M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə79/184
tarix20.04.2022
ölçüsü0,71 Mb.
#85740
1   ...   75   76   77   78   79   80   81   82   ...   184
muhazire FELSEFEyeni

Dəyişikliyin “ziddiyyətliliyi”-Hərəkətə dialektik yanaşma onda fasiləlik və fasisəsizlik “qütb” anlarının olduğunu başa düşməyə imkan verir. Fasiləlik və fasiləsizliyin vəhdəti dəyişikliyin bütün növlərini xarak­terizə edir. Hər bir dəyişiklik prosesində bir - biri ilə sıx bağlı olan, bir - birinə keçən dövrü, mərhələni ayırmaq olar. Məsə­lən, normal fəaliyyət göstərən cəmiyyətin həyatı fasiləsizdir, ancaq bu fasiləsizlikdə insan nəsillərini, fərdi ayırmaq olar. Say sıralarını onların müəyyən bir - birini əvəz etməsində sıranın üzvləri təşkil edir. Bu və ya digər sıra üzvlərinin ayrılması onun fasiləliyini ifadə edir. Sıranın fasiləsizliyini, onun vəh­dətini, deyək ki, sıranın formulu (qanunu) ifadə edir.

Dəyişiklik prosesində sabitlik və dəyişkənliyin xarakterik əksliyi də aşkar olunur; bu hər iki an antik dövrdən başlayaraq müxtəlif fəlsəfi təlimlərdə qeyd olunub. Engels qeyd edirdi ki, hərəkət öz ölçüsünü ona əks olan - sükunətdə tapmalıdır, nisbi bərabərsizlik, sabitliksiz inkişaf ola bilməz. Sabitliyi pred­metlərin (hadisələrin, proseslərin) müəyyən vaxt ərzində öz keyfiyyət müəyyənliyini: strukturunu, mühüm xarakterini saxlamaq (o cümlədən onlara xas olan hərəkət vəziyyətini) bacarığı kimi müəyyən etmək olar. Bu artıq mexaniki yer­dəyişmə üçün gücə malikdir:cisimlərin hərəkəti haqqında o vaxt danışmaq olar ki, cisim hərəkət prosesində nə isə başqa şeyə çevrilmir, cisim kimi qalır; bundan başqa o həm də hərəkət vəziyyətini saxlamalıdır. Sabitlik dəyişikliyin saxlan­ması və toplanması, sistemin mürəkkəbləşməsinin, inkişafının, müxtəlif mərhələlərin varisliyinin (ardıcıl surətdə birindən digərinə keçmə) zəruri şəraitinə xidmət edir. Lakin məhz nisbi sükunət vəziyyətinin, tarazlığın, müvazinətin, sabitliyin inkarı nəticəsində dünyada yeni yaranır. Sabitlik və dəyişkənlik bir - birini tələb edir (şərtəndirir), onları qırıb atmaq, ayırmaq olmaz. Bu anlardan hər hansı birinin mütləqləşdirilməsi real mənzərənin təhrif olunmasına aparır.

Sabitlik və dəyişkənliyin dialektikası həm də eyniyyət və fərq anlayışlarında əks olunur. Fikirin məntiqi hərəkəti tez-tez belə bir fərziyəyə (ehtimala) əsaslanır ki, predmet (onun haqqında düşündüyümüz vaxt ərzində) həmin predmet olaraq qalır, özünün özünə oxşarlığını və ya sabitliyini saxlayır. Eyniyyət qanununun əsasında (A=A) oxşarlığın (eyniyyətin) mücərrədləşdirilməsi durur: predmetdə gedən dəyişiklikdən yayınmaq və onun sabitlik xarakteri üzərində diqqəti cəm­ləşdirmək. Düşüncədə (fikirdə) bu cür əməliyyat o həddə qədər zəruridir və özünü doğruldur ki, bu həddə predmetin dəyişikliyinə məhəl qoymamaq olar. Dünyaya metafizik baxış tərəflərdən birini mütləqləşdirərək predmetin real dəyişməzliyi haqqında baxışlardan çıxış edir və bununla da hərəkətlili, də­yişkən varlığın adekvat (eynilik, tam uyğunluq) əks etdirilməsi imkanından məhrum olurlar. Şeylərə dialektik baxışda onların eyniyyət və fərqinə “döyünən”, bir - biri ilə qırılmaz bağlı olan anlar kimi baxılır.

“Dəyişiklik” anlayışı müxtəlif vaxtlarda öz aralarında həm saxlanan, həm də ayrılan xarakteri olan bir sıra nisbətən sabit obyektləri nəzərdə tutur.Müxtəlif predmetlərə tətbiq edərək “ele o özü” və ya “başqa, özgə, qeyri” deyərkən söhbət burada eyni və ya müxtəlif predmetlərdən gedir. Dəyişiklik haqqında isə yalnız bir obyektin iki və ya daha çox müxtəlif vəziy­yətlərini müqayisə edərkən danışmaq olar.

Təbiətdə və cəmiyyətdə dəyişikliyə məruz qalmayan, özü - özünün eyni qalan predmetlər mövcud deyildir. Hətda əhə­miyyətli dərəcədə sabitlikdə belə bir çox strukturlarda onların özlərinin özlərinə “mücərrəd eyniyyətindən” cıxaran daimi dəyişiklik baş verir. Məsələn, geologiya daimi baş verən səthi və daxili prosesləri öyrənir: mexaniki dəyişikliyi (burulub çıxardılma, təyziqdə dəyişikliyi, torpağın qaldırılmasını, zəl­zələni), istlik (vulkan), kimyəvi (maddələri birləşdirən suyun, turşunun təsiri ilə) dəyişikliyi öyrənir.

“Abstarkt eyniyyəti” real görmək, aşkar etmək ağılabatan deyildir. Engels izah edirdi ki, bitkilər, hüceyrə, canlılar öz həyatlarının hər bir anında özü - özünün eynidir və bununla belə özü - özündən fərqlənir. Şeylərdə daimi mənimsənilmə və ayrılma, hüceyrələrdə tənəffüs, təşkil olunma (yaranma) və yox olma (ölmə) və s. baş verir. Həyatı təşkil edən molekulyar və digər dəyişikliklərin cəmlənməsi (toplanması) sayəsində həyat fazası (mərhələsi) şəklində müşahidə etdiyimiz dəyişikliklər baş verir: rüşeym həyatı, cinsi yetkinlik, çoxlama prosesi, qocalıq, ölüm. Dialektikanın inkişafı sayəsində hər şey aydın dərk olundu: dəyişən şeylərin həddi yalnız nisbi sabitlikdir. Metafiziklərin predmetlərə özlərinin - özlərinə eyniyyəti kimi baxmaları – nisbi sabitliyin mütləqləşdirilməsi, dəyişikliyin qiymətləndirilməsidir.

Eyniyyət və fərq – hər hansı dəyişən predmetin dialektik bağlılıq (əlaqə) xarakteridir. Öz-özünə eyniyyət artıq lap əvvəldən özünün fərqlə - bu predmeti bütün başqa pred­met­lərdən fərqləndirən – zəruri əlaqəsi var. Bundan başqa, daimi baş verən dəyişiklik necəsə daimi predmetin şəklini dəyişdirir, onun özünün – özü ilə eyniyyətini nisbi, natamam edir. Bax elə buna görə təsdiq etmək düz hesab edilir ki, predmet həm elə o özüdür, həm də o özü deyildir. Əks xüsusiyyətlərin – sabitlik və dəyişkənlik, eyniyyət və fərq – qeyri – dialektik uyğun­laş­dırılması dəyişikliyi anlamağı mümkün etmir (qeyri – mümkün edir). Xarakterik haldır ki, dəyişkənliyin mütləqləşdirilməsi də (Kratlini xatırlayaq), mahiyyət etibarı ilə ona gətirib çıxarır ki, dəyişiklik haqqında danışmaq, onu anlamaq qeyri – mümkün olur. (“Eyni bir suya heç bir dəfə də girmək olmaz”). Axın sanki “yapışdırılır”, onun mərhələsi, anı, daxili ayrılması fərqləndirilmir, bu da o deməkdir ki, o sanki sükutla, dəyiş­məzliklə bərabərləşdirilir.

Fəlsəfi fikir həm də bir - biri ilə ayrılmaz (sıx) bağlı olan mütləq və nisbi dəyişikliyə sövq edir. Birinin xüsusiyyət – onun fəlsəfi anlaşmasında – materiyanın mövcudluq üsulu kimi hərəkətin (dəyişikliyin) ən ümumiliyini, mütləqliyini göstərir; ikinci isə, göstərir ki, real dəyişiklik həmişə konkretdir, müəy­yən edilib, keçicidir, obyektin bütün elementlərə, aspektlərinə, strukturuna toxunmur. Bununla belə hər iki xarakteristika prin­sipcə qırılmazdır. Onların hər hansı birinə diqqəti cəlb etməklə dəyişikliyi izah etmək olmaz. Sadaladığımız çətinliklər real hadisələrdə əksliklərin, onların mürəkkəb əlaqələrinin aşkar edilməsi ilə bağlıdır. Təsadüfü deyil ki, uzun illər dünya müxtəlif proseslərin bağlanması (ilişməsi) kimi deyil, “şey­lərin” məcmusu kimi başa düşülürdü.

Bununla belə, aşkar olunan çətinliklər daha ümumi xarak­ter daşıyırdılar. İnsan fikri çoxdan bütövlüyü, predmetlərin çox aspektliyini, onların əlaqəsinin, inkişafının müxtəlifliyini aydınlaşdırarkən onlarla qarşılaşmışdır. Anlayışların köməyi ilə real aləmin bu xüsusiyyətini göstərməyə cəhdi “predmet elə özüdür və həm də özü deyil” və s. tipli əkslikli fikirlərə gətirib çıxarır. Zaman və fəlsəfi axtarışlar göstərdi ki, dünyanı bərk, qeyri - elastik anlayışlarla dərk etməyə cəhd göstərərkən, yəni varlıq və şüurun, reallıq və fikrin “toqquşmasında” hər dəfə bu cür mane yaranıb və yaranmaqda davam edir. Məsələ ondan ibarətdir ki, uzun vaxt təfəkkür ənənələrində “əksliklərə” ağıllı müraciət, dalan kimi görünən vəziyyətdən çıxış mövcud de­yildir. Onların aşkar edilməsi-tarixən yığılan çoxlu aporiyalar, antinomiyalar, dillemmaların, dünyanın fəlsəfi izah edilməsinin xarakterik xüsusiyətidir. Dialektikanın inkişafı ilə dialektik əksliklər anlayışı formalaşır.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə