M. M. Musayev



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə5/157
tarix11.04.2018
ölçüsü3,47 Mb.
#37822
1   2   3   4   5   6   7   8   9   ...   157

 

15 


 1.2. Müasir türk ədəbi dilləri və xəritəsi  

Türklük fenomeni bu gün artıq Avrasiya vә dünya coğrafiyasında 

Anadolu-Rumeli, Azәrbaycan, türkmәn, qazax, qırğız, özbәk, qaraqalpaq, 

uyğur, tatar, başqırd, çuvaş, yakut, tuva,  karaim, qaqauz, qaraçay-balkar, 

qumuq,  noqay,  altay,  salar,  xakas  milli-mәdәni  kimliklәri  ilә  sözün  dar 

mәnasında  etnik,  geniş  mәnasında  isә  ümumi  bir  dil-mәdәniyyәt  müәy-

yәnliyi zәminindә öyrәnilir. Ümumtürk mәdәniyyәti qavramını әnәnәvi vә 

yeni  dinlәr  vә  inanclar,  hәyat  tәrzlәri  vә  davranış  şәkillәri,  әdәbiyyat  vә 

musiqi növlәri formalaşdırır. Bütün bunlar isә әdәbi dillәr vә dialektlәrdәn 

ibarәt  olan  ümumtürk  dili  ilә  dәrk  olunur.  Bununla  bәrabәr,  türkdilli 

xalqların  Avrasiyada  vә  dünyanın  digәr  bölgәlәrindәki  miqrasiya  xarak-

terli  nüfus  yerlәşimlәri,  müstәqil  vә  muxtar  respublikaları,  milli-mәdәni 

muxtariyyat vә vilayәt sәciyyәli avtonom tәşәkküllәri “Türklük fenomeni” 

şüurunun  coğrafi-demoqrafik  vә  milli-siyasi  göstәricilәri  kimi  sәciy-

yәlәndirilir. Ümumtürk dilinin “Dil xәritәsi” dil daşıyıcılarının әdәbi dil-

lәri vә dialektlәrinin ana dili kimi birinci, ikinci vә sosyolinqvistik xarak-

terli işlәnilmә şәrtlәri, tәdris vә tәlim özәlliklәrinә görә konseptual olaraq 

yenidәn tәrtib olunur. 

Ümumtürk dili Ural-Altay dillәri içәrisindә çuvaş vә yakut dillәri 

ilә  bәrabәr,  qohum  әdәbi  dillәr  vә  dialektlәr  qrupu  kimi  tәsniflәndirilir. 

Çünki bәzi türk dillәri günümüzdә ümumxalq danışıq dili vә ya dialektlәr 

sәviyyәsindә mövcuddur. Bunların bir qismi ya әdәbi dil özәlliyini itirmiş

bәzilәrinin  isә  indiyә  qәdәr  heç  belә  bir  statusu  olmamışdır.  Bu  böyük 

dilin  etnik-coğrafi  yerlәşimi,  yazılan  vә  danışılan  ümumxalq  dillәri  kimi 

sosyolinqvistik  sәciyyәli  yayılımı  vә  ehtiva  etdiyi  müәyyәn  dil-danışıq 

fәrqliliklәrinә  görә  әn  yaxın  qohum  olan  türk  әdәbi  dillәri  vә  dialektlәri 

kimi  adlandırlması,  bizcә,  daha  düzgündür.  Bunların  әdәbi  vә  danışıq 

dillәri kimi hәm tarixi sәciyyәli etnik-mәdәni müәyyәnlik, hәm dә Avro-

pa,  Asiya,  Amerika,    Afrika  vә  Avstraliyadakı  sosyolinqvistik  xarakterli 

dil  yayılma-işlәnilmә  dairәsinә  görә  xәritәsi  isә  aşağıdakı  şәkildә  tәrtib 

olunur. 

 

 

 

 



 

16 


 

 

Türk dilləri xəritəsi

 

 



rk

 d

il



ri x

ə

rit

ə

si

 


 

17 


A. Tarixi səciyyəli etnik yerləşim yerləri və nüfus sayımları ilə  

 

1. Ən yaxın qohum türk ədəbi dilləri və dialektləri  

1.1.  Oğuz-karluq-qıpçaq  dil-dialekt  sistemləri  və  danışılan 

müasir türk dilləri  

1.1.1. Oğuz qrupu 

1.1.1.1.  Türkcə,  türk  dili  və  ya  Türkiyə  türkcəsi  Türkiyә 

Cümhuriyyәtinin  dövlәt  dili  vә  72  milyondan  çox  nüfusun  ana  dilidir. 

Türkiyәdә vә dünyanın bir çox ölkәsindә xarici dil kimi öyrәdilir, ikidilli 

vә  çoxdilli  ortamlarda  birinci,  ikinci  vә  ya  üçüncü  dil  sәviyyәlәrindә 

işlәdilir. 

1.1.1.2.  Azərbaycan  dili  və  ya  türkcəsi  Azәrbaycanda,  Gürcüs-

tanda, Rusiya Federasiyasında, İranda vә s. işlәnilir. Bu dildә tәxminәn 40 

milyondan  çox  insan  danışır.  Ana  dili,  birinci,  ikinci  vә  xarici  dil  kimi 

işlәdilir. 



1.1.1.3. Türkmən dili və ya türkcəsi Türkmәnistanda, Özbәkis-

tanda,  Tacikistanda,  Qazaxıstanda,  Rusiya  Federasiyasında,  İranda  vә 

Əfqanıstanda  danışılır. Tәxminәn  6  milyon  insan  türkmәn  dilini  ana  dili 

kimi işlәdir. 



1.1.1.4.  Qaqauz  dili  və  ya  türkcəsi Moldovanın Komrat, Çadır-

Lunq,  Vulkaneşt,  Kaqaul  bölgәlәrindә,  Ukraynanın  Odessa  vilayәtindә, 

Qazaxıstanda,  Özbәkistanda  işlәdilir.  Sovet  İttifaqında  әhalinin  1989-ci 

ildәki  siyahıya  alınmasına  görә  198  min  nәfәr  adam  qaqauz  dilindә 

danışmışdır.  Bunların  87,5  %-i  qaqauz  dilini  ana  dili  hesab  etmişdir. 

Aradan keçәn vaxt içәrisindә sözügedәn rәqәm hәr halda çox dәyişmişdir. 



1.1.1.5.  Salar  dili  və  ya  türkcəsi  Çin  Respublikasının  Sinhay 

bölgәsindә işlәnilir. Əhalinin 1973-cü il siyahıya alınmasına görә  40 min 

adam  salar  dilini  danışıq  dili  sәviyyәsindә  ana  dili  kimi  danışır. 

Sözügedәn dil әdәbi dil sәviyyәsinә malik olmadığından ümumtürk dilinin 

bir dialekti olaraq da sәciyyәlәndirilә bilәr. 

1.1.1.6.  Balkan  türklərinin  dili:  Balkan  türklәri  әsas  etibarilә 

dialekt vә qismәn dә әdәbi dil sәviyyәlәrindәki Türkiyә, qaqauz vә Krım-

tatar  türkcәlәrindә  danışır.  Mövzuya  dair  hәr  hansı  bir  sosyolinqvistik 

araşdırma  (ana  dili  vә  ya  xarici  dil  kimi  dil  daşıyıcılarının  sayı,  etnik 

tәrkibi vә s.) hәlәlik aparılmamışdır.  

1.1.1.7. Sonkor dili və ya türkcəsi danışıq dili sәviyyәsindә ana 

dili kimi işlәnilir, cәmi 35 min adam tәrәfindәn İranın Sonkor şәhәrindә 

vә  Fәrhad  Xan  yaşayış  yerindә  danışılır.    Sözügedәn  dil  dә  әdәbi  dil 



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə