M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə9/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   5   6   7   8   9   10   11   12   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

28 

 

«Heydər  Əliyev yoldaş obyektiv olaraq üstünlüyə malikdir. Ən böyük 



üstünlüyü ondadır ki, o, hələ cavandır. 1923-cü ildə anadan olub. Onun 46 

yaşı vardır. Birinci katib vəzifəsinə üç il, beş il müddətinə yox, daha uzun 

müddətə seçmək lazımdır... 

Əliyev yoldaş bizim respublika partiya təşkilatında fəal iştirak edir. 

Partiyanın Mərkəzi Komitəsinin tərkibinə daxildir, respublika Ali Sovetinin 

üzvüdür.  Əliyev yoldaş  əməli fəaliyyətində yetkin siyasi savadlı  işçi kimi 

özünü göstərmişdir. Sov.İKP Mərkəzi Komitəsində  də biz onu belə 

qiymətləndiririk, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin 

bürosunda da sizin yoldaşlar belə qiymətləndirir. O, yaxşı  təşkilatçıdır, 

adamlarla işləməyi bacarır, bununla yanaşı, özünə  və başqalarına qarşı 

tələbkardır. 

Sizə  məlumat vermək istəyirəm ki, yoldaş  Əliyev Sov.İKP Siyasi 

bürosunun iclasına dəvət edilmiş, onunla söhbət aparılmışdır».

1

 



Bütün bunları  nəzərə alaraq, Sov.İKP-nin Siyasi Bürosu «Azərbaycan 

KP-nin Mərkəzi Komitəsi Heydər  Əliyevin KP MK-nın birinci katibi və 

büro üzvü seçilməsi barədə təklifi plenumun müzakirəsinə verir».

2

 



Plenuma sədrlik edən S.V.Kozlov bu məsələ ilə bağlı heç kəsin sualı 

olmadığını bildirdikdən sonra sözü sabiq birinci katib V.Axundova verir. 

özünün xəstələndiyini, üç aya yaxın Moskvada xəstəxanada yatdığını qeyd 

edir və səhhətinin kəskinləşməsi ilə bağlı vəzifədən azad edilməsi haqqında 

xahişlə müraciət edərək, elmi işlə məşğul olmaq istədiyini bildirir. 

Respublikaya 10 il başçılıq edən Vəli Axundov plenumda Heydər Əliyev 

haqqında belə söyləmişdi: «Heydər  Əliyevə xas olan bütün siyasi və  iş 

keyfiyyətləri söyləməyə imkan verir ki, o, respublikaya layiqincə rəhbərlik 

edəcək, böyük və çətin işin öhdəsindən bacarıqla gələcək. O, Fond 1, siyahı 

56, iş 5, vərəq 10 

  

                                                 



1

 

Rusiya Dövlət Sosial-Siyasi Tarix Arxivi. Fond 17, siyahı 105, iş 1238, vərəq 239; Azərbaycan Respublikası 



Siyasi Partiyalar və İctimai-Siyasi Hərəkatlar Arxivi. Fond 1, siyahı 56, iş 5, vərəq 9

 

2



 

Yenə orada, vərəq 238-239; Azərbaycan Respublikası Siyasi Partiyalar və İctimai-Siyasi Hərəkatlar Arxivi.  

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

29 

 

kifayət qədər savadlı, hərtərəfli hazırlıqlı, yüksək intellektə malikdir. O, 



bütün kadrlara qarşı eyni dərəcədə düzgün mövqedədir, çünki kifayət qədər 

obyektiv, vicdanlı  və layiqli insandır. Dzerjinski demişdi ki, çekistin isti 

ürəyi, aydın ağlı, təmiz əli olmalıdır. Bütün bu keyfiyyətlər Heydər Əliyevə 

məxsusdur və  mən  əminəm ki, respublikaya başçılıq edərkən o, bu 

cəhətlərindən istifadə edərək respublikanın gözəl adət-ənənələrini layiqincə 

davam etdirəcək».

1

 

Plenum V.Axundovun xahişini təmin edir, səhhətini və elmi işlərlə 



məşğul olmaq arzusunu nəzərə alıb, (artıq o, Respublika Elmlər 

Akademiyasının vitse-prezidenti vəzifəsinə seçilmişdi) onu Azərbaycan KP-

nın rəhbərliyindən azad edir. 

Heydər  Əliyevin Azərbaycan KP MK-nın birinci katibi və büro üzvü 

seçilməsi məsələsi səsverməyə qoyulur. Onun eyni zamanda Azərbaycan 

KP MK üzvlüyünə namizədlikdən MK-nın üzvü seçilmək məsələsinə  də 

baxılır. 

Plenum yekdilliklə Heydər  Əliyevə  səs verir və MK-nın birinci katibi 

vəzifəsinə seçilir. Plenumda çıxış edən Heydər  Əliyev göstərir ki, o, tam 

məsuliyyətlə qarşıda duran çətin və mürəkkəb vəzifələri anlayır və öz əməli 

işində bunların həlli üçün əlindən gələni əsirgəməyəcək. «Mən bütün büro 

üzvlərinin köməyinə ümid edirəm və hesab edirəm ki, birgə, mehriban 

əməkdaşlığımız gələcək uğurlarımıza gözəl zəmin yaradacaqdır».

2

 



Azərbaycan Kommunist Partiyası MK-nın 14 iyul 1969-cu il tarixli 

plenumu yekdilliklə qərara alır: 

1. V.Y.Axundovun səhhətinə görə  və Azərbaycan SSR EA-nın vitse-

prezidenti seçilməsi ilə  əlaqədar olaraq onun Azərbaycan Kommunist 

Partiyasının Mərkəzi Komitəsinin birinci katibi vəzifəsindən və büro 

üzvlüyündən azad edilməsi haqqında xahişi təmin edilsin. 

                                                 

1

 



Rusiya Dövlət Sosial-Siyasi Tarix Arxivi. Fond 17, siyahı 105, iş 1238, vərəq 242; Azərbaycan Respublikası 

Siyasi Partiyalar və İctimai-Siyasi Hərəkatlar Arxivi. Fond 1, siyahı 56, iş 5, vərəq 11

 

2

 



Yenə orada 

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

30 

 

2. Heydər  Əliyev Azərbaycan KP Mərkəzi Komitəsinin üzvlüyünə 



namizədlikdən üzvlüyünə keçirilsin. 

3. Heydər  Əliyev Azərbaycan Kommunist Partiyası  Mərkəzi 

Komitəsinin birinci katibi və büro üzvü seçilsin. 

4. Sov.İKP Mərkəzi Komitəsindən bu qərarın təsdiq edilməsi xahiş 

edilsin.

1

 



Azərbaycan Kommunist Partiyası  Mərkəzi Komitəsinin birinci katibi 

seçilən Heydər Əliyev çıxışında ona böyük etimad göstərüməsinə görə, Sov. 

İKP MK-ya, onun baş katibi L.İ.Brejnevə  və Azərbaycan Kommunist 

Partiyasının Mərkəzi Komitəsinə  səmimi təşəkkürünü bildirir. Plenumda 

Heydər  Əliyev demişdi: «Bu vəzifəyə keçməklə  mən üzərimə düşən 

məsuliyyəti dərk edirəm, qarşımda duran vəzifələrin mürəkkəbliyini və 

çətinliyini başa düşərək  əmin etmək istəyirəm ki, bu böyük və yüksək 

etimadı doğrultmaq üçün əlimdən gələn bütün imkanlarımdan istifadə 

edəcəyəm. Bununla mən Azərbaycan Kommunist Partiyasının Mərkəzi 

Komitəsinin bütün tərkibinə, MK-nın büro üzvlərinə, Respublikamızın 

bütün rəhbər partiya, sovet və təsərrüfat işçilərinin köməkliyinə və müdafiə 

sinə arxalanıram və ümid edirəm. Hesab edirəm ki, birgə səmimi fəal işimiz 

bizim gələcək müvəffəqiyyətlərimizin rəhni olacaqdır».

2

 



Heydər Əliyevin ümidverici və səmimi çıxışı alqışlarla qarşılanmışdı. 

Heydər  Əliyev Azərbaycan Kommunist Partiyası MK-nın birinci katibi 

seçilən vaxt respublika iqtisadiyyatı  dərin iqtisadi böhran mərhələsinə 

qədəm qoymuşdu. 60-cı illərdə iqtisadiyyatın inkişafında mənfi meyllər 

özünü göstərirdi. Bir sıra obyektiv və subyektiv səbəblərə görə 

Azərbaycanın sosial-iqtisadi inkişafdan geridə qalması artıq nəzərə çarpırdı. 

Bir çox sahələrdə - milli gəlirin inkişaf templərinə, sənaye və  kənd 

təsərrüfatı istehsalının həcminə görə, elmi-texniki tərəqqinin nailiyyətlərinin 

istehsala tətbiqinə görə, ictimai əməyin məhsuldarlığına 

 

                                                 



1

 

Rusiyanın Dövlət Sosial-Siyasi Tarix Arxivi. Fond 17, siyahı 105, iş 1238, vərəq 242; Azərbaycan Respublikası 



Siyasi Partiyalar və İctimai-Siyasi Hərəkatlar Arxivi. Fond 1, siyahı 56, iş 5, vərəq 2

 

2



 

Yenə orada, vərəq 14

 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə