M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə5/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   2   3   4   5   6   7   8   9   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

16 

 

Müstəqil Azərbaycanın siyasi, sosial-iqtisadi və dövlətçilik tarixinin 



öyrənilməsində Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezident 

İlham  Əliyevin  əsərləri və onun haqqında yazılan kitablar da mühüm 

əhəmiyyət kəsb edir. 

Prezident Aparatının məsul işçilərindən fəlsəfə elmləri doktoru Ramiz 

Mehdiyevin, tarix elmləri doktorları Əli Həsənovun və Dilarə Seyidzadənin, 

professor Fatma Abdullazadənin  əsərləri müstəqil Azərbaycanın 

möhkəmləndirilməsi və inkişaf etdirilməsində Heydər  Əliyevin rolunu 

işıqlandırmaqda mühüm yer tutur. 

Son illərdə Heydər Əliyevin tarixdə rolu, şəxsiyyəti, onun rəhbərliyi ilə 

respublikamızın müstəqillik dövründə inkişafına dair qiymətli  əsərlər 

yazılmışdır. Respublika xalq təsərrüfatının müxtəlif sahələrinə  rəhbərlik 

edən  şəxslərin sosial-iqtisadi dəyişiklikləri  əks etdirən kitabları da maraqlı 

mənbələrdir. Elmin inkişaf etdirilməsində Heydər Əliyevin tarixi xidmətləri, 

elmə qayğısı  və elmi tədqiqatların yeni təfəkkür tərzində aparılması 

vəzifələrinin, konsepsiyalarının müəyyən edilməsi alimlər tərəfindən 

tədqiqat obyektinə çevrilmişdir. 

Heydər  Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü Azərbaycanın 

Sovet sosialist ictimai-siyasi, iqtisadi quruluşunu əhatə edir. Müəllif Heydər 

Əliyevin fəaliyyəti ilə bağlı Sovet dövrünün tarixşünaslığının öyrənilməsinə 

iki baxımdan yanaşmışdır. 1970-1985-ci illərin tarixinə həsr edilən əsərləri 

iki qrupa ayırmışdır. Birinci qrupa 1990-cı illərə kimi, ikinci qrupa 90-cı 

illərdən sonrakı dövrdə yazılan  əsərlər aiddir. Birinci qrupa daxil olan 

əsərlərdə inzibati-amirlik dövrünün, marksizm-leninizm ideologiyasının 

təsiri özünü göstərir. Heydər  Əliyev göstərirdi ki, bu tarixçilərin günahı 

deyildir: «Mən heç kimi günahlandırmaq istəmirəm. Bu, zamankı 

quruluşumuzun, dövrün ümumi bəlaları idi».

1

 Bu əsərlər heç də öz 



əhəmiyyətini itirməmişdir. Onlarda Azərbaycanın sosial-iqtisadi inkişafı, 

əsas məsələlərin və i.a. təhlili araşdırılmışdır. 

İkinci qrup əsərlər Azərbaycanın dövlət müstəqilliyinin edilməsindən 

sonrakı dövrdə nəşr edilənlərdəndir. Bu əsərlər əvvəlkilərdən 

                                                 

1

Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. I kitab. Bakı, 1997. səh. 155 



  

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

17 

 

fərqli olaraq inzibati-amirlik dövrünün ideoloji təsirlərindən uzaqlaşmış yeni 



baxışlara əsaslanır. 

1970-85-ci illərin tarixi proseslərinin öyrənilməsində Heydər  Əliyevin 

əsərləri ən əsas tarixşünaslıq mənbələrindən biridir. 

Dövri mətbuat materialları əsərin yazılmasında əsas ilk mənbələrdəndir. 

Monoqrafiyanın  əsas mənbəşünaslıq bazasını Azərbaycan Respublikası 

və Rusiya Federasiyası arxivlərindən toplanan sənədlər, materiallar təşkil 

edir. Burada Azərbaycan Respublikası Siyasi Partiyalar və  İctimai 

Hərəkatlar Arxivinin, Azərbaycan Respublikası Prezident Aparatının, 

Azərbaycan Respublikası Milli Məclisinin, Naxçıvan Muxtar Respublikası 

Ali Məclisinin Arxivləri, Milli Təhlükəsizlik Nazirliyinin, Azərbaycan  

Dövlət Neft Şirkəti,  Ədliyyə Nazirliyi və  Təhsil Nazirliyinin cari 

arxivlərinin materiallarından istifadə edilmişdir. Bütün bu arxivlərin 

sənədləri ilk dəfədir ki, elmi dövriyyəyə daxil edilir. 

Rusiya Federasiyasınm Dövlət  Ən Yeni Tarix Arxivi, Rusiya 

Federasiyasının Dövlət Arxivi, Sosial-İqtisadi Tarix Arxivi, Rusiya 

Federasiyasının Dövlət  İqtisadiyyat Arxivi, Federal Təhlükəsizlik Xidməti 

Arxivi fondlarından Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi 

işlədiyi vaxtdan son dövrədək fəaliyyətinə dair olduqca maraqlı  və yeni 

materiallar toplanmışdır. Bu materiallardan da ilk dəfə istifadə edilmişdir. 

Rusiya Federasiyasının Dövlət  Ən Yeni Tarix Arxivində (keçmiş Sov. 

İKP MK-nın arxivi) H.Ə.Əliyevin Azərbaycan KP MK-nın birinci katibi 

vəzifəsində  fəaliyyətinə dair saxlanılan materiallardan müəllif 201 adda 

sənədlə tanış olmuş, istifadə etmişdir. Onların içərisində Azərbaycan KP 

MK-nm birinci katibi vəzifəsində  işlədiyi dövrdən 1989-cu ilə kimi Sov. 

İKP qurultaylarında, plenumlarında çıxışları (Fond 1, Siyahı 6, 7, 8) 

toplanmışdır. Bu sənədlər içərisində Heydər  Əliyevin ittifaq miqyasında 

fəaliyyətini əks etdirən aşağıdakı faktları qeyd etmək olar: 1970-ci il iyulun 

2-də Sov.İKP MK-nın plenumunun ikinci iclasının stenoqramı, 




M İ L L İ  K İ T A B X A N A

____________________________________

18 

 

N.V.Podqornunun  Sov. İKP MK-nın «Partiyanın kənd təsərrüfatı 



sahəsində növbəti vəzifələri» haqqında məruzəsinin hazırlanması üzrə 

H.Ə.Əliyevin komissiyanın tərkibinə daxil edilməsi təklifi; plenumun axşam 

iclasında L.İ.Brejnevin «Beynəlxalq vəziyyət haqqında» məruzəsinin 

müzakirəsində H.Ə.Əliyevin çıxışının mətni; 1973-cü il martın 4-də Sov. 

İKP MK-nın plenumunda Sov. İKP MK-nın «Beynəlxalq fəaliyyəti 

haqqında» məruzənin müzakirəsində H.Ə.Əliyevin çıxışı; 1973-cü il 

dekabrın 11-də Sov. İKP MK plenumunda Sov. İKP-nin «SSRİ-nin 1974-cü 

il xalq təsərrüfatının inkişafına dair Dövlət planı  və SSRİ-nin 1974-cü il 

Dövlət büdcəsi haqqında» məruzənin müzakirəsində H.Ə.Əliyevin çıxışı; 

Sov.  İKP MK-nın 1975-ci il aprelin 16-da keçirilən plenumunda 

A.A.Qromkonun «Beynəlxalq vəziyyət və Sovet İttifaqının xarici siyasəti» 

haqqında məruzəsinin müzakirəsində H.Ə.Əliyevin çıxışı; 1976-cı il martın 

5-də Sov İKP MK plenumunda L.İ.Brejnevin H.Ə.Əliyevi Sov.İKP Siyasi 

bürosunun üzvlüyünə namizəd seçilməsi haqqında təklifı; 1976-cı il 

oktyabrın 10-da Sov.İKP MK-nın plenumunda «SSRİ-nin 1976-1980-ci 

illərdə xalq təsərrüfatının inkişafına dair Dövlət beşillik planı»nın və «SSRİ-

nin 1977-ci ildə xalq təsərrüfatının inkişafı planı haqqında»; «SSRİ-nin 

1972-ci il üçün Dövlət büdcəsi haqqında və SSRİ-nin 1975-ci il Dövlət 

büdcəsinin yerinə yetirilməsi haqqında» məruzələrin müzakirəsində 

H.Ə.Əliyevin çıxışı; 1978-ci il iyulun 3-də Sov.İKP MK-nm plenumunda 

H.Ə.Əliyevin L.İ.Brejnevin «SSRİ-nin kənd təsərrüfatının daha da inkişaf 

etdirilməsi haqqında» məruzəsinin müzakirəsində çıxışı; 1981-ci il noyabrın 

11-də Sov.İKP MK plenumunda H.Ə.Əliyevin «SSRİ-nin 1981-1985-ci 

illərdə iqtisadi və sosial inkişafının Dövlət planı haqqında və 1982-ci ilin 

Dövlət iqtisadi və sosial inkişafı planı, 1982-ci ilin Dövlət büdcəsi» 

məruzələri  ətrafında çıxışı; Sov.İKP MK-nın 1982-ci il 12 noyabr tarixli 

plenumunda K.U.Çernenkonun H.Ə.Əliyevin Sov.İKP MK Siyasi bürosu 

üzvlüyünə namizədlikdən üzvlüyə keçirilməsi haqqında təklifi və bu barədə 

Sov.İKP MK plenumunun qərarı; 

Sov.İKP MK-nın qərarına H.Ə.Əliyev haqqında geniş biblioqrafik arayış 

- təqdimat da əlavə edilmişdir. 

  



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə