M. M. Aslanova Elmi redaktor



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə7/43
tarix01.09.2018
ölçüsü1,01 Mb.
#66176
1   2   3   4   5   6   7   8   9   10   ...   43

 
 
20 
24.  gömrük  işi  sahəsi  üzrə  dövlət  və  yerli  özünüidarəetmə 
orqanlarına,  fiziki  və  hüquqi  şəxslərə  zəruri  məlumatlar  (sənədlər) 
barədə  sorğu  vermək  və  onlardan  belə  məlumatları  (sənədləri) 
almaq;  
25. qanunvericiliklə müəyyən edilmiş qaydada istifadəsində olan 
dövlət əmlakı barəsində hüquqları həyata keçirmək;  
26. Komitənin ehtiyacları üçün əsaslı tikinti aparılması, bina və 
tikililərin  yenidən  qurulması  və  təmiri  ilə  bağlı  işlər  görmək, 
qanunvericilikdə  nəzərdə  tutulmuş  hallarda  müsabiqə  keçirmək, 
müqavilələr bağlamaq, onların yerinə yetirilməsinə nəzarət etmək;  
27.  gömrük  orqanlarının  vəzifəli  şəxslərinin  və  Komitənin 
tabeliyində olan digər qurumların işçilərinin əmək şəraitinin, maddi 
təminatının  və  sosialməişət  xidmətinin  yaxşılaşdırılması  barədə 
təkliflər vermək; 
 28.  fəaliyyət  istiqamətlərinə  uyğun  olaraq  qanunvericilikdə 
nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. 
 Komitənin  aparatı,  onun  strukturuna  daxil  olan  gömrük 
orqanları  və  tabeliyində  olan  digər  qurumlar,  həmçinin  Naxçıvan 
Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi Komitənin vahid 
sistemini  təşkil  edir.  Komitə  öz  fəaliyyətini  bilavasitə  və  həmin 
qurumlar vasitəsilə həyata keçirir. Komitənin strukturu və işçilərinin 
ümumi  say  tərkibi  Azərbaycan  Respublikasının  Prezidenti  tərəfin-
dən müəyyən edilir.  
Komitə  sistemində  qulluq  keçmə  qaydaları  və  Komitənin 
vəzifəli  şəxslərinin  hüquqi  statusunun  əsasları  qanunvericiliklə 
müəyyən edilir. 
Komitəyə  Azərbaycan  Respublikasının  Prezidenti  tərəfindən 
vəzifəyə  təyin  və  vəzifədən  azad  edilən  Azərbaycan  Respublikası 
Dövlət  Gömrük  Komitəsinin  sədri  rəhbərlik  edir.  Sədr  Komitəyə 
həvalə olunmuş vəzifələrin  yerinə  yetirilməsi və hüquqların həyata 
keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.  
Sədrin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifə-
yə  təyin  və  vəzifədən  azad  edilən  bir  birinci  müavini  və  dörd 
müavini  vardır.  Sədrin  müavinləri  onlara  sədr  tərəfindən  həvalə 


 
 
21 
edilmiş  vəzifələri  yerinə  yetirir  və  bunun  üçün  şəxsən  məsuliyyət 
daşıyırlar. 
Sədr: 
1. komitənin işini təşkil edir və ona rəhbərlik edir; 
2.  müavinləri  arasında  vəzifə  bölgüsü  aparır,  onların,  habelə 
Komitənin  digər  vəzifəli  şəxslərinin  ştat,  kadr,  maliyyə,  istehsalat-
təsərrüfat  və  digər  məsələlər  üzrə  səlahiyyətlərini  müəyyənləşdirir 
və qarşılıqlı fəaliyyətini təmin edir;  
3.  Komitənin  aparatının  struktur  bölmələrinin,  gömrük  orqan-
larının və tabeliyində olan digər qurumların əsasnamələrinin təsdiqi 
barədə, həmçinin normativ hüquqi aktları qərarlar formasında qəbul 
edir;  
4. Komitənin tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini 
təsdiq  edilmək  üçün  qanunvericiliklə  müəyyən  olunmuş  qaydada 
təqdim edir;  
5. müəyyən  edilmiş struktur, əməkhaqqı fondu və  işçilərin  say 
həddi  daxilində  Komitənin  aparatının,  tabeliyində  olan  gömrük 
orqanlarının və digər qurumların strukturunu, ştat cədvəlini və ayrıl-
mış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;  
6.  müəyyən  edilmiş  qaydada  Komitənin  aparatının  işçilərini, 
gömrük  orqanlarının  və  tabeliyində  olan  digər  qurumların 
rəhbərlərini  vəzifəyə  təyin  və  vəzifədən  azad  edir,  həmçinin  digər 
işçilərini vəzifəyə təyin və vəzifədən azad edir;  
7.  Komitənin  vəzifəli  şəxslərinin  vəzifəyə  təyin  və  vəzifədən 
azad  etmə  ilə  bağlı  səlahiyyətlərini  müəyyən  edir,  kadr 
nomenklaturasını təsdiq edir və qanunvericiliklə müəyyən olunmuş 
qaydada işçilərin attestasiyasının keçirilməsini təşkil edir;  
8. Komitənin vəzifəli şəxslərinin təltif edilmələri üçün müəyyən 
olunmuş  qaydada  döş  nişanlarını  təsis  edir,  onların  təsvirini  və 
əsasnaməsini  təsdiq  edir,  Komitənin  vəzifəli  şəxslərini  döş  nişanı, 
Komitənin fəxri fərmanı ilə, həmçinin Azərbaycan Respublikasının 
Prezidenti tərəfindən səlahiyyət verildiyi halda, müvafiq medallarla 
təltif edir, habelə normativ hüquqi  aktlarda nəzərdə tutulmuş digər 
həvəsləndirmə tədbirlərini tətbiq edir;  


 
 
22 
9. gömrük sisteminin inkişafı sahəsində səmərəli əməkdaşlığa və 
verdikləri  töhfələrə  görə  Azərbaycan  Respublikasının  və  xarici 
ölkələrin dövlət və digər qurumlarının, habelə beynəlxalq təşkilatla-
rın nümayəndələrini və ölkə vətəndaşlarını Komitənin fəxri fərmanı 
və  döş  nişanı,  həmçinin  Azərbaycan  Respublikasının  Prezidenti 
tərəfindən səlahiyyət verildiyi halda, müvafiq medalla təltif edir; 
10. qanunvericiliklə müəyyən edilmiş qaydada Komitə sisteminə 
daxil  olan  gömrük  orqanlarının  vəzifəli  şəxslərinin  və  tabeliyində 
olan  digər  qurumların  işçiləri  barədə  intizam  tənbehi  tədbirlərini 
tətbiq edir;  
11. əmr və sərəncamlar formasında qeyri-normativ hüquqi aktlar 
qəbul  edir  və  onların,  habelə  Komitədə  qəbul  edilmiş  normativ 
hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata 
keçirir; 
 12.  Komitənin  vəzifəli  şəxslərinin  qanunvericiliyə  zidd  olan 
qərarlarını ləğv edir;  
13.  Azərbaycan  Respublikasının  və  xarici  ölkələrin  dövlət  və 
digər  qurumları  ilə  münasibətlərdə  Komitəni  təmsil  edir,  verilmiş 
səlahiyyətlər daxilində müvafiq beynəlxalq sənədləri imzalayır;  
14.  Komitənin  səlahiyyətlərinə  aid  edilən  məsələlər  üzrə 
müvafiq  il  üçün  dövlət  büdcəsinin  və  büdcədənkənar  fondların 
formalaşdırılması ilə bağlı təkliflər verir;  
15. dövlət büdcəsindən ayrılmış vəsaitin səmərəli xərclənməsini 
təmin edir;  
16. dövlət büdcəsindən ayrılmış vəsait və ştat sayı hüdudlarında, 
müəyyən  olunmuş  qaydada  gömrük  orqanlarının  və  Komitənin 
tabeliyində olan digər qurumların (Azərbaycan Respublikası Dövlət 
Gömrük  Komitəsinin  Akademiyası  istisna  olmaqla)  yaradılması, 
yenidən təşkili və ləğvi barədə müvafiq qərarlar qəbul edir;  
17.  Komitənin  tabeliyində  olan  qurumların  nəzdində  özünü-
maliyyələşdirmə  prinsipi  əsasında  fəaliyyət  göstərən  qurumların 
yaradılması, yenidən təşkili və ləğvi barədə müvafiq qərarlar qəbul 
edir;  
18.  dövlət  büdcəsindən  ayrılan  vəsaitlərin,  büdcədənkənar 
xüsusi  vəsaitlərin  sərəncamçısı  olmaqla,  maliyyə  vəsaitini  gömrük 


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə