M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə95/184
tarix20.04.2022
ölçüsü0,71 Mb.
#85740
1   ...   91   92   93   94   95   96   97   98   ...   184
muhazire FELSEFEyeni

Canlı haqqında müasir baxışlara nəzər salmaq məqsədəuyğundur. İnsanlara bizim planetin çərçivəsi ilə məhdudlaşan yalnız Yer həyatı məlumdur. Artıq bu gün qətiyyətlə bildirməyə cəhd edirlər ki, Yer kürəsindən başqa Günəş sisteminin planetlərindən heç birində həyat yoxdur. Doğrudur yerdənkənar həyat və sivilizasiyanın axtarışı davam edir (məsələn, kosmik məkanda olduqca mürəkkəb üzvi birləşmə aşkar olunmuşdur - bu molekulların olduqca sadə formaları və Yerdə həyatın kimyəvi bünövrəsidir), ancaq belə bir ehtimalla razılaş­mamaq olmur ki, Kainatın bizim öyrənməyimiz üçün mümkün olan heç bir yerində, Yerdən başqa həyat yoxdur. Bəlkə də çılğın təxəyyüllə bu fikirlə razılaşmamaq da olar: ancaq bu ehtimalı nəzərə alaraq bəşəriyyət Yerdə həyatın saxlanmasına daha çox qayğı göstərməlidir. Canlı və cansız təbiət arasında olan həddi dəqiqləşdirməyə cəhd edən insan labüdən həyatın mənşəyi haqqında məsələ ilə toqquşur. Cansız təbiətin, ümumiyyətlə təbiətin mənşəyi haqqında məsələ ilə canlı təbiətin mənşəyi haqqında məsələ arasındakı əsaslı fərqə diqqət yetirmək lazımdır. Birincidən fərqli olaraq ikinci məsələ yalnız mücərrəd məna kəsb etmir (biz ondan çıxış edirik ki, təbiət bu və ya digər formada əbədi olaraq mövcuddur), həm də ciddi təbii elmi məzmuna malikdir. Bu məsələ bəşəriyyəti onun bütün tarixi boyu narahat etmişdir; lakin uzun illər o, yalnız mifin, dinin və ya naturfəlsəfənin dili ilə müzakirə olunmuşdur. Dini dünyagörüş üçün həyatın əmələ gəlməsi İlahinin düşüncələrinə müvafiq olaraq yaranmışdır. Həyatın mənşəyi haqqında təbii elmi biliklərin dünya­görüşü əhəmiyyəti müəyyən mənada bununla müəyyən olunur; bu biliklər XX əsrdə daha çox toplanmışdır. Bununla bağlı təbiətşünaslığın qarşısında dayanan vəzifə ondan ibarətdir ki, o, göstərir ki, Yerdə həyatın yaranması bizim planetin əvvəlki təkamülünün qanunauyğun nəticəsidir, o, xarici iradənin işə qarışmasını və zəruri və kifayət qədər olan şəraiti müəyyən etməyi, eyni zamanda cansız təbiətdən həyatın ilkin formasına dialektik sıçrayışın ardıcıl mərhələlərini tələb etmir.

Yerdə həyatın ilk əlamətləri təqribən 3,8 milyard il əvvəl yaranmışdır. Ondan xeyli sonra, təqribən 2 milyard il əvvəl fotosintezə, yəni Günəş işığının enerjisinin kimyəvi reaksiya üçün istifadə edilməsinə qadir olan ilk hüceyrələr meydana gəlmişdir, bu prosesdə oksigen ayrılır. Bu Yerdəki atmosferi, onun kimyəvi tərkibinin xarakterini əsaslı şəkildə dəyişmişdir və həyatın Yer səthində sürətlə yayılmasına imkan vermişdir yəni bütöv sistem, məhz biosfera əmələ gəlmişdir. Nəticədə həyatın özü Yerdə həyatın saxlanması və inkişafı üçün zəruri olan şəraitin müdafıə olunmasında mühüm amil oldu. Bu dialektik inkişafın ən əsas qanunauyğunluqlarının təza­hürüdür, bu vaxt materiyanın hərəkətinin daha yüksək formasına xas olan qanunlar hakim olur və yalnız bioloji deyil, həm də kimyəvi təkamülün gedişini müəyyən edən inkişafın sonrakı prosesini özünə tabe edir.



Hər bir həyatın sonu var və burada dərin məna əks olunur, çünki o, birincisi, yeni həyatın başlanğıcıdır, ikincisi zaman keçdikcə ona yol açır. Ayrıca orqanizmin həyatının sonsuz olaraq davam etməsi yeni formaların yaranması və seçilməsi imkanlarını, yəni onun təkmül yolu ilə inkişafını bağlayardı. Hər bir orqanizm fərdi və nadir olsa da, onun üzərində təcrübə keçirmək olar: onlar şəraitə uyğunlaşır, yaşayış mühitinə uyğunlaşaraq həyatını davam etdirə bilirlər. Orqanizmi həyatın özünün keçirdiyi orqanizmə bənzətmək olar: o saysız-hesabsız variasiyalar yaradır, bununla belə yaşayış mühitinin dəyişən şəriatinə daha yaxşı uyğunlaşmanı saxlayır və bölüşdürür. Bu variasiyaların əsas mənbəyi genlərin birləşməsidir ki, mayalanma vaxtı hər bir valideyndən yaranır (cinsi çoxalma vaxtı) və başlıcası, ən müxtəlif səbəblərin təsirindən irəli gələn mutasiya - genlərin dəyişməsidir (məlumdur ki, mutasiya radioaktivliyin səviyyəsinin yüksəlməsi və ya bir sıra kimyəvi birləşmələrin təsirindən yaranır). Ən əsas odur ki, mutasiya istiqamətlənməmiş xarakter daşıyır, yəni «adekvat uyğun dəyişiklik» adlanan dəyişikliyə aparmır, belə olsaydı onda mutasiya ətraf mühitə uyğunlaşmanın daşıyıcısına çevrilərdi. Bu mənada onları təsadüfi adlandırırlar. Mutasiyaların əksəriyyəti ziyanlıdır, ya ümumiyyətlə həyat qabiliyyətli orqanizmin inkişafını mühasirəyə alır, ya da mühitə az uyğunlaşan, eybəcər forma yaradır. Bununla belə mutasiyanın veridiyi materialdan bioloji təkamül seçmə yolu ilə yeni, mühitə daha çox uyğunlaşan və daha çox həyat qabiliyyəti olan orqanizm yaradır. Orqanizmin həyat qabiliyyəti nə qədər çox olarsa onun həyat qabiliyyətli nəsil qoymaq ehtimalı da bir o qədər yüksək olur, bu da genetik yolla möh­kəmlənir. Belə ki, bir-birindən asılı olmayaraq təsadüfi şəkildə fəaliyyət göstərən ən müxtəlif amillərin birləşməsi (uyğunlaşması) zəruri nəticə kimi yeni canlı forma yaradır.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə