M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə70/184
tarix20.04.2022
ölçüsü0,71 Mb.
#85740
1   ...   66   67   68   69   70   71   72   73   ...   184
muhazire FELSEFEyeni

İmkan və gerçəklik. İmkan bu və ya başqa hadisənin, prosesin yaranmasının ilkin şərti, onun potensial mövcudluğudur. Beləliklə, imkan və gerçəklikhadisələrin inkişafının iki ardıcıl mərhələsi, onun səbəbdən nəticəyə doğru hərəkəti, təbiətdə, cəmiyyətdə və tə­fəkkürdə səbəbiyyət münasibətlərinin formalaşmasının iki mərhələsidir. Imkan və gerçəkliyin əlaqəsinin bu cür an­la­şılması hər cür hadisənin inkişaf prosesinin obyektiv ayrıl­mazlığını əks etdirir.

Hər bir konkret prosesdə imkanın gerçəkliyə çevrilməsi, adətən, həm zərurət, həm də təsadüfi səbəb – nəticə əlaqəsində həyata keçir. Buradan belə çıxır ki, gerçəklik özündə müxtəlif imkanlar təcəssüm etdirir, çoxlu, nəinki zəruri, həm də təsadüfi xassələri saxlayır.

İmkan hər bir prosesin başlanğıc momenti, gerçəklik isə prosesin nəticəsidir. İmkan hələ yetişməyən, nizamlanmayan və gerçəkliyə çevrilməsi üçün kifayət qədər səbəblərə malik olmayan mahiyyətdir. İmkan hazırda olanın gələcəyidir, yəni mövcyd şəraitdə hələ yaranmamış olan, lakin başqa bir şəraitdə yarana və mövcud ola biləcək hadisədir. Gerçəklik həyata keçən imkandır. İmkan və gerçəklik vahid prosesin qanu­nauyğun hərəkətinin iki bir-birilə vəhdət təşkil edən, lakin müxtəlif, bir-brinə əks olan tərəflərini əks etdirir. İmkan və gerçəklik arasındakı vəhdət ondan ibarətdir ki, onalr eyni bir mahiyyətin tərəflərini əks etdirir. Əkslik isə ondan ibarətdir ki, imkan həyata keçməmiş mahiyyəti özündə əks etdirdiyi halda, gerçəklik həyata keçmiş mahiyyəti əks etdirir.

İmkan və gerçəklik inkişaf prosesnin mühüm tərəflərini əks etdirir - hər bir yeni gerçəklikdə təzahür etməzdən əvvəl köhnənin daxilində bir imkan kimi mövcud olur. Həmin imkanın gerçəkliyə çevrilməsi isə inkişaf prosesidir. Lakin bu çevrilmənin baş verməsi üçün müvafiq şərait olmalıdır. Məsə­lən, hər bir buğdadan yeni buğda almaq imkanı vardır.Yəni hər bir buğdanın yenidən cücərmək, sünbülə çevrilmək imkanı vardır. Lakin bütün bunlar üçün əlverişli şərait olmalıdır. Çünki əlverişli şərait olmadıqda, imkan imkanlliğında qalaraq gerçəkliyə çevrilmir.

İmkanla gerçəklik arasında dialetktik əlaqə vardır. Bu əlaqə ondan ibarətdir ki, bunlar bir-birinə keçə bilir.Yəni imkanla gerçəklik arasındakı sərhəd daim dəyişir. İmkanlar öz məzmununa görə real və formal imkana ayrılır. Real imkan formal imkandan onunla fərqlənir ki, real imkanda gerçəkliklə olan bütün əlaqələr obyektiv surətdə mövcud olur. Lakin for­mal imkan gerçəklikdən uzaq olan imkandır, yəni formal imkanda gerçəklik ilə olan əlaqələr birtərəfli, qeyri-mühüm əlaqələr olur. Ona görə də praktiki olaraq, formal imaknı imkansızlıq hesab etmək olar.

Real imkanlarda iki formada, yəni mücərrəd və konkret formada olur. Mücərrəd imkan inkişafın başlanğıc mərhələsini ifadə edir. Mücərrəd imkan da mahiyyət ilə formalaşmamış olur. Çünki mücərrəd imkanın gerçəkliyə çevrilməsi üçün, mahiyyət hələ öz formalaşmasında bir sıra mərhələlərdən keçməlidir. Mövcud şəraitdə mücərrəd imkan konkret imkanın sanki əsasını təşkil edir. İnkişaf yeni şəraitdə mahiyyət for­malaşdıqdan, şərait yetişdikdən sonra mücərrəd imkan konkret imkana, daha sonra isə yəni şərait yarandıqda konkret imkan gerçəkliyə çevrilə bilir. Deməli, konkret imkan mücərrəd imkandan onunla fərqlənir ki, konkret imkan inkişafın gedişi tərəfindən hazırlanır və müəyyən şəraitdə gerçəkliyə çevrilir. Qeyd etmək lazımdır ki, mücərrəd imkan konkret imkana çevrilə bildiyi kimi konkret imkan da mücərrəd imkana çevrilə bilir. Belə bir vəziyyətin yaranması da şəraitlə bağlıdır.

İmkan ilə gerçəklik inkişafın iki tərəfi kimi, inkişafın çıxış momenti və nəticəsi kimi bir birinə nisbi surətdə əksdir. İnkişaf isə hadisələr silsiləsi təşkil etdiyinə görə bu silsilənin hər bir halqası birinə nisbətən çıxış momenti və digərinə nisbətən nəticədir: həm imkandır, həm də gerçəklik. İmkan və gerçəklik bir– birinə keçsələr də onları qəti fərqləndirmək lazımdır.

İmkanlar müxtəlif olur. İki növ imkanı– abstrakt (formal) im­kan ilə real imkanı bir-birilə qarışdırmaq olmaz. Müəyyən qanu­nauyğunluğun olması ancaq abstrakt, formal imkanı şərtləndirir ki, bu da həmin konkret tarixi şəraitdə hələ ger­çəkliyə çevrilə bilməz, çünki onun gerçəkliyə çevrilməsi üçün ilkin şərait yoxdur, əməli fəaliyyətdə formal imkana arxa­lanmaq olmaz ki, guya hər şey mümkündür. Əməli fəaliyyətdə yalnız mövcud şəraitdən, mövcud olan və fəaliyyət göstərən qanunauyğunluqdan irəli gələn real im­kana arxalanmaq la­zımdır. Lakin obyektiv qanunauyğunluğun möv­cud olması hələ heç də bu və ya başqa bir real imkanın meydana çıxması üçün kifayət deyildir. Həmin qanunauyğunluğun məhz müəy­yən formada təzahürünə kömək edəcək şərait lazımdır.

İmkanlar eyni zamanda konkret olur. Konkret imkan maddi sistemin inkişafının müəyyən mərhələsində, müvafiq şəraitin olması sayəsində mövcud olan imkandır. Əgər bütün zəruri şərait olmazsa, hətta ən real imkan da əldən qaçırılır və bu imkan gerçəkliyə çevrilə bilmir. Məsələn, toxumda bitkiyə çevrilmək imkanı vardır, lakin bunun üçün ilin müəyyən bir vaxtında onu yumuşaldılmış nəm torpağa əkmək, müvafiq temperaturun olması və s. lazımdır. Bir çox toxumlar zəruri şərait olmadığına görə cücərmir. İmkanlar içərisində elələri də vardır ki, onlar zəruri xarakter daşıyır və gec– tez reallaşır. İctimai həyatda imkanların gerçəkliyə çevrilməsi üçün insanların əməli fəaliyyəti olduqca zəruridir. Bu kateqo­riyaların düzgün başa düşülməsi, elmdən uzaq olan idealist və habelə subyektivizmi, volyuntarizmi, inkişafın obyektiv məntiqi ilə hesablaşmaq istəməyənələri ifşa etməyə yardım göstərir.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə