M. M. Musayev



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə3/157
tarix11.04.2018
ölçüsü3,47 Mb.
#37822
1   2   3   4   5   6   7   8   9   ...   157

 

10 


ÖN SÖZ 

 

Ali mәktәblәrimizin filologiya fakültәlәrindә “Türkoloji dilçiliyin 



tarixi”,  “Azәrbaycan  dilindә  mürәkkәb  sintaktik  bütövlәr”,  “Azәrbaycan 

dili  sintaksisi  vә  mәtn  dilçiliyi”,  “Türk  dillәrindә  mürәkkәb  cümlә  vә 

mәtn  sintaksisi”  kimi  filoloji-türkoloji  kurslar  tәdris  edilir.  Bu  kursların 

tәdrisi  prosesindә    filologiyada  aparılan  әn  yeni  araşdırmaların  nәticәlә-

rindәn,  hәmçinin  koqnitiv  vә  kompüter-mühәndis  dilçiliyi  yönüm  vә 

yöntәmlәrindәn istifadә olunur. Ancaq indi hәmin kursların filologiya fa-

kültәlәrindәki  tәdrisi  üçün  hazırlanan  dәrs  kitabları  vә  vәsaitlәrin 

hazırlanmasında bәzi xüsuslara da diqqәt edilir. Sözügedәn dәrs kitabları 

vә vәsaitlәri bütövlükdә filologiya elminin әn son nailiyyәtlәri,  ayrılıqda 

isә ümumtürk dilinin әsas mәntiqi tipinә  görә yazılır. Belә bir mәntiqi tip 

türk  әdәbi  dillәri  fonemlәrinin  özünә  mәxsus  sәs  uyumu,  morfemlәrinin 

ardıcıl dizimlәnmәsi, sintaksemlәrinin simmetrik-asimmetrik söz sırası ilә 

sәciyyәlәnir.  Ümumtürk  mәtninin  tipologiyası  isә  ilkin  mәrhәlәdә  daha 

çox mәtn komponentlәrinin çәrçivәli vә qafiyәli sıralanmsı ilә müәyyәnlә-

şir.  Nәsrdә  cümlә  konstruksiyalarının  çәrçivәli  yerlәşmәlәri,  şeirdә  isә 

hәm sadә, hәm dә mürәkkәb cümlә komponentlәrinin qafiyәli sıralanması 

müşahidә olunur. Dәrs vәsaitindә ümumtürk dili mürәkkәb cümlә konst-

ruksiyalarının  vә  sintaktik  bütövlәrinin  struktur,  semantik  vә  funksional 

xarakterli özәlliklәri qәdim vә yeni türk әdәbi dillәrindәn gәtirilәn örnәk-

lәrlә göstәrilir.  Sözügedәn dilçilik kurslarının tәdrisi prosesindә türkoloji 

dilçiliyin  günümüzә  qәdәr  keçib  gәldiyi  tarixi  inkişaf  yolu  müxtәlif  yö-

nümlәri ilә işıqlandırılır. Hәmin sahәyә dair mövcud linqvistik qavramlar 

isә  aparılan  yeni  dilçilik  araşdırmalarına  görә  kateqoriyalaşdırılır.  Dәrs 

vәsaitindә  türkoloji  dilçiliyin  tarixinә  ümumi  bir  ekskursiya  edildikdәn 

sonra felin növ vә şәkil kateqoriyaları, frazeoloji vahid vә mürәkkәb cüm-

lә  növlәri  ümumtürk  dilinin  mәntiqi  tipinә  görә  tәsniflәndirilir.  Bu  isә 

konseptual  sәciyyәli  qavramlaşdırma  vә  kateqoriyalaşdırma  proseslәrinin 

müәyyәn bir ölçüdә artıq türk әdәbi dillәri materialları әsasında da aparıl-

ması mәnasına gәlir. 

M.M.Musayevin hazırladığı kitab “Ön söz”,  “Giriş” vә dörd ayrı-

ayrı hissәdәn ibarәtdir. Girişdә türkologiya, türkoloji dilçilik vә ortaq türk 

dili  qavramları  koqnitiv-mühәndis  dilçiliyinin  yönüm  vә  yöntәmlәri 

baxımından  açıqlanır,  çağdaş  türk  әdәbi  dillәrinin  sosyolinqvistik  tәsnifi 

vә xәritәsi verilir. Kitabın birinci hissәsi “Türkoloji dilçiliyin tarixi vә bu 

günü:  problemlәr,  perspektivlәr,  yeniliklәr,  yönüm  vә  yöntәmlәr”,  ikinci 



 

11 


hissәsi  “Mürәkkәb  cümlә  sintaksisi”,  üçüncü  hissәsi  “Türk  әdәbi 

dillәrindә mürәkkәb cümlә komponentli mikromәtn”, dördüncü hissәsi isә 

“Əlavәlәr”  olaraq  adlandırılır.  Birinci  hissәdә  Mahmud  Qaşqarlıdan  bәri 

davam  edib  gәlәn  türkoloji  dilçiliyin  tarixi  inkişaf  mәrhәlәlәrinә 

toxunulur,  funksional-konseptual  qrammatika  anlayışından,  türk  әdәbi 

dillәrindә  qrammatik,  frazeoloji  vә  mәtn-dil  sәviyyәlәrinin  konseptual-

struktur  modellәşdirmәlәrindәn  bәhs  edilir,  Türkiyә  vә  Azәrbaycan 

türkcәlәrinin  materialları  әsasında  felin  növ  vә  şәkil  kateqoriyaları  bir 

dilin elmi qrammatikasının yaradılması prinsiplәrinә görә tәsniflәndirilir. 

İkinci  hissәnin  birinci  bölümündә  mürәkkәb  cümlәnin  struktur, 

funksional,  semantik  vә  kommunikativ  yönümlәrdәki  araşdırma  yön-

tәmlәrindәn  bәhs  edilir  vә  konseptual-struktur  tәsniflәndirmәsi  aparılır. 

İkinci  bölümdә  mürәkkәb  cümlәnin  subordinativ,  koordinativ  vә  korrel-

yativ omonimik-sintaktik modellәrindә gerçәklәşәn subyekt-obyekt, tәyin 

etmә, zaman-mәkan, sәbәb-mәqsәd növlәrinin konseptual-sintaktik tәsviri 

verilir. Üçüncü bölümdә sintaktik omonimlik vә çoxmәnalı polipredikativ 

vahidlәr  anlayışlarına  açıqlıq  gәtirilir,  subordinativ-tәrz,  subordinativ-

dәrәcә,  subordinativ-müqayisә,  korrelyativ-müqayisә  vә  korrelyativ-

kәmiyyәt;  dördüncü  bölümdә  isә  koordinativ-nәticә,  koordinativ-şәrt, 

koordinativ-güzәşt  mәnalı mürәkkәb cümlәlәr tәsvir edilir. Kitabın ikinci 

hissәsindә  mürәkkәb  cümlәlәrin  türk  әdәbi  dillәrindә  işlәnilәn  normativ-

sintaktik  invariantları;  üslubi-normativ  vә  üslubi-sintaktik  quruluşdakı 

normaları  vә  hәm  birincilәrin,  hәm  dә  ikincilәrin  qәdim  türk  dilindәki 

sintaktik  arxetiplәri  müәyyәnlәşdirilir.  Qeyd  olunmalıdır  ki,  kitabın  mü-

rәkkәb cümlәlәrdәn vә ya polipredikativ vahidlәrdәn bәhs edilәn bölüm-

lәrindә  sözügedәn  sintaktik  vahidlәrdәn  mәtnqurucu  komponentlәr,  ayrı-

ayrı hallarda isә sintaktik bütövlәr olaraq da danışılır. Bu baxımdan kita-

bın  üçüncü  hissәsi  çox  böyük  maraq  doğurur.  Burada  mürәkkәb  cümlә 

sintaksisinә vә mürәkkәb cümlә komponentlәrinin mәtnlәşmәdәki roluna 

aid öncәki bölümlәrdә deyilәnlәrdәn hәrәkәtlә ümumtürk mәtninin dialo-

ji-çәrçivәli, inversiyalı vә parselyatikli simmetrik vә asimmetrik-sintaktik 

quruluşları  folklorik  vә  çağdaş  әdәbi-bәdii  mәtn  parçalarından  seçilәn 

sintaktik  bütövlәrә  görә  müәyyәnlәşdirilir.  Bununla  da  türkologiyada 

müqayisәli mәtn dilçiliyi qavrayışının açıqlanmasının vә konkret araşdır-

malarının  aparılmasının  yolu  açılır.  “Əlavәlәr”  hissәsindә  isә    felin  növ-

lәrinә  vә  şәkillәrinә  aid  verilәn  cәdvәllәr,  Azәrbaycan  türkcәsi-Türkiyә 

türkcәsi  feil  vә  fazeologizmlәr  lüğәtlәrinin  örnәklәri  kitabın  öncәki 

hissәlәrindә deyilәnlәri iyerarxik olaraq tamamlayır.  




Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə