M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə4/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   2   3   4   5   6   7   8   9   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

13 

 

- Azərbaycan rəhbəri Heydər  Əliyevin SSRİ-də görkəmli partiya, 



dövlət və siyasi xadim kimi tanınması  və etiraf edilməsinin nəticəsi kimi 

SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilməsinin və Sov.İKP 

MK Siyasi Bürosunun üzvü seçilməsinin qanunauyğunluğunu 

əsaslandırmaq; 

- Heydər  Əliyevin fəaliyyətinin Moskva dövrünü, SSRİ Nazirlər 

Soveti sədrinin birinci müavini vəzifəsində SSRİ-də ən nüfüzlu rəhbər kimi 

fəaliyyətini işıqlandırmaq, eyni zamanda, cismən Moskvada olsa da, qəlbən 

Azərbaycanda özünü hiss etməsi, respublikaya rəhbərliyini qeyd etmək; 

- Azərbaycanda müstəqillik uğrunda mübarizənin başlandığı ilk 

vaxtlarda onun taleyi ilə daim maraqlanan Heydər  Əliyevin hadisələrə 

düzgün qiymət verməsini, müstəqillik uğrunda mübarizənin taleyinin 

müəyyən edilməsində əsas rol oynadığını tarixi faktlarla göstərmək; 

- Azərbaycanın müstəqilliyini itirmək qorxusunun, onun 

parçalanmasının, separatizmin, vətəndaş müharibəsinin qarşısının 

alınmasında, xalqın gələcəyə ümidinin artırılmasında, ümumiyyətlə, 

respublikamızın gələcək taleyinin həll edilməsində əsas hadisənin - Heydər 

Əliyevin 1993-cü ilin iyununda Naxçıvandan Azərbaycana rəhbərliyə 

gəlməsinin Azərbaycanın Milli Qurtuluşu kimi əhəmiyyət daşıdığını  və 

mahiyyətini izah etmək

- 1993-cü 

il 

oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti 



seçilməsindən sonra Heydər  Əliyevin bir prezident kimi müstəqil 

dövlətçiliyin qorunması, dövlətçiliyə qarşı  təşkil edilən qəsdlərin, 

təxribatların qarşısının alınmasında siyasi və  təşkilatçılıq bacarığını, 

səriştəsini, onun xalqa arxalanaraq qəsdlərin ləğv edilməsində çevik 

siyasətini qiymətləndirmək; 

- Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının yaradıcısı 

kimi Prezident Heydər  Əliyevin gərgin  əməyini, onun təkmilləşdirilməsi 

sahəsində böyük işini təhlil etmək, demokratik, hüquqi, dünyəvi dövlət 

quraculuğu sahəsində çoxcəhətli fəaliyyətini tədqiq etmək; 

  



M İ L L İ  K İ T A B X A N A

____________________________________

14 

 

- Azərbaycan Respublikasının iqtisadi inkişaf siyasətinin müəyyən 



edilməsində, neft strategiyasının hazırlanması  və  həyata keçirilməsində, 

aqrar islahatlar proqramının işlənməsində, özəlləşdirmə siyasətinin həyata 

keçirilməsində, kənddə  və  şəhərdə yeni mülkiyyət formalarının yaranması 

və inkişafına  şərait yaradılmasında meydana çıxan çətinliklərin və 

maneələrin aradan qaldırılmasında Prezident Heydər  Əliyevin prinsipial, 

yorulmaz və gərgin, titanik fəaliyyətini hərtərəfli və geniş təhlil etmək; 

- Xarici 

dövlətlərlə,  şirkətlərlə iqtisadi əlaqələr yaradılmasında, 

beynəlxalq kontraktlar bağlanmasında, Azərbaycanın dünya iqtisadi 

birliyinə inteqrasiyasında,  ölkəmizin mənafeyinin dünya miqyasında 

müdafiə  edilməsində Prezident Heydər  Əliyevin siyasəti və  əməli 

fəaliyyətini göstərmək; 

- Azərbaycanda yoxsulluğun azaldılması, işsizliyin aradan 

qaldırılması, yeni iş yerlərinin açılması,  əhalinin sosial rifah halının 

yaxşılaşdırılması, qaçqın və  məcburi köçkünlərə daim qayğı göstərilməsi, 

əhalinin maddi vəziyyətinin təmin edilməsində müxtəlif vasitələrdən, 

imkanlardan istifadə edilməsi üçün gördüyü genişmiqyaslı  işləri 

işıqlandırmaq; 

- Heydər  Əliyevin Azərbaycanın  ərazi bütövlüyünün qorunması, 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə  həll 

edilməsi uğrunda çətin və gərgin əməyini, bu sahədə dövlətlərin və müxtəlif 

təşkilatların rolundan istifadə etmək təşəbbüsünü açıqlamaq, mövcud olan 

problemlərin obyektiv təhlilini vermək

- Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin rəhbərliyi altında 

respublikamızda sosial-iqtisadi, dövlət quruculuğu, elm, mədəniyyət, təhsil 

və i.a. sahələrdə islahatların həyata keçirilməsi yolunda meydana çıxan 

çətinlikləri, problemləri aşkar etmək, onların həlli yollarını 

müəyyənləşdirmək və uğurlu nəticələrini ümumiləşdirmək. 

Monoqrafiyanın ideya-siyasi və metodoloji əsasını ümummilli liderimiz 

Heydər  Əliyevin  əsərləri təşkil edir. Heydər  Əliyev Azərbaycana qayıtdığı 

ilk vaxtda, 1993-cü il sentyabrın 21-də Respublika EA-da ziyalılarla 

görüşündə tarix elmində mövcud olan vəziyyətlə  əlaqədar öz narahatlığını 

bildirdi və qarşıda duran vəzifələri qeyd etdi. bildirdi ki, «Tarixi 

  



M İ L L İ  K İ T A B X A N A

____________________________________

15 

 

təhrif etmək olmaz»



1

. Sonralar, 1998-ci ilin may ayında göstərirdi: «İndi 

zaman gəlib çatıbdır ki, biz hər bir şeyi olduğu kimi, doğru, düzgün, ədalətli 

göstərək. Mən dəfələrlə öz fikrimi bildirmişəm və bu gün bir daha bəyan 

edirəm ki, biz tariximizin hər bir dövrünü subyektivlikdən tamamilə kənar, 

olduğu kimi təsvir, əks etdirməliyik. Biz onu gələcək nəsillərə olduğu kimi 

çatdırmalıyıq».

2

 



Onun məruzə, nitq, çıxış, müsahibə  və söhbətlərində, xarici ölkə 

nümayəndələri ilə görüş, qəbul, fərman və  sərəncamlarında ölkənin siyasi 

vəziyyəti, sosial-iqtisadi siyasət, iqtisadi islahatların həyata keçirilməsi, 

təsərrüfat və iqtisadi həyat, mədəni quruculuq, Azərbaycanın xarici siyasəti 

və beynəlxalq mövqeyi, respublikamızın ərazi bütövlüyünün təmin edilməsi, 

xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll 

edilməsi yolları  və i.a. zəruri məsələlərin tarixi və  həyata keçirilməsinin 

nəticələri, onların təhlili verilir. Bunlar əsas tarixşünaslıq və mənbəşünaslıq 

bazasıdır. Geniş oxucu kütləsinin istifadəsinə  təqdim etdiyimiz bu əsər ilk 

növbədə məhz həmin baza əsasında tədqiq edilmişdir. 

Respublikamızda Heydər Əliyevin məruzə, çıxış, nitq, bəyanat, məktub, 

müraciət, fərman, söhbət və müsahibələrini əks etdirən fündamental seriyalı 

mənbələr bir sıra qiymətli çoxcildlik əsərlərdə toplanmışdır. Bütün bunlar 

müstəqillikdən  əvvəlki dövrün tarixinə qiymət verilməsində, Azərbaycanın 

müstəqillik dövrünün tarixinin işıqlandırılmasında, ümummilli liderimiz 

Heydər Əliyevin çoxsahəli, geniş fəaliyyətinin tədqiq edilməsində qiymətli 

bir salnamə, əvəzsiz məxəz, dəyərli tarixi qayrıaqlardır. 

Heydər  Əliyevin Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdə 

imzaladığı  fərmanlar və  sərəncamlar respublikada hüquqi, demokratik 

dövlət quruculuğunda, müstəqil respublikanın möhkəmlənməsi və 

inkişafında sosial-iqtisadi islahatların həyata keçirilməsi və  cəmiyyət 

həyatının demokratikləşməsində, elm, təhsil, mədəniyyət sahəsində  əsas 

proqram və hüquqi-normativ bazadır. 

                                                 

1

 

Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. I cild. Bakı, 1997, səh.155



 

2

 



«Azərbaycan» qəzeti, 21 may 1998-ci il 

 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə