M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları


Əksliklərin “vəhdəti və mübarizəsi”-



Yüklə 0,71 Mb.
səhifə81/184
tarix20.04.2022
ölçüsü0,71 Mb.
#85740
1   ...   77   78   79   80   81   82   83   84   ...   184
muhazire FELSEFEyeni

Əksliklərin “vəhdəti və mübarizəsi”-Bu qanun indiyə qədər mövcud olan fəlsəfi ədəbiyyatda “əks­liklərin vəhdəti və mübarizəsi” qanunu kimi verilmişdir. Bu, ən ümu­mi qanundur. Əgər bu qanun və onun haqqında biliklərin forma­laşması məsələsini nəzərdən keçirsək, mütləq tarixə müraciət etməliyik. Hələ qədim zamanlardan insanlar belə bir cəhətə fikir verirdilər ki, bizi əhatə edən son dərəcə çoxcəhətli aləmdə əks xassələr, qüvvələr və meyllər aydın görünür və xüsusilə mühüm rol oynayırlar. Həm də müşahidə edilmişdi ki, əks başlanğıclar nəinki yanyana– mövcuddur, həmçinin bunlar qarşılıqlı surətdə bir– birilə bağlıdır. Eyni bir predmetdə, yaxud hadisədə meydana gəlir, bu və ya digər şeyin, yaxud bu və ya digər prosesin müxtəlif cəhətlərini təşkil edirlər.

Ziddiyyətlər özləri də dəyişilir, hərəkətdə olurlar. Onların qar­şılıqlı təsiri həm özlərini, həm də ümumi sistemdə olan dəyişikliklərə təsir edən maddələr mübadiləsi, enerji və in­formasiya ilə əlaqədardır. Aparıcı ziddiyyətlərin kəmiyyətcə və keyfiyyətcə üstünlüyü sistemin hərəkət və inkişafına istiqamət verir. Bu üstünlük əvvəl gizli, potensial, sonra isə aktual olur. Ziddiyyətlərin inten­sivliyi, kəskin­liyi, və yetkiniliyi də dəyişir. Bu ziddiyyətlərin özünün inkişafının mərhələliyi problemi də kifayət qədər olmamışdır. Əslinə qalanda ziddiyyətlərin inki­şafında aşağıdakı mərhələləri, yaxud vəziyyətləri ayırmaq la­zımdır: harmoniya, disharmoniya və münaqişə.

Hələ Heraklit qeyd edirdi ki, harmoniya ziddiyyətlərdən (əkslik­lərdən) ibarətdir. Aristotelə görə, “harmoniya, ümumiy­yətlə ziddiy­yət­lərdən (əksliklərdən) yaranır”. Yaxud da, “har­moniya müxtəlif fikirlərin razılığıdır”. Disharmoniya ümumi strukturun laxlaması ilə bir tərəfin digər tərəfin hesabına inkişaf etməsi ilə əlaqədardır. Ziddiyyətlər, hər şeydən əvvəl, prosesdir. Birincisi, ziddiyyətlərin vəziyyəti ziddiyyətləri təşkil edəndir. Əslində, artıq qeyd edildiyi kimi, ziddiyyətlər dəyişməz qalmır. İkincisi, ziddiyyətlər aradan qaldırılır. Bunun üçün isə, əlavə hərəkət üçün maddələr, enerji və informasiya sərf olunur. Müxtəlif ziddiyyətlər və onların müxtəlif təsnifatı mövcuddur. Onlardan əsası gerçəkliyi əhatə etməyə görə bölgüdür. Aşağıdakı iki tip məlumdur: ümumdialektik, yəni maddi və mənəvi gerçəkliyi əhatə edən və spesifik– dialektik ziddiyyətlər-onlar da öz növbəsində iki tipə bölünür: a) maddi sistemlərin ziddiyyətləri (predmet ziddiyyətləri) və b) idrakın predmet ziddiyyətləri.

Ümumdialektik ziddiyyətlər də növlərə bölünür. Bünlar daxili və xarici ziddiyyətlər, antaqonist və qeyri-antoqonist ziddiyyətlər, konstruktiv və destruktiv ziddiyyətlər və s. Daxili ziddiyyətlər müəyyən predmetin bir-birinə əks tərəf­lərinin qarşılıqlı təsiri, mübarizəsidir. Xarici ziddiyyətlər isə müəy­yən predmetin onu əhatə edən mühitlə, bu mühitdəki predmetlərlə ziddiyyətli münasibətləridir. İnkişaf həm daxili və həm də xari­ci ziddiyyətlərlə müəyyən olunur. Antoqonist ziddiyyətlər sosial qüv­vələr (sosial quruplar, siniflər) arasında olan ziddiyyətlərdir. Qeyri-antoqonist ziddiyyətlər fərdlərlə, sosial qruplar və ölkələr arasında olan ziddiyyətlərdir. Onların başlıca mənafeləri bir– birinə uyğun gəldiyindən aralarında olan ziddiyyətlər də qeyri– antoqonist olur. Əsas ziddiyyət inkişafda başlıca, aparıcı rol oynayır və bütün başqa ziddiyyətlərə təsir göstərir.

Dialektikanın nəzərdən keçirilən üç qanununun inkişafı üç müxtəlif tərəfdən xarakterizə edir. Dialektik ziddiyyətlər qanunu inkişafın mənbəyi, impulsudur. Kəmiyyətin keyfiyyətə keçməsi qanu­nu yeni keyfiyyətlərin yaranması mexanizmidir; dialektik sintez qanunu mütərəqqi istiqamətlənmiş dəyişik­liklərin xarakter və for­ma­sını ifadə edir. Birinci qanun inkişaf niyə baş verir sualına, ikinci qanun isə inkişaf necə baş verir sualına cavab verir. Üçüncü qanun– irəliyə doğru inkişafın xarakteri necədir sualına cavab verir. Dialektikanın bu üç qanununun qarşılıqlı təsiri nəticəsində dialektik keçid və əla­qələrin vahid sistemi yaranır. Həmin sistemin hər bir elementi öz xüsusi funksiyasını yerinə yetirir, bununla da məcmu hərəkəti ilə bütün gerçəkliyi əhatə edir. Ümumiyyələ, inkişaf qanunları kompleksində mərkəzi yeri dialektik ziddiyyətlər qanunu tutur.

Bu qanun ümumi hərəkət və inkişafın səbəblərini, mən­bələrini, hərəkətverici qüvvələrini müəyyən edir. Əksliklərin vəhdəti və mübarizəsi qanunun mahiyyətini, inkişaf prosesində rolunu və fəaliyyət mexanizmini dərindən anlamaq üçün “eyniyyət”, “fərqlilik”, “ziddiyyət”, “əkslik”, “münaqişə” və s. anlayışlarının mahiyyətini bilmək, onları fərqləndirmək zə­ruridir. Bu anlayışları iki mənada səciyyələndirmək olar:

1) “əkslik” gerçəklik hadisələrinə xas olan, onların inki­şafını şərtləndirən ən ümumi müəyyənlikdir;

2) “əkslik” ziddiyyətlərin kəskinləşməsi dərəcəsi, mənafe fərqlərinin artıb tam qütbləşməsi və barışmazlığı forması və təzahürüdür.

Əksliklərin “vəhdəti və mübarizəsi” formulu bu və ya baş­qa bütöv predmetin “qütb” xassələrinin, funksiyalarının, tərəflərinin gərgin qarşılıqlı təsirini ifadə edir. Dialektik əkslik bir-biri ilə, maqnitin qütbləri kimi, qırılmaz bağlıdır. Kəmiyyət və keyfiyyət, səbəb və nəticə, təsadüf və zərurət, hissə və tam, forma və məzmun – bunlar və dialektikanın digər qütb kate­qoriyaları öz – özlüyündə əksliklərin vəhdətinə nümunədir, real aləmin əks amillərini, hadisələrini, xüsusiyyətlərini təqdim edir.

Bunula belə, onlar bir-biri ilə qırılmaz bağlıdırlar, biri o birini tələb edir. Hər bir bu cür dialektik anlayışlar, Hegel demişkən, - “özündə başqasını” nəzərdə tutur: təkcə özündə ümumi ilə əlaqələndirilməni – sonlu – sonsuzluqla, tərəqqi – tənəzzüllə və s. güman edir. Bütün bu anlayışlar özündə varlığın onlara uyğun olan anlarının, tərəflərinin real dialek­tikasını təcəssüm etdirir (ifadə edir). Həm anlayışlar, həm onlara uyğun olan hadisələr qarşılıqlı surətdə bağlıdırlar (əlaqədədirlər), bir – birinə keçir, onların hər biri özündə başqasını nəzərdə tutur.

Dialektik əksliklərə və onları ifadə edən anlayışlara əks­liklərin eyniləşdirilməsinə çatan universial elastiklik xasdır. Məsələn, siyasətdə anarxiya və despotizm qarşılıqlı surətdə bir –birinə keçir. Qaydalara sözsüz (şərtsiz), ancaq təmiz formal riayət olunması canlı işi iflic etməyə qadirdir. Hətta elə tətil növü var ki işçilər bütün əmrlərə (göstərişlərə) ciddi riayət etməyə başlayırlar və məsələlərin həllində o dəqiqə qarma­qa­rışıqlıq başlayır.

Əkslikləri yaxınlaşdırmağı, eyniləşdirməyi bacarmaq, on­ların vəhdətini, əlaqəsini, keçməsini görmək – dialektik təfək­kürün xüsusiyyətidir. Normal və qeyri-normal, xəstəlik və sağ­lamlıq elastik qarşılıqlı surətdə bağlıdırlar, insan fəaliyyətində məqsəd və vasitələr, maddi və mənəvi öz aralarında qırılmaz surətdə bağlıdırlar və s. Əksliklərin vəhdəti - ən müxtəlif hadisələrin, proseslərin dərk edilməsinin effektivli (təsirli) üsu­ludur. Məsələn, dərk olunma prosesinin başa düşülməsi onun komponentlərinin, aspektlərinin, səviyyələrinin – hissi və mən­ti­qi, təcrübə və nəzəri, subyektiv və obyektiv – konkret əlaqə­ləndirilməsi, məhdudlaşdırılması və çoxplanlılığı ilə bağlıdır.

Əksliklərin vəhdəti onda özünü göstərir ki, onları kəskin ayırmaq olmaz: onlar bir-biri ilə bağlıdır, bir – birinə daxil olur, çoxlu uyğunluq yaradır. Məsələn, Marks istehsal və bölgünü, istehsal və mübadiləni, istehsal və istehlakı ayırırdı, onların fərqini, mühüm funksiyalarının, xarakterinin spesifikliyini aşkar etdi. Dialektik əkslik bir-biri ilə o qədər bağlıdır ki, praktikada və ya nəzəriyyədə onların qütblərindən birinə diqqəti cəlb edərkən, o biri də özünü o dəqiqə bildirir. Tutaq ki, insanın şüurunda, ictimai həyatda, mədəniyyətdə fərdi, şəxsi xüsusiyyətlər və ictimai - tarixi, sosial xüsusiyyətlər sıx bağlıdır.

Dialektik əkslik hadisələrin səthində deyil, predmetlərin dərin daxili mahiyyəti ilə bağlıdırlar. Onların aşkar edilməsi üçün nəzəri fikrin ciddi cəhdi lazımdır. Adətən xarici zid­diyyətlər və bir-birinə qarşı durma predmetin daxili strukturu ilə bağlı olan dərin dialektik ziddiyyətlərin aşkar edilməsinə xidmət edir. Ancaq gerçəkliyin bu və ya digər sahəsində özünü biruzə verən konfliktlərin, ziddiyyətlərin, uyğunsuzluğun heç də hamısı dərin dialektik ziddiyyətlərin ifadəçisi deyildir. Bu və ya digər qüvvələrin, meyllərin müxtəlif amillərinin, nara­zılıqlarının, toqquşmalarının disbalansı ola bilər. Bu cür hadisələri də əkslik adlandırırlar: ancaq onlar haqqında inki­şafın mənbəyi kimi danışmaq mənasızdır. Onlar daha çox məntiqi əksliklərin real analoqu, düşüncələrin əlaqəliliyini, ardıcıllığını pozan, onları keyfiyyətsiz edəndir.

Məntiqdə olduğu kimi həyatda da idrak irəli hərəkət edir, ziddiyətləri dəf edir: sistemin inkişafındakı uyğunsuzluq, işləməsindəki (fəaliyyətindəki) çaşqınlıq dəf edilməlidir. Sistem yalnız onun elementlərinin, digər onu təşkil edənlərin dəqiq razılaşdırılması (əlaqələndirilməsi) şəraitində normal, uğurlu işləyə bilər. Təfəkkürün, idrakın dialektik əksliyi məntiqi düşünməyi bacarmamaqdan irəli gələn səmərəsiz, faydasız əkslikdən fərqlənmir. Təfəkkürdəki bütün bu qüsurlar, fəaliyyətdə ifadə olunan səriştəsizlik, cavabdehsizlik, varlığın dəqiq dialektik ziddiyəti ilə heç bir əlaqəsi olmayan qarma – qarışıqlıq, xaos yaradır.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə