M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları


Həyatın sonlu olub-olmaması məsələsinə



Yüklə 0,71 Mb.
səhifə96/184
tarix20.04.2022
ölçüsü0,71 Mb.
#85740
1   ...   92   93   94   95   96   97   98   99   ...   184
muhazire FELSEFEyeni

Həyatın sonlu olub-olmaması məsələsinə də diqqət yetirmək məqsədəuyğundur. Biosferanın, xüsusi ilə də on­ların təşkil olunduğu parçalanmış sistemlərin daxil olduğu mürəkkəb təşkilli sistemlər onları parçalayan xarici təsirə cavab olaraq öz-özünü müdafiə etmək, öz-özünü bərpa etmək xassəsinə malikdir. Lakin bu cür xassələr yalnız müəy­yən, kifayət qədər məhdud həddə özünü göstərə bilər. Bu həddə çıxmaq dərin keyfiyyətli dəyi­şikliyə və ya hətta onun dağılmasına aparan selə bənzər dəyişiklik axı­nına gətirib çıxarır. Canlıya və ya bütövlükdə biosferaya bu cür xarici təsirin mənbəyi ən müxtəlif ola bilər - bu həm radiasiyanın səviyyəsinin onun təbii fonuna nisbətən kəskin artması, həm canlı orqa­nizmin təkamülünün uy­ğun­laşa bilmədiyi atmosfera, su anbarlarına və torpağa atılan maddələrin kimyəvi tərkibinin fəallığı - ola bilər. Buna görə də yalnız həyatın mütəşəkkilliyi onun özünü ne­cə təşkil etməsi deyil, həm də biosferanın və ümu­miy­yət­lə Yer üzərindəki həyatın kövrəklik (zəriflik) ad­la­nan­ları nəzərə almaq zəruridir. İnsanların müasir nəsli ilk dəfə biosferaya elə bir təsir vasitəsi əldə etmişlər ki, bu bio­sfe­ra­da köklü, dönməz dəyişikliklə, hətta onun möv­cud­lu­ğu­ııu hədələyən dəyişikliklərə səbəb ola bilər. Bu vəziyyətin dərk edilməsi insanların dünyagörüşündə mühüm irə­li­lə­yi­şə, onların dəyərli təsir edilməsinə, öz fəaliyyətlərində han­sı istiqamətlərə əsaslanmalarına təsir göstərməyə bil­məz. Əvvəllər demişdik ki, Yerdəki həyatın zamanca baş­lanğıcı var, ayrı-ayrı orqanizmlərinin yaşaması məh­dud­dur, sonludur. Bəs görəsən bizim planetdə həyat sonlu, yox­sa sonsuzdur? Bu suallar da əvvəllərdə, başlıca olaraq, həm dini, həm də dünyagörüşü - metodoloji əhəmiyyət kəsb edən «dünyanın sonu» haqqında daha ümumi sualın tərkib hissəsi kimi yaranmışdır. Keçmiş əsrdə həyatın so­nu problemin aktuallığı «Kainatın istilik ölümü» haqqında hipotezlə həvəsləndirilmişdir. Ancaq bu cür perspektiv mil­yon illər uzadılmış imkan kimi müzakirə olunur, bu­nun­la belə insanın iradə və fəaliyyəti ilə heç bir əlaqə görülmürdü. Yerin hər hansı kosmik cismlə toqquşması nə­ticəsində dağılması imkanı da, ümumiyyətlə desək, sıfıra bərabərdir.

Bu gün Yerdə həyatın sonu haqqında məsələ daha konkret məzmun və məna ilə doldurulmuşdur. İnsanlar istər düşünülmüş, istərsə də heç bir niyyətsiz həyatı məhv edən vasitələr hazırlamışlar, belə ki, həyatın saxlanılması son anda onların iradə və fəaliyyətlərindən asılıdır. Müasir bəşəriyyət elə bir vəziyyətdədir ki, həyatın sonlu və son­suz olması onun düşünülmüş seçimindən çox asılıdır. Bəli, bu gün insan tarixində ilk dəfə olaraq həyatın saxlanması insanların qarşısında dayanan məqsəd kimi və onların həll edəcəyi məsələ kimi çıxış edir. Bunun nəticəsində insanlar köhnəlmiş baxışlara yenidən qiymət vermək, yalnız tə­biət­lə deyil, həm də bir-biri ilə qarşılıqlı münasibətlərini ye­ni­dən qurmaq, öz fəaliyyətlərinin istiqamətinə və va­si­tə­lə­ri­nə yenidən baxmaq məcburiyyəti qarşısında qalmışlar. Yer üzərində həyatı xilas etməyin ilk təxirəsalınmaz şərti nüvə yanğının qarşısını almaqdır. Həyat üçün digər təh­lü­kə mənbələri də mövcuddur. Bunların hamısı bu və ya baş­qa şəkildə insan fəaliyyəti ilə bağlıdı: bütün bunlar yal­nız o vaxt aradan qaldırıla bilər ki, insan bunları dərk etsin və öz fəaliyyətlərini bu biliklərə arxalanaraq təşkil et­sin­lər. Həyat həmişə insanlar tərəfindən nə isə dəyərli pozitiv bir şey kimi qəbul edilmişdir. Bunu dilimizlə daha yaxşı ifa­də edirik - axı «həyat», «canlı» sözlərini işlədərkən nə isə müsbət xarakteristika nəzərdə tutulur. Həyatın spe­si­fik­liyini, dəyərini göstərən fəlsəfi təlimlər də çox ol­muş­dur. Bu baxımdan XX əsrin birinci yarısında humanist fı­lo­sofu A.Şveytserin baxışları xarakterikdir, o, «həyat qar­şı­sında dərin hörmət, ehtiram etikasını» inkişaf et­dir­miş­dir. Filosof insanın mövcudluğunun həyatın saxlanmasını zəruri edən şəraitin dərin dünyagörüşü mənasını qeyd et­mişdir. Onun fıkrincə, «fədakarlıq yalnız insanın naminə de­yil, həm də digər mövcudatın naminə, ümumiyyətlə in­sa­na məlum olan və həyatda rastlaşılan hər hansı həyat na­mi­nə edilməlidir». Digər mövqelər də mövcuddur - onlara gö­rə də həyat dəyərlidir, lakin bu o qədər dəyərli olur ki, nə qədər ki, onun qorunması insanın və bəşəriyyətin möv­cud­luğu üçün ilkin şərtdir. Bu möv­qelərin hər birinin özü­nün dəyəri və əsası var; bir çox hallarda onların hər ikisi ey­ni fəaliyyətə vadar edə bilər. Onların yaxınlığı ilə yanaşı fərq­ləri də mövcuddur. İkinci mövqe, əsasən Protaqorun «in­sana şeylərin ölçüsü» kimi baxdığı tezisi təkrar edir. Bu cür ölçü kimi yalnız hər hansı müəyyən dövrün ada­mı­nı götürmək olar; məsələn, məhz müasir marağı, təlabatı, məq­sədi olan müasir adam, ancaq həmişə insanda olan ma­raq, təlabat, məqsədlər tam açılmır. İnsanın sabah canlı or­qanizmin hansı xassəsini həyata keçirəcəyini, nümayiş et­dirəcəyini biz bilmirik. Bu mənada birinci mövqe daha eti­barlıdır, ancaq onun tərəf­darları çox vaxt ifrata varırlar, in­sanın biosferaya hər hansı tərzdə qarışmasını qəbul et­mir­lər. Bəşəriyyət biosferanın tərkib hissəsidir, yalnız elə bu­na görə o biosferada gedən proseslərə təsir etməyə bil­məz. Bəşəriyyət biosfera ilə qarşılıqlı təsirdə yeni sə­viy­yə­yə çatmışdır, artıq geriyə yol yoxdur. Yer kürəsində hə­ya­tın qorunması insanın ağlından, dərrakəsindən, onun tə­biə­tə, başqa adamlarla münasibətləri necə qurmasından ası­lı­dır. İndi yalnız elmi fıkirlər söyləmək azdır, onu insanın ira­dəsi, arzusu və cavabdehlik fəaliyyəti ilə doldurmaq la­zımdır.

Müasir dünya dəyişkən, qeyri-sabit, özünə inamsız bir vəziyyətdə yaşayır – adamlar bunu dərk edirlər. Kiminsə dəliqanlı bir hərəkəti dünyanı öz məhvərindən çıxara, bir anda hər şeyi məhv edə bilər. “Mühərriklər işləməkdə davam edə, bayraqlar dalğalana bilər, insan isə həmişəlik yox ola bilər.” (Y.Heyzinqa) Bununla belə insan hələ ümidini itirməmişdir. Əgər sivilizasiya xilas olsa və vəhşilik əsrində boğulmasa onda indiki nəsil hansı cəmiyyətdə yaşayacağını, onun hara getdiyini, ən azı fəlakətlərin qarşısını almaq üçün nə etmək lazım olduğunu özü üçün aydınlaşdırmalıdır. İlık baxışdan aydın görünür ki, cəmiyyət bir varlıq kimi mövcuddur. Bu tezisin empirik bir təsdiqi var, çünki bizim hamımız onda yaşayırıq. Bəs cəmiyyət nədir? O necə mümkündür? O necə olmalıdır?

Adi adamlar bu sualların mənasını başa düşə bilməz. O özü və əcdadları bu cəmiyyətdə yaşamışlar – onlar cəmiyyəti bir varlıq kimi qəbul edirlər. Lakin məsəənin dərinliyinə gedən adamlar, xüsusən filosoflar cəmiyyətə, ilk növbədə insan əlinin işi kimi baxırlar. İ.Kantın köhnə ideyası belə olmuşdur o güman edirdi ki, bizi maraqlandıran hadisəni insan fəaliyyətinin nəticəsi kimi başa düşmək olar. Bu cür yanaşmanın məğzi ondadır ki, ümumiyyətlə desək bütün fenomenləri verilmiş kimi qəbul etmək lazım deyildir. Onlar bir dəfə yaranmışlar və onlardan hər birini təşəkkülün nəticəsi kimi izah etmək olar. Bu cəmiyyətə daha çox aiddir.

Bununla belə cəmiyyət necə yaranmışdır? Bunun üçün nələr baş verməli idi? Bütün bunlara səbəb nə olmuşdur?

Qloballaşan dünyamızda cəmiyyətə baxış da dəyiş­kənliyə məruz qalmaqdadır. Dövlətlərin inteq­ra­siyaya meyli cəmiyyətlə bağlı yanaşmaları da dəyiş­dirmişdir. Lakin cəmiyyətin durumuna, orada gedən proseslərə müdaxilə etmək, onu sürətləndirmək və ya ləngitmək böyük fəsadlar yarada bilər. Bu baxımdan cəmiyyətə ehtiyatla yanaşmaq, onun inkişaf qanunlarına hörmət etmək olduqca vacibdir.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə