M. M. Aslanova Elmi redaktor



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə2/43
tarix01.09.2018
ölçüsü1,01 Mb.
#66176
1   2   3   4   5   6   7   8   9   ...   43

 
 

4.  hasilatın  pay  bölgüsü  haqqında,  əsas  boru  kəməri  haqqında 
və  bu  qəbildən  olan  digər  sazişlərdə  və  ya  qanunlarda  nəzərdə 
tutulan müddəalar;  
5. ixrac məqsədli neft-qaz fəaliyyəti və xüsusi iqtisadi zonalar 
haqqında qanunlarda nəzərdə tutulan müddəalar.  
Azərbaycan Respublikasının 2015-ci il 29 yanvar tarixli 96-VQ 
nömrəli  Qanunu  ilə  təsdiq  edilmiş  İnzibati  Xətalar  Məcəlləsində 
nəzərdə  tutulan  gömrük  münasibətlərinə  aid  inzibati  xətalar 
haqqında  müddəalar  "GÖMRÜK  QAYDALARI  ƏLEYHİNƏ 
OLAN  İNZİBATİ  XƏTALAR"  adlı  otuz  yeddinci  fəsildə  əks 
olunmuşdur. İXM-nin 22-ci maddəsinə görə, inzibati tənbeh növləri 
verilmişdir. bunlar aşağıdakılardır: 
1.
 
xəbərdarlıq; 
2.
 
inzibati cərimə; 
3.
 
inzibati  xətanın  törədilməsində  alət  və  ya  inzibati  xətanın 
bilavasitə obyekti olmuş predmetin müsadirəsi; 
4.
 
fiziki şəxsə verilmiş xüsusi hüququnun məhdudlaşdırılması; 
5.
 
ictimai işlər;  
6.
 
Azərbaycan  Respublikasının  hüdudlarından  kənara  inzibati 
qaydada çıxartma; 
7.
 
inzibati həbs.  
Gömrük  orqanları  hüquq-mühafizə  orqanları  kimi  xəbərdarlıq, 
inzibati cərimə tətbiq edir və məhkəmənin qərarı ilə, inzibati xətanın 
törədilməsində  alət  və  ya  inzibati  xətanın  bilavasitə  obyekti  olmuş 
predmetin müsadirəsini həyata keçirirlər.  
Gömrük  qaydaları  əleyhinə  olan  və  ən  geniş  yayılmış  inzibati 
xətalar aşağıdakılardır: 
Maddə  479.  Malların  və  nəqliyyat  vasitələrinin  Azərbaycan 
Respublikasının  gömrük  sərhədindən  gömrük  nəzarətindən  kənar 
keçirilməsi 
Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının 
gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsinə, yəni 
Azərbaycan  Respublikası  müvafiq  icra  hakimiyyəti  orqanlarının 
müəyyən  etdiyi  yerlərdən  kənar  və  ya  gömrük  rəsmiləşdirilməsi 


 
 

icraatının müəyyən edilmiş vaxtından kənar keçirilməsinə görə, bu 
az miqdarda olduqda - 
inzibati  xətanın  bilavasitə  obyekti  olan  mallar  və  nəqliyyat 
vasitələri  müsadirə  edilir,  yaxud  həmin  malların  və  nəqliyyat 
vasitələrinin  dəyərinin  altmış  faizindən  yüz  faizinədək  miqdarda 
cərimə edilir. 
İXM-nin  479-481,  482.1  və  482.2-ci  maddələrində  "az 
miqdarda  olduqda"  dedikdə  dörd  min  manatadək  olan  məbləğbaşa 
düşülür. 
Maddə  482.Malların  və  nəqliyyat  vasitələrinin  bəyan 
edilməməsi və ya düzgün bəyan edilməməsi 
482.1.  Azərbaycan  Respublikasının  gömrük  sərhədindən 
keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməməsinə və 
ya  düzgün  bəyan  edilməməsinə  görə,  bu  az  miqdarda  olduqda  -
inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri 
müsadirə  edilir,  yaxud  həmin  malların  və  nəqliyyat  vasitələrinin 
dəyərinin altmış faizindən yüz faizinədək miqdarda cərimə edilir. 
482.2.  Azərbaycan  Respublikasının  gömrük  sərhədindən 
keçirilən  malların  və  nəqliyyat  vasitələrinin  düzgün  bəyan  edilmə-
məsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, 
qısa  idxal  (ixrac)  bəyannaməsində,  sadələşdirilmiş  bəyannamədə, 
gömrük  rəsmiləşdirilməsinə  dair  ərizədə  və  gömrük  orqanlarının 
Azərbaycan  Respublikasının  Gömrük  Məcəlləsinə  uyğun  olaraq 
tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respub-
likasının  gömrük  sərhədindən  keçirilən  malları  və  nəqliyyat 
vasitələrini  gömrük  ödənişlərindən,  habelə  qanunvericiliklə  müəy-
yənləşdirilmiş  qadağan  və  məhdudiyyətlərdən  azad  etməyə,  yaxud 
gömrük  ödənişlərinin  məbləğini  azaltmağa  əsas  verən,  malların  və 
nəqliyyat  vasitələrinin  gömrük  proseduru,  miqdarı,  sayı,  gömrük 
dəyəri,  mənşə  ölkəsi  barədə  və  ya  digər  düzgün  olmayan 
məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda - 
inzibati  xətanın  bilavasitə  obyekti  olan  mallar  və  nəqliyyat 
vasitələrinin  dəyərinin  otuz  faizindən  yüz  faizinədək  məbləğ-
də cərimə edilir. 
 


 
 

Maddə 492. Gömrük təminatının pozulması 
  
492.1.  Gömrük  təminatının,  yəni  mallara  və  ya  nəqliyyat 
vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, 
möhür  və  digər  eyniləşdirmə  vasitələrinin  həmin  orqanın  icazəsi 
olmadan  dəyişdirilməsinə,  qəsdən  məhv  edilməsinə,  qırılmasına, 
zədələnməsinə və ya itirilməsinə görə -fiziki şəxslər dörd yüz manat 
məbləğində,  vəzifəli  şəxslər  altı  yüz  manat məbləğində,  hüquqi 
şəxslər min manat məbləğində cərimə edilir. 
492.2.  Gömrük  təminatı  altında  olan  yük  yerlərinin  kons-
truktiv  bütövlüyünün  qəsdən pozulmasına  görə  -fiziki şəxslər dörd 
yüz manat məbləğində, vəzifəli şəxslər  altı  yüz manat məbləğində, 
hüquqi şəxslər min manat məbləğində cərimə edilir. 
Maddə 508.  
Aksiz  markası  ilə  markalanmalı  olan  məhsulların  (malların) 
belə marka olmadan az miqdarda idxal edilməsinə görə - 
aksiz markası olmayan məhsullar (mallar) müsadirə edilməklə 
fiziki  şəxslər  səksən  manatdan  yüz  iyirmi  manatadək  məbləğdə, 
vəzifəli  şəxslər  üç  yüz  manatdan  beş  yüz  manatadək  məbləğdə, 
hüquqi  şəxslər  min  manatdan  min  beş  yüz  manatadək  məbləğdə 
cərimə edilir. 
Qeyd: Bu  maddədə  ―az  miqdarda‖  dedikdə,  beş  yüz 
manatadək olan məbləğ başa düşülür. 
Azərbaycan  Respublikasının  Cinayət  Məcəlləsində  nəzərdə 
tutulan  gömrük  işi  üzrə  müvafiq  cinayətlər  haqqında  müddəalar 
əsasən 206-209-cu maddələrdə nəzərdə tutulmuşdur: 
Maddə 206. Qaçaqmalçılıq 
 Qaçaqmalçılıq, 
yəni  Azərbaycan  Respublikasının  gömrük 
sərhədindən  gömrük  nəzarətindən  kənar  və  ya  ondan  gizli,  yaxud 
sənədlərdən  və  ya  gömrük  eyniləşdirilməsi  vasitələrindən  aldatma 
yolu  ilə  istifadə  etməklə,  yaxud  bəyan  etməməklə  və  ya  düzgün 
bəyan  etməməklə  bu  Məcəllənin  206.2-ci  maddəsində  qeyd 
edilənlər istisna olmaqla malların və digər əşyaların külli miqdarda 
keçirilməsi  -  beş  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır. 


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə