M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə7/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   2   3   4   5   6   7   8   9   10   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

22 

 

I FƏSİL 



 

1970-1980-ci İLLƏRDƏ 

SÜRƏTLİ İNKİŞAFI. GƏLƏCƏK MÜSTƏQİL 

AZƏRBAYCAN RESPUBLİKASININ MÖHKƏM 

TƏMƏLİNİN QOYULMASI 

 

XX əsrin son otuz ili və XXI əsrin başlanğıcında Azərbaycana rəhbərlik 



bilavasitə görkəmli dövlət və siyasi xadim Heydər Əlirza oğlu Əliyevin adı 

ilə bağlıdır. O, kiçik fasilələrlə XX əsrin son otuz ilində Azərbaycan Sovet 

Sosialist Respublikasına rəhbərlik etmiş, ötən əsrin 1993-cü ilin iyunundan 

(iyun 1990-1993 illərində Naxçıvan MR Məclisinin sədri, Azərbaycan 

Respublikası Milli Məclisinin sədr müavini olub-İ.H.) etibarən müstəqil 

Azərbaycan Respublikasının dövlət başçısı - prezidentidir. Tarixdə nadir 

hadisələrdəndir ki, Heydər Əliyev iki ictimai-siyasi quruluşda Azərbaycana 

rəhbərlik etmişdir. Hər iki sistemdə görkəmli dövlət və siyasi xadim kimi 

Azərbaycanın iqtisadiyyatını möhkəmlətmiş, onun şöhrətini, nüfüzunu 

yüksəklərə qaldırmış, milli mənafeyini, milli mentalitetini, mədəniyyət və 

mənəviyyatını qorumuş  və inkişaf etdirmişdir. Birinci dövrdə - Sovet 

hakimiyyəti dövründə respublikamızı keçmiş SSRİ-də bütün sahələrdə 

öncül yerlərdən birinə çıxartmış, sosial-iqtisadi və mədəni sahələrdə həyata 

keçirilən tədbirlər və uzaqgörən siyasət nəticəsində qazanılan nailiyyətlər 

ölkəmizin dövlət müstəqilliyi dövrü üçün mühüm sosial-iqtisadi və mədəni 

baza, təməl rolunu oynamışdır.  İstər Sovetlər Birliyi, istərsə  də müstəqil 

Azərbaycan Respublikası dövründə  Vətəninə, xalqına sədaqətlə, ləyaqətlə 

xidmət Heydər Əliyevin mübarizə devizi və həyat idealı olmuşdur. O, əmək 

və ictimai fəaliyyətinin ilk dövrlərindən özünün şəxsi keyfiyyətləri ilə 

fərqlənmiş, ən yüksək rəhbərlik səviyyəsinə qalxmışdır. 

Əmək fəaliyyətinə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının 

Daxili  İşlər Komissarlığında və Xalq Komissarları Sovetində başlamışdır. 

Onun qabiliyyəti tezliklə  aşkar olur. Naxçıvan MSSR Vilayət Partiya 

Komitəsi ona təhlükəsizlik orqanlarına işləməyə  zəmanət verir. 1944-cü 

ildən bu orqanda fəaliyyətini davam etdirir. Xidməti vəzifəsini layiqincə 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

23 

 

yerinə yetirir. Eyni zamanda xalqının tarixi ilə maraqlanır, XX əsrdə 



xalqımızın başına gətirilən bəlalar, repressiyalar onların səbəblərini 

araşdırmaq barədə daha çox düşünür. «Antisovet qruplar» adı ilə 

Azərbaycanın görkəmli ziyalılarının, tanınmış adamlarının repressiya 

edilməsi onu hər zaman düşündürürdü. Mövqeyindən istifadə edərək, 

vaxtlar gizli saxlanılan arxiv sənədlərini öyrənir. Sonralar müstəqil 

Azərbaycan Respublikasının prezidenti kimi sovet təhlükəsizlik 

orqanlarındakı keçmiş fəaliyyətini xatırlayaraq qeyd edirdi ki, bu orqana işə 

keçdiyim vaxt mən gənc idim, bir işçi kimi arxiv materialları ilə 1920-1921-

ci illərdə, xüsusən, 1937-38-ci illərin, ondan sonrakı dövrlərin materialları 

ilə tanış olarkən daim öz-özümə sual vermişəm: «Bu antisovet qruplar, 

Sovet hakimiyyətini devirmək istəyən qruplar kimlərdir, hansılardır?»

1

 



vaxtlar Sovet hakimiyyətinin repressiya siyasəti, ümumiyyətlə, hər yerdə 

həyata keçirilmişdi. Lakin Azərbaycanda həyata keçirilən repressiyalar 

başqa yerlərə nisbətən daha çox və daha ağır olmuşdu

2

. O, bunun köklərini, 



səbəblərini araşdırır, onları həyata keçirənlərin kimliyini öyrənir... 

Prezident Heydər Əliyev 1997-ci il iyulun 4-də Azərbaycan Respublikası 

təhlükəsizlik orqanlarının peşə bayramı gününə  həsr olunmuş  təntənəli 

yığıncaqda deyirdi: «Mən 37-38-ci illərin materiallarına baxanda gördüm: 

kim idi vaxt NKVD-nin başında duranlar? Qriqoryan, Markaryan, 

Topuridze (yan erməni, yarı gürcü idi) və başqaları. 1953-cü ilə kimi bu 

orqanlarda qalmış, Azərbaycana xəyanət etmiş adamlardan idi, onların 

əksəriyyəti azərbaycanlı deyildi»

3

. Məhz bunlar görkəmli azərbaycanlıları 



repressiya qurbanı edənlər idi. 

Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 1998-ci il yanvarın 

14-də Azərbaycan Respublikası Konstitusiya Komissiyasının iclasında 

Sovet hakimiyyəti dövründə keçirilən repressiyalarda xalqımıza qarşı edilən 

cinayətlərdən danışaraq tamamilə haqlı olaraq qeyd edirdi ki, 1920-1930-cu 

illərdə  nə  qədər repressiyalar olub, insanlar öz yer-yurdundan sürgün 

edilibdir. vaxt Sovet hakimiyyətinin siyasəti hər yerə 

                                                 

1

 

Azərbaycan» qəzeti, 6 iyul 1997-ci il



 

2

 Bu haqda ətraflı bax: Ziya Bünyadov. Qırmızı terror. Bakı, 1988



 

3

Azərbaycan» qəzeti, 6 iyul 1997-ci



 

il 


  

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

24 

 

aid olsa da, sürgün olunanlar içərisində ən çox repressiya və deportasiyaya 



məruz qalan elə Azərbaycan xalqı idi. «... Zaqafqaziyadan götürsək ki, 

1920-ci ildən Sovetlər hakimiyyəti çökənədək hansı xalqdan nə  qədər 

sürgün olunubdur, heç yerdə Azərbaycanda olduğu qədər adam sürgün 

edilməyibdir. 1937-1938-ci illər repressiyalarında Zaqafqaziyada heç yerdə 

Azərbaycanda olduğu qədər repressiya olmayıbdır».

1

 Bunlardan başqa, 



azərbaycanlılara başqa adla da divan tutulubdur. XX əsrin başlanğıcında bir 

parça çörək dalınca  Şimali Azərbaycana, Bakıya üz tutan Cənubi 

Azərbaycandan olanlar da ciddi repressiyaya məraz qalmışlar. Bu məsələ 

rəsmi şəkildə ilk dəfə açıqlandı: «Bundan əlavə, azərbaycanlıların bir hissəsi 

1937-1938-ci illərdə buradan İrana sürgün edilibdir. Bu da tarixi bir 

hadisədir, çoxdan unudulubdur. İran təbəəsi olduğuna görə azərbaycanlıları 

buradan, Azərbaycanın hər yerindən kütləvi surətdə sürgün etdilər».

2

 



Bütün bu milli faciələri də Azərbaycan xalqı yaşayıbdır. Təəssüf ki, bu 

hadisələr xalqdan, sonrakı  nəsillərdən gizlədilibdir. Prezidentin 

işıqlandırdığı faktlar tarixi həqiqətləri bir daha yada salır, açıqlayırdı. 

Mərkəzi aparatdan başqa Azərbaycanın 51 rayonundan 31-də NKVD-nin 

rayon  şöbəsinin başında duranlar ermənilər idi, Astarada - Arakelov, 

Astraxanbazarda - Camardyan, Zəngilanda - Zərgəryan, Samuxda - 

Petrosyan, Masallıda - Avanesov, Lənkəranda - Movsesyan, Naxçıvanda - 

Akopyan, Aqacanyan, Akopov, Seyranov, Zəkyan, Parseqov, İonesyan, 

Şıxanyan idi.

3

 Bakıda mərkəzi aparatda isə yuxarıda adları qeyd edilənlər və 



başqaları hökmranlıq edirdilər. Onlar hər vasitə ilə görkəmli 

azərbaycanlıların repressiya edilməsinə, yurd-yuvasından didərgin 

salınmasına çalışırdılar. Cəza orqanlarında kadr siyasətinin bu şəkildə 

həyata keçirilməsinə son qoyulmasında və  təhlükəsizlik orqanlarında 

azərbaycanlıların işə  qəbul edilməsində, kadr məsələsində milliləşmə 

siyasətinin həyata keçirilməsində Heydər  Əliyevin xidmətləri  əvəzsiz 

olmuşdur. 

                                                 

1

 

«Azərbaycan» qəzeti, 17 yanvar 1998-ci il



 

2

Yenə orada



 

3

 



Bakı, 1997, səh.161

 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə