M föVQƏladə hallarda əhaliNİn mühafiZƏSİ. KÖÇÜRMƏ TƏDBİRLƏRİ. Fövqəladə hallarda əhalinin mühafizəsi. Kollektiv mühafizə qurğuları


ııı.Köçürmə tədbirləri. Köçürmənin mahiyyəti



Yüklə 27,24 Kb.
səhifə4/5
tarix31.12.2021
ölçüsü27,24 Kb.
#81711
1   2   3   4   5
M-4

ııı.Köçürmə tədbirləri. Köçürmənin mahiyyəti.

Köçürmə tədbirlərinin yerinə yetirilməsi fövgəladə hallarda əhalinin mühafizəsinin ən səmərəli üsullarından biridir.

Köçürmə tədbirləri həm sülh dövründəki fövqəladə hallarda (təbii fəlakətlər , istehsalat gəzaları zamanı), həm də müharibə dövrünün fövqəladə hallarında (müasir kütləvi qırğın vasitələri işlədilərkən) əhalinin təhlükəsizliyini təmin etmək üçün həyata keçirilir.

Köçürmə (təxliyə) – insanların həyatı və fəaliyyəti üçün təhlükə yaranan rayonlardan əhalinin mütəşəkkil surətdə çıxarılıb (nəqliyyatda və piyada ) təhlükəsiz rayonlarda ( zonalarda ) yerləşdirilməsi üzrə tədbirlər kompleksidir.

Köçürmə tədbirləri əhalini təhlükəli sahələrdən (zədələnmə ocaqlarından) təhlükəsiz rayonlara vaxtında çıxarmağa və bununla da fövqəladə halların təsirindən törəyən tələfatı maksimal dərəcədə azalmağa imkan verir.

Böyük Vətən müharibəsi və Azərbaycanda Dağlıq Qarabağ münaqişəsi dövründə köçürmə işləri geniş tətbiq edilmişdir.

Keçmişdə həyata keçirilən köçürülmə tədbirləri müasir dövrdəki müharibələr şəraitində nəzərdə tutulan köçürülmələr prinsipcə fərqlidir. Məsələn, II Dünya müharibəsi zamanı əhali düşməndən əks tərəfdə yerləşən uzaq rayonlara köçürülürdü.

Müasir şəraitdə köçürülmə düşmənin nüvə zərbələri endirəcəyi ən çox ehtimal edilən şəhərlərdən və obyektlərdən əhalinin çıxarılıb bu şəhərlərin hər tərəfindəki bütün təhlükəsiz rayonlarda yerləşdirilməsini nəzərdə tutur.

Köçürmə tədbirləri və fövqəladə hallar ehtimal olunan rayonlarda sülh və müharibə dövrlərində insanların həyatı və sağlamlığı üçün təhlükə yaranarkən qısa müddətdə ya qabaqcadan , ya da zədələyici amillər əhaliyə bilavasitə təsir göstərərkən dərhal yerinə yetirilməlidir.

Köçürülmənin mahiyyəti ondan ibarətdir ki, iri şəhərlərdən, vacib obyektlərdən və təhlükəli sahələrdən əhali əvvəlcdən çıxarılıb şəhərdənkənar zonadakı aztəhlükəli rayonlarda yerləşdirilir. Bunun sayəsində iri şəhərlərin əhalisinin sayı dəfələrlə azaldılır, şəhərlərdə qalan (vacib obyektlərdə işlədilən) insanların mühafizə qurğularında daldalandırılması işi yüngülləşir, müasir qırğın vasitələrinin təsirindən baş verə biləcək tələfatı maksimal dərəcədə azaltmaq imkanı yaranır.

Müharibə dövründə təhlükəli rayonlarda işini davam etdirən obyektlərin fəhlə və qulluqçuları köçürülüb təhlükəsiz zonada yerləşdiriləndən sonra təhlükəli rayona növbələr üzrə işə gətirilir və işdən sonra dincəlmək üçün təhlükəsiz zona yerinə aparır.

Təhlükəsiz zona – düşmən basqını gözlənilən şəhərlərin və əlahiddə obyektlərin ətra fında ehtimal olunan dağıntı zonalardan və digər təhlükəli rayonlardan kənarda əhalinin qəbul edilməsi, yerləşdirilməsi və yaşaması üçün yararlı olan ərazidir.

Əhalinin köçürüləcəyi nəzərdə tutulan şəhərlərdəki hər bir müəssisə, idarə, təşkilat, məktəb üçün təhlükəsiz zonada yerləşmə rayonu müəyyən edilir ki, bu rayon oraya köçürüləçək fəhlələrin, qulluqçuların və onların ailə üzvlərinin sayından asılı olaraq, bir və ya bir neçə yaşayış məntəqələrini əhatə edə bilər.

İri şəhərlərdə işini davam etdirən müəssisələrin fəhlə və qulluqçuları təhlükəsiz zonada elə məsafədəki rayonlarda yerləşdirilməlidir ki, burada onların təhlükəsizliyi təmin edilsin, işə aparılması və dincəlmək üçün təhlükəsiz zonaya gətirlməsinə isə minimal (ən çoxu 4 saat) vaxt sərf edilsin.

Bu zaman təhlükəsiz zona aşağıdaki şərtləri təmin etməlidir:

-- müasir qırğın silahlarının təsirindən , dağıntı və daşqınlardan əhalinin etibarlı mühafizəsini;

-- müəssələrin iş növbələrindəki işçilərin təhlükəsiz zonadan obyektə minimal vaxt sərf etməklə gətirilməsini;

-- MM qüvvələrinin zədələnmə oçağına yeridilməsi üçün əlverişli sürətdə qruplaşdırılmasını;

-- lazımı gigiyena-sanitariya şəraitini.

Köçürüləcək əhalinin təhlükəsiz zonada yerləşdiriləcəyi rayonların və yaşayış məntəqələrinin müəyyən edilməsi, hazırlanması və təşkil edilməsi işləri əvvəlcədən, hələ sülh dövründə başlanır, fövqəladə hallar təhlükəsi yaranan dövrdə tam sürətdə başa çatdırılır.

Bu məqsədlə:

a) nəqliyyat yolları təkmilləşdirilir və qaydaya salınır;

b) mövcud olan rabitə, ondan idarəetmə orqanlarının istifadə etməsi məqsədilə inkişaf etdirilir;

c) mənzil fondu, tibb, kommunal, mədəni-maarif, ticarət müəssisələri və digər sahələr köçürülüb gətirilən əhalinin yerləşdirilməsi və ona xidmət göstərilməsinə hazırlanır;

d) əlavə su təhcizatı məntəqələrinin yaradılması və avadanlışdırılması, digər mühəndis – texniki tədbirlərin yerinə yetirilməsi işləri təşkil edilir.

Əhalinin


Yüklə 27,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə