M. M. Aslanova Elmi redaktor



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə14/43
tarix01.09.2018
ölçüsü1,01 Mb.
#66176
1   ...   10   11   12   13   14   15   16   17   ...   43

 
 
41 
1. gömrük nəzarətinin həyata keçirilməsi qaydalarını;  
2. ümumi risklərin idarə edilməsi qaydalarını;  
3.  ümumi  meyarların  və  prioritet  nəzarət  sahələrinin  müəyyən 
edilməsi üzrə qaydaları;  
4.  aidiyyəti  orqanlarla  birlikdə  risklərə  dair  məlumatların  və 
gömrük  kəşfiyyatı  məlumatlarının  mübadiləsini  tənzimləyən 
qaydaları.  
Gömrük  sahələrində,  gömrük  sərhədi  boyunca,  gömrük  rəsmi-
ləşdirilməsi yerlərində, sərbəst zonalarda, gömrük anbarlarında, mal-
ların  yükləmə-boşaltma  və  müvəqqəti  saxlanc  yerlərində,  gömrük 
nəzarəti altında olan malların daşınmasını həyata keçirən nəqliyyat 
vasitələrinin  dayanacağında,  gömrük  orqanlarının  olduğu  yerlərdə 
və  müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi  digər 
yerlərdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən gömrük nəzarəti 
zonaları  yaradılır  və  rejim  qaydaları  müəyyən  edilir.  Gömrük 
nəzarəti zonalarının yaradılması və onların nişanlanması qaydalarını 
müvafiq  icra  hakimiyyəti  orqanı  müəyyən  edir.  Qanunda  nəzərdə 
tutulan hallar istisna olmaqla, gömrük nəzarəti zonalarında istehsal 
və  digər  kommersiya  fəaliyyətinin  həyata  keçirilməsinə,  malların, 
nəqliyyat  vasitələrinin,  şəxslərin,  o  cümlədən  dövlət  orqanlarının 
vəzifəli  şəxslərinin  bu  zonaların  sərhədini  keçməsinə  və  daxilində 
hərəkətinə yalnız gömrük orqanlarının icazəsi ilə və onların nəzarəti 
altında yol verilir 
Gömrük  sərhədindən  malları  və  nəqliyyat  vasitələrini  keçirən, 
yaxud  icrasına  nəzarət  gömrük  orqanlarına  həvalə  olunmuş 
fəaliyyəti  həyata  keçirən  şəxslər  gömrük  nəzarəti  üçün  lazım  olan 
sənədləri və məlumatları bu orqanlara təqdim etməlidirlər. Gömrük 
nəzarəti  üçün  lazım  olan  sənədlərin  və  məlumatların  siyahısı, 
həmçinin onların təqdim edilmə qaydaları müvafiq icra hakimiyyəti 
orqanı tərəfindən müəyyən edilərək rəsmi nəşrlərdə dərc olunur və 
müvafiq  icra  hakimiyyəti  orqanlarının  rəsmi  internet  saytlarında 
yerləşdirilir.  Gömrük  orqanları  gömrük  nəzarətinin  həyata  keçiril-
məsi  üçün  gömrük  sərhədindən  malları  və  nəqliyyat  vasitələrini 
keçirən şəxslərin, gömrük brokerlərinin və ya bu cür əməliyyatlara 
aidiyyəti  olan  digər  şəxslərin,  icrasına  nəzarət  gömrük  orqanına 


 
 
42 
həvalə olunmuş əməliyyatları haqqında müvafiq təşkilatlardan məlu-
matlar  və  arayışlar  almaq  hüququna  malikdirlər.  Hüquq  mühafizə 
orqanları, həmçinin vergi və başqa dövlət nəzarəti orqanları gömrük 
nəzarəti  üçün  lazım  olan  məlumatları  öz  təşəbbüsləri  ilə  və  ya 
qanunvericiliyə uyğun olaraq gömrük orqanlarının sorğusu əsasında 
onlara təqdim edirlər.  
Gömrük  nəzarətindən  keçməli  olan  mallara  dair  sənədlərə  və 
məlumatlara  malik  olan  şəxslər  onların  Gömrük  Məcəlləsi  və 
müvafiq qanunvericilikdə nəzərdə tutulmuş qaydada saxlanılmasını 
təmin  etməlidirlər.  Saxlanma  üsulundan  asılı  olmayaraq,  gömrük 
sərhədindən  keçirilən  mallara  dair  sənədlər  və  məlumatlar,  həmin 
malların gömrük nəzarəti altında olan mallar statusunu itirməsindən 
sonrakı 3 (üç) il ərzində saxlanılmalıdır. Şəxs gömrük orqanlarının 
vəzifəli  şəxslərinin  sənədləri  və  məlumatları  əldə  etməsinə  şərait 
yaratmalı,  bununla  bağlı  onların  suallarını  cavablandırmalı,  tələb 
olunduqda, sənədlərin surətlərini onlara təqdim etməlidir. Məlumat-
lar elektron formada saxlandıqda, şəxs gömrük nəzarətindən keçməli 
olan  mallara  dair  sənədlər  və  məlumatlarla  tanışlıq  üçün  gömrük 
orqanlarının  vəzifəli  şəxslərini  lazımi  avadanlıqla  təmin  etməlidir. 
Mallar  sərbəst  dövriyyəyə  buraxıldıqda,  yaxud  ixrac  məqsədi  ilə 
bəyan edildikdə, Gömrük Məcəlləsinin 95.2-ci maddəsində nəzərdə 
tutulan müddətin hesablanması sərbəst dövriyyə üçün buraxılışla və 
ixracla bağlı gömrük bəyannamələrinin təsdiq edildiyi ilin sonundan 
başlanır.  Mallar  digər  gömrük  proseduru  altında  yerləşdirildikdə, 
Gömrük Məcəlləsinin 95.2-ci maddəsində nəzərdə tutulan müddətin 
hesablanması  müvafiq  gömrük  prosedurunun  başa  çatdığı  ilin 
sonundan başlanır.  
Gömrük  Məcəlləsi  ilə  nəzərdə  tutulmuş  hallarda  gömrük 
nəzarətinin  həyata  keçirilməsi  üzrə  hərəkətlərin  yerinə  yetirilməsi 
zamanı  protokollar  tərtib  olunur.  Protokollar  Azərbaycan 
Respublikasının  dövlət  dilində  tərtib  edilir.  Protokolların  formasını 
bu  Məcəllənin  82.6-cı,  99.2-ci  və  99.3-cü  maddələrinin  tələbləri 
nəzərə  alınmaqla  müvafiq  icra  hakimiyyəti  orqanı  müəyyən  edir. 
Protokolda aşağıdakılar göstərilir:  
1. protokolun adı;  


 
 
43 
2. konkret hərəkətlərin həyata keçirilməsinin yeri, tarixi və vaxtı;  
3. hərəkətin başlanması və başa çatmasının vaxtı;  
4. protokolu tərtib etmiş şəxsin vəzifəsi, adı, soyadı, atasının adı;  
5. barəsində müvafiq hərəkət aparılan şəxsin, hal şahidlərinin və 
hərəkətin  həyata  keçirilməsində  iştirak  edən  digər  şəxslərin  adı, 
soyadı,  atasının  adı,  habelə  onların  doğulduğu  il,  ay,  gün  və  yer, 
vətəndaşlığı,  təhsili,  iş  yeri,  məşğuliyyət  növü  və  ya  vəzifəsi, 
yaşadığı  və  qeydiyyatda  olduqları  ünvan,  Azərbaycan  Respublika-
sının dövlət dilində danışa bilib-bilməməsi;  
6. barəsində müvafiq hərəkət aparılan şəxsə, hal şahidlərinə və 
hərəkətin  həyata  keçirilməsində  iştirak  edən  digər  şəxslərə  onların 
hüquq, vəzifə və məsuliyyətinin izah edilməsi haqqında qeyd;  
7. hərəkətin həyata keçirilməsinə əsas olan Gömrük Məcəllənin 
müvafiq maddəsi; 8. hərəkətin məzmunu, onun yerinə yetirilməsinin 
ardıcıllığı;  
9.  hərəkətin  yerinə  yetirilməsi  zamanı  aşkar  olunan  və  iş  üçün 
əhəmiyyətli olan faktlar və hallar. 
Mallar  və  ya  sənədlər  Gömrük  Məcəlləsinə  uyğun  olaraq 
götürüldükdə,  protokolda  bu  Məcəllənin  99.2-ci  maddəsində  qeyd 
olunanlardan əlavə aşağıdakılar da göstərilməlidir:  
1. götürülən malların, prob və nümunələrin sayı, ölçüsü, çəkisi, 
fərdi əlamətləri və digər xüsusiyyətləri göstərilməklə ətraflı təsviri;  
2. götürülən sənədlərin növü və rekvizitləri.  
Şəxsi axtarış həyata keçirilərkən, həmçinin mallar və ya sənədlər 
götürülərkən  işin  nəticəsində  maraqlı  olmayan  və  yetkinlik  yaşına 
çatmış iki hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların 
iştirakı  ilə  həyata  keçirilən  hərəkətləri,  onların  məzmununu  və 
nəticəsini  protokolda  öz  imzası  ilə  təsdiq  edirlər.  Gömrük 
nəzarətinin həyata keçirilməsi üzrə hərəkətlərin icraatı zamanı foto, 
kino  və  video  çəkilişdən,  yaxud  digər  yazan  texniki  vasitələrdən 
istifadə  edildikdə müvafiq  yazılar, foto çəkiliş lentləri və  ya başqa 
məlumat  daşıyıcıları  protokola  əlavə  edilir.  Protokol,  barəsində 
müvafiq  hərəkət  aparılan  şəxs,  hal  şahidləri  və  hərəkətin  həyata 
keçirilməsində  iştirak  edən  digər  şəxslər  tərəfindən  imzalanır. 
Protokol  bir  neçə  səhifədə  tərtib  edildikdə,  onun  hər  bir  vərəqi 


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə