M. M. Aslanova Elmi redaktor



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə3/43
tarix01.09.2018
ölçüsü1,01 Mb.
#66176
1   2   3   4   5   6   7   8   9   ...   43

 
 

206.2. Narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsirli, 
zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, 
hərbi  silahın  və  texnikanın,  (yivsiz  odlu  ov  silahı  və  həmin  silah 
üçün  döyüş  sursatı  istisna  olmaqla)  odlu  silah  və  yaxud  döyüş 
sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, 
kütləvi  qırğın  silahlarının  hazırlanmasında  istifadə  oluna  bilən  və 
Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi 
qaydaları  müəyyən  edilmiş  materialların  və  avadanlıqların, 
Azərbaycan  Respublikasının  gömrük  sərhədindən  keçirilməsi  üçün 
müvafiq  qaydalar  müəyyən  edilmiş  strateji  əhəmiyyətli  xammalın, 
mədəni,  tarixi  və  ya  arxeoloji  sərvət  olan  əşyaların  Azərbaycan 
Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və 
ya  ondan  gizli,  yaxud  sənədlərdən  və  ya  gömrük  eyniləşdirilməsi 
vasitələrindən  aldatma  yolu  ilə  istifadə  etməklə,  yaxud  bəyan 
etməməklə  və  ya  düzgün  bəyan  etməməklə  keçirilməsi  -  üç  ildən 
yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
206.3.  Bu  Məcəllənin  206.1  və  ya  206.2-ci  maddələrində 
nəzərdə tutulmuş əməllər: 
206.3.1. təkrar törədildikdə; 
206.3.2.  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs  tərəfindən 
törədildikdə; 
206.3.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə 
edilməklə törədildikdə; 
206.3.4.  gömrük  nəzarətini  həyata  keçirən  şəxsə  zor  tətbiq 
etməklə  törədildikdə  -  beş  ildən  səkkiz  ilədək  müddətə  azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
206.4.  Bu  Məcəllənin  206.1  -  206.3-cü  maddələrində  nəzərdə 
tutulmuş  əməllər  mütəşəkkil  dəstə  tərəfindən  törədildikdə  -  yeddi 
ildən  on  iki  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır. 
Qeyd: 
1. Bu Məcəllənin 206.1-ci maddəsində «külli miqdar» dedikdə, 
keçirilən  qaçaqmalçılıq  əşyalarının  dəyərinin  dörd  min  manatdan 
yuxarı olan məbləğ başa düşülür. 


 
 

2.  Bu  Məcəllənin  206.2-ci  maddəsində  "mədəni,  tarixi  və  ya 
arxeoloji sərvət olan əşyalar" dedikdə, Azərbaycan Respublikasının 
milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilmiş mədəni 
sərvətlər başa düşülür. 
Maddə  207.  Azərbaycan  Respublikasının  və  xarici  ölkələrin 
incəsənət,  tarixi,  arxeoloji  sərvəti  olan  əşyaları  Azərbaycan 
Respublikasına qaytarmama 
Azərbaycan  Respublikasının  qanunvericiliyinə  müvafiq  olaraq 
qaytarılması 
məcburi 
olan 
Azərbaycan 
Respublikasının 
hüdudlarından  kənara  çıxarılmış  Azərbaycan  Respublikasının  və 
xarici  ölkələrin  incəsənət,  tarixi  və  arxeoloji  sərvəti  olan  əşyaların 
müəyyən 
edilmiş 
müddətdə 
Azərbaycan 
Respublikasına 
qaytarmama  -  üç  ildən  səkkiz  ilədək  müddətə  azadlıqdan  məhrum 
etmə ilə cəzalandırılır. 
Maddə 208. Xarici valyuta vəsaitlərini xaricdən qaytarmama 
208.1.  Təşkilat  rəhbərləri  tərəfindən  xarici  iqtisadi  fəaliyyətin 
həyata  keçirilməsi  nəticəsində  əldə  edilmiş  və  Azərbaycan 
Respublikasının  qanunvericiliyinə  müvafiq  olaraq  Azərbaycan 
Respublikasının  müvəkkil  edilmiş  bankının  hesabına  məcburi 
qaydada köçürülməli olan xeyli miqdarda xarici valyuta vəsaitlərini 
xaricdən qaytarmama - üç ilədək müddətə azadlıqdan məhrum etmə 
ilə cəzalandırılır. 
208.2. Eyni əməllər: 
208.2.1. külli miqdarda törədildikdə; 
208.2.2.  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs  tərəfindən 
törədildikdə - üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə 
ilə cəzalandırılır. 
Qeyd:  
Bu  maddədə  «xeyli  miqdar»  dedikdə,  qaytarılmamış  xarici 
valyuta vəsaitlərinin iyirmi min manatdan, «külli miqdar» dedikdə, 
otuz min manatdan yuxarı olan məbləğ başa düşülür. 
Maddə 209. Gömrük ödənişlərinin ödənilməsindən yayınma 
209.1.  Xeyli  miqdarda  gömrük  ödənişlərinin  ödənilməsindən 
yayınma - min manatdan iki min manatadək miqdarda cərimə və ya 
bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. 


 
 
10 
209.2.  Bu  Məcəllənin  209.1-ci  maddəsində  nəzərdə  tutulmuş 
əməllər: 
209.2.1. təkrar törədildikdə; 
209.2.2. külli miqdarda törədildikdə - iki min manatdan beş min 
manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və 
eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: 
1. Bu maddədə  «xeyli miqdar» dedikdə, ödənilməmiş gömrük 
ödənişlərinin  iki  min  manatdan,  «külli  miqdar»  dedikdə,  dörd  min 
manatdan yuxarı olan məbləğ başa düşülür. 
2.  Bu  Məcəllənin  209.1  və  209.2.2-ci  maddələrində  nəzərdə 
tutulan əməlləri ilk dəfə törətmiş şəxs cinayət nəticəsində vurulmuş 
ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur.  
 Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  dövlətlərarası 
müqavilələrlə daha artıq müddət müəyyən edilməyibsə, xarici ticarət 
fəaliyyətini  tənzimləyən  normativ  hüquqi  aktda  onun  dərc  edildiyi 
gündən  30  (otuz)  gün  sonra  qüvvəyə  mindiyi  göstərilməlidir. 
Müstəsna  hallarda,  beynəlxalq  təşkilatların  dərhal  məlumatlan-
dırılması  şərtilə,  xarici  ticarət  fəaliyyətini  tənzimləyən  normativ 
hüquqi  akt  onda  nəzərdə  tutulmuş  müddətdə  qüvvəyə  minə  bilər. 
Gömrük  Məcəlləsində  qüvvəyə  minənədək  və  ya  sonra  qanunla 
təsdiq  olunmuş  hasilatın  pay  bölgüsü  haqqında,  əsas  boru  kəməri 
haqqında  və  bu  qəbildən  olan  digər  sazişlərin  və  ya  qanunların,  o 
cümlədən neft və qaz haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti və 
xüsusi  iqtisadi  zonalar  haqqında  qanunların  müddəaları  Gömrük 
Məcəlləsində  və  gömrük  işi  üzrə  başqa  normativ  hüquqi  aktlarda 
nəzərdə tutulmuş müddəalardan fərqləndikdə, həmin sazişlərin və ya 
qanunların müddəaları tətbiq edilir.  
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında 
Əsasnamənin  və  komitənin  strukturunun  təsdiq  edilməsi  barədə 
Azərbaycan  Respublikası  Prezidentinin  4  iyun  2012  ci  il  646
li 
Fərmanına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 109-
cu  maddəsinin  32-ci  bəndini  rəhbər  tutaraq,  Azərbaycan 


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə