M. M. Aslanova Elmi redaktor



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə1/43
tarix01.09.2018
ölçüsü1,01 Mb.
#66176
  1   2   3   4   5   6   7   8   9   ...   43


 
 
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 
 
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ 
 
 
 
 
 
 
 
AZƏRBAYCAN REPUBLİKASININ 
XARİCİ İQTİSADİ FƏALİYYƏTİNDƏ 
GÖMRÜK İŞİNİN ROLU 
 
 
 METODİKİ VƏSAİT 
 
 
 
 
Azərbaycan  Dövlət  İqtisad  Universitetinin  Tədris-
Metodik Şurasının 22 yanvar 2016-cı il tarixli iclasının 
(3 saylı protokol) qərarı ilə çapa tövsiyə olunmuşdur. 
 
 
 
 
BAKI - 2016 
 
 
 


 
 

 
 
 
Tərtib edənlər:  
 
i.e.d., prof. A.Ş. Şəkərəliyev 
i.e.n., dos. Y. M. Yadulla qızı 
i.e.n., b/m. M.M. Aslanova 
 
Elmi redaktor: 
 
i.e.d., prof.A.M.Məhərrəmov 
Rəyçilər:  
 
i.e.d.,prof. M.A.Əhmədov 
i.e.n.,dos.M.R.Rəsulova  
 
 
 
 
Şəkərəliyev A.Ş., Yadulla qızı Y.M.,  Aslanova M.M. 
Azərbaycan Republikasinin xarici iqtisadi fəaliyyətində gömrük 
işinin  rolu.Metodiki  vəsait.
  Bakı:  ―İqtisad  Universiteti‖  Nəşriyyatı-
2016. -  150 səh. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 

G i r i ş 
Gömrük  işinin  xarakter  və  vəzifəsi  ölkənin  ümumi  iqtisadi 
vəziyyəti, onun inkişafının daxili və xarici şərtləri ilə sıx əlaqədardır. 
Azərbaycanda  aparılan  islahatlar  öz  miqyas  və  müddətlərinə  görə 
xüsusilə fərqlənir. Bu islahatlar qlobal olaraq xarici iqtisadi fəaliyyət 
sferasına da toxunur. 90-cı illərdən başlayan bazar islahatları vacib 
istiqaməti  qismində  xarici  ticarət  fəaliyyətinin  liberallaşmasını 
nəzərdə  tuturdu.  Xarici  ticarətin  dövlət  inhisarı  sisteminin  ləğv 
olunması  gömrük-tarif  tənzimlənməsi  təcrübəsinin  gömrük 
siyasətinin əsas istiqaməti kimi bəpra edilməsinə gətirib çıxartdı. Bu 
zaman  gömrük  siyasəti  həm  ölkə  daxilində,  həm  də  xarici  iqtisadi 
fəaliyyətdə  iqtisadi  münasibətlərin  formalaşmasında  vacib  aktiv 
amilə  çevrildi.  Bu  şərt  gömrük  işinin  iqtisadiyyatın  vacib  sahəsi 
olduğu haqqında danışmağa imkan verir. 
Gömrük  işi  və  onun  təmin  etdiyi  Azərbaycanın  xarici 
ticarətinin gömrük tarif tənzimlənməsidövlət idarəetməsinin mühüm 
iqtisadi metodlarından biridir.  
―Gömrük  tarifi  haqqında‖  Qanunun  qəbul  edilməsi  gömrük 
işinin rolunu və əhəmiyyətini artırdı. Bu qanunun qəbul edilməsi ilə 
əsas  məqsədə-gömrük  tarifinin  formalaşması  və  tətbiqi  qaydasının 
müəyyən  olunması,  həmçinin,  gömrük  dəyəri,  malların  mənşə 
ölkəsinin  müəyyən  olunması,  gömrük  güzəştləri  məsələlərinin 
həllinənail olundu.  
Bundan  başqa,  gömrük  işi  məsələləri  bir  sıra  beynəlxalq 
müqavilələr, razılaşmalar, konvensiyalarla tənzimlənir ki, burada da 
çoxtərəfli əsaslarla gömrük sisteminin prinsipləri, qaydaları, şərtləri, 
təşkilati bazası tənzimlənir. 
Gömrük  işinin  səmərəli  fəaliyyət  göstərən  mexanizmləri 
Azərbaycanın fəal və bütöv gömrük siyasətinin aparılması, həmçinin 
gömrük  orqanları  tərəfindən  Azərbaycan  Respublikasının  iqtisadi 
təhlükəsizliyinin  təmin  edilməsi,  iqtisadiyyatın  bütün  sahələrində 
onun iqtisadi maraqlarının müdafiəsi üçün ayrılmaz şərtdir. 
Deyilənlər metodiki vəsaitin aktuallığını şərtləndirir.  
 


 
 

 
Mövzu 1: Gömrük işi və gömrük tənzimlənməsi 
 
1.
 
Gömrük ərazisi və gömrük sərhəddi  
2.
 
Gömrük qanunvericiliyi 
3.
 
Gömrük orqanlarının vahid sistemi 
4.
 
Gömrük orqanlarının vəzifələri və hquqları 
 
Azərbaycan  Respublikasının  ərazisi  vahid  gömrük  ərazisidir. 
Gömrük  ərazisinə  Azərbaycan  Respublikasının  quru  ərazisi,  daxili 
suları,  Xəzər  dənizinin  (gölünün)  Azərbaycan  Respublikasına 
mənsub olan bölməsi (o cümlədən orada yerləşən adalar, süni adalar, 
qurğular  və  tikililər)  və  onların  üzərindəki  hava  məkanı  daxildir. 
Gömrük  ərazisində  ―Gömrük  Məcəlləsi‖ndə  müəyyən  edilmiş 
qaydada sərbəst zonalar yaradıla bilər. Gömrük ərazisinin hüdudları, 
həmçinin  sərbəst  zonaların  perimetrləri  gömrük  sərhədidir.  Sərbəst 
zonaların  perimetrləri  istisna  olmaqla,  gömrük  sərhədi  Azərbaycan 
Respublikasının dövlət sərhədi ilə üst-üstə düşür.  
 Gömrük qanunvericiliyi Azərbaycan Respublikasının Konsti-
tusiyasından,  Gömrük  Məcəlləsindən,  «Gömrük  tarifi  haqqında» 
Azərbaycan  Respublikasının  Qanunundan,  onlara  uyğun  olaraq 
qəbul edilmiş digər normativ hüquqi aktlardan və Azərbaycan Res-
publikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.  
Aşağıdakılar  istisna  olunmaqla,  gömrük  qanunvericiliyindən 
başqa  digər  qanunvericilik  aktlarına  gömrük  ödənişləri  və  gömrük 
nəzarəti məsələləri daxil edilə bilməz:  
 1.  Azərbaycan  Respublikasının  İnzibati  Xətalar  Məcəlləsində 
nəzərdə  tutulan  gömrük  münasibətlərinə  aid  inzibati  xətalar 
haqqında müddəalar;  
2.  Azərbaycan  Respublikasının  Cinayət  Məcəlləsində  nəzərdə 
tutulan müvafiq cinayətlər haqqında müddəalar;  
3.  Büdcə  qanunvericiliyində  gömrük  ödənişləri  ilə  bağlı 
müddəalar;  


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə