz-özünə bu və ya başqa nəzərdən keçirilən nəti­cəni törətməyən hadisədir, ancaq bütün səbəbiyyət kom­plek­sinin fəaliyyətini açan məkan, impuls (qeyri–iradi hərəkət), "işə salınan mexanizm" kimi işləyir. Belə ki, nasional – sosia­list­lərin Almaniyanın ali dövlət orqanının–reyxstaqın binasında törətdikləri yanğın kommunist və sosial-demokrat par­tiya­larının rəhbərlərinin həbs edilməsi və təcrid edilmələri üçün bəhanə oldu. Əslində isə faşistlərin törətdikləri siyasi çevrilişin səbəbi onlar tərəfindən qəsdən düzəldilmiş yanğın deyildir.

Bərabər olmayan vəziyyətin xarakterik xüsusiyyəti (təbiət­də, cəmiyyətdə, mexanikada və s.) ondan ibarətdir ki, lap kiçik hadisə mürəkkəb, bəzən güclü və hətta fəlakətli proseslər üçün təkan ola bilər. Bunlara misal: qar uçqunu, səbəb zəncirindəki hansısa "axırıncı damcı" üstündə baş verən böyük texniki fəlakət hadisələri ola bilər. Nüvə silahı müasir dünyada bərabər olmayan vəziyyəti yaradır ki, yalnız pis fikir deyil, özündən asılı olmayaraq buraxılan səhv nüvə zərbəsi vurmaq üçün bəhanə ola bilər.



Səbəbiyyət əsasınəticə törədən bütün vəziyyətlərin (hadi­sə­lərin) məcmusudur. O, müxrəlif determinist səviyyəli ha­disələri:əslində hadisələri, şəraiti, bəhanəni, stimulu özündə birləşdirir. Müxtəlif səbəbiyyət amillərinin və səbəb əlaqə­lərinin daha mürəkkəb formalarının kəşf edilməsi (açılması) səbəbiyyət təsirinin kompleks xarakterinin aydınlaşdırılmasına gətirib çıxartdı. Özünü təşkil edən sistemin səbəbiyyət determinasiyası olduqca mürəkkəb xarakter daşıyır. Burada özünü determinasiya - sistemin yalnız mühitin təsiri ilə deyil, həm də onun öz əvvəlki vəziyyətinin təsiri ilə şərtlənən vəziyyəti mühüm rol oynayır.

Səbəb və nəticə arasındakı əlaqə yalnız zəruri, qəti şərt­lənmiş deyil, həm də təsadüfi, ehtimal xarakteri daşıya bilər. Səbəb – nəticə əlaqələrinin ehtimallağını dərk etmək səbə­biyyət təhlilinə dialektikanın yeni kateqoriyalarını: təsadüf və zərurət, imkan və gerçəklik, qanunauyğunluq və s. – daxil et­mə­yi tələb edir.

İdrak prosesində də səbəb və nəticə kateqoriyalarının əhəmiyyəti vardır. Hər bir nəzəriyyə, yəni öyrənilməsindən asılı olmayaraq, tədqiq etdiyi hadisənin baş verməsi səbəblərini hökmən aydınlaşdırılmalıdır. Çünki müəyyən hadisənin baş verməsnin səbəblərini bilmək onu irəlicədən görməyə kömək edir, hətta bir çox hallarda bu və ya digər prosesin gedişinə fəal surətdə təsir göstərməsinə imkan verir.

Səbəb və nəticə əlaqələrinin müəyyənləşdirilməsinin insan-ların əməli fəaliyyəti üçün böyük əhəmiyyəti vardır. Məsələn, xəstəliyin səbəbini bilmədən ona qarşı müvəffəqiyyətlə müba­rizə aparmaq mümkün deyildir. Həyatda müxtəlif arzuolunmaz, mənfi hadisələri aradan qaldırmaq üçün, ilk növbədə onları törədən səbəbləri müəyyənləşdirmək və onları aradan qaldır­maq lazımdır.

Səbəb və nəticə əlaqəsindən bəhs edərkən bəhanə kate­qoriyasını da nəzərə almaq lazımdır. Bəhanə öz-özlüyündə heç vaxt nəticə törətmir, çünki bəhanənin hadisənin mahiyyəti ilə əlaqəsi olmur, ona görə də səbəblə bəhanəni bir-birindən ayırmağı bacarmaq lazımdır.

Fəlsəfədə səbəbiyyət əlaqəsini qəbul edən təlim deter­mi­nizim adlanır. Determinizim ideyası hələ qədim dövr fəlsə­fəsində yaranmışdır. Sonra bu ideya öz inkişafını yeni dövrün təbiətşünaslığında tapdı. Lakin bu dövrdə təbiətşünaslığın inkişaf səviyyəsinə uyğun olaraq determinizm mexaniki xa­rak­ter almışdır. Bu isə səbəbiyyət formalarının mütləqləşdirilməsi, yalnız mexaniki səbəb əlaqələrinin qəbul edilməsi, sə­bə­biy­yətlə zərurətin eyniləşdirilməsi, təsadüfün isə inkar edilməsi demək idi. Səbəbiyyətin bu cür izahı isə fatalizmə, yəni hər şeyin qabaqcadan fövqətəbii qüvvə tərəfindən müəyyən edilməsi haqqındakı dini-idealist təlimə gətirib çıxarır. Elmin inkişafı nəinki təbiətdə, cəmiyyətdə də bu cür səbəbiyyəti rədd edir.

Şeylərin təbii gedişinin obyektiv səbəbiyyətə, qanunauy­ğun­luğa tabe olması haqqındakı təlim determinizm (latınca– determinare sözündən olub müəyyən etmək mənasını verir) adlanır. Deter­minizmə qarşı obyektiv səbəbiyyəti, zərurəti, qanunauyğunluğu inkar edən təlim– indeterminizm durur. Maddi aləmdə səbəbiyyət ən ümumi, universal xarakter daşıyır. Səbəbiyyətsiz bir hadisə yoxdur və ola da bilməz. Fəlsəfədə determinizm obyektiv amillərin təsiri altında predmetin ob­yektiv əlamətlərinin yaranması və formalaşmasıdır. Səbəbiyyət gerçəkliyin özünə xasdır və insan tərəfindən idrak və praktika prosesində aşkara çıxarılır.

Determinizm– obyektiv hadisələrin ən ümumi asılılığı (şərt­lənməsi) haqqında olan təlimdir. Dünya haqqında həmin təsəvvür­lərin əsasında bütün hadisələrin qarşılıqlı əlaqəsi durur ki, bu da bir tərəfdən, dünyanın substansional vəhdətinin tə­zahürü və onun real­laşdırılması üsulu, digər tərəfdən isə inki­şafın universal xarakterinin ilk şərtləri və nəticəsidir. Deter­minizmin çıxış kateqoriyaları əlaqə və qarşılıqlı təsir anla­yışlarıdır. Bütün hadisələrin ən ümumi qarşılıqlı əlaqə­lərinin mövcudluğu determinizm prinsipinin çıxış şərtləridir. Deter­minizm universal qarşılıqlı əlaqələrin mövcudluğunu etiraf edən və həmin universal əlaqələrdən kənarda bu və ya digər şey və hadisənin mövcudluğunu inkar edən ümumi təlimdir. Lakin determinizm prinsipinin məzmunu bununla bitmir. Fəlsəfi deter­minizm təbiətin müəyyən konsepsiyasını və səbə­biyyət, zərurət qanunauyğunluqları ilə ifadə olunan deter­minasiya münasibətlərinin strukturunun bəzi cəhətlərini də əks etdirir.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə