M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə80/184
tarix20.04.2022
ölçüsü0,71 Mb.
#85740
1   ...   76   77   78   79   80   81   82   83   ...   184
muhazire FELSEFEyeni

Dialektik əkslik-Gündəlik həyat müşahidələrinin, müxtəlif elmlərdən, eyni zamanda ictimai tarixi praktikadan alınan təcrübəli faktların ümumiləşdirilməsi göstərdi ki, gerçəklik hadisələrinə qütb xarakteri xasdır - onların hər birində əkslik tapmaq olar. Ri­yaziyyatda – toplama və çıxma, kök altından çıxarmaq və qüvvətə yüksəltmək; fizikada – müsbət və mənfi yüklər; mexa­nikada – dartılma və itələmə; kimyada – maddələrin analiz və sintezi; biologiyada – varislik və dəyişkənlik, həyat və ölüm, sağlamlıq və xəstəlik – elmlərin kəşf etdiyi əksliklərin ötəri sadalanması belədir. Ən müxtəlif hadisələr və proseslərdə ziddiyyətli, bir - birini inkar edən (rədd edən), əks meyllərin açılması dialektik - materialist dünya görüşünün anlayışının formalaşması üçün, dəyişkənlik, inkişaf proseslərini dərk etmək üçün prinsipial əhəmiyyəti var.

Əkslik predmetlərin (hadisələrin, proseslərin) o xassələri hesab olunur ki, bir sıra şkalada (müxtəlif ölçülü cihazlarda dərəcələrə bölünmüş lövhəcik) “son dərəcə”, axırıncı yeri tutur. Əksliklərə nümunə: yuxarı – aşağı, sağ – sol, quru – yaş, isti – soyuq və s. Dialektik əkslik deyəndə bu və ya digər bütöv, dəyişən, predmetlərin (hadisələrin, proseslərin) elə tərəfi, meyli başa düşülür ki, eyni zamanda bir – birini inkar edir və bir – birini tələb edir.

Dialektik əksliyə vəhdətlik, qarşılıqlı əlaqə xasdır: onlar bir – birini tamamlayır, bir-birinə keçir, öz aralarında mü­rəkkəb şəkildə qarşılıqlı təsirdədirlər. Dialektik əksliklər arasındakı münasibət həmişə dinamik xarakter daşıyır. Onlar birinin başqasına keçməsinə, yerlərini dəyişməyə və s. Qadir­dirlər. Onların qarşılıqlı dəyişməsi tərəfləri olduqları predmetin özünün dəyişməsinə gətirib çıxardır. Onların əlaqəsinin dağılması nəticəsində bir – birinə münasibətdə əkslik olmağı dayandırırlar. Beləliklə, dialektik əkslik haqqında ayrı – ayrı­lıq­da, bir sıra tam çərçivəsində, onların ziddiyyətli vəhdətindən kənarda danışmaq ağılsızlıqdır.

Məsələn, atom özündə onun iki mühüm tərəflərini təşkil edən kimi təqdim olunur: müsbət yüklənmiş nüvə və mənfi yüklənmiş elektron (əgər söhbət atomun sadə strukturundan, yəni hidrogen atomundan gedirsə). Aydındır ki, onların vəhdəti, qarşılıqlı əlaqəsi atomun tamlığını (bütövlüyünü) müəyyən edir. Onun dağılmasında həm atomun nüvəsi, həm də elektron ob­yektə çevrilirlər, özü də başqa şəkildə, hansısa başqa əlaqələrlə mövcud olan obyektə çevrilir. Buna müvafiq olaraq onlar əksliklər – atomun ziddiyyətli vəhdətinin tərəfləri – olmaqdan dayanırlar (əl çəkirlər).

Əkslik qüvvələrinin, meyllərinin toqquşmasında həm cə­miyyətdə (burada o əyani şəkildə özünü göstərir), həm də canlı və cansız təbiətdə (əgər cansız təbiətə onun təkamülü, mü­rəkkəblik və mütəşəkkilliyinin artması prosesində baxılarsa) dəyişiklik, inkişaf prosesi həyata keçir. Əksliklər arasındakı mürəkkəb, hərəkətli münasibətlər dialektik əkslik adlandırıldı. Başqa sözlə desək, “əksliklərin vəhdəti və mübarizəsi” və “dialektik əkslik” terminləri özündə eyni mənanı birləşdirir.

Doğrudur, nəzərə almaq lazımdır ki, əgər ictimai həyatda əksliklərin mübarizəsini fəlsəfi mənada həm də sosial qrupların, adamların real mübarizəsinə, onların real mənafeyinin toq­quşmasına və s. aid edilə bilərsə, təbiətə, şüura tətbiq edilərkən “mübarizə” sözünü hərfi mənasında başa düşmək lazım de­yildir. Məsələn, riyazi məsələləri həll edərkən toplama və çıxma, qüvvətə yüksəltmək və kök altından çıxarmaq əməliy­yatının “mübarizəsini” düşünmək mənasız olardı. Aydındır ki “əksliklərin mübarizəsi” termininin bütün bu hadisələrə mü­nasibətdə xüsusi mənası var, “mübarizə” sözü metaforik (mə­cazi) mənada işlədilir, həm də yaxşı olardı ki, ayrılıqda yox, “əksliklərin vəhdət və mübarizəsi” formulunun tərkibində işlə­dilsin.

Əksliklərin və hətta onların mübarizəsinin mövcudluğunun qəbul edilməsi hələ onların şərhində dialektik mövqe tutmaq demək deyildir. Qeyd etmək lazımdır ki, marksizm fəlsəfəsinin əleyhdarları tərəfindən dialektik əkslik haqqında təlimin tənqidi predmetlərdə, hadisələrdə, proseslərdə bir – birinə qarşı duran, bir-birinə təsir edən qütb amillərinin mövcudluğu haqqında fikrin mənasızlığını göstərir.

Mədəniyyət tarixində ən qədim zamanlardan bu cür cüt­ləşməni (əksliklərin mübarizəsi) etiraf edən konsepsiya möv­cud olmuşdur, ancaq o qarşılıqlı surətdə bir – birini ta­mamlayan, tarazlaşdıran, əks qüvvələrin məlum müvazinətini tapmaq ruhunda şərh olunurdu. Xüsusilə bu mifoloji şüur və onunla sıx bağlı olan ilk fəlsəfi sistemlərə xarakterik idi. Bir – biri ilə müxalifətdə (aşağı və yuxarı, işıq və qaranlıq, yaxşılıq və pislik, sağ və sol tipli) onların əsas qütblüyü mifoloji şüur üçün nə isə Kainatın “hemostaz” prinsipinin, yəni bu qütblər arasında daimi pozulma dövrlərini yaradan və tarazlığı bərpa edən prinsipdir.

İngilis filosofu K. Popper yazırdı : “Əgər biz əks amillərə bir az nəzər salsaq görürük ki, dialektiklərin irəli sürdüyü bütün misallar yalnız onu təsdiq edir ki, yaşadığımız dünyada bəzən struktur meydana gəlir ki, bunu da “qütb” sözü ilə təsvir etmək olar. Bu cür struktura nümunə - müsbət və mənfi elektrikin mövcud olmasıdır”. Ancaq məsələ ondadır ki, dialektika bu cür qütbləri qeyd etməklə kifayətlənmir, bütün mövcud olanların dəyişikliyini və inkişafını, mövcud olmasının mürəkkəb, dinamik, canlı proseslərini izah etməyə imkan verir, onların “döyünməsini” anlamağa cəhd edir.

Əksliklərin qarşılıqlı münasibəti hərəkətlidir. Tərəflərdən birinin güclənməsi və ya zəifləməsi (dağılması) dəyişən, inkişaf edən predmetin əkslik vəhdəti çərçivəsində onun rolunun, mənasının dəyişməsinə aparır və buna müvafiq olaraq digər əksliyin roluna, mənasına təsir edir. Bir sözlə, burada bütöv komleks çətin, ancaq kifayət qədər vacib olan problem meydana çıxır.




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə