M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə82/184
tarix20.04.2022
ölçüsü0,71 Mb.
#85740
1   ...   78   79   80   81   82   83   84   85   ...   184
muhazire FELSEFEyeni

Dialektik ziddiyyət dialektika nəzəriyyəsində mərkəzi yerlərdən birini tutur. Marksist fəlsəfədə bu problemi anlamaq klassik alman fəlsəfəsindən doğdu və ona arxalandı. Dialek­tikanın böyük nəzəriyyəçiləri dialektik ziddiyyətə heç də həyat məişətində, elm və siyasi həyatdakı ziddiyyət kimi xarakterizə olunan bütün konfliktləri, narazılıqları, bir – birinə qarşı durmaları aid etmirdilər. Onların diqqətinin predmeti varlığın və idrakın dərin ziddiyyəti olmuşdur ki, məhz fəlsəfi nəzəri ağıl onu aşkar edir.

Əskiklərdə vahidin ziddiyyətin bir-birini inkar edənə (“inkar”) və birinin digərinə vasitəçilik etməsinə – biri-birini ifadə edənə (“inkarı inkar”) bölünməsinə mahiyyət haqqında təlimdə nail olunur. Əksliyin müəyyənliliyinin özü (“təsadüf – zərurət”, “yaxşı – pis” və s.) burada onların əlaqələndirilməsi vasitəsi ilə başa düşülür. Buna uyğun olaraq real ziddiyyət bir – biri ilə gərgin qarşılıqlı təsirdə olan ziddiyyətlərin canlı vəhdəti kimi başa düşülür. Lakin ziddiyyət nə isə bir – birinə birbaşa bağlı cüt ziddiyyət şəklində, nə isə mövcud olan şey kimi başa düşülmür. Müvafiq olaraq dünyada bu cür dialektik cütlərin yığımı kimi başa düşülmür. Hegelin fikrincə, əksliklərin “vəhdəti və mübarizəsinin” aydınlaşdırılması qurtarmır və buna görə də dialektik ziddiyyətini məğzini təhlili qurtara bilməz.

Analizin (təhlili) növbəti, tamamlanan mərhələsi (anla­yışlar haqqında təlim) çox mühümdür, burada dialektik ziddiyyətə konkret əlaqələr, qarşılıqlı təsir kontekstində baxılır. Məsələn, əmtəə - pul münasibətindəki ziddiyyət (“istehsalçı – istehlakçı”, “satıcı–alıcı” və s.) ictimai strukturun müxtə­lifliyində, əmtəə aləminin real münasibətində özünü göstərir, öz təbii inkişafını alır. “Fərd – cəmiyyət” dialektik əksliklərinin fəaliyyət mənzərəsi də buna oxşar yolla yaradılır. Fərdlər “mülki cəmiyyət” strukturunda yaşayır, həyat fəaliyyətinin konkret formalarında özünü biruzə verir, onun başqa adamlarla əlaqəsi onların dövlət həyatında, cəmiyyətin hüquqi münasibət­lərində, bütövlükdə sivilizasiyada iştirakını ifadə edir.

Ziddiyyətlərin vasitəli ifadə olunmasının mürəkkəb quru­luşların (təşkilin) inkişafını və mövcudluğunu, onların yeni mərhələyə keçməsini təmin edən obyektiv dialektik qanu­na­uyğunluq əhəmiyyəti vardır. Hegel dialektik ziddiyyətin nəzəri təhlilini məhz belə başa çatdırır. Onun dəyərli metodoloji ideyalarını Marks dərk etmiş və müvəffəqiyyətlə kapitalizm cəmiyyətini təhlil edərkən, tarixin fəlsəfəsi və bütövlükdə dia­lektik – materialist dünyanın dərk edilməsi konsepsiyalarında tətbiq etmişdir.

Hegelin əksliklərin vasitəli ifadə olunması fikri çox vaxt “ifratçılığın barışdırılması” kimi qiymətləndirilirdi, guya mütəfəkkirin siyasi konservatizmi ilə şərtlənir və dialektikaya xəyanət kimi tənqid olunurdu. Bu cür qiymət mənaca cə­miy­yətin inkişafının impulsu kimi sosial ziddiyyətlərin geniş­lənməsi ideyası ilə səslənir. Bu gün yeni təfəkkür baxımından Hegelin bu fikrini və klassik fəlsəfənin bir sıra müddəalarını başqa cür qəbul etmək vaxtı yetişmişdir. “İfratçılığın” vasitəli ifadə olunması haqqında təlim mühüm konstruktiv (əməli) ideya kimi daha böyük əhəmiyyət kəsb edir. Kantın dialektik düşüncələrinə də bu gün başqa cür yanaşılır.

Kant öz diqqətini dünyanın prinsipini, insanın mövcudlu­ğunun mahiyyətini, insanın dünyada yerini başa düşməyə cəhd edən fikirləri açan xarakterik ziddiyyətlər üzərində cəmləş­dirmişdir. O, göstərirdi ki, bu cür problemlərin həll edilməsinə müxtəlif yanaşmanın təhlilinə cəhd edərkən əql mövqelərin həqiqi mənada dramatik surətdə qarşı – qarşıya durmaları ilə toqquşur. Kant bu cür ziddiyyətləri antinomiya, onlar haqqında təlimi isə - antitetik (əks, təzadlı) adlandırdı. Antinomiyalarda (eyni dərəcədə düzgün hesab edilən iki qanun, müddəa, prinsip, kateqoriya arasındakı ziddiyyət) yaradıcı mübahisənin struk­turu – bütün dövrlərin dialektiklərinin daimi maraqlandıqları predmet yaranır. Yüksək (mahiyyətcə həm də demokratik) mədəniyyətli dialoq dünyagörüşlərin mübahisəsinə, ciddi fəlsəfi mövqelərin toqquşmasına tətbiq olunmuşdur. Bu vaxt bir – birinə qarşı duran fikirlərə eyni cür münasibət bəslənir, “onların heç birinə üstünlük vermək olmaz”.

“Azadlıq” və “tabelik” və bu cür başqa dialektik əksliyin qarşı – qarşıya durması – sadəcə olaraq təkcə intellektula qarşı­durma deyil, onlar bütün insan həyatına real olaraq keçir. Düşünən insan üçün həmişə belə bir sual aktualdır: “... mən öz rəftarımda azadam, yoxsa başqa mövcudat kimi təbiət və azadlıq tərəfindən idarə olunuram...”?. Məsələ ondadır ki, insan varlığın iki müxtəlif “qaydasına” daxil olub. O, ondan asılı olmayan şəraitin, təbiət və cəmiyyətin qanunlarının qüdrətinə tabedir (bəzən də totalitar rejimin amansız və qəddar şəraitinə tabe olur). Bununla yanaşı o həm də intellektual prinsiplər, normalar, ideallar aləmində yaşayır ki, burada mühüm yeri insanların öz rəftarını uyğunlaşdırdığı mənəvi borc, namus, vicdan, ləyaqət və s. anlayışlar tutur. Yüksək insan ruhu alə­mində azadlıq pinsipindən irəli gələn, hələ reallığa çevrilməmiş insanların fəaliyyəti yetişir, yaranır.

Tarixin müxtəlif dövrlərində güclü ruha malik adamlar olmuşdur ki, hətta böhranlı şəraitdə, son dərəcə əlverişsiz şəraitdə hadisələrin gedişindən doğan, onlar üçün yad şəraitə (vəziyyətə) tabe olmaq istəməmişlər. Buna görə azadlığın həddi dialektik müxtəlifdir. Bu həm müxtəlif alternativlərdən seçmək imkanı, həm təbiət və tarixi şəraitdən doğan, sanki labüd olan hərəkəti etməmək bacarığı, həm də hüquqi - əxlaqi, hüquqi, əmək və başqa novatorluq və digər bacarığıdır.

Konkret tarixi şəraitdə ziddiyyətlərin real nəticələrinə, normal “həyatı”na yalnız yaradıcı işlə, ziddiyyətləri “yerləş­dirməyə” qadir olan zəruri əlaqə, struktur, vasitə ilə ifadə olunmanın formalaşması ilə, onlara normal inkişaf etmək, genişlənmək, fəlakətdən, məhvedici toqquşmadan kənar olmaq imkanı verməklə nail olmaq olar. “Dialetkik ziddiyyətlə” sıx bağlı olan “inkarı inkar” prinsipinə diqqət yetirək.

İnkarı inkar”. Dəyişikliyin dövriliyi (dövri prosesi) və irəliləməsi (artması, güclənməsi, yüksəlməsi) -Hegel fəlsəfəsində, varlıq və təfəkkürün eyniləşdirilməsi prinsipinə uyğun olaraq, fikirlərin dialektik ziddiyyətlərini və onunla bağlı olan dialektik inkarın həll edilməsi ritmi (ahəngi) həm də varlığa keçirilmişdir. Materialist dialektikada da dialektik “ziddiyyət” və “inkara” varlıq (ontoloji) anlayış­la­rında başa düşülməyə cəhd edilmişdir.

“İnkar” məntiqi, fikri inkara (antitezis) real oxşar kimi hər hansı prosesin mütləq anı, dəfələrlə dəyişən kimi şərh edilir. Marks yazırdı: “... öz əvvəlki mövcudluq formasını inkar etmə­sə inkişaf baş verə bilməz”. Doğrudan da, insanın embirional formalaşmasında uşağı körpəliyi sıxışdırır, o da yetkinlik tərəfindən sıxışdırılır, axırda yetkinlik yaşı gəlir. Dəmir alətlər nə vaxtsa istehsaldan daş alətləri sıxışdırıb, əl əməyini mexanika aradan çıxarıb və s. Hər bir yeni mərhələ əvvəlkinin “inkar” edir.

Dəyişikliyin əvvəlki və sonrakı mərhələləri əks xüsusiy­yətlər, kəsilmə kimi irəli sürən metofizik “inkar” baxışlarından fərqli olaraq, dialektik inkar bir mərhələdən o birinə keçid, əlaqə tələb edir (olmasını istəyir). Dialektik “inkar” üç cəhətli (vəhdət təşkil edən üç hissədən ibarət olan) prosesi özündə birləşdirir: əvvəlkinin pozulmağı (dağılması), kuliminasiya (onun hissələrinin saxlanması, varislik, verilməsi) və kon­struk­siya (yeninin formalaşması, yaranması).



Birinci an – keçmişin dəf edilməsi, onun “atılması” – bu prosesin növbəti mərhələsi üçün zəruri özəyi təmin edir. Ancaq pozulma, dağılma öz-özünə üstün olsa prosesi geri atar, növbəti mərhələyə hərəkətin ilkin şərtini dağıdar. Prosesin normal davam etməsi, onun əlaqəsi, vəhdəti, bütövlülüyü ikinci anla təmin olunur – saxlanmaqla, varisliklə. Bu şərait olmasa proses həmişə başlanğıc nöqtəyə qayıdar və ona görə də “yerində saymağı” xatırladar, ümumiyyətlə mümkün olmaz. Prosesin artması, onun yeni mərhələyə hərəkəti üçüncü anı: yeniliçiliyin tətbiq edilməsini (keyfiyyətcə yeni əlaqələlərin, funksiyaların, xüsusiyyətlərin formalaşması) tələb edir.

Əksliklərin qarşı – qarşıya durması, onların tarazlaşmasının ritmik (ahəngdar) olaraq bir-birinin dalınca getməsi, daimi təzələnən dövr kimi tarazlığın uyğun olması və pozulması haqqında fikirlərdə də dərin dəlillər var. Hələ qədimdən söy­lənən bu dəlillər dialektikanın sonrakı inkişafı ilə dəqiq­ləşdirilmiş, öz inkişafını tapmışdır. Dövrilik ideyası irəliləmək ideyası ilə tamamlandı (təkmilləşdirildi), varlığın başlanğıc səviyyəsi dəf edildi, əvvəlki səviyyədə mövcud olan varlıq səviyyəsi çərçivəsindən çıxıldı, varlığın keyfiyyətcə yeni səviyyəsi formalaşdı. Materialist dialektikada əksliklərin mü­nasibəti yalnız onların qaydasının pozulmasının və taraz­lığının bərpa edilməsinin bir-birini əvəz etməsi kimi deyil, həm də irəliləyən, yüksələn dəyişikliklə, inkişafa istiqa­mət­lən­məsinə gətirib çıxaran uyğunsuzluq şərh olunur.




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə