M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə6/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   2   3   4   5   6   7   8   9   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

19 

 

Rusiya Federasiyasının Dövlət  Ən Yeni Tarix Arxivində Sov.İKP MK-



nın 1989-cu il 25 aprel tarixli plenumunda M.Qorbaçovun Sov.İKP MK 

üzvlərinin, (o cümlədən, H.Ə.Əliyevin) üzvlüyə namizədlərin, Sov.İKP-nin 

mərkəzi təftiş komissiyasının üzvlərinin öz səlahiyyətlərini dayandırmaları 

haqqında məruzəsi və H.Ə.Əliyevin plenumda çıxışının mətni saxlanılır. 

Rusiya Federasiyasının iqtisadi arxivində saxlanılan sənədlər, 

protokollar, H.Ə.Əliyevin  İttifaq Nazirlikləri və idarələrinin iclaslarında, 

müşavirələrində  iştirakı, çıxışları  və bu məsələlər üzrə qarşıya qoyduğu 

tapşırıqlar  İttifaq üzrə onun fəaliyyətini işıqlandırmaqda olduqca 

əhəmiyyətlidir. Onlardan: Azərbaycan KP MK-nın və Azərbaycan SSR 

Nazirlər Sovetinin SSRİ Nazirlər Sovetinin sədrinin müavini N.A.Tixonova 

«Azərbaycan SSR neftçıxarma sənayesinin yenidən qurulmasının 

sürətləndirilməsi haqqında» 1975-ci il 21 mart tarixli məktubu (Fond 4372, 

siyahı 66, iş 7260, vərəq 119-120); SSRİ Nazirlər Soveti sədrinin birinci 

müavini H.Ə.Əliyev tərəfindən imza edilmiş (14 yanvar 1983-cü ildə) üzrə 

ikitərəfli hərəkətin açılmasına dair hökumət tapşırığı və buna aid materiallar 

(Fond 4372, siyahı 67, iş 5305, vərəq 64-67); SSRİ Nazirlər Soveti sədrinin 

birinci müavini H.Ə.Əliyevin yanında 1983-cü il fevralın 17-də «Lvov 

dəmir yolunda yük daşınmasının təmin edilməsi tədbirləri haqqında» 

müşavirənin protokolu (Fond 4372, siyahı 67, iş 5297, vərəq 202-204); 

SSRİ Nazirlər Soveti Komissiyasının H.Ə.Əliyevin sədrliyi ilə keçirilən 

«Baykal-Amur dəmir yolu magistralının tikintisi haqqında» iclasının (4 mart 

1983-cü il) 1 №-li protokolu (Fond 9538, siyahı 1, iş 4652, vərəq 104-115); 

2  №-li protokolu (Fond 4372, siyahı 67, iş 6149, vərəq 222-231) 

(07.06.1984); SSRİ Nazirlər Soveti sədrinin birinci müavini H.Ə.Əliyevin 

yanında 16 dekabr 1983-cü ildə «RSFSR Avtonəqliyyat Nazirliyi və Baş 

Moskva Avtonəqliyyatının işi haqqında» müşavirənin protokolu (Fond 

4372, siyahı 67, iş 6147, vərəq 179-184); H.Ə.Əliyev tərəfindən BAM-ın 

tikintisinə dair imzalanmış hökumət tapşırığı  və ona aid materiallar (Fond 

4372, siyahı 67, iş 6149. vərəq 48-50); H.Ə.Əliyev tərəfindən imzalanmış 

1985-ci ildə sağlamlıq obyektlərinin tikintisi və təchizatı haqqında hökumət 

tapşırığı (Fond 40, siyahı 10, iş 

  



M İ L L İ  K İ T A B X A N A

____________________________________

20 

 

6045, vərəq 73-77); SSRİ Nazirlər Soveti sədrinin birinci müavini 



H.Ə.Əliyevin yanında «1986-cı ildə yüngül sənaye və ticarətdə  işlərin 

yekunu və 1987-ci ilin vəzifələri haqqında» müşavirənin protokolu (Fond 

467, siyahı 1, iş 10834, vərəq 60-72); Nəqliyyat Tikintisi Nazirliyi 

kollegiyasının və Dəmir Yolu Nəqliyyatı və Nəqliyyat Tikintisi Fəhlələrinin 

Mərkəzi Komitələrinin Rəyasət Heyətlərinin və avtomobil nəqliyyatı  və 

şose yolları  fəhlələri həmkarlar ittifaqları  Mərkəzi Komitəsinin Rəyasət 

Heyətinin geniş iclasının stenoqramı, geniş iclasda Heydər Əliyevin çıxışı» 

(Fond 9538, siyahı 1, iş 5061, vərəq 80-108; iş 5064, vərəq 109-266) və 

başqaları xüsusi qeyd edilməlidir. 

Rusiya Federasiyasının Dövlət Arxivində SSRİ Ali Sovetinin 

sessiyalarında: (səkkizinci çağırış 1970; doqquzuncu çağırış 1974; onuncu 

çağırış 1979; on birinci çağırış, 1984) Ali Sovetinin deputatı H.Ə.Əliyevin 

çıxışları, onun şəxsi işinin surətləri, SSRİ Ali Sovetinin H.Ə.Əliyevin dövlət 

mükafatları ilə  təltif edilməsi və onun vəzifələrə  təyin edilməsi (SSRİ 

Nazirlər Sovetinin 1982-ci il 23 noyabr tarixli H.Ə.Əliyevin SSRİ Nazirlər 

Soveti sədrinin birinci müavini təyin edilməsi haqqında qərarı) haqqında 

qərarlar və  fərmanlar, həmçinin H.Ə.Əliyevin SSRİ Ali Soveti Rəyasət 

Heyətinin 5 oktyabr 1977-ci ildəki iclasında çıxışının stenoqramı (Fond 

7523, siyahı 115, iş 237); SSRİ Nazirlər Soveti sədrinin birinci müavini 

kimi SSRİ Sovetinin iclasında «SSRİ-də  əmək kollektivləri və 

müəssisələrin, idarələrin, təşkilatların idarə edilməsində onların rolunun 

artırılması haqqında» Qanun layihəsi haqqında məruzəsinin stenoqramı 

(siyahı 134, iş 244) və i.a. saxlanılır ki, onlardan istifadə edilməsinə müəllif 

xüsusi diqqət yetirmişdir (RSFSR Dövlət Arxivi, Fond 7523, siyahı 132, 

113, 102, 141, 82, 134 və i.a.). 

Azərbaycan KP MK-nın birinci katibi Heydər  Əliyevin 1970-80-ci 

illərdə Sov. İKP MK-ya, onun Baş Katibi L.İ.Brejnevə, SSRİ Nazirlər 

Sovetinə  məktubları, təqdimatları, hesabatları, təklifləri, müraciətləri və 

başqa sənədlər ilk dəfə elmi dövriyyəyə daxil edilir və qiymətli 

mənbəşünaslıq bazası kimi elmi təhlilə cəlb edilir (Rusiya Dövləti Ən Yeni 

Tarix Arxivi, Fond 5, Siyahı 3, 61, 62, 63, 64, 65, 66, 67, 68, 75, 84, 88). 

  



M İ L L İ  K İ T A B X A N A

____________________________________

21 

 

Rusiya Federasiyasının Arxivlərindən istifadə edilən bu materiallar son 



dövrə qədər «məxfi» qrifi ilə saxlanılırdı. Müəllif tərəfindən ilk dəfə olaraq 

elmi dövriyyəyə daxil edilir. 

Azərbaycan Respublikası Prezidenti Heydər  Əliyevin  şəxsi arxivində 

saxlanılan materiallardan istifadə edilməsi xüsusi əhəmiyyət daşıyır. 

Prezidentin  şəxsi arxivi ilk dəfə müəllif tərəfindən istifadə edilir. Şəxsi 

arxivdə sənədlər, materiallar aşağıdakı irihəcmli qovluqlarda toplanmışdır. 

- Sov. 

İKP MK-ya göndərilən və Azərbaycan KP MK-nın birinci 



katibi H. Ə. Əliyev tərəfindən imza edilmiş Azərbaycan KP MK-nın bürosu 

protokollarından çıxarışlar,  məktublar,  məlumatlar və teleqramlar (1974-

1978-ci illər); 

- «Sov. 


İKP MK-ya göndərilən və Azərbaycan KP MK-nın birinci 

katibi Heydər  Əliyev tərəfindən imza edilmiş Azərbaycan KP MK-nın bü 

rosu protokollarından çıxarışlar, məktublar, məlumatlar və teleqramlar 

(1979-1982-ci illər)»; 

- «H.Ə.Əliyevin nitqləri, çıxışları, həmçinin onun iştirakı ilə keçirilən 

tədbirlər haqqında SİTA-nın və digər kütləvi informasiya vasitələrinin 

məlumatları (1980-1990; 1991-2000-ci illər)»; 

- «H.Ə.Əliyevin nitqləri və çıxışları (1970-1980-ci illər)»; 

- «H.Ə.Əliyevin nitqləri, çıxışları (1980-1990-cı illər)»; 

- «H.Ə.Əliyevin iyul 1983 - aprel 1989-cu illərdə  fəaliyyətini  əks 

etdirən RF-nin arxivlərində saxlanılan sənədlərin surətləri»; 

«RF-nin iqtisadiyyat arxivində H.Ə.Əliyevin fəaliyyətini əks etdirən 



müşavirələrin protokollarının,   qətnamələrin surətləri  (1983-1987-ci illər)»; 

- «SSRİ Nazirlər Soveti sədrinin birinci müavini H.Ə. liyev tərəfindən 

imzalanan SSRİ Nazirlər Sovetinin sərəncamları». 

Yuxarıda qeyd edilən sənədlər, materiallar monoqrafiyanın yazılmasında 

istifadə etdiyimiz ilk mənbələrin əsas məcmusunu təşkil edir. 

  



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə