M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə143/184
tarix20.04.2022
ölçüsü0,71 Mb.
#85740
1   ...   139   140   141   142   143   144   145   146   ...   184
muhazire FELSEFEyeni

Mənəvi dəyərlərin özünə gəldikdə isə-İnsanların mənəvi sahəyə münasibəti onun ətrafında təşəkkül tapır-bu terminlə adətən müxtəlif mənəvi törəmələrin (ideya, norma, surətlər, ehkam və s.) ictimai mənəvi əhəmiyyəti qeyd olunur. Eyni zamanda adamların dəyər baxışlarında mütləq göstərilən qiymət ünsürləri də olur.

Mənəvi dəyərlərdə(elmi, estetik, dini) insanın özü­nün ictimai təbiəti, eyni zamanda onun varlığının şəraiti öz əksini tapır. Bu ictimai şüur tərəfindən cəmiyyətin inkişafının obyektiv tələbatı və ənənələrinin özünəməxsus inikas formasıdır. Gözəl və eybəcər, xeyir və şər, ədalət, həqiqət və s. anlayışlarda bəşəriyyət mövcud reallığa öz münasibətini ifadə edir və onu müəyyən edilməsi lazım olan cəmiyyətin hər hansı ideal vəziyyətinə qarşı qoyur. İstənilən ideal həmişə sanki gerçəklik üzərində “bir az qalxmaq” deməkdir, özündə məqsəd, arzu, ümid, ümu­miyyətlə - mövcud olanı (varlığı) yox, nə isə olanı ehtiva edir. Elə bu da ona ideal mahiyyət görünüşü verir, heç bir şeydən asılı olmadan bir şeyə bənzəyir. Üzdən yalnız onun təhlil etmək və qiymətləndirmək xarakteri görünür. Bu ideallığın yerdəki mənbələri, kökləri adətən gizli olur, itirilir, təhrif olunur. Əgər cəmiyyətin inkişafının təbii tapıntı prosesi və onun ideal inikası üst-üstə düşsəydi bu heç də böyük bəla olmazdı. Lakin heç də həmişə belə olmur. Çox vaxt bir tarixi dövrdə yaranan ideal normalar digər dövrün gerçəkliyinə qarşı dayanır, öz mənasını həmişəlik itirir. Bu kəskin mənəvi qarşıdurma ideoloji döyüş və ruhi sarsıntılar dövrünün başlandığını göstərir.



Mənəvi istehsal deyərkən, adətən əqli əməklə peşəkarcasına məşğul olan ixtisaslaşmış bir qrup adam­ların həyata keçirdiyi xüsusi ictimai forma kimi şüurun istehsalı başa düşülür.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə