M föVQƏladə hallarda əhaliNİn mühafiZƏSİ. KÖÇÜRMƏ TƏDBİRLƏRİ. Fövqəladə hallarda əhalinin mühafizəsi. Kollektiv mühafizə qurğuları



Yüklə 27,24 Kb.
səhifə2/5
tarix31.12.2021
ölçüsü27,24 Kb.
#81711
1   2   3   4   5
M-4

Əhalinin mühafizəsində məqsəd- fövqəladə hallarda insanların həyatının qorunması üçün lazımi şəraitin yaradılması, insanların zəhərlənməsinin qarşısının alınması və ya zədələnmə ehtimalının mümkün qədər azaldılması, əhalinin mühafizəsinin səmərəli təşkil edilməsi, mühafizənin prinsiplərinin və üsullarının düzgun seçilməsindədir. Bu prinsiplər aşağıdakılardır:

1. mühafizə Az.R-nın bütün ərazisində istehsalat prinsipi üzrə təşkil edilir. R-nın bütün əhalisi mühafizə edilməlidir; bu tədbirlər fasiləsiz xarakter daşıyır, sülh və müharibə dövrlərində yerinə yetirilir.

2. Əhali yerləşən rayonların hərbi- siyasi və təbii xarakterindən, burada etimal edilən FH-ın növündən, təhlükənin dərəcəsindən asılı olaraq mühafizə tədbrləri fərqli sürətdə planlaşdırılır və həyata keçirilir.

3. Bu məqsədlə, sulh dövründə baş verə biləcək FH-ın xarakteri və miqiyası barədə proqnozlar əsasında, habelə müasir müharibələrin xüsusiyyətləri, başlanması variantları, müxtəlif növlü qırğın vasitələrinin işlədilməsi imkanlarını nəzərə almaqla respublikanın ərazisi zonalara ayrılır. Mülkü müdafiə tədbirləri hərbi komandanlıq orqanları ilə sıx əlaqədə yerinə yetirilir.

4. Əhalinin mühafizəsinə müxtəlif mühafizə üsullarında kompleks halında istifadə edilməklə nail olunur ki, bu üsullardan ən əsasları əhalinin müxtəlif mühafizə qurğularında daldalandırılması, təhlükəli rayonlardan köçürülməsi və eyni zamanda fərdi mühafizə vasitələrindən istifadə olunmasıdır.

5. Əhalinin mühafizəsi üzrə tədbirlər sülh dövründə əvvəlcədən hazırlanır, iqtisadi və sosial inkişaf planlarında nəzərdə tutulur və Az.R-nın qanunvericiliyi ilə müəyyən olunmuş qaydada yerinə yetirilir.

Sülh dövründə FH-dən əhalinin mühafizəsi uçün aşağıdakı tədbirlər daha vacib əhəmiyyətə malikdir:

a) etibarlı xəbərdarlıq sisteminin yaradılması;

b) mühafizə qurğuları ehtiyatlarının yaradılması;

c) kombinasiya üsulu ilə köçürmə tədbirlərinin planlaşdırılması və vaxtında yerinə yetirilməsi, köçürülən əhalini qəbul etmək və yerləşdirmək üçün şəhərdən kənar təhlükəsiz zonanın hazırlanması;

d) əhalinin fərdi mühafizə vasitələri ilə təmin edilməsi;

e) mühafizə üsullarının əhaliyə ümumi və icbari sürətdə öyrədilməsi;

f) ərzaq və suyun radioaktiv, kimyəvi maddələrdən, güclü təsirli zəhərli maddələrdən, bakterial vasitələrdən mühafizəsinin təmin edilməsi;

g) radiasiya , kimyəvi və bakterioloji müşahidələrin, kəşfiyyat və laboratoriya nəzarətinin təşkili;

h) sanitariya- gigiyeniya tədbirlərinin və radiasiya əlehinə tədbirlərin həyata keçirilməsi.

Daimi radiasiya , kimya müşahidəsi, kəşfiyyat və laboratoriya müşahidəsinin təşkili- təhlükə barədə əhalini vaxtında xəbərdər etmək üçün vacib şərtlərdən biridir.

FH təhlükəsi yarandığı barədə xəbərdarlıq edilərkən əhali təhlükənin xarakterindən asılı olaraq aşağıdakı tərzdə fəaliyyət göstərilməlidir:

1. kütləvi məlumat vasitələri (radioprotektoru- qəbuledicini) daimi şəbəkəyə qoşulu saxlamalı;

2. şəhərdən kənar zonaya köçürülməyə hazırlaşmalı;

3. FH etimalına görə daldalanacağın (sığınacağın) yerini dəqiqləşdirilməli, kənd yerlərində radiasiya əlehinə daldalanacaq düzəltməyə başlamalı;

4. Fərdi və tibbi mühafizə vasitələrini əldə etməli, onları istifadə üçun hazırlamalı.

FH zamanı əhalinin mühafizəsinin əsas üsulları:

a) mühafizə gurğularında daldalanmaq;

b) fərdi mühafizə vasitələrindən istifadə etmək;

c) iri və təhlükəli şəhərlərdən əhalini şəhərdənkənar təhlükəsiz zonaya köçürməkdən ibarətdir


Yüklə 27,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə