M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları


Üçüncüsü, təhlükəsiz və effektli sənaye müəssi­sələrinin işə salınması. Dördüncüsü



Yüklə 0,71 Mb.
səhifə93/184
tarix20.04.2022
ölçüsü0,71 Mb.
#85740
1   ...   89   90   91   92   93   94   95   96   ...   184
muhazire FELSEFEyeni

Üçüncüsü, təhlükəsiz və effektli sənaye müəssi­sələrinin işə salınması.

Dördüncüsü, müasir sənaye müəssisəiərinin ekoloji baxımdan əlverişli şəraitə uyğunlaşdırılması.

Bütün bu işlər qanunverici normalarla təsdiq olun­malıdır. Lakin yalnız istehsal texnologiyasının dəyiş­dirilməsi ilə ekoloji vəziyyəti düzəltmək olmaz. Bütün dövlətlərin və təşkilatların məqsədyönlü və ciddi iş görmələri tələb olunur - hər bir adamda ekoloji mədə­niyyət formalaşdırılmalıdır ki, bu da yalnız ətraf mühitin çirklənməsini dərk etməklə yekunlaşmamalıdır. Bütün iqtisadiyyatın qurulmasına ekoloji yanaşma və ekoloji şüurun formalaşması sahəsində hələ görüləcək işlər çoxdur. Əgər ekoloji şüurun tərbiyəsi işinə uşaq vaxtından başlansa və ekoloji biliklərin qazanılması ilə o möhkəmləndirilsə, düzgün davranış normaları yaradılsa, onda bu sahədə xeyli uğur qazanmaq olar. Hər bir adam uşaq vaxtından özünün təbiətlə qırılmaz əlaqəsini dərk etməli, təbiətlə vəhdətdə yaşamağı öyrənməli, təbiətə öz xidmətçisi kimi yox, həyat mənbəyi kimi baxsa onda o öz yaşaması üçün əlverişli şərait yaratmış olar. Buradan da insanın yalnız ekoloji yox, həm də mənəvi tərbiyəsi məsələsi çıxır, bu da insanın özünü, onun daxili mənəvi dünyasını dəyişdirir. Bu yeni etikanın - texniki etikanın, siyasətin etikasının, ictimai davranışın etikasının, beynəlxalq münasibətlərin etikasının yaranmasına gətirib çıxarır. Bəşəriyyət – öz inkişafında insan və təbiəti yaxınlaşdırmaq üçün bütün mümkün vasitələrdən istifadə etmişdir.

Beləliklə, ekoloji problemi həll etmək üçün əsaslı dəyişikliklər həyata keçirmək lazımdır: bəşəriyyət elmin, texnikanın, texnologiyanın, informatikanın, səhiyyənin, təhsilin nailiyyətlərindən istifadə etməlidir. Əgər təbiətdə istifadənin yeni metodunu işləyib hazırlamaq mümkün olarsa, bu həm də əhalinin ekoloji mədəniyyətinin formalaşmasına xidmət etmiş olacaqdır. Bizim planet tədricən vahid evə çevrilir və bu evin xilası hamının birgə səyi hesabına mümkün ola bilər.

Canlı və cansız təbiət. İnsanın canlıya münasibəti haqqında müasir baxışlar.

Hər dəfə insan ona yad olan obyektlə qarşılaşanda onun həyata keçirdiyi ilk fıkir əməliyyatı bu obyektin canlı və ya cansız olması ilə bağlı əməliyyatdır. Canlı və cansız arasındakı fərq ən mühüm məsələlərdən biridir, xarici aləmi qavramaq üçün olduqca mühüm rol oynayır. Doğrudan da, bütün dövrlərdə bütün tayfalar və xalqlar bu və ya digər dərəcədə canlı və cansızı fərqləndirməyə məcbur olmuşlar, düzdür bu ayrılmalar müxtəlif üsullarla həyata keçirilmişdir. Belə ki, ibtidai xalqlar üçün animizm xarakterik olmuşdur - bu baxışlara görə hər şeyin - insanın, heyvanın, ağacın, daşın öz ruhu var və onların hamısı o vaxta qədər yaşayır ki, ruh onların bədənində olur. Fikir tarixində digər baxışlar sistemi də mövcud olmuşdur - hilozoizm adlanan bu baxışa görə bütün olanların hamısı canlıdır, bu yolla onlar həyat və varlığı eyniləşdirirdilər. Bu mənada, sanki canlı və cansız arasında olan fərq öz mənasını itirir; əslində isə bu fərq burada da aparılır, axı reallıq kimi yalnız həyat yox, hətta ölüm də qəbul edilir, ölüm qeyri-varlıq kimi qəbul edilir.

Dini kitablarda da canlı və cansız arasındakı fərqlər dünyanın yaranması mənzərəsinin təsvirində verilir; iki min il əvvəl yaşamış xalqların baxışlarında bu ideya özünü möhkəmləndirmişdir. Dini kitablarda verilən fıkirlərə görə, əvvəlcə hərəkətsiz, cansız materiya, sonra canlı materiya və nəhayət insan yaranmışdır.

Canlıya olan rəngarəng münasibətləri bəzən praktiki məqsədəuyğunluğun tələblərindən çıxış edərək izah etmək və ya başa düşmək çox çətin olur. Canlı ilə qarşılıqlı fəaliyyətin və canlıya münasibətin bütün müxtəlif formalarına nəzərə alsaq, yalnız insan fəaliyyəti və şüuru üçün əsas qarşıdurmalardan biri kimi canlı və cansızın biri-birinə qarşı qoyulmasının son dərəcə vacibliyini deyil, həm də bu qarşı-qarşıya qoyulmanın praktiki və idrakın inkişafında nail olunan səviyyəsindən asılı olaraq müxtəlif formada aparılmasını tam başa düşmək olar; bu həm də ilk baxışdan göründüyü kimi insanlara birdəfəlik verilən xüsusiyyət kimi qəbul edilməməlidir. Bu isə o deməkdir ki, canlı və cansızın ayrılması və ya həyatın nə olmasının müəyyən edilməsi elə bir problemdir ki, onu birdəfəlik həll etmək olmaz, bu məsələyə insanlar hələ dəfələrlə qayıdacaqlar. Bu problemin olması faktı canlıya olan münasibətin bütün deyilən formaları ilə yanaşı, həm də dərk etmə, başa düşmə münasibətlərinin də zəruriliyi göstərir, yəni bu poblemin olması həyatın bütün müxəlif təzahürləri ilə öyrənilməsinin zəruriliyini göstərir. İnsanın canlı haqqında ilkin bilikləri - tutaq ki, heyvanların davranışı ilə bağlı, rüşeymlərin yetişməsi vaxtı ilə bağlı biiikiəri onların praktiki fəaiiyyətiəri ilə sıx bağiı oimuşdur. İnsan uzuıı müddət apardığı müşahidədən sonra məhz bu məsələ ilə bağlı müəyyən qənaətə gəmişdir. Lakin sonradan, məsələn, hilozoizm indiki ölçülərlə fantastik görünən cəhd kimi çıxış edir, dərk olunmuş şəkildə canlı və cansızı bir-birinə qarşı qoyur. Bu problemin dərk olunması ilə yanaşı, həm də bütün canlılara xas olan ən ümumi xassələri və xüsusiyyətləri aydınlaşdırmaq məsələsi də qarşıda dayanır.

Canlıların dərk olunmasında biolojinin və fəlsəfənin yerinə də aydınlıq gətirmək maraqlı olardı. İlkin olaraq praktiki fəaliyətlə bilavasitə bağlı olan canlı haqqında müxtəiif, hissə-hissə olan baxışlar və məlumatlar bioloji idrakı formalaşdırır. Bizim günlərdə bunlar, ilk növbədə, elmi vasitələrlə həyata keçir. Müasir biologiya elmin olduqca geniş və inkişaf etmiş sahəsidir. Bununla belə bioloji elmlər insanın canlı ilə praktiki qarşılıqlı fəaliyyətinin müvafıq növlərinə bilavasitə istiqamətlənən kənd təsərrüfatı, biotexnoloji və tibbi elmlərlə tamamlanır. Bioloji idrakın özünün inkişafı bu cür qarşılıqlı fəaliyyətin yeni növlərini yaradır. Bu əvvəlcədən genetik cihazlarla verilən, təbiətində əvvəlcədən olmayan yeni bioloji orqanizmlərin lahiyələşdirlməsi ilə məşğul olan müasir biotexnologiyada aydın aşkar olunur. Biotexnologiyanın köməyi ilə insanın ən müxtəlif təlabatlarını ödəmək üçün zəruri olan maddələr və ərzaqları süni yolla almaq mümkün olur. Beləliklə, bizim günlərdə canlı haqqında biliklərin əsas hissəsini, o cümlədən ən əsaslı bilikləri adamlar biologiyadan alırlar.

Biologiyada canlıya idrak obyekti kimi baxılır. Biz eyni zamaııda görürük ki, insanın canlıya münasibəti çoxtərəflidir, o həm idraki və praktiki, həm də etnik və estetik tərəfləri özündə birləşdirir. Bioloji idrakın nəti­cələri və nailiyyətləri əlbəttə ki, özü-özlüyündə böyük dəyərə malikdir. Lakin onlar boş yerdə oturmurlar, insanın canlı haqqında olan baxışları məcmusuna, canlı ilə qarşılıqlı fəaliyyətin münasibət və üsulları formasına daxil olurlar. Bundan başqa, bioloji idrakın inkişafı bu baxışların və münasibətlərin dəyişməsinə aparıb çıxarır. Başqa sözlə desək, o, adamları dünyagörüşünə təsir edir, ona görə də dünyagörüşü dərketmə şərh tələb edir və bu da əsasən fəlsəfənin vəzifəsi hesab olunur. - bu vəzifəni fəlsəfə və biologiyanın birgə cəhdi ilə yerinə yetirmək olar. Fəlsəfənin bu vəzifəsi insanın canlıya münasibəti qədər olduqca dərin əhəmiyyət kəsb edir. Canlıya yalnız obyektiv elmi idrak və praktiki fayda baxımından yanaşan adamların fəaliyyəti canlı təbiətin bu və ya digər obyektinə təhlükə yarada bilər; insanlar həyatın çoxrəngli gözəlliyini və digər formasını hiss etməyəndə, canlının keçirdiyi hissləri, onun əzablarını duymayanda bu həyatın özünün mövcudluğu üçün təhlükəli ola bilər. Heç təsadüfi deyil ki, həyatın müəmmalarının açılmasında bioloji idrakın valehedici uğurları bu gün də hamı üçün, hətta biologiya ilə peşəkarcasına məşğul olanlar üçün belə izah oluna bilməyən və çətin dözülən sirləri saxlayır.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə