M. M. Musayev



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə7/157
tarix11.04.2018
ölçüsü3,47 Mb.
#37822
1   2   3   4   5   6   7   8   9   10   ...   157

 

20 


içәrisindә  yәqin  ki  bu  rәqәm  çox  dәyişmişdir.  Sözügedәn  dil  danışıq  vә 

әdәbi dil sәviyyәlәrindә işlәnilir.   



1.1.3.8.  Noqay  dili  və  ya  türkcəsi  danışıq  dili  sәviyyәsindә, 

qismәn  dә  әdәbi  dil  kimi  Rusiya  Federasiyasının  Stavropol,  Astraxan  vә 

Krasnodar  vilayәtlәrindә  vә  Dağıstan  Muxtar  Respublikasında  işlәnilir. 

Əhalinin  1989-cu  ildә  hәyata  keçirilәn  siyahıya  alınmasına  görә  noqay-

ların sayı 45 min olmuşdur. 21 il içәrisindә bu rәqәm yәqin ki dәyişmişdir.  

1.1.3.9.  Qumuq  dili  və  ya  türkcəsi  әn  çox  Rusiya  Federa-

siyasının  Dağıstan  Muxtar  Respublikasında,  qismәn  dә  Şimali  Osetiya, 

Çeçenistan, İnquşetiya Muxtar Respublikalarında işlәnilir. Əhalinin 1989-

cu ildә hәyata keçirilәn siyahıya alınmasına görә qumuqların sayı 282 min 

nәfәr olmuşdur. Bunların 97,4%-ü qumuq türkcәsini ana dillәri kimi qәbul 

etmişdir.  21  il  içәrisindә  bu  rәqәm  yәqin  ki  dәyişmişdir.  Qumuq  dili 

Dağıstan  Muxtar  Respublikasınada  işlәnilәn  6  әdәbi  dildәn  biridir. 

Bolşevik  inqilabından  әvvәl  qumuq  dili  sözügedәn  vilayәtlәrdә  ortaq  dil 

özәlliyinә  malik  olmuşdur.  Sonralar  hәmin  funksiyanı  rus  dili  yerinә 

yetirmişdir. Bu gün dә sözügedәn funksiyanı rus dili hәyata keçirdir.   



1.1.3.10. Krım-tatar dili və ya Krım tatarcası Ukrayna Respub-

likasında  vә  Özbәkistanda  işlәnilir.  Əhalinin  1989-cu  ildә  hәyata  keçi-

rilәn siyahıya alınmasına görә Krım tatarlarının sayı keçmiş SSRİ-dә 272 

min  nәfәr  olmuşdur.  21  il  içәrisindә  bu  rәqәm  yәqin  ki  dәyişmişdir.    Bu 

tatarların 252 mini o zamankı sayım rәqәmlәrinә görә Krım tatarcasını ana 

dili  kimi  qәbul  etmişdir.  Günümüzdә  Krım  tatarlarının  böyük  bir  hissәsi 

Özbәkistandan  vә  keçmiş  Sovetlәr  İttifaqının  digәr  bölgәlәrindәn  Krıma 

köçüb gәlmişdir.  



1.1.3.11.  Krımçak  dili  və  ya  türkcəsi  Krımda  yaşayan  vә  bir 

qrup yәhudi dininә mәnsub olan bir türk xalqının dilidir. Əhalinin 1989-cu 

ildә  hәyata  keçirilәn  siyahıya  alınmasına  görә  SSRİ-dә  1448  nәfәr  krım-

çak yaşamışdır. Onların 34,9 %-u bu dili ana dili hesab etmişdir. Sadәcә 

yaşlı nәsil bu dildә danışa bilir. Krımçaklar rus dilini işlәdirlәr. İndi gәnc 

nәsil  dә  bu  dili  öyrәnmәk  istәyir.  1989-cu  ildә  ana  dillәrini  öyrәnmәk 

üçün “Bazar günü mәktәblәri” açmışdırlar.  

1.1.3.12.  Karaim  dili  və  ya  türkcəsi  danışıq  dili  kimi  işlәdilir. 

Yәhudi  dinindәn  olan  karaimlәr  Litva,  Ukrayna  vә  Polşanın  bәzi  şәhәr-

lәrindә  yaşayırlar.  Ədәbi  dillәri  yoxdur,  amma  yazıları  vardır.  Əvvәllәr 

ibrani,  sonralar isә kril әlifbasını işlәtmişlәr. Əhalinin 1989-cu ildә hәyata 

keçirilәn  ümumi  siyahıya  alınmasına  görә  keçmiş  SSRİ-dә    2600  nәfәr 

karaim yaşamışdır. Onların 21 %-i karaim dilini işlәtmişdir. 




 

21 


1.1.3.13.  Alabuqat  tatarcası/noqaycası  Rusiya  Federasiyası 

Kalmıkıstan  Muxtar  Respublikasının  Ulan-Holl  bölgәsindә  işlәdilir. 

Alabuqat  tatarlarının  vә  ya  noqaylarının  dilidir.  Ədәbi  dili  vә  ya  özünә 

mәxsus bir yazısı yoxdur. Sözügedәn dildә cәmi 422 nәfәr adam danışır. 

Sözügedәn  dil  dә  ümumtürk  dilinin  vә  ya  tatarcanın  bir  dialekti  olaraq 

qiymәtlәndirilә bilәr. 



1.1.3.14.  Astraxan  noqaycası-qaraqaşcası  Rusiya  Federasiyası 

Krasnoyarsk  bölgәsi  Harablinsk  diyarının  Astraxan  rayonunda  işlәdilir. 

Qaraqaşların  sayı  1973-cü  ildә  5  min  nәfәr  olmuşdur.  Ədәbi  dili  vә  ya 

özünә mәxsus bir yazısı yoxdur. Bu dil dә ümumtürk dilinin bir dialekti 

kimi qiymәtlndirilә bilәr. 

1.1.3.15.  Yurd  tatarcası  və  ya  Astraxan  noqaycası  Rusiya 

Federasiyası  Astraxan  şәhәri  civarlarında  işlәdilir.  1850-ci  ildә  Yurd 

tatarlarının  vә  ya  noqaylarının  sayı  8.700  nәfәrdәn  ibarәt  olmuşdur.  İndi 

kәndlәrdә  onlardan  cәmi  22  min  nәfәr  yaşayır.  Ədәbi  dili  vә  ya  özünә 

mәxsus bir yazısı yoxdur. Sözügedәn dil dә ümumtürk dilinin vә ya tatar-

canın bir dialekti kimi qiymәtlәndirilә bilәr. 



1.1.3.16.  Barabin  tatarlarının  dili  tatarcanın  bir  dialektidir. 

Rusiya Federasiyasının Novosibirsk bölgәsindә 8 min nәfәr tatar tәrәfin-

dәn danışılır. 

1.2. Qırğız-yenisey və ya xakas qrupu 

1.2.1.  Xakas  dili  və  ya  türkcəsi  Rusiya  Federasiyasının  Xakas 

Muxtar  Vilayәtindә,  Yenisey,  Abakan  vә  Çulım  çaylarının  orta  hövzә-

lәrindә  yaşayan  xalqlar  tәrәfindәn  danışılır.  Xakas  dilindә  danışanların 

sayı  әhalinin  1989-cu  ildә  hәyata  keçirilәn  siyahıya  alınmasına  görә  

81.428  nәfәr  olmuşdur.  Aradan  keçәn  müddәt  içәrisindә  bu  rәqәm  yәqin 

ki  dәyişmişdir.  Sözügedәn  dil  daha  çox  danışıq,  qismәn  dә    әdәbi  dil 

sәviyyәlәrindә işlәnilir. 

1.2.2.  Şor  dili  və  ya  türkcəsi  Sibirin  Altay  bölgәsindә  işlәdilir. 

Əhalinin  1989-cu  il  siyahıya  alınmasına  görә  sözügedәn  dili  9  min  400 

nәfәr ana dili hesab etmişdir. Bu gün hәmin rәqәm yәqin ki dәyişmişdir. 

Yazısı vardır. 



1.2.3.  Çulım  dili  və  ya  türkcəsi  Sibirin  Çulım  bölgәsindә,  Ob 

çayının  sahilindә  danışıq  dili  kimi  işlәdilir.  Sözügedәn  dil  dә  әdәbi  dil 

statusu vә ya özünә mәxsus bir yazısı olmadığından ümumtürk dilinin bir 

dialekti olaraq qiymәtlәndirilә bilәr. 



1.2.4.  Sarı  uyğur  dili  və  ya  türkcəsi  Çinin  Qansu  әyalәtindә 

danışıq  dili  sәviyyәsindә  işlәnilir.  Sarı  uyğurların  sayı  әhalinin  1990-cı 




Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə