M. M. Musayev



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə136/157
tarix11.04.2018
ölçüsü3,47 Mb.
#37822
1   ...   132   133   134   135   136   137   138   139   ...   157

 

333 


sifariş kimi idi, hansı yuxunu, hansı mәzmunda istәyirdim, özüm özümә 

sifariş edirdim (әlbәttә ki, xüsusi üsulu var idi bunun). Ən çox sevdiyim 

yuxu isә üzmәklә bağlı idi. Elә-belә üzmәyi demәk olar ki, bacarmıram. 

Bax, bizim aramızda әsl üzgüçü İlkindir. Saatlarla üzә bilir-qәribәdir. Mәn 

isә  “demәk  olar”sız  da  üzmәyi  bacarmıram,  hәqiqәti  demәk  lazımdır. 

Amma  yuxuda…  Sürәtlә,  әl-qolumu  geniş  ata-ata,  az  qala  bütün  dәnizi 

qucaqlaya-qucaqlaya  hәr  gecә  nә  zaman,  nә  qәdәr  istәsәm  üzdükcә  üzü-

rәm. Lәzzәt elәyir.’ 

Sözügedәn  sintaktik  bütövün  altgöndәrimli  mәtnqurucu  üzvü 

tәkrar  olunan‘yuxu’  leksik  vahidi  ilә  ifadә  olunur.  Hәmin  leksik  vahid 

sözügedәn sintaktik bütövdә beş dәfә tәkrarlanır. “Әn çox sevdiyim yuxu 

isə  üzməklə  bağlı  idi.’  cümlәsi isә  sözügedәn sintaktik  bütövün  eşgöndә-

rimli  üzvüdür.  Cünki  hәmin  cümlә  sintaktik  bütövün  hәm  öncәki  hissә-

sindә ifadә  olunan  baş  qәhrәmanın  gecәlәr  yuxu  görmә,  hәm  dә  sonrakı 

hissәdә  bildirilәn  onun  yuxuda  üzә  bilmә  qabiliyyәtinә  eyni  bir  konteks-

tual durumda işarә edir.  

 

 



Üçüncü hissəyə dair yoxlama sualları və tapşırıqlar 

 

A.  Filologiya  elmindә  vә  çağdaş  türkoloji  dilçilikdә  mәtnin 

әnәnәvi  vә  yeni  filoloji  yönüm  vә  yöntәmlәrlә  öyrәnilmәsinә  vә 

ümumtürk mәtninin konseptual-linqvistik özәlliklәrinә dair tәrtib olunmuş 

aşağıdakı suallara qaynaqlardan gәtirilәn örnәklәrlә konkret olaraq cavab 

verin. 

1.    Türkcә  mәtnin  varlıq  әsasını  vә  ya  var  ola  bilmә  kontekstini 

tәşkil edәn başlıca konseptual amillәr hansılardır? Hansı real vә әfsanәvi 

şәxsiyyәtlәr,  saz  vә  söz  ustaları  ümumtürk  mәtninin  vә  ya  türkcә  nәql 

etmә tәrzinin formalaşmasında çox böyük rol oynamışdır? 

2.  Müasir  filologiya  elmindә  mәtnlәrarası  әlaqә  üsulunun  elmi-

tәdbiqi  baxımdan  açıqlanması  vә  çağdaş  әdәbiyyatımızda  buna  uyğun 

yazı-anlatım  tәrzi  vә  konkret  örnәklәri  nә  zaman  ortaya  çıxmışdır?  Bu 

yazı üslubunun vә dil-anlatım tәrzinin çağdaş Azәrbaycan әdәbiyyatındakı 

nümayәndәsi  kimdir  vә  onun  hansı  әsәrlәri  mәhz  mәtnlәrarası  әlaqәlәr 

kontekstindә yazılmışdır? 

3.  Mәtn  dilçiliyi,  qrammatikası,  sintaksisi,  quruluşu,  semantikası 

vә s. anlayışları tәk bir linqvistik qavram olaraq müasir filologiya elmindә 

nә vaxtdan etibarәn öyrәnilmәyә başlanmışdır? Türk әdәbi dillәrindә mәtn 



 

334 


sintaksisinә  dair  aparılan  konkret  dilçilik  araşdırmaları  başlıca  olaraq 

hansı mövzuları әhatә edir? 

4. Ümumtürk mәtni struktur, semantik vә funksional özәlliklәrinә 

görә  türkoloji  dilçilikdә  nә  vaxtdan  etibarәn  öyrәnilmәyә  başlanmışdır? 

Bәs  mәtn  dilçiliyindә  konseptual-linqvistik  yöntәmlәrin  tәtbiq  olunması 

günümüzdә  hansı  elmi-fәlsәfi  müstәvidә,  nәyә  vә  hansı  elmi  prinsiplәrә 

görә hәyata keçirilir? 

5. Mәtn nәdir vә onun kommunikativ dövrәdә gerçәklәşәn şifahi 

vә  yazılı  formalarının  bir-birindәn  fәrqlәnәn  hansı  özәlliklәri  müşahidә 

olunur?  Mәtnqurucu  dil-danışıq  vasitәlәri  dәrs  vәsaitindә  hansı  özәl-

linqvistik terminlәrlә adlandırılır vә nә üçün?  Ümumtürk mәtninin nәsrlә 

vә şeirlә yazılan hansı konkret örnәklәri vardır?  

6.  Sintaktik  paralellik  vә  parselyatiklәşmә  hadisәlәri  vә  bunlarla 

bağlı  olaraq  simmetrik-  vә  asimmetrik-sintaktik  quruluşlar  haqqında  nә 

deyә  bilәrsiniz?    Türkcә  folklorik  vә  digәr  әdәbi-bәdii  mәtnlәrdә  özünü 

göstәrәn  parselyatiklәşmә  hadisәsi  başlıca  olaraq  hansı  kontekstual-linq-

vistik şәrtlәr vә qrammatik-sintaktik әsaslarda gerçәklәşir? 

B. Mәtn dilçiliyinә vә sintaksisinә dair indiyә qәdәr öyrәndiyiniz 

elmi-praktik bilgilәri tәtbiq edәrәk çağdaş Azәrbaycan әdәbiyyatından gә-

tirilәn aşağıdakı bәdii mәtn örnәklәrini konseptual-linqvistik özәlliklәrinә 

görә tәhlil edin. 

1.  İ. Şıxlının “Çiskin” hekayәsini tapıb oxuyun vә hәmin hekayә-

dәn alınmış aşağıdakı mәtn parçasını Türkiyә türkcәsinә uyğunlaşdırın.  

  

‘Çiskin 



O, dirsәkliyi sürtülmüş kreslonu pәncәrәnin qabağına çәkdi. Qalın 

yun  şalı  kәmәr  yerinә  qәdәr  dartıb,  dizlәrini  möhkәm  bürüdü.  Otağa 

qaranlıq çöksә dә, işığı yandırmadı. Gözünü pәncәrәyә zillәdi. Pәncәrәnin 

nәfәsliyi açıq idi. Çisələyirdi. Küçә  ilә şütüyüb gedәn maşınların tәkәrlәri 

şırıldayırdı. Arxa tәrәfdәki qırmızı işıqlar yaş yollarda közәrirdi. Sәkilәrin 

yaxası  boyu  cәrgәlәnәn  ağacların  yarpaqlarını  narın  damlalar  döyәc-

lәyirdi.  Onların  yeknәsәk  tappıltısı  qarşıdakı  bağçanın  xәzәl  xışıltılarına 

qarışıb otağa dolurdu. İçәrini nәm yarpaqların rütubәti bürüyürdü.’ 

 İ.  Şıxlının  “Çiskin”  hekayәsinin  mәtninin  bütününә  dair  verilәn 

aşağıdakı suallara cavab verin: 



 

Suallar: 1. Sözügedәn hekayә “Çiskin” adı ilә adlandırılır. “Çisə-

ləyirdi” feli mübtәdasız, zәrfliksiz vә digәr cümlә komponentlәri olmadan 


 

335 


sadәcә  xәbәrdәn  ibarәt  bir  cümlә  üzvü  olaraq  hekayә  mәtnindә  iki  dәfә 

işlәnilir.  Sözügedәn  birvariantlı  feil  vә  “Yağış  yenə  çisələyirdi,  Yağış 



çisələyirdi”cümlәlәri  vә  “çisək,  çiskin,  çiskinli  hava//havada,  çiskinli 

yağış”sözlәri  vә  birlәşmәlәri  hekayәnin  mәtnindә  hansı  mәtnqurucu  dil-

danışıq vasitәlәri olaraq işlәnilr?  

2.  Sözügedәn  hekayәdә  konkret  tәbiәt  hadisәsinin  gerçәklәşmәsi 

sözlәrin,  müxtәlif  fonetik,  qrammatik-sintaktik  vә  frazeoloji  vasitәlәrin 

uyğun  bir  әdәbi-bәdii  kontekstә  mәtnlәşmәsilә  ifadә  edilir.  Bununla  da 

yazıçı  tәrәfindәn  orijinal  bir  konseptual  kontekst  yaradılır.  Sözügedәn 

kontekstin  hekayәnin  qәhrәmanı  “qoca  professor”un  ruhi  vәziyyәti  ilә 

әlaqәlәrinin bәdii-linqvistik hәlli mәtnlәşmәdә necә yerinә yetirilmişdir? 

 

II. Orxan Fikrәtoğlunun “Sәhәr” hekayәsini tapıb oxuyun. Hәmin 



hekayәnin  mәtnini  әdәbi-linqvistik  baxımdan  tәhlil  edin.  Hәmin 

hekayәdәn  verilmiş  aşağıdakı  mәtni  mikromәtnlәrә  ayırın.  Onların  kom-

ponentlәrini vә aralarındakı mәtnqurucu öngöndәrimlilik, altgöndәrimlilik 

vә  eşgöndәrimlilik  linqvistik  әlaqәlәrinin  hansı  sözlәrә  vә  qrammatik-

sintaktik vasitәlәrә görә görә müәyyәnlәşdirildiyini göstәrin.                                                               

 

Mәtn 



Üçüncü  mәnzilin  kök  kişisi  eyvanda  idman  elәyir.  İki  әlini  boy-

nuna dayayıb, nәfәsini udur. İçәridәn arvadının yoğun, xırıltılı sәsi eşidi-

lir:  “Bu  gün  dә  soyuq  suynan  çimsәn,  ölәcәksәn  daha,  bәsdi  yoq  çıxart-

dın”,  -  deyir  arvad.  –  “Heç  yoq  köpәkoğlu  belә  oyun  çıxartmır!”  Sözlәr 

kişiyә çatmır. İndi dә başını yerә qoyub, ayaqlarını göyә qaldırır. Binanın 

arxasından  keçәn  torpaq  yoldan  maşın  uğultusu  eşidilir.  Sәs  gecәnin 

içindәn sәhәrә  qәdәr dartılır. Bir-iki eyvanın qapısı açılır. Yuxulu gözlәr 

hәyәtә  baxır.  Siqnal  sәsi.  Bir  dәstә  ağ  çöl  göyәrçini  özlәrini  göyә  vurur. 

İkisi lap dәrin uçur. İyirminci mәnzildә  yaşayan kişi maşının şüşәsini qu-

rulaya-qurulaya quşların dalınca baxır. Qara it gecәni qovub, indi dә quş-

lara hürür. Çiyinlәrindә ağır çanta bir dәstә uşaq mәktbә gedir. Eyvandan 

analarının gözlәri vә sözlәri eşidilir. Uşaqlar analarının sәslәrindәn tutub 

mәktәbә gedir. İri ombalı, sürmә gözlü, gәl-gәl sinәli kirayәnişin qız gәl-

gәl deyә-deyә dәrsә gedir. Hәyәtin bütün yeniyetmәlәrini kişi eylәyәn bu 

qızın ayaqları dәyәn yerә min göz dәyir. Süpürgәçi arvad gözlәrini içinә 

tutub  süpürgәsinә  söykәnir.  Fikrә  gedir.  Cavan  ölmüş  әrinin  iri  әllәrini 

gözünün  qabağına  gәtirir.  İçindәn  bir  istilik  axır,  boğazı  qәhәrlәnir. 



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə