M. M. Musayev


  Türkoloji  dilçilikdə  konseptual-funksional  qrammati-



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə14/157
tarix11.04.2018
ölçüsü3,47 Mb.
#37822
1   ...   10   11   12   13   14   15   16   17   ...   157

 

38 


1.2.2.1.  Türkoloji  dilçilikdə  konseptual-funksional  qrammati-

ka anlayışı 

 Öncә  funksional  qrammatika  anlayışı  vә  ya  alt  qavramının  nә 

olduğuna diqqәt yetirәk.  Bu alt qavram vә ya qavrayış (konsept) konkret 

bir  qrammatika  sahәsi  vә  ya  növü  yerindә  dilin  mәtn,  cümlә,  cümlә 

birlәşmәlәri,  müxtәlif  morfoloji-sintaktik  quruluşlar  vә  s.  kimi  dil-nitq 

vahidlәri  vә  diskurslarının  qarşılıqlı  funksiyalarını  vә  onların  işlәnilmә 

qaydalarını ehtiva edir. Funksional qrammatikada müxtәlif dil sәviyyәlә-

rindәn  tәşkil  olunan  linqvistik  sistem  quruluş  (struktur)  qurucu  kompo-

nentlәrinin  semantik  vәzifәlәrinin  qarşılıqlı  birliyi  әsasında  işıqlandırılır. 

Mәlum  olduğu  üzrә,  dil  materiallarının  tәsvir  olunmasında  funksional 

qrammatikanın yaradılmasının metodologiyasını tәşkil edәn prinsiplәrdәn 

biri  olaraq  başlanğıcda  әnәnәvi  şәkildәn,  yәni  konkret  dil  vasitәsindәn 

funksiyaya  vә  mәnaya  yönәlmә  yöntәmi  әsas  götürülür.  Bu  yöntәm 

funksiyadan  şәklә,  yәni  konkret  bir  dil  vasitәsinә  yönәlmәyi  qәbul  edәn 

yönümә  uyğun  hala  gәtirilәrәk  işlәdilir.  Dilin  işlәnilmә  sisteminin  sin-

xronik  tәsvirindә  hәr  iki  yönüm  vә  yöntәmin  qarşılıqlı  olaraq  bir-birinә 

uyğunlaşdırılması  ilә  tәtbiq  olunması  isә  dilçilikdә  daha  sonrakı  dönәm-

lәrdә hәyata keçirilmişdir (Bondarko 1984;1987; LES 1990). 

 Ümumtürk  dilinin  linqvistik-kommunikativ  sistemi,  hәr  şeydәn 

öncә,  saitlәrin  vә  samitlәrin  qarşılıqlı  sәs  uyumuna,  sözdüzәldici,  sözdә-

yişdirici  vә  formadüzәldici  şәkilçilәrin  aqqilütinativ  sırasına  vә  “kәlmә 

mürәkkәblәşmәli”  yönümlü  söz  yaradıcılığına  görә  müәyyәnlәşdirilir. 

Göstәrilәn  sistem  qrammatikal,  aspektual  vә  konseptual  olaraq  qurulur. 

Cümlә  üzvlәrinin  “mübtәda,  tamamlıq,  xәbәr”  sıralı  simmetrik  vә  daha 

geniş  bir  müstәvidәki  “tәyin,  mübtәda,  tәyin,  tamamlıq,  zәrflik,  xәbәr” 

sәciyyәli  genişlәnәn  asimmetrik  sıralanmasının  da  rolu  burada  yox 

deyildir. 

 Çağdaş  türk  әdәbi  dillәrinin  sinxronik  dil-işlәnilmә  sisteminin 

yuxarıda  göstәrilәn  yönüm  vә  yöntәmlәrin funksional  qrammatika  meto-

dologiyasının  әsas  prinsiplәri  sәviyyәsindә  qarşılıqlı  olaraq  müәyyәnlәş-

dirilmәsi ilә tәsvir olunması mürәkkәb cümlә sintaksisinin öyrәnilmәsinә 

daha uyğundur. Bu, ümumtürk dilinin sәs uyumu, aqqilütinativ vә standart 

sintaktik  quruluşu  ilә  Avropa  İttifaqı  vә  gәlәcәk  Avrasiya  çoxdillilik 

ortamında dәyişәn dil tәdrisi vә tәlimi dәyәrlәri (Templer 2002) arasında 

da ziddiyyәt tәşkil etmәyәcәkdir. Bununla bәrabәr, elm vә informatikanın 

inkişafının dәyişmә sürәtinә görә әmәlә gәlәn funksional anlam sahәlәri, 

mәrkәzlәri  vә  çalarlarının  sinxronik-kommunikativ,  mәtnlinqvistik  vә 



 

39 


konseptual  olaraq  mühәndis  dilçiliyi  ilә  tәsvir  olunması  şәrtlәndirilә-

cәkdir. 


Qrammatika  anlayışını  ifadә  edәn  sözün  (yunan.  Grammatike  – 

gramma”  sözündәn  düzәldilmişdir)  lüğәvi  mәnası  “hәrf,  yazmaq”  de-

mәkdir.  Konseptual  olaraq  bir  üst  ana  qavram  vә  ya  başlıq  (sәrlövhә) 

mәzmununu bildirir. Bu qavramı ehtiva edәn alt qavramlar vә ya başlıqlar 

isә  dilçilikdә  әnәnәvi  olaraq  göstәrilәn  morfologiya,  sintaksis,  söz 

yaradıcılığı, qismәn yeni olaraq müәyyәnlәşdirilәni isә mәtn sintaksisi vә 

qrammatikası  sahәlәrindәn  ibarәtdir.  Dilçilikdә  nisbәtәn  yeni  elmi  sahә 

olan fonomorfologiya vә ya morfofonologiya da bura daxil edilir. 

Türk  әdәbi  dillәri  bu  günә  qәdәr  әsas  etibarilә  tәsviri,  tarixi-

müqayisәli, müqayisәli-tarixi vә müqyisәli-tutuşdurmalı dilçilik metodları 

ilә  öyrәnilmişdir.  1970-ci  illәrdәn  etibarәn  türkoloji  dilçilikdә  dә  yeni 

linqvistik  metodlarla  aparılmış  araşdırmalar  diqqәti  çәkmәyә  başlamış, 

struktur-semantik vә  funksional qrammatika anlayışları ortaya çıxmışdır. 

1980-ci  illәrdәn  bәri  formalaşan  koqnitiv  elm,  koqnitiv  linqvistika  vә 

kompüter-mühәndis  dilçiliyi  sahәlәri  struktur-semantik  vә  funksional 

araşdırmalar әsasında yeni bir konseptual-funksional qrammatika anlayışı-

nı  da  gündәmә  gәtirmәkdәdir.  Əslindә  belә  bir  anlayışın  dilçilikdәki 

gündәmә  gәlişini  “çağdaş  linavistikada  funksional  әnәnә  ilә  generativ 

istiqamәtin  birlәşdirilmәsi  vә  uyğun  metodlarının  bir  yerdә  tәtbiq  olun-

ması istәklәri” (Φëдoрoва 2008: 98-1004) dә dәstәklәmәkdәdir.  

Qeyd olunmalıdır ki, dilçilikdә “funksional qrammatika” anlayışı 

1920-1930-cu  illәrdә  Praqa  dilçilik  mәktәbindә  ortaya  çıxmış,  1950-ci 

illәrdә isә aktual üzvlәnmә nәzәriyyәsi vә praktik dilçilik araşdırmaları ilә 

daha  yüksәk  bir  inkişaf  mәrhәlәsinә  qәdәm  qoymuşdur.  “Generativ 

transformasional qrammatika” linqvistik qavramı isә struktur dilçiliyin bir 

davamı  olaraq  1950-ci  illәrdә  Amerikada  ortaya  çıxmışdır.  Sözügedәn 

qavram H.Xomskinin 1957-ci ildә yazıb tamamladığı “Sintaktik quruluş-

lar” adlı әsәri ilә bir linqvistik nәzәriyyә vә praktik tәlim olaraq formalaş-

mışdır. Birincisi dili leksik-qrammatik vasitәlәr vә kontekstin vәhdәtindә 

götürәrәk  bunlarla  bütövlükdә  ifadә  edilәn  fikrә  vә  ayrılıqda  reallaşan 

funksiyaya  dayanmaqdadır.  Burada  semantika  vә  funksiyanın  bir-birinә 

bağlı olaraq reallaşması vә hәmin kontekstdә fikrin konkret dil vasitәlәri ilә 

ifadәsinin öyrәnilmәsi daha geniş yer almaqdadır. İkincisi isә dili daha çox 

müәyyәn formal transformasional modellәr şәklindә öyrәnmәkdә vә gәlinәn 

metalinqvistik  inkişaf  mәrhәlәsindә  onu  beynin  koqnitiv-konseptual  bir 

funksiyası olaraq dәyәrlәndirmәkdәdir (Φëдoрoва 2008: 98-1004). 



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə