M. M. Aslanova Elmi redaktor



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə4/43
tarix01.09.2018
ölçüsü1,01 Mb.
#66176
1   2   3   4   5   6   7   8   9   ...   43

 
 
11 
Respublikası Gömrük Məcəlləsinin 7.2-ci maddəsinə əsasən qərara 
alınmışdır ki:  
1.  «Azərbaycan  Respublikasının  Dövlət  Gömrük  Komitəsi 
haqqında Əsasnamə» təsdiq edilsin. 
Azərbaycan  Respublikasının  Dövlət  Gömrük  Komitəsi  bu 
Əsasnamə  ilə  müəyyən  edilmiş  fəaliyyət  istiqamətlərinə  uyğun 
olaraq,  gömrük  işi  sahəsində  dövlət  siyasətini  və  tənzimlənməsini 
həyata  keçirən,  hüquq  mühafizə  orqanı  statusu  olan  mərkəzi  icra 
hakimiyyəti orqanıdır. 
Komitə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitu-
siyasını,  Azərbaycan  Respublikasının  qanunlarını,  Azərbaycan 
Respublikası  Prezidentinin  fərman  və  sərəncamlarını,  Azərbaycan 
Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbay-
can Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu 
Əsasnaməni rəhbər tutur.  
Komitə  öz  vəzifələrini  yerinə  yetirərkən  və  hüquqlarını  həyata 
keçirərkən  digər  icra  hakimiyyəti  orqanları,  yerli  özünüidarəetmə 
orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət 
göstərir.  
Komitə  öz  fəaliyyətini  qanunun  aliliyi,  insan  hüquqlarının  və 
azadlıqlarının  qorunması,  şəxslərin  qanun  qarşısında  hüquq  bəra-
bərliyi,  aşkarlıq,  peşəkarlıq  və  xidmətdə  nizam-intizam  prinsipləri 
əsasında qurur.  
Komitə  müstəqil  balansa,  qanunvericiliyə  uyğun  olaraq 
istifadəsində  olan  dövlət  əmlakına,  xəzinə  və  bank  hesablarına, 
üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və öz adı 
həkk  olunmuş  möhürə,  emblemə,  bayrağa,  müvafiq  ştamplara  və 
blanklara malikdir.  
Komitənin  saxlanma  xərcləri  və  fəaliyyəti  Azərbaycan  Res-
publikasının  dövlət  büdcəsi  və  qanunvericilikdə  nəzərdə  tutulmuş 
digər mənbələr hesabına maliyyələşdirilir. 
Komitə Bakı şəhərində yerləşir. 
Komitənin fəaliyyət istiqamətləri aşağıdakılardır: 
1.  gömrük  işi  sahəsində  vahid  dövlət  siyasətinin  formalaşdırıl-
masında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir; 


 
 
12 
2. gömrük işini təşkil edir və onun inkişafını təmin edir;  
3.  gömrük  işi  sahəsində  normayaratma  fəaliyyətini  həyata 
keçirir;  
4. hüquq mühafizə fəaliyyətini həyata keçirir;  
5. Azərbaycan Respublikasında qabaqcıl gömrük tənzimlənməsi 
vasitələrinin tətbiqini təşkil edir.  
 Komitə aşağıdakı vəzifələri yerinə yetirir:  
1. gömrük işi sahəsində normayaratma fəaliyyətindən irəli gələn 
vəzifələri həyata keçirmək;  
2.  qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada  Azərbaycan 
Respublikasının iqtisadi və milli təhlükəsizliyini təmin etmək;  
3.  icrasına  nəzarət  gömrük  orqanlarına  həvalə  edilmiş 
qanunvericilik aktlarına riayət olunmasını təmin etmək;  
4.  gömrük  işinə  dair  qanunvericilik  aktlarının  pozulması 
hallarının qarşısını almaq və müvafiq araşdırmalar aparmaq;  
5.  malların  və  nəqliyyat  vasitələrinin  gömrük  rəsmiləşdiril-
məsinin  həyata  keçirilməsini  təşkil  etmək,  onun  təkmilləşdirilməsi 
və sadələşdirilməsi üçün tədbirlər görmək; 
 6.  mallar  və  nəqliyyat  vasitələri  gömrük  sərhədindən  keçirilə-
rkən  nəzarəti  və  gömrük  rəsmiləşdirilməsi  qaydalarına  riayət 
olunmasını təmin etmək;  
7. gömrük ödənişlərinin alınmasını təmin etmək;  
8.  gömrük  rüsumlarının,  müvafiq  vergilərin  və  dövlət  rüsu-
munun  vaxtında  və  tam  həcmdə  dövlət  büdcəsinə  köçürülməsini 
təmin etmək;  
9. qanunvericilikdə nəzərdə tutulmuş qaydada malların gömrük 
dəyərinin  düzgün  müəyyən  olunmasına  nəzarət  sistemini  təşkil 
etmək; 
 10.  qanunvericilikdə  nəzərdə  tutulmuş  hallarda  lisenziya  və 
ixtisas  attestatları  vermək,  onları  ləğv  etmək  və  ya  onların  fəaliy-
yətini dayandırmaq;  
 11.  malların  və  nəqliyyat  vasitələrinin  gömrük  sərhədindən 
keçirilməsinin sürətləndirilməsi üçün əlverişli şərait yaratmaq; 


 
 
13 
 12. gömrük sərhədindən keçirilən mallar barəsində ticarət siya-
səti  tədbirlərinin  işlənib  hazırlanmasında  və  həyata  keçirilməsində 
iştirak etmək;  
13.  gömrük  işi  sahəsində  cinayətlərə,  həmçinin  gömrük 
qaydaları  əleyhinə  inzibati  xətalara  və  digər  hüquqpozmalara  qarşı 
mübarizə  aparılması,  narkotik  vasitələrin,  psixotrop  maddələrin  və 
onların  prekursorlarının,  silahların,  ozondağıdıcı  maddələrin, 
xalqların  mədəni,  tarixi  və  arxeoloji  sərvətlərinin,  əqli  mülkiyyət 
hüquqlarının  obyektlərinin,  yox  olmaq  təhlükəsi  altında  olan 
heyvanların  və  bitki  növlərinin,  həmçinin  başqa  malların  gömrük 
sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq;  
14. Azərbaycan Respublikasının dəmiryol vağzallarında, dəniz, 
çay və hava limanlarında, habelə digər yerlərdə beynəlxalq nəqliyyat 
vasitələrinin  fəaliyyətinə  qanunsuz  müdaxilənin  qarşısının 
alınmasında  və  beynəlxalq  terrorçuluqla  mübarizədə  digər  hüquq 
mühafizə orqanlarına yardım göstərmək;  
15.  milli  təhlükəsizliyin,  ictimai  asayişin,  insanların  mənəviy-
yatının, həyat və sağlamlığının, heyvanlar və bitkilər aləminin, ətraf 
mühitin, xalqların bədii, tarixi və arxeoloji sərvətlərinin qorunması 
sahəsində  tədbirlərin  həyata  keçirilməsində  müvafiq  dövlət 
orqanlarına yardım göstərmək;  
16.  Xəzər  dənizinin  (gölünün)  Azərbaycan  Respublikasına 
mənsub olan bölməsində bioloji sərvətlərdən səmərəli istifadə edil-
məsi  və  qorunması  üzrə  dövlət  siyasətinin  həyata  keçirilməsində 
iştirak  etmək,  onlar  gömrük  sərhədindən  keçirilərkən  qanun-
vericiliyin tələblərinin yerinə yetirilməsinə nəzarəti təmin etmək; 
 17.  insan  alverçilərinin,  habelə  insan  alveri  qurbanlarının 
gömrük sərhədindən keçməsinin qarşısını qanunvericilikdə nəzərdə 
tutulmuş qaydada almaq;  
18.  Azərbaycan  Respublikasında  xarici  ticarətin  gömrük 
statistikasını və xüsusi gömrük statistikasını beynəlxalq standartlara 
və təcrübəyə uyğun aparmaq və təkmilləşdirmək;  
19.  gömrük  ərazisinə  gətirilən  mallara  münasibətdə  istehlakçı-
ların  hüquqlarının  müdafiəsi  üzrə  tədbirlərin  həyata  keçirilməsində 
müvafiq dövlət orqanlarına yardım göstərmək;  


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə