M. M. Musayev



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə38/157
tarix11.04.2018
ölçüsü3,47 Mb.
#37822
1   ...   34   35   36   37   38   39   40   41   ...   157

 

100 


özәkli  mürәkkәb  cümlәlәrә  aydınlaşdırma,  atributiv,  zaman,  sәbәb  vә 

mәqsәd  konstruksiyalarının  böyük  bir  hissәsini  aid  etmәk  olar;  mәs.: 

Azәrb.  Bu  yalan  irmiş  ki,  girmәz  oğru  cәnnәt  bağınә  (Kişvәri.  Əsәrlәri, 

1988, s. 91); türk. O bir dilberdir ki, yoktur nişanı ‘O bir dilbәrdir ki, tayı-

bәrabәri yoxdur’ (Y. Emre. Şiirleri, 1963, s. 52); qaq. Çıkarer bu gözünün 

birini o zaman kardaşı verer ona biraz tereke ‘Nә zaman ki gözünün birini 

çıxardar, onda qardaşı ona bir az yemәk verәr’(Qaqauz folokloru, 1964, s. 

247); Terk eder ki, külli-watan, unudar ol ýolnı ‘Tәrk edәr ki, külli-vәtәn 

unudar ol yolunu’ (Magtymguly. Saýlanan eserler, 1, 1983, s. 236).  

Struktur-semantik  aspektә  dair  deyilәnlәrә  vә  faktik  dil  nümunә-

lәrinә әsaslanmaqla hәmin araşdırma-öyrәnilmә yönümü haqqında hәlәlik 

aşağıdakı ümumilәşdirmәlәri aparmaq olar: 

-Birincisi,  komponentlәr  arasındakı  sintaktik  әlaqәnin  xarakte-

rindәn asılı olaraq, mürәkkәb cümlәlәr iki hissәyә deyil, üç qrupa bölün-

mәlidir. Təközəklilər (subordinativ), cütözəklilər (koordinativ) vә nisbi-

korrelyativ və ya korrelyativ konstrkuksiyalar. 

-İkincisi, mürәkkәb cümlәlәrin müәyyәn bir hissәsi istisna olunar-

sa, böyük bir qrupu çoxmәnalı sintaktik vahidlәr kimi özünü büruzә verir.  

-Üçüncüsü, mürәkkәb cümlәlәrin istәr konkret bir mәtndә, istәrsә 

dә  hәr  hansı  bir  kontekstdә  işlәnilmәsi  bütün  hallarda  informativ-

kommunikativ xarakter daşıyır vә müәyyәn bir mәlumatın bildirilmәsinә 

xidmәt  edir.  Ona  görә  dә  mürәkkәb  cümlәlәrin  çoxmәrhәlәli  aktual  üzv-

lәnmәsinin ayrıca olaraq öyrәnilmәsi zәruridir vә linqvistik tipologiyanın 

qarşısında duran әn aktual problemlәrdәndir. 

Belәliklә, xüsusi-mürәkkәb polipredikativ vahidlәrin mükәmәl bir 

elmi-linqvistik  tәsvirini  vermәk,  onun  struktur-semantik  tiplәrini  müәy-

yәnlәşdirmәk  üçün  mürәkkәb  cümlә  sistemindә  hәm  dә  çoxmәnalılığın 

necә ifadә olunduğunu ayrıca olaraq araşdırmaq lazım gәlir. 

 

1.1.3.  Sintaktik-kommunikativ aspekt  

Dilçilikdә aktual üzvlәnmәdәn, daha doğrusu, sintaktik vahidlәrin 

kommunikativ  vәzifәsindәn  vә  müәyyәn  informativ  hissәlәrә  ayrılmasın-

dan  ilk  dәfә  sadә  cümlә  sәviyyәsindә  bәhs  edilmişdir  (Крушельницкая 

1956:  55-67;  Русская  грамматика  1980:  190-203).  Bu  da  tәsadüfi 

deyildir  ki,  bir  dil-nitq  hadisәsi  kimi  aktual  üzvlәnmәnin  sadә  cümlә 

sәviyyәsindә  daha asan öyrәnilmәsi linqivistik әdәbiyyatda xüsusi olaraq 

qeyd  edilmişdir  (Золотова  1982:  293).  Bununla  belә,  aktual  üzvlәnmә 

mürәkkәb  cümlә  vә  mәtn  sәviyyәlrindә  dә  tәdqiqata  cәlb  edilmişdir 




 

101 


(Шешукова  1972:    69-111;  Распопов  1973:    148-186;  Страхова  1977: 

40-52; Слюсарева 1979: 3-15; Кормановская 1987: 102-110; Крылова, 

Матвеева 1990: 60-70). O da qeyd olunmalıdır ki, ilk әvvәllәr mürәkkәb 

cümlәlәrin aktual üzvlәnmәsi ilә struktur-semantik aspektdә tәdqiqi mәsә-

lәlәri  dilçilikdә  qarışdırılmışdır.  Daha  doğrusu,  burada  aktual  üzvlәnmә 

adı  altında  әslındә  xüsusi-mürәkkәb  polipredikativ  vahidlәrin  struktur-

semantik tiplәrindәn bәhs edilmiş vә mürәkkәb cümlә komponentlәri heç 

informativ-sintaktik qütblәrә dә ayrılmamışdır (Распопов 1964: 137-194). 

Halbuki  xüsusi-mürәkkәb  polipredikativ  vahidlәrlә,  elәcә  dә  bütövlükdә 

cümlәnin  struktur-semantik  aspektdә  tәdqiqi  ilә  onun  aktual  üzvlәnmә-

sinin öyrәnilmәsi eynilәşdirilә bilmәz. Ona görә ki, әgәr birincidә seman-

tik-funksional sahәlәrә (obyekt, zaman, sәbәb, tәrz, şәrt, vә s.)  vә  formal-

paradiqmatik  әlamәtlәrә  (bağlayıcı  vasitәlәrә,  komponentlәrin  düzülüşü 

ilә  şәrtlәnәn  tabeliliyin  xarakterinә  vә  s.)  görә  cümlәnin  dil  sistemindәki 

struktur-semantik  tipologiyası  müәyyәnlәşdirilirsә,  ikincidә  onun  predi-

kativliyә  vә  modallığa  әsaslanan  kommunikativ  yükü  vә  bununla  bağlı 

olaraq ünsiyyәtin ümumi arxitoktenikasında yeri vә mәqamı başa düşülür. 

Türkoloji dilçilikdә isә aktual üzvlәnmәdәn әsasәn cümlә sәviyyә-

sindә  bәhs  olunmuşdur  (Cavadov  1973:  54-59;  Амиров  1970:  34-38; 

Əlizadә 1983: 75-82; Абдуллаев 1983: 68-91; Джанибеков 1992). Yәni 

aktual  üzvlәnmә  sadә  vә  mürәkkәb  cümlәlәr  vә  ya  mәtn  sәviyyәlәrindә 

daha  geniş  bir  tәdqiqata  çәlb  edilmәmişdir.  Onun  ayrı-ayrı  sintaktik 

quruluşlarındakı  milli-özәl  tәzahürlәri  isә  biri  digәrindәn  fәrqlәndirilmә-

mişdir.  Bununla  bәrabәr,  türk  әdәbi  dillәrinin  sintaksisindә  aktual 

üzvlәnmәnin  mürәkkәb  cümlә  sәviyyәsindә  öyrәnilmәsinin  perspektivli 

olduqu  da  qeyd  edilmişdir  (Абдуллаев  1983:  90-91).    Polipredikativ 

vahidlәrin xüsusi-mürәkkәb quruluşundan danışılanda onların informatik-

semantik  qütblәrә-  tema  vә  pemaya  bölündüyünә  toxunulmuş  vә  hәmin 

dil-nitq hadisәsinin mәtn-söylәmdә reallaşmasına dair konkret nümunәlәr 

göstәrilmişdir (Мусаев 1987: 79). 

Bu  kontekstdә  yuxarıda  sadә  vә  mürәkkәb  cümlәlәrin  aktual 

üzvlәnmәsinә  dair  gәtirilәn  konkret  örnәklәr  (1;  2;  3,  3.1,  3.  2,  3.  3) 

ümumtürk  dilinin  konseptual-funksional  qrammatikasının  hazırlanmasın-

da  sintaktik-kommunikativ  sәciyyәli  araşdırma-öyrәnilmә  aspektinin  nә 

qәdәr gәrәkli olduğunu göstәrir. Aşağıda gәtirilәn mikromәtndә dә mәtn-

linqvistik  xarakterli  tema-rema  üzvlәnmәsini  komponentәrin  tema  vә 

remaya ayrılmasına görә asanlıqla müşahidә edә bilirik; mәsәlәn:  



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə