M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə2/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   2   3   4   5   6   7   8   9   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

 

İradə Hüseynovanın bu qiymətli monoqrafiyasında Heydər  Əliyevin siyasi və dövlətçilik 



fəaliyyətinin bütün aspektləri və mərhələləri, xüsusən də müstəqillik dövründəki fəaliyyəti 

zəngin tarixi və arxiv materialları  əsasında, özü də sistem halında tədqiq və  təhlil 

olunmuşdur. Müəllif Heydər  Əliyevə  həsr olunmuş «Dövlətçilik naminə» (Bakı, 2002), 

«Müstəqilliyimizin təminatçısı» (Bakı, 2003) adlı kitablar nəşr etdirsə də, bu əsər onun bu 

istiqamətdə apardığı uzunmüddətli səmərəli axtarışların nəticəsi, yüksək yaradıcılıq uğuru 

sayıla bilər. 

İradə Hüseynova «Müstəqil Azərbaycan dövlətinin yaranması 

və 


möhkəmləndirilməsində Heydər  Əliyevin rolu» mövzusunda doktorluq dissertasiyasını 

müdafiə  etmiş ilk tarixçi alimdir. Onun Azərbaycanın elmi ictimaiyyətinə təqdim etdiyi bu 

yeni monoqrafiya - dəyərli, sanballı elmi-tədqiqat  əsəri Rusiya Federasiyası  və 

Azərbaycanın müxtəlif arxivlərindən toplanmış  zəngin, ilkin mənbələr, çoxu elmi 

dövriyyəyə ilk dəfə daxil edilən məxəzlər  əsasında, respublikada və xaricdə çap olunmuş 

bütün elmi ədəbiyyatın təhlili və ümumiləşdirilməsi nəticəsində yaranmışdır. Xüsusi olaraq 

qeyd etmək lazımdır ki, müəllif tərəfindən ilk dəfə olaraq böyük tarixi şəxsiyyət Heydər 

Əliyevin şəxsi arxivindən istifadə edilib. 

Monoqrafiya «Giriş», 9 fəsil, «Nəticə», «Əlavələr», «İstifadə olunmuş  mənbə  və 

ədəbiyyatın siyahısı»ndan ibarətdir. 

Monoqrafiyanın I və II fəsillərində müəllif tərəfindən haqlı olaraq, Heydər  Əliyevin 

ötən  əsrin 70-80-ci illərində Azərbaycanı  gələcək müstəqilliyə aparan yolda 

gerçəkləşdirdiyi cahanşümul işlər müasir dövlətçilik prinsipləri və yeni siyasi təfəkkür 

prizmasında tədqiq və  təhlil edilir. Azərbaycanın intibah dövrü, milli tərəqqi dövrü kimi 

xarakterizə olunan 1970-82-ci illərdə Azərbaycanda, 1982-87-ci illərdə keçmiş SSRİ 

rəhbərliyində çalışan Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətini araşdıran müəllif bu 

illərdə yaradılan iqtisadi və  mədəni potensialı  gələcək müstəqil Azərbaycan dövlətinin 

yaranması üçün təməl kimi qiymətləndirir. Bu, tarixi reallıqlara söykənən ən doğru, həqiqi 

nəticədir. 

Monoqrafiyanın «Heydər  Əliyevin Azərbaycana qayıdışı: dövlətçilik və siyasi 

fəaliyyətinin Naxçıvan dövrü» adlanan III fəslində ümummilli liderin Naxçıvandakı siyasi 

fəaliyyətinin aspektləri nəzərdən keçirilmiş, bu tarixi mərhələnin xronikası yaradılmış, 

Heydər  Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışını  şərtləndirən tarixi amillər 

öyrənilmiş və ümumiləşdirilmişdir. 

İradə Hüseynovanın «Müstəqil Azərbaycan dövlətinin qurucusu» monoqrafiyasının 

böyük hissəsi 1993-cü il 15 iyundan başlanan Milli Qurtuluş mərhələsinin, xüsusən, Heydər 

Əliyevin Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyətinin bütün istiqamətlərinin 

işıqlandırılmasına həsr olunmuşdur. Heydər  Əliyevin daxili və xarici siyasəti, titanik 

fəaliyyəti, bənzərsiz və yenilməz diplomatiyası sayəsində ölkədə siyasi sabitliyin tam 

bərpası, dövlət quruculügu iqtisadi, social-siyasi və  mədəni sahələrdə  əsaslı islahatların 

aparılması, Azərbaycanı dünya siyasətinin mərkəzi bölgələrindən birinə çevirən «Əsrin 

müqaviləsi»nin imzalanması - neft strategiyasının işlənib hazırlanması  və  həyata 

keçirilməsi, xarici siyasət sahəsində  əsaslı dönüşə nail olunması, Azərbaycanın  ərazi 

bütövlüyünün təmin olunması uğrunda mübarizə - Qarabağ məsələsinin həlli istiqamətində 

aparılan ardıcıl siyasət, nəhayət, ölkədə  mədəni quruculuq sahəsində Heydər  Əliyevin 

böyük maarifçilik missiyası oxucuya təqdim olunur. 




M İ L L İ  K İ T A B X A N A

____________________________________

 

Monoqrafiyada müəllif Azərbaycanın son 35 illik müasir tarixinin tam mənzərəsini 



yaratmağa cəhd etmiş  və bununla da Azərbaycan tarixşünaslıq elminə  dəyərli töhfə 

vermişdir. 

İradə Hüseynovanın «Müstəqil Azərbaycan dövlətinin qurucusu» monoqrafiyası 

Əliyevşünaslığa mühüm töhfədir. 

Bu gün aramızda olmayan, haqq dünyasın qovuşmuş ümummilli liderimizin 

Azərbaycan dövlətçiliyi yolunda tarixi xidmətlərinin xalqımıza çatdırılmasında mühüm rol 

oynayacağına inandığımız bu elmi-tədqiqat əsəri düşünürəm ki, hər bir oxucunun diqqətini 

çəkəcək. 

 

ƏLİ HƏSƏNOV 

tarix elmləri doktoru 

  



M İ L L İ  K İ T A B X A N A

____________________________________

 

GİRİŞ 



 

XX əsr Azərbaycanın ictimai-iqtisadi, siyasi və mədəni inkişafı tarixində 

ən yüksək mərhələdir. Bu əsrdə Azərbaycan üç ictimai-siyasi quruluşdan 

keçmişdir. Çar mütləqiyyət quruluşu (1901-1917), müstəqil Azərbaycan 

Xalq Cümhuriyyəti (1918-1920), Sovet kommunist rejimi (1920-1991) və 

nəhayət, XX əsrin sonunda (1991, oktyabr) yenidən müstəqil demokratik 

quruluş  bərpa edilmişdir. Birinci dövrdə Azərbaycan çar hökuməti 

tərəfindən idarə edilirdi. Rusiyada çarizmin devrilməsindən az sonra 

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti yarandı və 23 ay (28 may 1918 -

27 aprel 1920) fəaliyyət göstərdi. Azərbaycan Xalq Cümhuriyyətinin 

devrilməsindən sonra 28 aprel 1920-ci ildən 1991-ci ilin 18 oktyabrına 

qədər Azərbaycan SSR mövcud olmuşdur. 1991-ci ü oktyabrın 18-də 

Azərbaycan Respublikasının dövlət müstəqilliyi yenidən bərpa edilmişdir. 

XX  əsrin son otuz ilində Azərbaycanda rəhbərlik özündən  əvvəl ki 

dövrlərdən tamamilə  fərqlənmişdir. Bu dövr Azərbaycan tarixində xüsusi 

yer tutur. Bu dövrü fərqləndirən mühüm cəhətlərdən biri ondan ibarətdir ki, 

Azərbaycanda Heydər  Əliyev kimi dünya şöhrətli dövlət başçısı  və siyasi 

xadim yetişmişdir. Heydər Əliyevin şəxsiyyəti və fəaliyyəti XX əsrin ikinci 

yarısında keçmiş SSRİ-nin və Azərbaycanın ictimai-siyasi mühitində 

formalaşmış, dünyada professional siyasətçi, siyasi və dövlət xadimi kimi 

tanınmışdır. Onun həyat yolu olduqca zəngin, mənalı  və bacarıqlı siyasi 

lider, qüdrətli tarixi şəxsiyyət kimi yüksək insani-əxlaqi keyfiyyətləri 

özündə təcəssüm etdirən nümunə məktəbidir. 

Heydər  Əliyevi rəhbər kimi başqalarından fərqləndirən mühüm bir 

keyfiyyət ondan ibarətdir ki, o, iki siyasi sistemdə Azərbaycana rəhbərlik 

etmiş və hər bir dövrün ictimai-siyasi tələblərinə uyğun olaraq özünün bütün 

fəaliyyətini Azərbaycan Respublikasının yüksəlişinə, xalqın mənəvi-mədəni 

inkişafına həsr etmişdir. 

Heydər  Əliyevin bütün siyasi və dövlətçilik fəaliyyəti çağdaş 

Azərbaycanın, Azərbaycan xalqının, milli dövlətçiliyin inkişafı  və 

möhkəmlənməsi tarixidir. Onun həyat və fəaliyyətinin xronologiyası böyük 

bir 


  


Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə