M. M. Aslanova Elmi redaktor



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə9/43
tarix01.09.2018
ölçüsü1,01 Mb.
#66176
1   ...   5   6   7   8   9   10   11   12   ...   43

 
 
26 
6.
 
«Azərbaycan  Respublikasının  Dövlət  Gömrük  Komitəsi 
haqqında Əsasnamə»nin əsas müddəalarını şərh edin. 
 
 
Ədəbiyyat siyahısı 
1.
 
Gömrük Məcəlləsi 2011, Bakı, Hüquq ədəbiyyatı, 2015 
2.
 
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında 
Əsasnamənin  və  komitənin  strukturunun  təsdiq  edilməsi  barədə 
Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanı,  4  iyun  2012,  № 
646  
3.
 
A.Ş.Şəkərəliyev Gömrük işinin təşkili 
4.
 
A.M.Məhərrəmov 
Azərbaycan 
beynəlxalq 
gömrük 
münasibətlərinin tənzimlənməsi probleminin  mümkün həlli  yolları. 
ADPU-nin  professor  müəllim  heyətinin  64-cü  həsr  olunmuş  elmi 
konfransın materialları. Bakı,2015-ci il, səh 152-158  
5.
 
M.Y.Yadulla.‖Gömrük  siyasəti  və  iqtisadi  təhlükəsizlik‖. 
Beynəlxalq  hüquq  və  inteqrasiya  problemləri  elmi  analitik  və 
praktiki jurnal. 2014 №4
 
6.
 
M.M.Aslanova.  ―Xarici  ticarətin  gömrük  siyasəti  və  qarşılıqlı 
əlaqəsi‖.  Hüquqi  dövlət  və  qanun.  Elmi  nəzəri  təcrübi 
jurnal.2009.№8
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
27 
Mövzu 2 Gömrük nəzarətinin həyata keçirilmə qaydaları 
 
1.
 
Malların  və  nəqliyyat  vasitələrinin  gömrük  nəzarətindən 
keçirilməsi 
2.
 
Gömrük nəzarətinin müəyyən formalarından azadetmə 
3.
 
Gömrük  nəzarətinin  həyata  keçirilməsində  texniki  nəzarət 
vasitələrindən istifadə 
4.
 
Malların, nəqliyyat vasitələrinin, binaların və başqa yerlərin 
eyniləşdirilməsi 
5.
 
Gömrük  nəzarətinin  həyata  keçirilməsinə  yardım  üçün 
mütəxəssislərin və ekspertlərin cəlb edilməsi 
 
Bütün  şəxslər  malları  Gömrük  Məcəlləsində  nəzərdə  tutulmuş 
qaydada, bərabər əsaslarla gömrük ərazisinə gətirmək və bu ərazidən 
aparmaq hüququna malikdirlər. Bu Məcəllədə nəzərdə tutulan hallar 
istisna olmaqla, heç bir şəxs malları gömrük ərazisinə gətirmək və 
bu  ərazidən  aparmaq  hüququndan  məhrum  edilə  və  ya  onun  bu 
hüququ  məhdudlaşdırıla  bilməz.  Bu  Məcəllədə  nəzərdə  tutulan 
hallar  istisna  olmaqla,  gömrük  ərazisinə  gətirilən  və  bu  ərazidən 
aparılan bütün mallar və  nəqliyyat  vasitələri,  gömrük  rüsumları və 
vergilərin  tutulma  obyektləri  olub-olmadığından  asılı  olmayaraq 
gömrük  nəzarətindən  keçməlidir.  Gömrük  orqanları  gömrük 
nəzarətini  həyata  keçirərkən,  Gömrük  Məcəlləsinin  84-cü 
maddəsində  və  gömrük  işi  üzrə  digər  qanunvericilik  aktlarında 
müəyyən  edilmiş  hallar  istisna  olmaqla,  gömrük  nəzarətinin  bu 
Məcəllənin  92.2-ci  maddəsində  göstərilən  bütün  formalarından 
istifadə etmək hüququna malikdirlər.  
Gömrük sərhəd buraxılış məntəqələrində Gömrük Məcəlləsinin 
214-cü  və  215-ci  maddələri,  «Mülki  dövriyyədə  olmasına  yol 
verilməyən  (mülki  dövriyyədən  çıxarılmış)  əşyaların  siyahısı 
haqqında», «Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola 
bilən  və  dövriyyədə  olmasına  xüsusi  icazə  əsasında  yol  verilən 
(mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında», 
«Azərbaycan  Respublikasının  ərazisində  dövriyyəsi  qadağan 
edilmiş,  məhdudlaşdırılmış  və  nəzarət  edilən  narkotik  vasitələrin, 


 
 
28 
psixotrop  maddələrin,  habelə  Azərbaycan  Respublikasının 
ərazisində  idxalına,  ixracına,  tranzit  nəql  edilməsinə  və  istehsalına 
lisenziya  (xüsusi  razılıq)  tələb  olunan  prekursorların  siyahılarının 
təsdiq  edilməsi  haqqında»,  «Aviasiya  haqqında»  Azərbaycan 
Respublikasının  qanunları,  müvafiq  icra  hakimiyyəti  orqanının 
qərarı ilə gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması 
qadağan  edilən,  yaxud  məhdudlaşdırılan  malların  siyahısı  hər  kəs 
üçün yaxşı görünən lövhələrdə yerləşdirilməlidir. Həmin siyahılarda 
malların  gətirilməsi  və  ya  aparılmasına  qadağa  qoyan,  yaxud 
məhdudlaşdırılan  qanunun  və  digər  normativ  hüquqi  aktların  adı, 
qəbul edilmə tarixi və müvafiq maddəsi (bəndi) əks etdirilməlidir.  
Gömrük  Məcəlləsinin  82.5-ci  maddəsində  göstərilən  siyahılar-
dakı  malların  gömrük  ərazisinə  gətirilməsinə  və  ya  bu  ərazidən 
aparılmasına  məhdudiyyət  qoyan  vəzifəli  şəxs  həmin  malları 
gömrük  sərhədindən  keçirən  şəxsə  bu  barədə  müvafiq  normativ 
hüquqi aktın adını, maddəsini (bəndini) və qəbul edilmə tarixini əks 
etdirən protokolun surətini verməlidir. Gömrük Məcəlləsinin 82.5-ci 
maddəsində  göstərilən  siyahılarda  nəzərdə  tutulmayan  malların 
gömrük ərazisinə gətirilməsinə və ya bu ərazidən aparılmasına məh-
dudiyyət  qoyan  vəzifəli  şəxslər  cinayət  və  ya  inzibati  məsuliyyətə 
cəlb  edilirlər.Şəxs  barəsində  gömrük  nəzarətinin  müəyyən  forma-
larının  tətbiq  olunmaması  və  ya  onlardan  azadetmə  onu  bu 
Məcəllənin müddəalarına, digər qanunvericilik aktlarına, beynəlxalq 
müqavilələrə riayət etmək vəzifəsindən azad etmir.  
Gömrük ərazisinə gətirilən mallar və nəqliyyat vasitələri gömrük 
sərhədini  keçdiyi  andan  başlayaraq  aşağıdakı  hallardan  biri  baş 
verənədək gömrük nəzarəti altında olurlar:  
1.1. sərbəst dövriyyəyə buraxılanadək;  
1.2. məhv edilənədək;  
1.3. dövlətin xeyrinə imtina olunanadək;  
1.4. malların dövlət mülkiyyətinə keçirilməsi, yaxud bu Məcəl-
lənin  330-cu  maddəsinə  müvafiq  olaraq  onlar  barəsində  sərəncam 
verilməsinədək;  
1.5.  mallar  və  nəqliyyat  vasitələri  gömrük  ərazisindən  faktiki 
çıxarılanadək.  


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə