M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə1/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
  1   2   3   4   5   6   7   8   9   ...   155


M İ L L İ  K İ T A B X A N A

____________________________________

 

 




M İ L L İ  K İ T A B X A N A

____________________________________

 

 



 

 

 



 

Bu əsərin yaranmasında mənə hər zaman  

mənəvi dayaq olmıış, ilk dəfə öz şəxsi avxivindən 

istifadə etməyimə hər cür şərait yaratmış, 

elmi axtarışlarıma xeyir-dua vermiş ümummilli 

liderimiz, dünya şöhrətli siyasətçi, 

görkəmli dövlət xadimi 

HEYDƏR ƏLİRZA oğlu ƏLİYEVİN  

əziz xatirəsinə ithaf edirəm. 

 

 

MÜƏLLİF 

  

  

 



 

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

 

İRADƏ HÜSEYNOVA 



 

 

 



 

 

 



 

MÜSTƏQİL  

AZƏRBAYCAN  

DÖVLƏTİNİN 

QURUCUSU 

 

 



 

 

 



 

 

 



 

 

 



 

BAKI-2004 

  



M İ L L İ  K İ T A B X A N A

____________________________________

 

84.2 Az  



H95 

 

Elmi redaktoru:          



 

 Ə.M.Həsənov 

tarix elmləri doktoru 

 

Rəyçilər: 



   C.B.Quliyev 

Azərbaycan MEA-nın akademiki,  

tarix elmləri doktoru, professor 

 

Q.M.Bayramov 

tarix elmləri doktoru, professor 

 

O.B.Sultanov 

tarix elmləri doktoru, professor 

 

 



H95 İradə Hüseynova. Müstəqil Azərbaycan dövlətinin qurucusu.  

Bakı, «Təhsil», 2004, 472 səh. 

 

 

 



 

Müəllifin uzun illər elmi yaradıcılığının bəhrəsi olan bu monoqrafiya müstəqil Azərbaycan 

dövlətinin qurucusu, fenomenal siyasətçi və dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər 

Əliyevin siyasi və dövlətçilik fəaliyyətinin  əsas aspekt və  mərhələlərinin zəngin arxiv materialları 

əsasında araşdırılmasına həsr olunmuşdur. Bu kitabda böyük öndərin həyat və  fəaliyyəti hərtərəfli, 

sistemli şəkildə təhlil olunur və elmi cəhətdən əsaslandırılır. Kitab Azərbaycan dövlətçiliyinin tarixini 

öyrənən mütəxəssislər, tədqiq və  tədris edən tarixçi alimlər, tarixdə  şəxsiyyətin rolunu araşdıran 

filosof və politoloqlar, həmçinin müasir Azərbaycan tarixi ilə maraqlanan geniş oxucu kütləsi üçün 

nəzərdə tutulmuşdur. 

 

2004



053

4502020000



H

 

84.2 Az  

 

© «Təhsil», 2004 



 


M İ L L İ  K İ T A B X A N A

____________________________________

 

E l m i  r e d a k t o r d a n 



 

ƏLİYEVŞÜNASUĞA DƏYƏRLİ TÖHFƏ 

 

Azərbaycanın müasir tarixinin bir qərinədən artıq mərhələsi müdrik dövlət xadimi 

ümummilli lider Heydər  Əliyevin adı ilə bağlıdır. Azərbaycan dövlətçiliyinin müasir 

tarixinə öz adını  əbədi həkk etmiş bu nadir tarixi şəxsiyyətin, fenomenal siyasi xadimin 

ölkəmizə rəhbərlik etdiyi illər intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət 

quruculuğu dövrü kimi qəbul edilir. Heydər  Əliyevin siyasi və dövlət fəaliyyətinin  ən 

böyük nəticəsi quruculuğuna bilavasitə rəhbərlik etdiyi və xalqımıza bəxş etdiyi mükəmməl 

milli dövlət, müstəqil Azərbaycan Respublikası hesab olunur. 

Hər bir xalqın milli azadlığa və dövlət müstəqilliyinə qovuşması üçün üç mühüm şərt - 

tarixi şans, milli iradə və liderə malik olması vacibdir. 

XX  əsrin sonunda milli müstəqilliyə qovuşmuş Azərbaycan xalqı üçün tarixi şans 

keçmiş Sovetlər Birliyinin çökməsi oldu. Respublikamızda vaxtilə ümummilli lider Heydər 

Əliyevin böyük səyi və gərgin fəaliyyəti ilə yaradılmış və gələcək siyasi, iqtisadi və mədəni 

müstəqillik üçün formalaşdırılmış güclü infrastrukturun mövcudluğu və  əhalidə 

formalaşmış müstəqil dövlətçilik əzmi milli azadlığı şərtləndirən iki mühüm amil oldu. 

Azərbaycan keçmiş SSRİ-də müstəqil dövlət kimi real yaşamaq imkanı olan bir neçə 

müttəfiq respublikadan biri idi. 

Müstəqilliyin  əldə olunmasının, demokratik Azərbaycan dövlətinin qurulmasının, 

möhkəmləndirilməsinin digər mühüm şərti isə tarixi şəxsiyyət olan ümummilli lider Heydər 

Əliyev fenomeninin varlığı idi. Vaxtilə görkəmli ABŞ politoloqu Z.Bzejinskinin etiraf 

etdiyi «Hazırda Azərbaycanı idarə edə biləcək yeganə  şəxsiyyət Heydər  Əliyevdir!» 

həqiqəti bu gün bütün dünya siyasətçiləri tərəfindən də  qəbul edilir. Keçən  əsrin 90-cı 

illərinin  əvvəllərində deyilmiş bu sərrast fikir son 10 ildə müstəqil Azərbaycana uğurla 

rəhbərlik etmiş ümummilli lider Heydər Əliyevin titanik siyasi və dövlətçilik fəaliyyətinin 

yekunları ilə dönə-dönə təsdiqlənir. 

Böyük Həzrəti-Peyğəmbərimizin hədislərinin birində deyilir ki, «Hər bir fəaliyyətin 

dəyəri onun nəticələri ilə ölçülür». Bu mənada dahi şəxsiyyət - Heydər  Əliyevin bir 

qərinədən artıq siyasi və dövlət rəhbərliyinin real yekunu bu gün dünyada öz dəsti-xətti, öz 

mövqeyi, öz imzası olan müstəqil Azərbaycan dövlətinin qurulması, möhkəmləndirilməsi

beynəlxalq birlikdə özünə layiq yer tutmasıdır... 

Fenomenal siyasi və dövlət xadimi kimi tarixə qovuşmuş Heydər Əliyevin dövlətçilik 

fəaliyyətinin elmi əsaslarla öyrənilməsi, Azərbaycan xalqının milli sərvəti, tükənməz 

xəzinəsi olan siyasi irsinin araşdırılması son dərəcə böyük nəzəri-siyasi və  əməli 

əhəmiyyətə malikdir. Bu baxımdan,  Əliyevşünaslığa çox dəyərli töhfə saydığımız tarix 

elmləri doktoru İradə Hüseynovanın «Müstəqil Azərbaycan dövlətinin qurucusu» 

monoqrafiyası istər aktuallığı, istərsə  də, qarşıya qoyulan məsələlərin yüksək elmi-nəzəri 

səviyyədə həlli ilə diqqəti cəlb edir. Bu əsərin elmi uğurlarından biri Heydər Əliyevin təkcə 

müstəqil Azərbaycana rəhbərliyi dövrünü deyil, həm də əmək fəaliyyətinə başladığı 1941-ci 

ildən respublika rəhbərliyinə  gələnədək olan mərhələdəki xidmətlərini də ilk dəfə arxiv 

materialları əsasında tədqiq etməsidir. 

İradə Hüseynovanın adı  çəkilən  əsəri Heydər  Əliyev haqqında yazılan çoxsaylı 

əsərlərdən özünün mühüm cəhətlərinə görə  fərqlənir. Belə ki, ayrı-ayrı  əsərlərdə bu 

fenomenal siyasi və dövlət xadiminin fəaliyyətinin bu və ya digər sahəsi işıqlandırılıbsa, 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə