M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə14/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   10   11   12   13   14   15   16   17   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

43 

 

1971-1975-ci illərdə maşınqayırma, kimya və yeyinti məhsulları sənayesi 



və tikinti materialları istehsalının yüksək sürətlə inkişaf etdirilməsi qarşıya 

qoyulurdu. Bu sahələrin inkişaf dinamikası  aşağıdakı  şəkildə müəyyən 

edilirdi: maşınqayırma iqtisadiyyatın inkişafında mühüm rol oynamalı idi. 

Azərbaycan Kimya və Neft-Mədən Maşınqayırma Müəssisələri Birliyinin 

zavodlarında neft-mədən avadanlığı istehsalı 158,4 faiz, SSRİ 

Elektrotexnika Sənayesi Nazirliyinin zavodlarında elektrotexnika avadanlığı 

istehsalı 162,2 faiz artırılmalı idi. Cihazlar və avtomatlaşdırma vasitələri 

istehsalı sürətlə inkişaf edib 2 dəfə, kimya və neft kimyası  sənayesində 

istehsalın həcmi təqribən 2 dəfə artmalı idi. Mineral gübrələr istehsalı 1,6 

dəfə, sintetik kauçuk istehsalı 1,6 dəfə, polietilen istehsalı təqribən 1,9 dəfə, 

kaustik soda istehsalı 1,7 dəfə,  şin istehsalı 1,4 dəfə artırılması  nəzərdə 

tutulmuşdu. Kimya sənayesinin inkişafı, hər şeydən əvvəl , Sumqayıt Kimya 

kombinatında, Sintetik Kauçuk zavodunda, Sumqayıt Üzvi Xlor Məhsulları 

kombinatında, Mingəçevir Texniki-Rezin Məmulatı zavodunda obyektlərin 

tikintisinin başa çatdırılması  və Salyanda Plastik Kütlə Emalı zavodunun 

istifadəyə verilməsi nəticəsində həyata keçirilməli idi. 

Doqquzuncu beşilliyin sonunda 15 milyard kilovat-saat elektrik enerjisi 

və 13,5 hektokalori istilik enerjisi istehsal edilməsi müəyyən edilmişdi. 

Beşillikdə 350 min kilovat gücündə  Şəmkir SES-in tikilməsi nəzərdə 

tutulmuşdu ki, bu həm energetika sisteminin gücünü artırmağı, həm də 

mühüm irriqasiya məsələlərini təmin edirdi. 

1971-1975-ci illərdə qara və  əlvan metallurgiyanın daha da inkişaf 

etdirilməsinə mühüm yer verilirdi. Boru stanlarının yenidən qurulması, həm 

də neft sənayesində istifadə edilən boraların keyfiyyətinin və 

möhkəmliyinin yaxşılaşdırılması hesabına Azərbaycan Boru-Prokat 

zavodunun inkişaf etdirilməsi nəzərdə tutulurdu. 

Əvvəllər istehsal qüvvələrinin yerləşdirilməsi işində kobud səhvlərə yol 

verilmişdi, belə ki iri obyekt və müəssisələrin çoxu əsasən Bakı, Sumqayıt 

şəhərlərində tikilmişdi. Bunu nəzərə alaraq doqquzuncu beşillikdə 

respublikanın kiçik və orta şəhərlərində  məhsuldar qüvvələrin 

yerləşdirilməsi, cümlədən, sənaye obyektlərinin Naxçıvanda, Xankəndində, 

Lən- 


  


M İ L L İ  K İ T A B X A N A

____________________________________

44 

 

kəranda, Ağdamda, Salyanda, Qazaxda, Şəkidə və respublikanın bəzi başqa 



şəhərlərində də tikilməsi müəyyən edildi. 

Respublikada kənd təsərrüfatına 1451 milyon manat kapital qoyuluşu 

nəzərdə tutulurdu ki, bu da səkkizinci beşilliyə nisbətən 2 dəfədən də 

çoxdur. Respublikada 1975-ci ildə taxıl istehsalını 957,3 min tona, pambıq 

istehsalını 380 min tona, tütün istehsalını 29 min tona, üzüm istehsalını 787 

min tona, meyvə istehsalını 213 min tona, ət istehsalını 209,9 min tona, süd 

istehsalını 565 min tona çatdırmaq vəzifələri qarşıya qoyulmuşdu. 

Tərtərçayda, Arpaçayda, Xanbulançayda yaradılacaq dəryaçalar kimi iri su 

təsərrüfatı obyektlərinin tikintisini, mərkəzi Muğana su çıxarılması, Abşeron 

suvarma sistemi tikintisinin başa çatdırılması, Kürətrafı zolaqda Zərdab 

zonası torpaqlarının yenidən qurulması, Viləşçayda dəryaça salınması, Baş 

Mil kanalının çəkilişi, Qobustan otlaqlarına su çıxarılması, Şirvan düzünün 

qərb hissəsinin suvarılmasına və meliorasiyasına başlanması  və i.a. 

planlaşdırılmışdı. 

Kənd təsərrüfatının  ən geridə qalan sahəsi olan heyvandarlığı inkişaf 

etdirmək üçün yüksək məhsullu uzunmüddətli yem bazası - otlaqlar 

yaradılması xüsusi əhəmiyyət kəsb edirdi. 

1971-1975-ci illərdə geniş  əsaslı tikinti proqramı  həyata keçirilməsi 

nəzərdə tutulmuşdu. 130-dan artıq müəssisə tikilməli idi. Bu proqramlar 

hamısı yerinə yetirilmişdi. 

1971-1975-ci illərdə ali və orta ixtisas təhsilini, ümumtəhsil 

məktəblərində daha da inkişaf etdirmek və  təkmilləşdirmək vəzifələri 

müəyyən edilmişdi. 

Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsi üçün yeni mənbələr, 

imkanlar axtarılır, aşkar edilirdi. 

Heydər  Əliyev respublikamıza rəhbər seçildikdən sonra Azərbaycan 

iqtisadiyyatının  əsasını  təşkil edən neft sənayesinin inkişaf etdirilməsinə 

xüsusi fikir verirdi. Bu vaxta qədər Xəzər dənizinin 40 metr dərinliyinə 

qədər sahələrdə, demək olar ki, bütün neft-qaz yataqları  kəşf edilmişdi və 

istismar edilirdi. Dərinlik 40 metrdən artıq olan sahələrdə qazma işləri 

aparmaq üçün imkanlar yox idi, maliyyə  və texnika çatışmırdı. Belə 

vəziyyətlə əlaqədar olaraq neft və qaz hasilatı aşağı düşürdü. Bu vəziyyət 

  



M İ L L İ  K İ T A B X A N A

____________________________________

45 

 

Heydər Əliyevi çox narahat edir. O, vəziyyəti dərindən araşdırır və tədbirlər 



görür. Dənizin 200 metrədək dərinliyində qazma işləri aparılması  zərurəti 

qarşıya çıxırdı. Lakin onun həyata keçirilməsi üçün ciddi iş aparmaq, bu 

dərinlikdə işləməyə imkan verən qazma qurğuları inşa etmək lazım idi. Vaxt 

həm Sovet İttifaqında, həm də Azərbaycanda belə qurğuların 

layihələndirilməsinə, eləcə  də, inşa edilməsinə  qədər də fikir verilmirdi. 

Lakin bu Azərbaycan üçün lazım idi. Azərbaycan KP MK-nın birinci katibi 

Heydər  Əliyev bu təşəbbüsü irəli sürdü, onun həyata keçirilməsinə nail 

oldu. 12 il ərzində Azərbaycana əvvəl cə dənizin 70 metr dərinliyində, sonra 

isə 200 metrədək dərinliyində işləyən 12 qurğu gətirildi. 

Azərbaycan prezidenti Heydər Əliyev müstəqillik illərində ötən əsrin 70-

ci illərində gördüyü işləri xatırlayaraq deyirdi: «1969-cu ildə Azərbaycana 

başçılıq etdiyim zamandan - 70-80-ci illərdə Azərbaycanın neft sənayesinin 

inkişaf etdirilməsi üçün çox böyük işlər görmüş  və böyük xidmətlər 

göstərmişdim...  Əgər illərdə biz Xəzərin dərinliklərində olan neft və qaz 

yataqlarından istifadə edilməsi üçün lazımi maddi-texniki baza 

yaratmasaydıq və bu işləri aparmasaydıq,  şübhəsiz ki, indiki (Müstəqil 

Azərbaycan Respublikası dövründə - İ.H.) nailiyyətləri  əldə edə bil-

məzdik».


1

 

Heydər Əliyevin təşəbbüsü ilə 1970-80-ci illərdə Azərbaycana «Şelf-2», 



«Şelf-3», «Şelf-4», «Şelf-5» qazma qurğuları  gətirildi. Bu qurğular 

vasitəsilə «Dədə Qorqud» və «İstiqlal» qurğuları düzəldildi. Qurğuların işini 

təşkil etmək üçün «Süleyman Vəzirov», «İsrafil Hüseynov» kimi boruçəkən 

gəmilər, 2500 ton yük qaldıra bilən «Azərbaycan» kran gəmisi, geofiziki 

kəşfiyyat işləri aparan gəmilər, başqa texniki gəmilər gətirildi. 

Ümumiyyətlə, illərdə Xəzərdə 400-dən çox gəmi fəaliyyət göstərirdi. Açılan 

neft yataqlarında platformalar tikmək üçün Bakıda Dərin Dəniz Özülləri 

zavodu tikildi. Bu, Sovet İttifaqından alınan vəsait hesabına tikilmişdi. Bu 

tikililərin iştirakçısı olmuş, hazırda ARDNŞ-nin vitse-prezidenti Xoşbəxt 

Yusifzadə böyük minnətdarlıqla qeyd edir ki, 

 

                                                 



1

«Şahdəniz» yatağında  əldə edilmiş  nəticələrin Azərbaycan Prezidenti Heydər  Əliyevə  təqdimat mərasimində 

Azərbaycan Prezidenti Heydər Əliyevin yekun nitqi - «Azərbaycan» qəzeti, 13 iyul 1999-cu il, səh. 2 

 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə