M föVQƏladə hallarda əhaliNİn mühafiZƏSİ. KÖÇÜRMƏ TƏDBİRLƏRİ. Fövqəladə hallarda əhalinin mühafizəsi. Kollektiv mühafizə qurğuları


köçurülməsi istehsalat-ərazi prinsipi



Yüklə 27,24 Kb.
səhifə5/5
tarix31.12.2021
ölçüsü27,24 Kb.
#81711
1   2   3   4   5
M-4

köçurülməsi istehsalat-ərazi prinsipi üzrə təşkil edilir. Bu o deməkdir ki, bütün fəhlə və qulluqçuların, onların ailə üzvlərinin, ali məktəb tələbələrinin və orta ixtisas məktəblərinin tələbələrinin, texniki-peşə və orta məktəb şagirdlərini obyektlər üzrə təhlükəli rayonlərdan çıxarılıb təhlükəsiz zonada yerləşdirilməsini nəzərdə tutur.

Qalan əhali isə ərazi prinsipi üzrə yaşayış yerlərindən köçürülür. Əhalinin köçürülməsinin əsas üsulu kombinasiyalı üsuldur, bu zaman insanların əksəriyyəti piyada, bir qismi isə əldə olan bütün nəqliyyat vasitələrilə təhlükəli zonalardan dərhal çıxarılır.

Köçürülən əhalinin qeydiyyatı üçün əsas sənədlər: şəxsiyyəti təsdiq edən vəsiqə (pasport) və iş , yaxud yaşayış yerində tərtib olunmuş köçürülənlərin siyahısından ibarətdir.

Qismən köçürülmə hallarında ilk növbədə: internat məktəblərinin şagirdləri, uşaq evlərindəki uşaqlar, ali və orta ixtisas məktəb tələbəliri, bu məktəblərin professor- müəllim heyəti və onların ailə üzvləri , həmçinin qocalar evində yaşayan təqaütçülər və onlara xidmət edən heyət təhlükəli rayonlardan çıxarılır. Belə əhalinin daşınması nəqliyyat vasitələrinin sülh dövründəki hərəkət cədvəllərini pozmadan, bütün nəqliyyat vasitələrindən istifadə etməklə yerinə yetirilir.

Əhalinin köçürülməsi işini bilavasitə yerinə yetirmək üçün köçürmə komissiyalarının qüvvələri ilə toplanış- köçürmə məntəqələri (TKM) açılır. Bu məntəqələr adətən, insanlar nəqliyyat vasitələrinə mindiriləcək meydançaların və yolların yaxınlığındakı məktəb, klub binalarında və başqa ictimai binalarda açılır. Müxtəlif əhali toplanış-köçürmə məntəqələrinə əvvəljədən obyektlər üzrə təhkim edilir.

Toplanış-köçürmə məntəqəsinə gələn əhali burada qeydə alınır. Sonra köçürüləcək əhali qruplara ayrılır: nəqliyyat vasitələrində aparılıcaq insanlar: nəqliyyat vasitələrinin növləri üzrə qatarlar və avtomobil dəstələri üzrə, şəhərdən piyada çıxarılacaq insanlar isə piyada dəstələri üzrə qruplaşdırılır.

Piyada hərəkət edən insanların istirahəti üçün istirahət (düşərgə) müddətləri nəzərdə tutulur: qısa istirahət (10-15 dəqiqəlik)- hər 1-1,5 saat hərəkətdən sonra . (1-2 saatlıq) istirahət yolun ikinci yarısında, adətən etimal edilən güclü dağıntı zədələnmə zonasının hüdudlarından kənarda təyin edilir.

Piyada köçürülən əhalinin yerləşdirilməsi nəzərdə tutulan rayonlar çox uzaqda olduqda, belə əhali üçün aralıq köçürmə məntəqələri təşkil edilə bilər.

Köçürmə zamanı hər bir insan özü ilə ən lazımlı şeyləri –pul,qiymətli əşyalar,vacib olan sənədlər,



paltar, əyaqqabı, alt paltarı, yataq ləvazimatı, həmçinin bir qədər içməli su(7 litirə qədər) 2-3 günlük tez xarab olmayan ərzaq götürürlər. Bu ərzaqlar bunlardır: tez xarab olmayan, saxlanması daha rahat olan və yeməzdən əvvəl hazırlanması (uzun müddət bişirilməsi) tələb olunmayan ərzaq növləri-konserv konsentrat, qalet, qurudulmuş çörək və s. məhsullar götürmək daha yaxşıdır.
Yüklə 27,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə