M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə89/184
tarix20.04.2022
ölçüsü0,71 Mb.
#85740
1   ...   85   86   87   88   89   90   91   92   ...   184
muhazire FELSEFEyeni

Ekologiya nədir? 1866-cı ildə ilk dəfə alman bioloqu E. Henkel tərəfindən işlədilən bu terminlə canlı orqanizmin ətraf mühitlə qarşılıqlı münasibəti haqqında elm başa düşülür. Alim belə güman edirdi ki, yeni elm yalnız heyvanlar və bitkilərin yaşadıqları mühitlə qarşılıqlı əlaqələri ilə məşğul olacaqdır. Bu termin XX əsrin 70-ci illərində bizim həyatımıza daha möhkəm daxil oldu. Bu gün biz ekoloji problemlərdən faktiki olaraq ictimai ekologiya kimi - cəmiyyət və ətraf mühitin qarşılıqlı fəaliyyəti problemini öyrənən elm kiıni danışırıq. Ekoloji problemi daha yaxşı anlamaq üçün onun ayrı-ayrı təriflərinə nəzər salaq. İlk növbədə ekoloji fəaliyyət deyərkən nəyin nəzərdə tutulduğunu izah edək. Ekoloji fəaliyyət cəmiyyətin təbiətə olan fəallığının spesifik təzahürü kimi özünü təqdim edir. İstənilən münasibətin spesifikası bu münasibədərdə iştirak edən tərəflərlə şərtlənir. İndiki halda münasibətlərin xüsusiyyəti həm cəmiyyətlə, həm də təbiətlə müəyyən olunur. Düzdür aparıcı rol ictimai tərəflərə məxsus olsa da bu qarşılıqlı münasibətdə təbiət tərəfinin fəallığını, onun tarixi proseslərə təsirini inkar etmək səhv olardı. Bu fəallıq iki səbəbdən: ya təbiət daxili ziddiyyətlərinin inkişafı nəticəsi kimi, ya da cəmiyyətin fəallığına cavab reaksiyası kimi - birinin nəticəsi kimi çıxış edir.

Beləliklə, «cəmiyyət-təbiət» sistemində sistem yaradan rolunu cəmiyyətin fəallığı oynayır. «Heyvan-yaşayış mühiti» ekoloji sistemindən fərqli olan bu sistemin qurulması prosesində xüsusi tip fəallığın - ekoloji fəaliyyətin qurulması və inkişafı ilə müəyyən olunur. Ekoloji fəaliyyət cəmiyyət və təbiət arasındakı dinamik tarazlığın qorunmasına yönələn və ya bu tarazlıq pozulubsa onun bərpa edilməsinə yönələn fəaliyyətdir. Ekoloji fəaliyyətin obyektiv əsası cəmiyyətin öz mövcudluğu və inkişafı üçün əlverişli və ya əlverişsiz təbii mühitə olan təlabatıdır. Bu təlabatın dərk olunması onun həyata keçməsi uçün müvafiq məqsəd və fəaliyyət doğurur. Doğrudur ekoloji fəaliyyətin nəticələri heç də həmişə qarşıya qoyulan məqsədə uyğun gəlmir. Əgər bu və ya digər səbəbdən məqsədə nail olunmursa onda təbii mühiti, bəzən hətta bütövlükdə «cəmiyyət-təbiət» sistemini korlayan ekoloji cəhətdən müsbət nəticə alına bilər. Məsələn, 1980-ci ildə təbii mühitin getdikcə pisləşməsinin qarşısını almaq üçün Qara Boğaz Qol bağlandı, lakin nəticə gözlənildiyinin tam əksinə oldu. Ancaq ekoloji fəaliyyət bu baxımdan istisnalıq təşkil etmir: məqsəd və nəticə arasındakı «qayçı» istənilən digər fəaliyyət üçün xarakterikdir. Bütün digər fəaliyyətlər kimi ekoloji fəaliyyətdə iki tərəfi fərqlənlirirlər: maddi, yəni təbii mühiti yaxşılaşdırmaq və qorumaq üçün istehsal fəaliyyəti və mənəvi - ekoloji siyasətin işlənib hazır­lanması və həyata keçirilməsi, təbiəti qoruma hüquqlarının təkmilləşməsi (məsələn, hər hansı növ bitki, heyvan növünün məhv edilməsinə qadağan qoyulması və buna oxşar tədbirlər), cəmiyyətin üzvlərində ekoloji şüurun tərbiyəsi, o cümlədən ekoloji baxımdan ağıllı hesab edilən təlabatların və əxlaq normalarının formalaşdırılması.



İctimai-ekoloji münasibətlərin təhlilinə xüsusi yer vermək məqsədəuyğundur. Ekoloji fəaliyyət yalnız məhsuldar qüvvələrin səviyyəsi ilə, yəni cəmiyyətdə olan texniki və kadr imkanları ilə deyil, həm də ictimai münasibətlərlə, ilk növbədə istehsal-iqtisadi münasi­bət­lərlə determinasiya (bütün hadisələrin qanunauyğunluğu və səbəbiyyət əlaqəsindən asılılığı) olunur. İctimai-ekoloji münasibətlərin məğzini aydınlaşdırmaq üçün iki mühüm vəziyyəti nəzərə almaq lazımdır. Birincisi, ekoloji fəaliyyət çoxlu fərdlərin, çox vaxt bütövlükdə cəmiyyətin, bu gün isə bütün planet miqyasında hamının əmək­daşlığını nəzərdə tutur. Adamların bir-biri ilə münasibəti olmadan onların təbiətlə münasibətləri yoxdur. Bununla bağlı müəyyən etmək olar ki, ictimai-ekoloji münasi­bətlərin məğzini adamların təbiətə münasibəti çərçivə­sində onların bir-biri ilə münasibətləri təşkil edir. İkincisi, ekoloji fəaliyyət ictimai mühiti yenidən dəyişdirən insan fəaliyyətindən mütləq ayrı şəkildə baş vermir. İnsan tarixinin bütün mərhələlərində fəaliyyətin bu iki növü bir-biri ilə sıx bağlı olur, bunun da nəticəsində ictimai-ekoloji münasibətlərə ictimai münasibətlərin bütün sisteminin- həm maddi (texnoloji və iqtisadi), həm də ideoloji (siyasi, hüquqi, əxlaqi və s.) - ekoloji aspekti kimi baxılır. İctimai ekoloji müııasibətlər ekoloji ictimai fəaliyyətin ilkin əsasi, şərti, eyni zamanda nəticəsi kimi çıxış edir, yəni bu fəaliyyəti determinasiya edir, onlar orada yığılır və tədricən öz-özünə yaranırlar. «Cəmiyyət - təbiət» sistemində münasibətlərin kəskinləşməsi ilə ekoloji fəaliyyət xüsusi əhəmiyyət kəsb edir, ona olan təlabat kəskin şəkildə artır. Əgər ictimai-ekoloji münasibətlər bu fəaliyyətin inkişafına kömək etmirsə və ya onun inkişafını ləngidirsə bu münasibətlərin dəyişdirilməsi zərurəti yaranır, yəni əlavə amillər yetişir, onlar da digər səbəbiyyət amilləri ilə sosial inqilabın yetişməsinə kömək edir. Məsələn, XVIII əsr fransız inqilabını öyrənən tarixçilər dəfələrlə qeyd etmişlər ki, 1789-cu ildən əvvəl ölkəni bürüyən quraqlıq, məhsul olmamasından yaran­masını aclıq inqilabi vəziyyətin yaranmasını şərtləndirən amillərdən biri olmuşdur. Lakin bir daha qeyd edək ki, qarşımızda dayanan əlavə səbəbdir, bununla belə o ictimai inqilabın dərin əsasları ilə sıx bağlıdır.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə