M. İ. MƏMMƏdov m.Ü. Orucova


Cədvəl 3.2. АTM şəbəkəsinin servislərinin funksiyаlаrı



Yüklə 0,67 Mb.
səhifə14/24
tarix08.04.2018
ölçüsü0,67 Mb.
#36590
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   24

Cədvəl 3.2. АTM şəbəkəsinin servislərinin funksiyаlаrı





Servisin (xidmətin) sinfi

Ötürücülük qabiliyyətinin qarantı (zamini)

Gecikdirməyin dəyişikliklərinin qarantı (zamini)


Daşqın zamanı əks əlaqə

CBR

+

+

-

VBR

+

+

-

UBR

-

-

-

ABR

+

+

+



    1. OSI ETALON MODELİ

Komputer şəbəkələrində standartlaşmanın əsasını şəbəkə qar- şılıqlı vasitələrinin yaradılmasında çoxsəviyyəli yanaşma təşkil edir. İlk hesablama şəbəkələrində yalnız bir istehsalçının kompü- terləri bir-biriləri ilə qarşılıqlı əlaqədə ola bilirdilər. Məsələn, ya DECnet əsasında, ya da İBM firmasının tövsiyyələri əsasında istehlakçılar şəbəkələri qurulurdu. Lakin bu 2 texnologiyanın birgə istifadəsi mümkün deyildi. Bu problemi aradan qaldırmaq üçün 1983-i ildə Beynalxalq standartlaşma institutu tərəfində şəbəkə- lərin qarşılıqlı əlaqələrin əsası olan model yaradıldı. Bu model OSI (Open System Interconnection) (Qarşılıqlı əlaqəli açıq sistem) adlandırılaraq müasir kompüter şəbəkələrinin əsasını təşkil edir. Bu modelin yaradılmasında əsas məqsəd ondan ibarət idi ki, elə bir şəbəkə qurğularının yaradılması mümkün olsun ki, onlar vahid bir mühitdə işləyə bilsinlər.

OSI xəyali bir modeldir. Yəni heç bir yerdə OSI proqramı və ya OSI təchizatı deyilən bir şey görə bilməzsiniz. Ancaq proqram və təchizat istehsalçıları bu modeldə təsvir olunan qaydalar çərçivəsində malları istehsal edirlər və satışda olan mallar buna görə bir-biri ilə uyğunlaşa bilirlər. OSI modeli aparatların iş funksiyasını anlamaq və açıqlamaq üçün istifadə olunur.

OSI modeli açıq sistemlərin qarşılıqlı əlaqələrinə xidmət edə- rək, sistemin müxtəlif əlaqə səviyyələrini təyin edir, onlara stan- dart adlar verərək hər bir səviyyədə hansı funksiyanı yerinə yetir- məsini göstərir.

OSİ modeli şəbəkə arxitekturasını təyin edən əsas modeldir. Burada müxtəlif kompüterlərdə yerinə yetirilən tətbiqi proqram- ların şəbəkə daşıyıcısı vasitəsilə bir-birilərilə verilənlər və şəbəkə informasiyası ilə mübadilənin aparılması yolları təsvir olunur. OSİ-nin baza modeli çərçivəsində mübadilə mexanizmi bir neçə səviyyəyə bölünür13.

13 İbrahim-zadə T.İ., Sərdarov Y. B. Müasir kompüter şəbəkələri (mühazirələr kursu, İ cild), İnternet resursu

    1. Çoxsəviyyəli kommunikasiya yanaşması


Baza modeli (reference model) kommunikasiya prosesinin əsasını təşkil edir. Bu model sistemlərin qarşılıqlı əlaqəsinin effektivliyininin təşkilində həll olunan bütün məsələləri təyin edib, onları səviyyələrə (layer) görə qruplaşdırır. OSİ modelini nəzərə almaqla yaradılan kommunikasiya sistemi çox səviyyəli arxitek- turaya (layered architecture) malik olur.

Aşağıdakı misala baxaq. Tutaq ki, Siz dostlarınızla birlikdə öz firmanızı yaratmaq istəyirsiniz. Hər şeydən əvvəl Siz fikirləşmə- lisiniz ki, nə istehsal etmək lazımdır, kim lazımi məhsulları və hansı ardıcıllıqla yaradacaq və istehsal prosesinin iştirakçıları bir- biriləri ilə necə qarşılıqlı təmasda olacaqlar? Bu məsələləri firmanın şöbələri arasında bölüşdürün. Fərz edək ki, belə qərara gəlirsiniz ki, sifarişlərin qəbulu, uçot və satış şöbələrini yaratmaq lazımdır və bu şöbələrin hər birinin də öz məsələsi vardır və şöbənin heyəti əsasən məhz həmin məsələlərin həlli ilə məşğuldur. Bu misalda göstərdiyimiz şöbələrə kommunikasiya sisteminin səviyyələri kimi baxmaq olar. Firmanın müvəffəqiyyətli işləməsi üçün hər bir şöbənin heyəti müəyyən səlahiyyətlərə malik olmalı, digər şöbələrin heyətləri ilə sıx qarşılıqlı əlaqədə olmalı və öz vəzifə borcunu ləyaqətlə yerinə yetirməlidir. Planlaşdırma pro- sesində Siz əlbəttə ki, gələcəkdə firmanın fəaliyyətini nizamlayan və xidməti təlimatların əsasını təşkil edən standartlar toplusunun müzakirəsini sadələşdirmək üçün öz hərəkətlərinizi təsvir edərək, müəyyən qeydlər aparacaqsınız. Bu təlimatlara baza modelinin analoqu kimi baxmaq olar. Hər bir şöbənin rəisi onun şöbəsinə aid olan xidməti təlimatlara uyğun olaraq, şöbənin qarşısında duran məsələləri həll etmək üçün praktiki üsullar işləyib hazırlayır. Bu üsullar standart işçi prosedurları toplusunda öz əksini tapır və ona çox ciddi riayət olunur. Prosedurlar müxtəlif məqsədlər üçün təyin olunub, müxtəlif vaciblik dərəcəsinə və icra olunma öhdəçiliyinə malik olurlar. Əgər Siz partnyorluq və ya digər firmanı əldə etmək haqqında sövdələşmə aparırsınızsa, bu prosedurlar Sizin partnyor- larınız tərəfindən də Sizin və onların fəaliyyətinizdə uyuşma alın-


ması üçün mütləq yerinə yetirilməlidir. Proqram təminatını işlə- yənlər də bu göstərdiyimiz yolla baza modelindən istifadə etməli- dirlər. Bunun sayəsində kompüterlərin qarşılıqlı əlaqəsindən baş çıxarmaq və başa düşmək olar ki, hər bir səviyyədə hansı növ funksiyalar həyata keçirilməlidir. Hər hansı bir səviyyə üçün yara- dılan protokol digər hansı bir səviyyənin yox, məhz bu səviyyənin funksiyasını təyin edir. Digər protokollar və səviyyələr digər fun- ksiyaları yerinə yetirmək üçün təyin olunmuşlar. Texniki dildə bu xassə əlaqələndirmə (bindihg) adlanır. Bir-birilərilə əlaqəli olan kommunikasiya prosesləri bir yerdə qruplaşdırılıb, konkret bir səviyyədə öz təsirini göstərirlər14.


    1. Yüklə 0,67 Mb.

      Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə