M ILLI t ə h L ü k ə s I z L i k V ə h ə r b I e L m L ə r, 1 c ı IL, cild 2, №2



Yüklə 106,57 Kb.
tarix25.06.2018
ölçüsü106,57 Kb.
#51574


M illi  t ə h l ü k ə s i z l i k   v ə   h ə r b i   e l m l ə r ,   2 0 1 6 - c ı   il,  cild   2,  № 2

______________________________ Hərbi-nəzəri  elmlər 

_______________

UOT 378.6;  159.923.2;  378.6



HEYDƏR  ƏLİYEV VƏ AZƏRBAYCANDA  HƏRBİ  TƏHSİL  SİSTEMİ 

dosent,  general-leytenant Heydər  Piriyev

Azərbaycarı Respublikası Silahlı  Qiıvvələrinin  Hərbi Akademiyası

Xülıısə.  Məqalədə  Azərbaycan  xalqının  Umummilli  lideri  Heydər  Əliyevin  Azərbaycanın  milli 

hərbi  təhsil  sisteminin  yaradılması,  müstəqillik  illərində  hərbi  təhsil  müəssisələrinin  fəaliyyətinin  tək- 

milləşdirilməsi  və milli  zabit kadrları  hazırlığı  sahəsiııdəki  rolu tədqiq  edilmişdir.

Açar  sözlər:  Ümummilli  lider,  hərbi  təhsil  sistemi,  milli  zabit kadrları,  Silahlı  Qüvvələr,  ali  hər- 

bi  məktəb.



Giriş

Azərbaycan  Respublikası  Silahlı  Qüvvələrinin  təşkilatlandırılması  və  möhkəmləndirilməsi  sahə- 

sində Azərbaycan  xalqımn  Ümummilli  lideri  Heydər Əliyevin  tarixi  fəaliyyətinin  mühüm  isitiqamətlə- 

rindən  biri  də  Azərbaycanın  hərbi  təhsil  sisteminin  formalaşdırılması  idi.  Çünki  silahlı  qüvvələrin  ya- 

radılması  və  inkişafı üçün  zəruri  olan zabit heyətinin yetişdirilməsinin əsas bazası  milli  hərbi  təhsil  sis- 

temidir.  Bu  baxımdan  milli  hərbi  təhsil  sistemi  dövlətin  hərbi  qüdrətinin  artırılması  sahəsində  strateji 

əhəmiyyətli  sahəsidir.

Milli-hərbi  kadr  hazırlığı

Hələ  sovet  hakimiyyəti  illərində  Azərbaycana  rəhbərliyi  zamanı  Heydər Əliyev  bu  məsələyə  xü- 

susi  diqqət yetirirdi  və milli  hərbi  kadrlarm hazırlanmasının  mənəvi-ideoloji  konsepsiyasmı  da hazırla- 

mışdı.  Heydər Əliyevə  görə  milli  zabit  kadrların  hazırlığı  sadəcə  olaraq  milli  zabitlərin  sayının  artırıl- 

ması  deyildi.  Fəal  mövqeyi,  milli  düşüncəsi  ilə  Ümummilli  lider  Heydər  Əliyev  bu  məsələyə  baxışda 

tam am ib  yeni  bir  təfəkkür  formalaşdırdı,  bu  prosesə  Azərbaycanın  gələcəyi  və  müstəqilliyi  üçün  əhə- 

miyyət  kəsb  edəcək  mühüm  bir  məzmun  veıdi.  Onun  hesab  etdiyi  kimi,  milli  zabit  kadrları  Azərbay- 

cançılıq  məfkurəsinin  və  Azərbaycan xalqınm  milli  qəhrəmanlıq  ənənələrinin  daşıyıcısı,  Azərbaycanın 

müstəqilliyinin  dayağı,  azərbaycançılığın təmsilçisi  olmalı  idi.  Sovet  ideologiyası  ehkamlarının  kifayət 

qədər sərt  olmasına,  yerlərdə  milli  təfəkkürün  oyanışına  эп  ciddi  təzyiqlər göstərilməsinə  baxmayaraq, 

Heydər Əliyev  milli  zabit  kadrların  hazırlığına  məhz  bu  mövqedən yanaşırdı  və  öz  mövqeyini  açıq  şə- 

kildə  səsləndirməkdən  və əsaslandırmaqdan da çəkinmirdi.

Heydər  Əliyev  Azərbaycan  xalqının  öz  müstəqilliyinə  qovuşacağını  görürdü  və  müstəqil  Azər- 

baycan  üçün  milli-strateji  əhəmiyyət  kəsb  edəcək  məsələlərin,  о  cümlədən  də  milli  zabit  kadrların  ba- 

zasının yaradılmasına hələ  sovet  dövründə  çalışırdı.  Umummilli  lider Heydər Əliyev  çıxışlarımn birin- 

də  deyirdi:  "22  il  bundan  öncə,  1971-ci  ildə  biz  heç  bilmirdik  ki,  Azərbaycan müstəqil  respublika  ola- 

caqdır.  Lakin  mən о vaxt Azərbaycanın müstəqilliyi  fıkri  ilə yaşayırdım"  [1].

Azərbaycamn  müstəqil  olacağına  inanan  Ümummilli  lider  bütün  fəaliyyətini  bu  inam  üzərində 

qurmuşdu.  Azərbaycanda  milli  hərbi  təhsil  sisteminin  yaradılmasına  başlanması  və  milli  zabit  kadrla­

rm  hazırlığına  prioritet  istiqamət  verilməsi  onun  Azərbaycanm  milli  maraqlarına  olan  bağlılığından 

irəli gəlirdi.

Məlumdur ki,  Azərbaycanda  milli  hərbi  təhsil  sistemi  hələ  Azərbaycan  Xalq  Cümhuriyyəti  döv- 

ründə formalaşdırılmışdı.  Azərbaycan xalqımn  böyük sərkərdələri,  Heydər Əliyevin öz çıxışlarında dö- 

пэ-dönə  istinad  etdiyi  Səməd  bəy  Mehmandarov  və  Əliağa  Şıxlinski  bu  sistemin  qurulması,  təşkilat- 

landırılması  və  möhkəmləndirilməsində  xüsusi  fəaliyyət  göstərmişdilər.  Adları  çəkilən  generalları 

Azərbaycanın  milli  zabit  kadrlarının  hazırlanmasında,  hətta  Sovet  hakimiyyəti  illərində  yaxından  işti- 

rak  edirdilər.  Zəngin  hərbi  təcrübəyə  və  biliyə  malik  olduqları  üçün  Əliağa  Şıxlinski  1924-cü  ilin  son-

-  


5

  -



M i lli  t ə h l ü k ə s i z l i k   v ə   h ə r b i   e l m l ə r ,   2 0 1 6 - c ı   il,  c ild   2,  № 2

______________________________ Hərbi-nəzəri  elm lər________________________________

larmda  komandir heyəti  üçün  Azərbaycan  birbşm iş hərbi  məktəbinin rəis  müavini  təyin  edildi.  Səməd 

bəy  Mehmandarov  isə  1924-1928-ci  illərdə Azərbaycanm komanda  məktəbinin və Zaqafqaziya piyada 

məktəbinin  baş  müəllimi  təyin  edilmişdi.  Bu  generalların  dərs  dediyi  hərbi  məktəblərdə  6  nəfər  azər- 

baycanlı general,  10  nəfərə yaxın diviziya  komandiri,  10-dan çox alay komandiri, 4  nəfər  Sovet  Ittifaqı 

Qəhrəmanı,  о cümlədən də  Həzi  Aslanov yetişmişdi  [2].

Amma  milli  təfəkkürlü  zabit  kadrlarınm  yetişdirilməsini  öz  ideoloji  platformasına  uyğun  hesab 

etməyən  keçmiş  mərkəz  XX  əsrin  30-cu  illərində  Azərbaycanda  milli  zabit  kadrları  hazırlayan  hərbi 

təhsil  sisteminə son  qoydu və bu prosesi bütünlüklə mərkəzin nəzarəti altına aldı.

Böyük  Vətən  müharibəsi  illərində  bütün  respublikalarda  olduğu  kimi  Azərbaycanda  da  milli  di- 

viziyalar təşkil  edildi  və bu  diviziyaların yaradılması  ilə  əlaqədar milli  zabit  kadrlarının  hazırlığı  zəru- 

rəti  də  ortaya çıxdı.  Bu kadrlar sovet  hərbi  məktəblərində  hazırlanırdı  və  milli  hərbi kadrlara  olan ehti- 

yacı  ödəmək  üçün  İttifaqm  bir  çox  hərbi  məktəblərində  milli  kadrlar,  о  cümlədən  də  azərbaycanlılar 

üçün  kvotalar  ayrılmışdı.  Həmin  milli  diviziyalarm  bəziləri  1956-cı  ilə  qədər  mövcud  oldu.  Nə  qədər 

ki,  milli  diviziyalar mövcud idi hərbi  məktəblərdə milli zabit kadrlarına  kvota  ayrılması  da  diqqət mər- 

kəzində  idi.  Amnıa  1956-cı  ildən  sonra  bu  məsələyə  diqqət  də xeyli  zəiflədi.  Mövcud olan  faktlara gö- 

гэ,  Heydər  Əliyevin  Sovet  Azərbaycanmm  rəhbəri  seçilməsi  ərəfəsində,  konkret  olaraq  1967-ci  ildə 

ölkə  hərbi  məktəblərinə  cəmi  136  azərbaycanlı  gənc  sənəd vermişdi  ki,  onlarm  çox  az  hissəsi  məktəb- 

lərə  daxil  ola bilmişdi.  Həmin  il  Bakı  Ali  Umumqoşun  Komandirləri  Məktəbinə  21  azərbaycanlı,  Xə- 

zər Ali  Hərbi  Dənizçilik Məktəbinə  isə cəmi 2 azərbaycanlı  daxil  ola bilmişdi  [3].

İttifaq  mərkəzi  Sovet  Ordusunda  milli  zabit  kadrların,  xüsusilə  rəhbər  strukturlarda  olmasına  о 

qədər  də  rəğbətlə  yanaşmırdı.  Azərbaycanın  о  zamankı  rəhbərliyi  də  İttifaq  rəhbərliyinin  bu  xəttinə 

qarşı  çıxmağa  və  milli  iradə  nümayiş  etdirməyə  maraqlı  deyildi.  Bunun  nəticəsi  idi  ki,  bir  tərəfdən 

azərbaycanlı  milli  zabit  kadrlar hazırlanmasmda  irəliləyiş  yox  idi,  digər tərəfdən,  Azərbaycandan  olan 

çağırışçı  ehtiyatı  daha  çox  hərbi  ixtisaslar  verməyən  hərbi  hissələrə  yerbşdirilirdi.  Heydər  Əliyev  isə 

respublika rəhbərliyinə  seçildiyi  ilk günlərdən bu vəziyyətlə razılaşmadı  və  fərqli bir milli  siyasət  izb - 

məyə  başladı.  Yaranmış  vəziyyəti  Heydər  Əliyevin  özü  b e b   şərh  edirdi:  "D övbt  təhlükəsizliyi  orqan- 

larında  işləyəndə  bütün Azərbaycanda,  habeb  SSRİ-də  olan  hərbi  hissələrlə  çox  yaxşı  tamş  idim.  On- 

larla  əlaqəm  var  idi,  onlarla  görüşürdüm.  Ancaq  hər  dəfə  məni  narahat  edən  о  idi  ki,  azərbaycanhlar- 

dan zabit vəzifəsində  adam yoxdur...  Ü m um iyyətb,  SSRİ  ali  hərbi  məktəblərinə,  əsasən,  ruslar,  ukray- 

nalılar,  beloruslar  qəbul  oluna  b ib rd ib r.  Qalan  m illətbrin  gəncbrinin  hərbi  m əktəbbrə  qəbul  edilmə- 

sini  çox  nadir  hadisə  kimi  qəbul  etmək  olardı.  Bunları  görəndə,  bu  barədə  fikirləşəndə  düşünürdüm, 

yaxşı,  biz  Ittifaqın  bərabərhüquqlu  müttəfıq  respublikasıyıq,  böyük  səlahiyyətlərimiz  var.  Biz  nə  üçün 

ordudan təcrid olunuruq?  Deməli,  əlavə tədbirlər görmək lazım  idi  ki,  bu  maneəni  keçəsən və  azərbay- 

canlıları  orduda komandan,  zabit vəzifəsinə  çatdıra biləsən.  Ona  görə  də  mən  1969-cu  ildə  Azərbayca- 

na rəhbər seçiləndən sonra,  1971-ci  ildə bununla məşğul oldum"  [4].

Heydər Əliyev bu çıxışında  1971-ci  ili xatırladanda,  əslində, Cəmşid Naxçıvanski  adma hərbi-in- 

ternat  məktəbin  yaradıldığı  ili  nəzərdə  tuturdu.  Milli  hərbi  kadrlar  hazırlığı  məsələləri  ilə  o,  Azərbay- 

cana rəhbər seçildiyi  ilk aylardan məşğul  olmağa başladı.  Çünki  1971-ci  ilin aprelində milli hərbi  kadr­

lar hazırlığına və  respublikada  hərbi  çağırış  məsələlərinə  həsr  edilmiş  respublika Kommunist partiyası 

Mərkəzi  Komitəsinin büro  iclasında  çıxış  edərkən  Heydər Əliyev  bildirirdi  ki,  son  bir  il  yarımda  artıq 

üçüncü  dəfədir ki,  bu  məsələ büroda  müzakirə  olunur.  Bu  büro  iclasında  Heydər Əliyevin  о  dövr üçün 

son  dərəcə  böyük  cəsarət tələb  edən  bir  çıxış  etdi.  Bu  çıxışı  milli  hərbi  zabit  kadrlarının yetişdirilməsi 

ib   bağlı konsepsiyası  kimi də dəyərləndirmək olar.  Heydər Əliyev çıxışında b e b  dedi:  "İ1  yarım ərzin- 

də  biz  üçüncü  dəfədir  ki,  MK  bürosunda  orduya  çağırış  və  hərbi  məktəblərin  komplektləşdirilməsi  ilə 

bağlı  məsələ  müzakirə  edirik.  Bu,  təsadüfi  deyil.  Çünki  bu  məsələ  siyasi  əhəmiyyəti  olan  çox  mühüm 

məsələdir.  Həm  ona  görə  ki,  biz bu  sahədə  işlərin  əsaslı  şəkildə  yaxşılaşdırılmasına  nail  olmamışıq  və 

bu məsələ ib  bağlı partiyanın tələbbrinin yerinə yetirilməsini təmin etməmişik.

Bizdə orduya çağırışm aparılması pis gedir.  Nöqsanlar haqqında əvvəllər danışmışıq.  Bizdə hərbi 

məktəblərin komplektləşdirilməsi  isə xüsusib pis gedir.  Mən bir daha  qeyd edirəm ki, bu məsələ bizim 

respublikamız  üçün  son  dərəcə  siyasi  əhəmiyyət  kəsb  edən  fövqəladə  mühüm  bir  məsələdir.  Açıq  de-

M i lli  t o lıli ik o s i /I ik   v ə   h ə r b i  e l m l ə r ,   2 0 1 6 - c ı   il,  c i ld   2,  № 2

______________________________ H ərbi-nəzəri  elmlər________________________________

məliyəm  ki,  keçmişdə  bizim  hərbi  ənənəmiz  yox  idi.  Sovet  hakimiyyəti  qurulana  qədər  azərbaycanlı- 

lar,  bir  qayda  olaraq,  orduda  xidmət  etmirdibr.  50  və  ya  100  il  b e b   davam  etmişdir.  Bütün  tarixboyu 

isə  azərbaycanlılar  üçün  orduda xidmətin  tarixi  ənənəsi  yaradılmışdı.  Bu,  əlbəttə  ki,  hansısa  səviyyədə 

isə  bizim  insanların  hərbi  təlim  məsələlərinə  öz  təsirini  göstərir.  Bununla  bərabər,  nəzərə  alınmalı  və 

elə  fəaliyyət  göstərilməlidir  ki,  tarixdə  yol  veribn  о  böyük  boşluq  aradan  qaldırılsın,  biz  bu  m əsəbdə 

tarixi ənənələri və böyük keçmişi olan digər xalqlarla bir səviyyəyə qalxa bibk.

Biz  öz  böyük məktəbimizi  nə  vaxt yaradacağıq?  Nə  vaxt  bizim respublikamız,  bizim yerli  millə- 

timiz  olan  azərbaycanlılar  Silahlı  Qüvvələrdə  öz  yerini  tutacaq  və  bizim  ölkəmizin  müdafıəsinə,  onun 

hərbi qüdrətinin möhkəmlənməsi işinə öz töhfəsini verəcəkdir?

Yoldaş  Quliyev  (respublikanm  hərbi  komissarı  general-mayor  Murtuz  Quliyev  nəzərdə  tutulur -

H.P.)  məruzə  etdi  ki,  seçilmiş  800  nəfərdən  170-i  azərbaycanlıdır.  Bu  da uğurdur.  Çünki  keçən  il  onlar 

cəmi  57  nəfər  idibr.  Əgər biz  1100-1200  nəfər  seçəcəyiksə  (söhbət  SSRİ  ali  hərbi  m əktəbbrinə  daxil 

olmaq üçün Azərbaycandan namizədlərin  seçilməsindən  gedir -  H.P.)  və  respublikada  əhalinin  74  fai- 

zini  azərbaycanlılar təşkil  edirsə,  onda ən azı bu 74  faizi  təmin  edin.  Əgər bütün  100  faiz verilərsə,  on- 

da  biz  bu  sahədə  keçmişdə  yol  verdiyimiz  boşluğu  aradan  qaldıra  bibrik.  Əgər  bu  gün  malik  olduğu- 

muz  rəqəmlər  qalacaqsa,  onda  biz  öz •vəzifələrimizi  yerinə  yetirə  bilməyəcəyik.  Bu  baxımdan  qarşı- 

mızda  çox  böyük  vəzifə  dayanır  və  biz  milli  hərbi  kadrlara  malik  olmasaq  bunu  gəbcək  nəsilbr  bizə 

bağışlamaz"  [5].

Ümummilli  lider  Heydər  Əliyev  həmin  vaxtlardan  bu  m əsəbyə  tam am ib  yeni  tə b b b r  irəli 

sürüldü,  müvafıq təşkilatlar qarşısında  çox  ciddi  vəzifələr qoyuldu.  Bu vəzifənin həyata keçirilməsi  isə 

çox böyük təşkilatçılıq işbrini nəzərdə tuturdu.

Milli  zabit  kadrların  saymın  artırılması  üçün  gəncbrdə  bu  peşəyə  həvəs  yaratmaq  lazım  idi.  Ona 

görə hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, gənclər arasında təbliğat işbrinin genişbndirilmə- 

si, kənd rayonlarmda rus dilinin tədrisinin yaxşılaşdırılması və s.  digər işb r diqqət mərkəzinə gətirildi.

1971-ci  ildə  milli  hərbi  kadrlarm  hazırlığı  sahəsində  ciddi  nəticəbrin  əldə  edilməsi  üçün  Heydər 

Əliyev  daha qətiyyətli bir təşəbbüslə  çıxış etdi.  Bu təşəbbüsə  əsasən həmin  il Zığ  qəsəbəsində yerbşən

2  nömrəli  səkkizillik  intemat  məktəbin  bazasında  Cəmşid  Naxçıvanski  adma  hərbi  təmayüllü  xüsusi 

intemat  məktəbin  əsası  qoyuldu  [6].  Təşkil  olunduğu  illərdə  bu  məktəbdə  təhsil  VIII,  IX  və  X  sinif- 

lərdə nəzərdə tutulmuşdu və gələcəkdə zabit olmaq istəyən şagirdbr burada təhsil ala b ib rd ib r.

Bu  məktəbin təsis  edilməsinə  görə  Heydər Əliyevin  İttifaq  mərkəzindən  böyük təzyiqbrə  məruz 

qalması artıq məlum faktdır [7].

Heydər Əliyevin qətiyyəti  nəticəsində bu  xüsusi  intemat məktəb bağlanmadı,  əksinə  onun  fəaliy- 

yətinin yaxşılaşdırılması  üçün  lazımi  qərarlar qəbul  edildi.  Məsələn,  1976-cı  il  aprelin  20-də Azərbay- 

can  Kommunist Partiyası  Mərkəzi  Komitəsi və N azirbr Sovetinin  "C.Naxçıvanski  adına respublika or- 

ta  internat  məktəbin  fəaliyyətinin yaxşılaşdırılması  tədbirbri  haqqmda",  1978-ci  il  iyunun  30-da Azər- 

baycan  SSR N azirb r  Sovetinin  "C.Naxçıvanski  adma  respublika  Xüsusi  internat məktəbinin  iş  şəraiti- 

nin  yaxşılaşdırılması  tədbirbri  haqqmda",  1981-ci  il  iyun  ayının  18-də  Azərbaycan  KP  MK  və  Res­

publika  N azirbr  Sovetinin  "C.Naxçıvanski  adma  respublika Xüsusi  intemat məktəbinin  maddi-texniki 

bazasimn genişbndirilm əsi tədbirbri haqqmda"  qərarları qəbul  edildi  [8].

Məktəbin fəaliyyətinin təşkilinə respublika rəhbərliyi tərəfmdən göstərilən qayğınm nəticəsi kimi 

ildən-ib  onun  məzunları  sırasmdan  kursant  adı  alanlarm  sayı  da  çoxalmağa  başladı.  Məsələn,  1971-ci 

ildə  C.Naxçıvanski  adına Xüsusi  internat məktəbinin 21  ınəzunu,  1975-ci  ildə 24 məzunu,  1976-cı  ildə 

46  məzunu,  1977-ci  ildə  68  məzunu,  1980-ci  ildə  105  məzunu,  1981-ci  ildə  107  məzunu,  1982-ci  ildə 

103  məzunu,  1983-cü ildə  133  məzunu ölkənin ali hərbi məktəblərinə daxil  oldular  [9].  1986-cı  ildə isə 

məktəbin artıq 200-dən çox  məzunu  İttifaqm m üxtəlif hərbi  məktəblərinə daxil ola bilm işdibr [10].

Məqsədyönlü  siyasətin həyata keçirilməsi nəticəsində yalmz C.Naxçıvanski  adına Xüsusi məktə- 

bin  məzunlarından  deyil,  digər  ümumtəhsil  m əktəbbrinin  məzunları  arasından  ölkənin  ali  hərbi  təhsil 

müəssisəsinə  göndəribnbrin  sayı  artır.  İldən-ib  İttifaq  ali  hərbi  təhsil  müəssisələrinə  respublikadan 

göndəribnbr  arasında  da  azərbaycanlı  gənclərin  də  saymda  artım  əldə  edildi.  1972-1976-cı  ilbrdə 

Azərbaycandan ölkə ali hərbi məktəblərinə göndərilənlərin statistikası  aşağıdakı  kimi  idi  [11].

-  


7

  -



M i lli  t ə h l ü k ə s i z l i k   v ə   h ə r b i   e l m l ə r ,   2 0 1 6 - c ı   il,  cild   2,  № 2  

H ərbi-nəzəri  elmlər

Cədvəl.


Hərbi  məktəb ərə göndərilib

Daxi olub

cəmi


azərbaycanlı

cəmi


azərbaycanlı

1972-ci  il

1616

711


353

81

1973-cü  il



1700

730


408

98

1974-cü  il



1514

550


360

112


1975-ci  il

1210


675

310


121

1976-cı  il

1128

435


334

130


1977-ci  il

1040


405

390



152

Cədvəldən  göründüyü  kimi,  1973-cü  ildən  1977-ci  ilə  kimi  Azərbaycandan  ölkə  ali  hərbi  mək- 

təbbrinə  göndərilənlərin  ümumi  sayında  ildən-ilə müəyyən  azalma  baş  versa  də,  həmin  illər daxil  olan 

azərbaycanlıların sayında artım olmuşdur.

Sonrakı  illərdə  də  azərbaycanlılar  arasından  İttifaqın  ali  hərbi  məktəblərinə  daxil  olan  azərbay- 

canlıların  sayı  artdı.  Məsələn,  Heydər Əliyevin  Moskvada yüksək vəzifəyə  irəli  çəkildiyi  il, yəni  1982- 

ci  ildə  respublikadan  1086  nəfər  İttifaqın  m üxtəlif ali  hərbi  m əktəbbrinə  daxil  oldu.  Onlardan  619  nə- 

fəri  azərbaycanlı  idi.  Sonrakı  1983-cü  ildə  isə  Azərbaycandan  İttifaq  ali  hərbi  məktəblərinə  daxil  olan 

1206 nəfərin  812-si  azərbaycanlı  idi  [12].

Heydər Əliyevin respublika  rəhbəri  seçildiyi  ilk  illərlə  müqayisədə  onun  Moskvaya yiiksək vəzi- 

fəyə  irəli  çəkildiyi  ildə  İttifaq  ali  hərbi  m əktəbbrinə  daxil  olan  azərbaycanlıların  sayı  20  dəfəyə  yaxın 

artmışdı.  Başqa  sözb,1972-ci  ildə  cəmi 46  azərbaycanlı  ali  hərbi  məktəblərə  daxil  olmuşdusa,  1983-cü 

ildə onların sayı  812 nəfərə çatmışdı.

Bakıda  yerləşən  ali  hərbi  məktəblərdə  təhsil  alan  azərbaycanlı  gənclərin  sayının  artırılması  üçün 

də  Heydər Əliyev  çox  ciddi  təşkilatçılıq  işləri  apardı.  O,  həmin  məktəblərin  fəaliyyəti  ilə  və  ora  azər- 

baycanlı  gənclərin  daxil  olması  səviyyəsi  i b   maraqlandı  və  sonralar  məktəblərin  fəaliyyətinin  Azər- 

baycanm  milli  maraqlarına  uyğunlaşdırılması  sahəsində  görübn  işbri  sonralar b e b   xatırlayırdı:  "Mən 

1970-ci  ildə  bu  məktəblərin  işi  i b   tanış  olarkən  gördüm  ki,  hər  bir  məktəb  ildə  300  müdavim  qəbul 

etdiyi  halda,  Umumi  Hərbi  K om andirbr Məktəbində  cəmisi  10-15  nəfər azərbaycanlı  təhsil  alır,  Hərbi 

Dəniz  Qonanması  Məktəbində  isə  1-2  nəfər  azərbaycanh  oxuyur.  Hərbi  məktəblər  Azərbaycanda, 

Bakıda  yerbşirdi,  amma  orada  oxuyanların  tam  əksəriyyəti  azərbaycanlı  deyildi.  Bu,  bir  tərəfdən  о 

vaxt  aparılan  siyasət  -  sovet  hakimiyyətinin  siyasəti  idi.  Onlar  о  vaxt  orduda  yüksək vəzifələrdə  başqa 

millətlərdən  və  xüsusən,  Azərbaycan  millətindən  olan  insanları  görmək  istəmirdilər.  İkinci  tərəfdən  də 

Azərbaycanda  hərbi  peşəyə  soyuq  münasibət  var  idi.  Biz  bunların  aradan  qaldırılması  üçün  tədbirlər 

gördük.  Biz  Naxçıvanski  adına  hərbi  məktəb  yaratmaqla  yanaşı,  Azərbaycanda  yerbşən  iki  ali  hərbi 

məktəbə  -  baxmayaraq  ki,  onlar birbaşa  Moskvaya,  Sovet  Ittifaqı  Müdafıə  Nazirliyinə  tabe  id ib r -  hər 

il azərbaycanlıların qəbul  edilməsinə nail  olduq"  [13].

Bakıdakı  Ali  Ümumqoşun  Komandirləri  Məktəbinin  fəaliyyətində  milli  maraqların  daha  yaxşı 

təmsil  olunması  üçün  Heydər  Əliyev  bu  məktəbin  rəisliyinə  də  azərbaycanh  zabitin  təyin  edilməsinə 

nail  oldu  və  onun  qarşısında  məktəbə  daxil  olanların  50  faizinin  azərbaycanlıların  olması  vəzifəsini 

qoydu.  Respublika  rəhbərinin  təkidi  bu  istiqamətdə  də  ciddi  nəticələr əldə  edildi  və  ora  daxil  olanların 

tərkibində  azərbaycanlıların  sayı  xeyli  artırıldı.  Respublika  rəhbərinin  təkidi  ib   1981-1983-cü  ilbrdə 

Bakı  Ali  Umumqoşun  K om andirbri  Məktəbində  azərbaycanlı  gənclər üçün  ayrılan  kvotanı  225  nəfərə, 

Xəzər Ali  Hərbi  Dənizçilik  Məktəbində  isə  125  nəfərə  çatdırmaq  mümkün  oldu.  Bu  kvotaların  sayının 

yüksəldilməsi,  heç  şübhəsiz,  azərbaycanlı  gənclərin  həmin  məktəblərə  daxil  olmasını  xeyli  asanlaşdı- 

rırdı  [14].

Heydər  Əliyev  Moskvaya  yüksək  vəzifəyə  irəli  çəkildikdən  sonra  azərbaycanlı  gənclərin  zabit 

kimi  yetişməsinin  qarşısında  yenidən  ciddi  maneələr  ortaya  çıxdı.  Məsələn,  1983-cü  ildə  Azərbay- 

candan  bütünlükdə  1206  nəfər  ölkə  hərbi  məktəblərinə  daxil  olmuşdusa,  1985-ci  ildə  ölkə  ali  hərbi 

məktəblərində  Azərbaycan  üçün  kvota  397  nəfərə  qədər azaldıldı.  Bakı  Ali  Ümumqoşun  Komandirbri 

Məktəbində  isə  Azərbaycan  üçün  nəzərdə  tutulan  kvota  225  nəfərdən  33  nəfərə  endirildi  [15].  Bunun

M i lli  t ə h l ü k ə s i z l i k   v ə   h ə r b i   e l m l ə r ,   2 0 1 6 - c ı   il,  c ild   2,  № 2

_____________________________ H ərbi-nəzəri  elmlər 

_________________________

nəticəsi  idi  ki,  sonrakı  ilbrdə  ölkənin  ali  hərbi  məktəblərinə  daxil  olan  azərbaycanlı  gənclərin  sayında 

da azalma özünü göstərməyə başladı.

Bununla  b eb ,  məhz  Heydər  Əliyevin  siyasi  uzaqgörənliyi  nəticəsində  hələ  sovet  hakimiyyəti 

ilbrində  müstəqil  Azərbaycanın  Silahlı  Qüvvəbrinin  kadr  bazasını  təşkil  edə  biləcək  milli  kadrların 

hazırlanması  əldə edildi.

Azərbaycan  xalqı  öz  müstəqilliyini  Ьэфа  edəndən  sonra  milli  zabit  kadrların  hazırlanması  üçün 

daha  yaxşı  imkanlar açıldı.  Azərbaycan  Respublikası  Silahlı  Q üvvəbrinin  qurucusu  Heydər Əliyev  bu 

sahəyə  diqqəti  daha  da  artırdı  və  Azərbaycanda  mükəmməl  hərbi  təhsil  sistemini  təşkilatlandırdı.  Bu­

nun  nəticəsi  idi  ki,  öz  həyatını  zabit  peşəsinə  həsr  edən  gənclərin  də  bu  m əktəbbrə  axım  başladı. 

Heydər  Əliyev  zabit  peşəsini  seçən  gəncləri  b e b   qiymətbndirirdi:  "Vətəni  qorumaq  peşəsi  bu  peşəb- 

rin hamısından  yüksəkdir.  Özünü bu  peşəyə həsr edən hər bir Azərbaycan  gənci  bütün  gəncbrdən  yük- 

səkdə  durur,  bütün  gəncbrdən  qiymətlidir.  Çünki  müstəqil  dövbtim iz,  müstəqil  Azərbaycan  yaşamalı- 

dır,  inkişaf etməlidir.  Onun  çox  güclü  ordusu  bu  gün  də,  gələcəkdə  də  olmalıdır.  Olmalıdır ki,  torpaq- 

larımız bundan  sonra  heç bir tərəfdən  işgal  edilməsin.  Olmalıdır ki,  torpaqlarımızın  hər bir qarışı  qoru- 

na  bilsin.  Olmalıdır  ki,  dünyada  məşhur  olan  və  dünya  tarixində  böyük  yer  tutmuş  sərkərdəbr  kimi, 

müstəqil  Azərbaycanın  özünün  də  hərbi  sərkərdələri  olsun.  Biz  bunu  gözbyirik.  Tam  inanıram  ki, 

Azərbaycan  gəncləri  içərisindən  yaxın  gəbcəkdə  b e b   sərkərdələr  çıxacaqdır.  Onlar  nəinki  Azərbay- 

canda,  bütün dünyada tanınan sərkərdəbr olacaqdır"  [16].

Yeni  dövrün  vəzifəbrinin  daha  dolğun  icrası  və  milli  zabit  kadr hazırlığı  prosesinin  təkm ilbşdi- 

rilməsi  üçün  1997-ci  ildə  Cəmşid  Naxçıvanski  adına  hərbi  təmayüllü  orta  məktəbin  adı  dəyişdirilərək 

C.Naxçıvanski  adına  hərbi  lisey  adlandırıldı.  Heydər Əliyevin  1998-ci  il  mart  ayının  13-də  imzaladığı 

sərəncamla  C.Naxçıvanski  hərbi  liseyin  Naxçivan  fılialınm  əsası  qoyuldu  [17]  və  1999-cu  il  oktyabr 

ayının  13-də  həmin fılialın  açılışında  şəxsən  iştirak  etdi  və  gələcəyini  zabit  kimi  görmək  istəyən  gənc- 

b rə səmimi  uğurlar arzuladı.

Azərbaycanın  müstəqilliyinin  bərpasından  sonra  milli  hərbi  təhsil  sisteminin  fonnalaşdırılması 

sahəsində  də  daha  ciddi  addımlar  atıldı.  Respublikada  hərbi  təyyarəçi  kadrlara  olan  ehtiyacın  aradan 

qaldırılması  üçün  1995-ci  ildə  Azərbaycanda  Uçuş  Hazırlığı  Təlim  Mərkəzi  yaradıldı  və  bu  mərkəzdə

3  illik  proqram  əsasmda  təyyarəçi  kadrların  hazırlanmasına  başlandı.  1997-ci  il  oktyabr  ayının  15-də 

bu  təlim  mərkəzində  təhsil  alan  heyətin  ilk  buraxıhşı  oldu  və  Heydər  Əliyev  bu  buraxılışda  iştirak  et- 

m əkb gənc hərbi  təyyarəçilər qarşısında çıxış da etdi  [18].

Hərbi  təyyarəçi  kadrların  hazırlığına  xüsusi  əhəmiyyət  verildiyi  üçün  idi  ki,  1998-ci  ildə  Uçuş 

Hazırlığı  Təlim  Mərkəzi  "Bakı  Ali  Hərbi  Təyyarəçilik  Məktəbi"  adlandırıldı.  Bu  məktəbə  daxil  olanlar 

2  istiqamət  və  4  ixtisas  üzrə  təhsil  alırdılar.  2001-ci  ildə  isə  bu  məktəb  Azərbaycan  Respublikasmın 

Prezidenti  Heydər  Əliyevin  fərmam  ib   Azərbaycan  Ali  Hərbi  Təyyarəçilik  Məktəbi  adlandırıldı.  E b  

həmin  ildə  eyni  fərmanla  Bakı  Ali  B irbşm iş  Komandanlıq  Məktəbi  Azərbaycan  Ali  Hərbi  Məktəbi, 

Bakı  Ali  Hərbi  Dənizçilik  Məktəbi  isə  Azərbaycan  Ali  Hərbi  Dənizçilik  Məktəbi  adlandırıldı.  Adları 

çəkilən  bu  məktəblərdə  1997-ci  ildən  etibarən  zabit  kadrlarının  hazırlığı  müasir  standartlara  cavab  ve- 

rən  yeni  proqram  üzərinə  qoyuldu  və  2001-ci  ildə  bu  məktəblərin  ilk buraxılışı  oldu.  Həmin  buraxılış- 

da  da  Heydər  Əliyev  iştirak  edərək  m üdavim br  qarşısında  çıxış  etdi:  "Siz  xoşbəxt  adamlarsımz,  xoş- 

bəxt  gəncbrsiniz.  Ona  görə  ki,  bu  məktəbdə  dörd  il  təhsil  almısımz,  hərbi  peşəni  mənimsəmisiniz  və 

şüurlu olaraq özünüzü bu  şərəfli  işə,  hərbi peşəyə həsr etmək niyyəti  ilə yaşayırsımz və Azərbaycan or- 

dusunda  şərəflə  xidmət  etməyə  hazırsımz.  Sizin  qarşımzda  çox  böyük  vəzifələr  durur.  Siz  bu  ilb r  ər- 

zində  aldığmız  təhsili,  qazandığınız  təcıoibəni  gərək  Azərbaycanm  xidmət  edəcəyiniz  hərbi  hissələrin- 

də  səmərəli  istifadə  edəsiniz.  Birincisi,  siz  gərək  öz  xidmətinizlə  sübut  edəsiniz  ki,  dörd  il  müddətində 

aldığımz  təhsil  həqiqətən,  Azərbaycan  ordusunun  peşəkarlığım,  səviyyəsini  qaldırmağa  xidmət  edə- 

cəkdir.  İkincisi,  gərək  hər  bir  hərbi  hissədə  əsgərbr  üçün  nümunə  olasınız.  Çünki  siz  müstəqil  Azər- 

baycanın  milli  ordusunun,  milli  hərbi  məktəbinin  məzunlarısınız.  Bu,  çox  şərəfli  addır.  Bu  şərəfli  adı 

siz axıra  qədər şərəflə daşımalısmız"[19].



M i lli  t ə h l ü k ə s i z l i k   və  h o r b i  e l m l ə r ,   2 0 1 6 - c ı   il.  cild   2,  № 2

_________________________________



H ə rb i-n əzəri 

e l m l ə r

___________________________________

Heydər  Əliyev  Azərbaycanın  ali  hərbi  məktəblərinin  2002-ci  ilin  yayında  olan  buraxılışında  da 

iştirak  etdi  və  Silahlı  Qüvvələrin  sıralarına  qoşulan  gənc  zabitlər qarşısında  səmimi  bir çıxış  etdi,  onla- 

ra öz tövsiyələrini  və tapşırıqlarını  verdi  [20].

Azərbaycanda  milli  hərbi  kadrların  hazırlanması  sahəsində  həyata  keçiribn  mühüm  tədbirlərdən 

biri  də  Azərbaycan  Respublikası  Silahlı  Qüvvəbrinin  Hərbi  Akademiyasının yaradılması  haqqında  qə- 

rar  oldu.  Bu  məsələ  ilə  bağlı  Prezident  fərmanı  1999-cu  ildə  imzalanmışdır.  Bununla  da  ali  hərbi  təh- 

silli  komandir  və  qərargah  zabitbrinin  hazırlanması,  onların  ixtisasının  artırılması  sahəsində  mövcud 

olan boşluğu da  aradan qaldırmaq  mümkün  oldu.

Təsdiq olunmuş Əsasnamə  i b   Hərbi  Akademiyaya aşağıdakı  vəzifələr həvalə olunmuşdur:

-   Silahlı  Qüvvələrin  ehtiyacı  baxımından  hərbi  elm b r  üzrə  yüksək  nəzəri  biliklərə 

və 

praktik 


vərdişlərə yiyələnmiş komandir və qərargah zabitbrinin hazırlanması;

-   Azərbaycan  Respublikasının  müdafıəsinin  möhkəmləndirilməsi,  hərbi  kadrların  hazırlanması- 

nın  təkmilləşdirilməsi  məsələlərinin  həllinə yönəldilmiş  fundamental  elmi  tədqiqat  işbrini  təşkil  etmək 

və həyata  keçirmək;

-  elmi,  elmi-pedoqoji  kadrların  hazırlanması,  komandir 

və 


müəllim heyətindən olan zabitlərin  ix- 

tisasının artırılması;

-   hərbi  hissələrin  döyüş  qabiliyyətinin  yüksəldilməsinə  yönəldilmiş  hərbi-elmi  tədqiqatlar  apar- 

maq və təklifbr vermək;

-  dövlət  orqanlarında  çalışan  yüksəkvəzifəli  şəxslərə  respublikanın  müdafiəsi  ib   əlaqədar hərbi- 

strateji, hərbi-iqtisadi  və hərbi-siyasi  məsələlərin öyrədilməsini  təşkil  etmək.

Azərbaycan  Respublikası  Silahlı  Qüvvələrinin  Hərbi  Akademiyasının  nəzdində  Strateji  tədqiqat- 

lar və  dövbt  müdafıəsini  idarəetmə  akademik  kursu,  Hərbi  diplomatiya  kursu  və  Adyunktura  fəaliyyət 

göstərir.  Silahlı  Qüvvələr və  Azərbaycanın  digər güc  strukturları  üçün  elmi  kadrların  hazırlanmasında 

Adyunkturanm  fəaliyyəti  xüsusib  qeyd  edilməlidir.  Bu  sahənin  fəaliyyətinin  düzgün  və  səmərəli  qu- 

rulması üçün Adyunkturanm  işinə yetərli  sayda  alim b r və  elmi  işçib r cəlb edilm işbr və onların səybri 

ib   elmi  tədqiqatlar aparılmaqla  bərabər,  həm  də  elmi  kadrların  hazırlanmasına  da  başlanmışdır.  Hazır- 

da  20 zabit  fəlsəfə  doktoru,  7  nəfər  isə  elm br doktoru  proqramı  üzrə  təhsil  almaqla  hərb  elminin  müx- 

təlif sahələri  üzrə araşdırmalarla məşğuldurlar [22].



Nəticə

B eb lik b ,  Azərbaycan  xalqınm  Ümummilli  lideri  Heydər  Əliyevin  tarixi  xidmətləri  və  uzaqgö- 

rənliyi  nəticəsində  bu  gün  Azərbaycan  Respublikası  Silahlı  Qüvvələrinin  müxtəlifsəviyyəli  zabit  kadr- 

ları  ib   təmin  edilməsi  üçün  bütöv  bir hərbi  təhsil  sistemi  yaradılmışdır.  Bu təhsil  sistemi  uzun  ilb r bo- 

yu Azərbaycanın  müstəqilliyinin  möhkəmbndirilməsi  üçün səmərəli  fəaliyyətini  davam etdirəcəkdir.

Ədəbiyyat

1.  Heydər  Əliyevin  Respublika  Ali  Sovetində  gənclərin  nümayəndəbri  ib   görüşdə  çıxışı. 

http://files.preslib.az/projects/toplu/v2/B_3.pdf

2.Абасов  А.  Генерал  Мехмандаров  -  Баку,  1977,  с.71,  77;  Ибрагимов 

С. 

Генерал  Али  Ага 



Шихлинский  -  Баку,  1975,  с.  87-89.

3. 


Süleymanov 

М. 


Azərbaycanm  hərb tarixi.  Sovet dövrü. 

II 


cild - Tehran,  2011,  712  s.

4.  Heydər  Əliyev:  Mən  C.Naxçıvanski  adına  məktəbi  yaradarkən  həsrətində  olduğum  arzuma 

çatmışam,  ona  görə də özümü  çox  xoşbəxt hesab edirəm/  "Azərbaycan"  qəzeti, 22  aprel,  2003-cü  il.

5.  Siyasi  Sənədbr Arxivi.  Fondl,  siy.  58,  iş  77, v.  53-55

6.  Cəmşid  Naxçıvanski  adına  hərbi  liseyin  30  illik  yubileyinə  həsr  olunmuş  təntənəli  mərasim/ 

"Azərbaycan"  qəzeti,  22 aprel  2003-cü  il.

7.  Qasımlı 

M. 


Heydər Əliyev.  İstiqlala gedən yol  (1969-1987-ci  ilbr) -  Bakı,  2006,  s.146.  (elek- 

tron variant).

-  

1 0


-

M i l l i   t ə h l ü k ə s i z l i k   v ə   h ə r b i   e l m l ə r ,   2 0 1 6 - c ı   il,  c i l d   2,   № 2  

____________________________ Hərbi-nəzəri 

clnılər___________ ______________________

8.  Süleym anov  M.  A zərbaycanm   hərb  tarixi.  Sovet dövrü.II  cild  -  Tehran,  2011,  s.717-718.

9.  Ramiz  Duyğun.  M ənim  unudulm az  m əktəbim   -  Bakı,  2002,  s.74.

10.  Cəm şid  Naxçıvanski  adına  hərbi  liseyin  30  illik  yubileyinə  həsr  olunm uş  təntənəli  mərasim. 

"Azərbaycan"  qəzeti,  22  aprel  2003-cü  il.

11.  Süleym anov  M.  A zərbaycanm   hərb  tarixi.  Sovet dövrü.  II  cild  -  Tehran,  2011,  s.720.

12.  Siyasi  Sənədlər Arxivi.  Fond  1,  siy.72,  iş  370,  v.2

13.  H eydər  Əliyev:  M ən  C.Naxçıvanski  adına  məktəbi  yaradarkən  həsrətində  olduğum   arzuma 

çatmışam,  ona  görə  də  özümü  çox  xoşbəxt hesab  edirəm /  "Azərbaycan"  qəzeti,  22  aprel,  2003-cü  il.

14.  Süleym anov  M.  A zərbaycanm   hərb  tarixi.  Sovet  dövrü.  II  cild -  Tehran,  2011,  s.722

15.  Yenə  orada

16  .Cəmşid  N axçıvanski  adına  hərbi  liseyin  Naxçivan  fılialınm  açılışında  nitq.  13  oktyabr  1999- 

cu  il.  http://files.preslib.az/projects/toplu/v2/B _9.pdf

17.  Cəm şid  N axçıvanski  adına  hərbi  litseyin  30  illik  yubileyinə  həs  olunm uş  təntənəli  m ərasim / 

"Azərbaycan"  qəzeti,  22  aprel  2003-cü  il.

18.  A zərbaycan  Respublikası  Hərbi  Təyyarəçilər  M əktəbinin  ilk  buraxılışına  həsr olunm uş  təntə- 

nəli  mərasimdə  çıxışı.  15  oktyabr  1997-ci  il.

http://files.preslib.az/projects/toplu/v2/B _7.pdf

19.  A zərbaycan  Ali  Hərbi  M əktəbinin  birinci  buraxılışına həsr olunm uş  m ərasim də  nitq.

25  avqust  2001.  http://files.preslib.az/projects/toplu/v2/B _7.pdf

20.  Azərbaycan  Ali  Hərbi  M əktəbi  və  Ali  Hərbi  Təyyarəçilik  M əktəbi  m əzunlarm ın  buraxılışına 

həsr  olunmuş  m ərasim də  A zərbaycan  Respublikası  Prezidenti,  Ali  Baş  Kom andan  H eydər  Ə liyevin 

nitqi.  27  iyul  2002-ci  il.  http://files.preslib.az/projects/toplu/v2/B _12.pdf

21.  M üdafıə  naziri  general-polkovnik  Zakir  Həsənov:  "Silahlı  Q ü v vəbrim iz  qarşıya  qoyulan  bü- 

tün tapşırıqları  uğurla yerinə yetirm əyə  qadirdir".

http://w w w .m od.gov.az/idex2.php?content=new s/2015/24_06_m n_m usahibe



Аннотация

Гейдар  Алиев  и  система  военного  образования 

Г.К.  Пириев

В  статье  дается  анализ  исторических  заслуг  общ енационального  лидера  А зербайдж анско­

го  народа  Гейдара  Алиева  в  создании  системы  национального  военного  образования  в  целом,  в 

усовершенствовании  функционирования  высш их  военных  училищ   и  в  подготовке  националь­

ных  военных  кадров  годы  независимости.

Ключевые  слова:  национальный  лидер,  система  военного  образования,  национальные 

офицерские  кадры,  вооруженные  силы,  высш ие  военные  училищ а.



Summary

Haydar Aliyev  and  military education  system 

H.K.  Piriev

The  article  investigates  the  historical  role  o f A zerbaijan's  national  leader  Mr.  H aydar  Aliyev  in 

creating  o f  the  m ilitary  educational  system,  in  restructuring  o f the  m ilitary  educational  institution  o f 

country  during  independence  years  and  in  im plem enting  o f  the  goals  for  preparation  o f  national 

officers.

Keywords: 

national  leader,  m ilitary  educational  sistem,  national  officers,  army  forces,  military 

schools.

-  


11

 

-



Yüklə 106,57 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə