M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları


Biologiya və fəlsəfə arasındakı asılılığın qarşılıqlı olmasını



Yüklə 0,71 Mb.
səhifə94/184
tarix20.04.2022
ölçüsü0,71 Mb.
#85740
1   ...   90   91   92   93   94   95   96   97   ...   184
muhazire FELSEFEyeni

Biologiya və fəlsəfə arasındakı asılılığın qarşılıqlı olmasını xüsusilə vurğulamaq lazımdır. Bir tərəfdən, bioloji idrak öz nailiyyətlərinin dünyagörüşü əhəmiy­yətinin nəzəri dərk olunmasını fəlsəfədə tapır; bioloji idrak öz inkişaf gedişində canlının məzmunlu, aydın və dolğun mənzərəsini verə bilir. Bununla belə, bioloji idrak, xüsusilə müasir dövrdə, həm də əxlaqi-etik xarakterli kəskin problemləri - insan və heyvan üzərində aparılan təcrübələrdə verilən imkanların həddi, biologiyanın inkişafı gedişində insanın irsiyyətə, fıziologiya və psixikasına təsir imkanları və digər problemləri qarşıya qoyur. Çox güman ki, bu cür məsələlərin müzakirəsində, çox vaxt dərin dünyagörüşü məsələlərə toxunanda fəlsəfə kifayət qədər hiss olunan yer tutur. Digər tərəfdən, insanın dünyagörüşü mövqeyini nəzəri cəhətdən əsaslandıran fəlsəfə bunları anlayışlar dili ilə aydınlaşdırmağa, açmağa və ifadə etməyə cəhd edir, yəni gələcək səmərəli təhlil üçün onlara şərait yaradır, insanın mövcudluğu baxı­mından əhəmiyyətli olan, həlli əsasən bioloji idrakdan asılı olan problemləri təhlil etməyə imkan yaradır.

Demək olar ki, dialektik inkişaf - ziddiyyətlərin toplanması və həlli, kəmiyyət dəyişikliklərinin yığılması və yeni keyfiyyətə sıçrayışla keçid, inkarı inkar - həyatın mövcudluq üsuludur, o canlının bütün inkişafında özünü göstərir - həm tək hüceyrə səviyyəsində, həm bütöv orqanizm səviyyəsində, həm ayrıca bioloji növ və biosenoz səviyyədə (müəyyən ərazidə məskunlaşan növlərin öz aralarında qarşılıqlı fəaliyyətləri və əlaqələrin məcmusu) və nəhayət bütöv kimi biosfera sahəsində özünü göstərir. Bu səviyyələrin hamısı üçün eyni olan ümumi xüsusiyyətlərlə yanaşı onların spesifik özü­nəməxsusluqlarını xarakterizə edən xüsusiyyətləri də vardır. Məsələn, orqanizm səviyyəsində inkişafın ən mühüm tiplərindən biri - dövri inkişaf həyata keçir. Hər bir ayrıca dövrdə anadan olmadan ölümə qədər olan mərhələdə bir-birini əvəz edən qanunauyğun ardıcıllıq müşahidə olunur, həm də bu mərhələlərdən hər biri çox yaxşı fərqlənir. Bu cür aydın dövrilik növlər və ya biosfera səviyyələrində aşkar olunmur. Daim dəyişən, çox vaxt bu dəyişkənliyin kəskin olmasına baxmayaraq öz eyniliyini saxlayan bioloji orqanizmin inkişafı - insanın iradə və şüurundan asılı olmayaraq, bununla belə, gündəlik təcrübədən ona yaxşı məlum olan qanunauyğun və nizama salınmış proseslərin parlaq nümunəsidir. Ona görə də təccüblü deyil ki, artıq qədim zamanlardan orqanizmin inkişafı ən müxtəlif proseslərin və bizim qavrayış üçün az qavranılan ətraf gerçəkliyin hadisələrinin dərk olunması üçün model kimi çıxış etmişdir.




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə