M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə71/184
tarix20.04.2022
ölçüsü0,71 Mb.
#85740
1   ...   67   68   69   70   71   72   73   74   ...   184
muhazire FELSEFEyeni

Determinizm konsepsiyası. Determinizm – sözün geniş mənasında dünyanın elə konsepsiyasıdır ki, (dünyada baş verən dəyişikliyi izah etmək üsulu) o, səbəbiyyət və qanunauyğunluq prinsiplərinə əsaslanır. Determinizmin müxtəlif formaları səbəbiyyət və qanunların müxtəlif tipləri ilə şərtlənir.

Uzun illər filosoflar və alimlərin fikirlərinə mexaniki deter­minizm hakim kəsilmişdir - bu da səbəbiyyət əlaqəsini eyni­tipli, eyni mənalı (yəni zəruri) və daimi kimi anlamağa əsas­lanırdı. Səbəbiyyət zərurətlə eyniləşdirildi, təsadüfə isə baxmırdılar, belə hesab edirdilər ki, o, ümumiyyətlə mövcud deyildir (Demokrit, Spinoza və b). Mexaniki geterminizm üçün səbəbiyyət əlaqəsi anlayışında təsadüfi çox qəti inkar etmək və determinizmin ehtimal və statistik formasını nəzərə almayan Nyuton tipli qanunlar (klassik mexanikanın qanunları) xarak­terikdir.

Mexaniki determinizmin xüsusiyyəti həm də ondan iba­rətdir ki, determinizmə xarici səbəblərdən (şəraitdən) törəyən kimi baxılırdı. Belə ki, Nyuton mexanikasında yaradılan fiziki səbəbiyyət sistemində bütün proseslər hərəkətin əvvəlki vəziyyəti və kənardan təsir göstərən qüvvələrlə müəyyən olunur. Daha sonra, bir halda ki, determinasiyaya eyni mənalı kimi baxılır, buradan maddi sistemin və ümumiyyətlə Kainatın gələcəkdəki (və ya keçmişdəki) vəziyyətini qabaqcadan dəqiq xəbər vermək imkanı haqqında nəticə çıxır. Bu aşağıdakı kimi əsaslandırılır: Kainatın vəziyyəti böyük də olsa parametrin son sayları ilə müəyyən edilir. Əgər bu parametrlərin sayı hər hansı anda məlumdursa, eyni zamanda zamanla onların törəməsi məlumdursa onda bu parametrlərin keçmiş və gələcək zamanda əhəmiyyətini hesablamaq olar. Bu cür anlamanı bəzən me­xaniki determinizm ideyasını dəqiq formulə etmiş fransız alimi Laplasın adı ilə Laplas determinizmi adlandırırlar.

Idrakın inkişafı, xüsusilə XIX–XX əsrlərdə, bu cür anlaş­manın məhdudluğunu inandırıcı sürətdə aşkar etdi. Belə bir baxış möhkəmləndi ki, determinasiya yalnız xarici səbəblərdən törəmir, o yalnız işin kəmiyyət tərəfi ilə yox olmur və eyni mənalı və yaxşı müəyyən olması vacib deyildir. Indeterminizm hadisələrin qanunauyğunluğunu və səbəbiyyət şərtlənməsini inkar edən konsepsiyanın inkişafı nəticəsində meydana çıxdı. Belə ki, XIX əsrin sonu və XX əsrin əvvəllərində fizikada mexaniki materializmin böhranı (nəticə: "materiya yox oldu") özündə mexaniki və ya metafizik determinizmin böhranını da birləşdirdi. Artıq fəlsəfə sahəsində deyil, elmin əsasında sə­bəbiyyət əlaqəsi və qanunlar haqqında alimlərin baxışları dia­lektikcəsinə başa düşüldü, dərk edildi.

Səbəbiyyət prinsipinin dialektikləşdirilməsi, deyildiyi kimi, müxtəlif istiqamətlərdə gedirdi. Mexaniki materializmə sə­bəbiyyətin sadə sxemi səbəb və nəticə arasındakı eynimənalı əlaqə kimi düşünülürdü. Belə hesab edirdilər ki, eyni səbəb həmişə eyni nəticəni törədir, hər bir səbəbdən eynimənalı şəkildə törəyən vahid nəticə var. Səbəbiyyətin sadə sxeminin dəqiqləşdirilməsi, onun dialektika ilə doldurulması belə baş verirdi: əvvəlcə şəraitin yolu dərk olundu: eyni şəraitdə ayrılan səbəb eyni nəticəni törədir. Sonra aydın oldu ki, eyni cür səbəb, şərait və nəticə olmur. Ona görə də sonrakı dəqiqləşmə baş verir : oxşar səbəb oxşar şəraitdə həmişə oxşar nəticə törədir.

Nəhayət, "həmişə" sözü daha dəqiq "çox vaxt" sözü ilə əvəz edilir: oxşar səbəb oxşar şəraitdə çox vaxt oxşar nəticə törədir. Bununla Nyuton determinasiyasından (səbəbdə - bir imkan) səbəb və nəticə (səbəbdə bir sıra imkanlar) arasındakı çoxlu eynimənalı uyğunluğa, statistik determinasiyaya keçid baş verir. Bu dəyişkənliyi, inkişafı çoxvariantlı edir ki, bu da keçidin öz başına olması, determinasiyanın olmaması demək deyildir. Başqa sözlə desək, determinizmin başa düşülməsi olduqca elastik, determinizmin yeni tipləri üçün açıq kimi və bununla yanaşı o qədər aydın çıxış edir ki, indeterminizm baxışlarını kənar edir. Determinizmin dialektik materialist konsepsiyasına əsasən səbəb və nəticə möhkəm və eyni mənalı əlaqə ilə, yəni zəruri şəkildə mütləq bağlı olmamalıdır. Bu əlaqə statistik ehtimal xarakteri daşıya bilər, onda determinizm forması statistikdir.



Statistik determinasiya – determinasiyanın başqa tiplərinə uyğun olaraq fərdi determinasiya olmuş çox saylı elementlərin qarşılıqlı təsirinin nəticəsidir. Statistik determinasiya bir sıra alternativi olan şəraitə (vəziyyətə) aiddir. Təsadüfi hadisələrin ehtimallığının, reallığının qəbul edilməsi, eyni zamanda qanun anlayışının dialektikcəsinə yenidən dərk edilməsi ilə nəticə­ləndi. Ilk baxışda elə gəlir ki, təsadüf prinsipcə determinizmi inkar edir. Lakin onun öz qanunları, öz şərtləri vardır. Dialektik-materialist determinizm özünə təsadüfi daxil edir. Təsadüf oyununda son nəticə müəyyən şəraitdən, müəyyən qanunlarla yaranır. Belə ki, kvant nəzəriyyəsində "eyni cür" fiziki şərait çox saylı müxtəlif vəziyyətlə müşahidə oluna bilər. Təsadüf oyunu qanunların Nyuton tipinə tabe olmur, o statistik determinasiya olunur. Başqa sözlə desək, kavant mexanikası determinizmin Nyuton formasını qəti məhdudlaşdırır. O, səbə­biyyəti və qanunauyğunluğu deyil, onların qəti formalarını inkar edir.

Qanunauyğunluq prinsipi tələb etmir ki, hər bir fərdi hadisə eyni cür baş versin. Universal qanunauyğunluq (kollektiv nizama salma) bir sıra münasibətlərdə fərdi istisnalıqla, qeyri - müntəzəmliklə uyğunlaşa bilər. Bu inkar deyil, determinizmin genişlənməsidir, daha zənginə keçid, onun modelinin dialek­tikliyi, mürəkkəb sosial və təbii prosesləri tam və az əks etdi­rəndir.




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə