M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə141/184
tarix20.04.2022
ölçüsü0,71 Mb.
#85740
1   ...   137   138   139   140   141   142   143   144   ...   184
muhazire FELSEFEyeni

Cəmiyyətin mənəvi həyatı deyərkən varlığın o sahəsi başa düşülür ki, burada obyektiv, fərddən kənar reallıq bizə predmet gerçəkliyə qarşı duran formada deyil, bizim özümüzdə olan, insan şəxsiyyətinin ayrılmaz hissəsi olan reallıq formasında verilir.

Göründüyü kimi, mənəvi həyatın müəyyən edil­məsinə cəhd edən kimi ziddiyyət yaranır: sanki mənəvi ideal başlanğıc öz-özünə, insandan kənarda mövcud deyildir, lakin eyni zamanda onlar- fərddən kənar ümumi, obyektivdir, yəni elə bil insandan asılı deyildir. Həqiqət, xeyirxahlıq, gözəllik və s. kimi ideal başlanğıcların anlaşılmaz statusu “mənəvi probleminin” məzmununu təşkil edir, həmişə filosofların diqqətini özünə cəlb etmişdir.



Mənəvi – antropoloji konteksdə mənəvi anlayışı insa­nın daxili, subyektiv aləmini “insanın mənəvi dün­yası” kimi xarakteristikasını vermək üçün istifadə olunur. Bəs bu dünyaya nə daxildir? Onun varlığı, eyni zamanda inkişafı hansı meyarla müəyyən olunur? Aydındır ki, mənəvi anlayışı əqllə, rasionallıqla, təfəkkür mədəniyyəti, biliyin səviyyəsi və keyfiyyəti ilə məhdudlaşmır. Eyni zamanda mənəvi sırf təhsil vasitəsi ilə də formalaşmır. Şübhəsiz ki, sadaladıqlarımızdan kənarda da mənəvi müm­kün deyildir, lakin birtərəfli rasionalizm mənəvi haq­qında tam təsəvvür əldə etməyə imkan vermir. Mənəvinin sahəsi öz həcminə və məzmununun zənginliyinə görə rasionalizmə aid olanların hamısından genişdir.

Şübhəsiz ki, insanın davranışını və daxili aləmini əsaslandıran utilitar-praqmatik dəyərləri müəyyən etmək üçün mənəvi anlayışı zəruridir. Lakin insanın varlığının “əbədi sualları” sistemində hər bir adam üçün həyati əhəmiyyətli problemləri həll etmək üçün, vacib olan dəyərləri eyniləşdirmək üçün daha çox lazımdır. Onların həllinin çətinliyi ondadır ki, hamı tərəfindən qəbul olunmuş əsaslara malik olsalar da, hər dəfə, konkret tarixi zaman və məkanda hər bir adam onu özü üçün açır və yenidən həll edir, həm də özünəməxsus şəkildə həll edir.

İnsan təfəkkürü öz mahiyyətinə görə konkret fəaliyyətdir, yalnız real hiss olunan predmetlərlə deyil, onların ideal əvəzləyiciləri ilə- işarələr, simvollar, surətlər və s. vasitəsi ilə həyata keçən fəaliyyətdir. Başqa sözlə desək, fikrin bütün əməliyyatları xarici predmeti fəaliyyətin daxili ideal plana özünəməxsus şəkildə keçirilməsi nəticəsində formalaşır. Məhz bu vəziyyət subyektiv insan mənəviyyatının obyektiv əsasını təşkil edir. İnsanın praktiki fəaliyyəti obyektiv aləmin qanunauyğunluqlarından kənar qurula bilmədiyi kimi, bizim mənəvi fəaliyyətimiz də bütövlükdə bu aləmin qanunauyğunluqlarına tabe olmalıdır.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə