M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə76/184
tarix20.04.2022
ölçüsü0,71 Mb.
#85740
1   ...   72   73   74   75   76   77   78   79   ...   184
muhazire FELSEFEyeni

Sıçrayışlar-Kəmiyyət dəyişikliyi keyfiyyətdən fərqli olaraq, sıçrayış anlayışı ilə ifadə olunur. Sıçrayış – kəmiyyət dəyişikliyinin key­fiyyətə keçməsidir və ya bir keyfiyyət vəziyyətindən digə­ri­nə keçiddir (ölçünün artması nəticəsində). Sıçrayışlara nü­mu­nə: ulduz və planetlərin yaranması, xüsusilə Günəş sisteminin, Yerdə həyatın yaranması, yeni növ bitki və heyvan növlərinin yaranması, insan və onun şüurunun formalaşması, insan cə­miyyət tarixində ictimai iqtisadi formasiyaların yaranması və bir - birini əvəz etməsi, sosial inqilab.

Kəmiyyət dəyişikliklərinin yığılması müəyyən vaxtdan sonra sıçrayışa (keyfiyyət - dəyişikliyinə) gətirib çıxarmasına misal – metalın “yorulmasından” maşının hissəsinin qırılma­sıdır. Yük altında olan metal hissələrdəki mikroskopik dəyişik­liklər nəhayət onun qırılmasına gətirib çıxarır.

Temperatur artması nəticəsində zülalların yığılması - onun maye halından bərk hala düşməsi anı gəlib çatır. Nüvə yana­cağının kəmiyyətini tədricən artırmaq olar, ancaq plutoniyanın (süni surətdə alınan kimyəvi element) müəyyən kütləsinə çatdıqda zəncirvari nüvə reaksiyası, enerjinin partlayışla azad olması baç verir. Bu bir keyfiyyət vəziyyətindən digərinə keçməyin qəti həddi ilə ifadə olunan sıçrayışa misaldır. Lakin başqa cür sıçrayış da olur ki, bu vaxt keyfiyyət dəyişikliyi birdən yox, tədricən baş verir - yeni keyfiyyət elmentləri təd­ricən yığılır və köhnə elementlər ölür: bu cür “sıçrayışlar” uzun, tədricən olur.

Təbiətdə, cəmiyyətdə, mədəniyyətdə ikinci növ sıçrayışa çoxlu misal ola bilər. Bir çox geoloji proseslər (kömür, neft, filiz əldə edilməsi) uzun, tədricən baş verir. Yerdə həyatın yaranması prosesi də uzun olmuşdur, uzun vaxt ərzində yeni növ bitki və canlı növləri formalaşmışdır.

Keyfiyyət dəyişikliyinin bir sıra növləri həm intensiv (səmərəli, gərgin), həm də tədrici formada baş verə bilər. Suyun qaynaması prosesində yaranan və təbii şəraitdə olan su gölməçələrindən əmələ gələn buxarlanmanı, ölüvay yaranan kimyəvi reaksiya ilə qaynama prosesində baş verən reaksiyanı tutuşduraq. Böyük dağıntılarla, insan üçün fəlakətlə bağlı təbiətdə və cəmiyyətdəki sıçrayışa qəzanı (bədbəxt hadisələri, fəlakətləri) aid edirlər. Buna misal: vulkan püskürməsi, zəlzələ və başqa təbii fəlakətlər ola bilər. Ancaq fəlakətlər də hiss olunmadan yaxınlaşa bilər. Məsələn, bəşəriyyətin mövcudluğu üçün ekoloji təhlükə çoxdan yavaş – yavaş irəliləyir, təbii ehtiyyatların tükənməsi artır və s.

Tədricən sıçrayış tədrici kəmiyyət dəyişikliklərindən nə ilə fərqlənir? Sıçrayışın meyarı – keyfiyyət dəyişikliyidir. Dəyi­şik­liyin sürəti, onun intensivliyi keyfiyyət dəyişikliyinin spesifik xüsusiyyəti deyildir, kəmiyyət dəyişikliyi sürətlə, intensiv ola bilər, eyni zamanda sıçrayışlar yüz, min, milyon il uzana bilər.

“Kəmiyyət – keyfiyyət dəyişikliyi” və “tədricən – sürətlə” əlaqəsini adətən demək olar eyniləşdirirlər. Tədricən dəyişik­liyi kəmiyyətlə, sürətlərini - keyfiyyətlə bərabərləşdirirlər. Baş­qa sözlə desək, sıçrayışı çox vaxt tez və “qısavaxtlı”, kəmiyyət dəyişikliyini isə - rəvan (müntəzəm, yüngül), tədrici “elastik” və ya yavaş – yavaş – hesab edirlər. Bununla belə, fəlsəfi nöqteyi – nəzərcə kəmiyyət və keyfiyyət dəyişikliyinin meyarı prosesin nə qədər davam etməsi deyil, onun xarakteridir.

Bu qanunu ifadə edən bütün anlayışlar dialektikdir, deməli elastikdir, nisbidir. İri keyfiyyət dərəcələri (təbiət və cəmiyyət, canlı və cansız təbiət, bitki və heyvan aləmi) daha xırda dərəcələrə (maddələrə, cisimlərə, kimyəvi elementlərə, bitki, heyvan növlərinə) bölünməyi istisna etmir. Bu o deməkdir ki, hər bir predmet onunla eyni tipli çoxlu ümumi və spesifik sinifə aid olan predmetlərə daxildir. Bu da onu göstərir ki, nəzərdən keçirdiyimiz ölçüdən asılı olaraq eyni bir predmeti həm bir, həm də digər keyfiyyət qrupuna aid etmək olar.

Sıçrayış anlayışının məlum nisbiliyi də bununla müəyyən olunur. Iri ölçülü sıçrayış da mümkündür: astrofizika, bioloji (həyatın, insanın meydana gəlməsi), sosial (ictimai – iqtisadi formasiyaların yaranması). Bununla belə bir az böyük və kiçik çoxlu sıçrayışlar mövcuddur. Nəticədə eyni bir keyfiyyət keçilməsindən həm sıçrayış kimi, həm də kəmiyyət dəyişikliyi kimi danışmaq olar. Tutaq ki, feodalizmdən kapitalizmə keçid formasiyaların dəyişilməsi, iri sıçrayışdır. Kapitalizmin azad sahibkarlıqdan monopolizmə keçidi - eyni formasiya daxi­lindəki sıçrayışdır. Keyfiyyət dəyişikliyinin miqyasını dəqiq­ləşdirmədən belə bir suala - bu sıçrayışdır ya yox – cavab vermək çətindir.

Keyfiyyətcə müxtəlif sistemlərin oxşar strukturu mövcud­dur. Nəhayət keyfiyyət müəyyənliyini sistemin funksional xassəsi ilə əlaqələndirirlər (funksional yanaşma). Bu üç ya­naşma yalnız məcmu halında amillərin bütöv mənzərəsini verir ki, bundan da predmetin keyfiyyətinin müəyyənliyi asılıdır. Dəyişiklik prosesinin keyfiyyətcə yeni bir şeyin yaranmasına gəldikdə isə onların öyrənilməsi sistem yanaşma çərçivəsində işlənib hazırlanan genetik metoddan istifadə etməyi tələb edir. Keyfiyyət və kəmiyyəti dəyişikliyinin dinamikası və sistem yanaşma anlayışlarında onun müasir dərk olunması inkişaf prosesini təhlil etmək üçün böyük əhəmiyyəti var.




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə