M. M. Musayev



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə10/171
tarix20.09.2017
ölçüsü3,61 Mb.
#871
1   ...   6   7   8   9   10   11   12   13   ...   171

26 

 

dair yazılmış әn son tәdqiqatlar әsasında apardıq. Vә bundan öncә “Ortaq türk dili” qavramı vә 



“Türk dillәrinin tәsnifflәndirmәsi” problemi üzәrindә qısaca olaraq durduq.  

 

4.1. Ortaq türk dili qavramı 

Sözün dar mәnasında türk әdәbi dillәri vә dialektlәrini ünsiyyәt saxlamaq vә fikirlәrini 

ifadә etmәk mәqsәdilә bu vә ya digәr şәkildә işlәdәn bütün türk xalqlarının bir-birini başa düşә 

bilәcәyi bir dili bildirir. Eynilә әrәblәrin işlәtdiyi “fәsih” әrәbcә (Qurani-Kәrimin dili vә ya әrәb 

әdәbi dili), çinlilәrin danışdığı çin әdәbi dili, slavyan mәnşәli xalqların müәyyәn bir ölçüdә daha 

yaxşı bir-birini başa düşә bildiyi rus dili kimi. 

 Sözün geniş  mәnasında  isә ortaq türk dili  qavramı inkişaf etmiş  türk әdәbi  dillәrindәn 

birinin  millәtlәrarası  ortaq  ünsiyyәt  vasitәsi  (lingua  franca)  sәviyyәsindә  olması  vә  ya  irәli 

çıxması  demәkdir.  BMT-dә  işlәnilәn  ingilis,  rus,  ispan,  çin,  fransız  ortaq  dillәrindәn  biri  kimi. 

Vurğulanmalıdır ki, ümumtürk dili vә ya türk dillәri dünyada әn çox danışılan 7 dildәn biridir. 

Bәs son iki min il içәrisindә türkcә vә ya ümumtürk dili sözün dar vә geniş mәnasında 

sözügedәn özәlliklәrә malik odlumu?! 

 - Oldu!  

- Necә? Nә vaxt?  

-  B.  e.  öncә  V-VI  yüzillәrә  qәdәr  vә  VI-VII  yüzillәrdәn  XIII-XIV  yüzillәrә  qәdәr. 

Qәdim vә әn qәdim türk dili kimi. 

 Türk  dillәri  bu  gün  ortaq  bir  Avrasiya  dili  vә  ya  dünya  türkcәsi  ola  bilmәk  imkanını 

hәm  bir-birinә  әn  yaxın  qohum  dillәr  vә  dialektlәr  olma  sәciyyәsi,  hәm  sosyolinqvistik  olaraq 

işlәnilmә  yayqınlığı,  hәm  dә  Avrasiya  coğrafiyasında  dillәr  arasındakı  qarşılıqlı  dil-danışıq 

әlaqәlәri ilә әldә etmәkdәdir. 

 

4.1.1.  Qohum dillәr, yaxın vә әn yaxın qohum dillәr qavramları 

 Qohum  dillәr  vә  onların  içәrisindә  yer  tutan  әn  yaxın  qohum  dillәr  vә  ya  yazı  dillәri 

qavramlarının  linqvistik  meyarlarla  açıqlanması  XX  yüzilnin  son  qәrinәsindәn  etibarәn 

müqayisәli-tipoloji  dilçilkdә  mübahisә  obyekti  olaraq  gündәmә  gәlmişdir.  Hind-Avropa  dillәri 

içәrisindә  tәsniflәndirilәn  slavyan  dillәrinin  digәr  Hind-Avropa  dillәrindәn  fәrqli  bir  işlәnilmә 

sisteminә  malik  olduğu  da  elә  buna  bağlı  olaraq  fәrq  edilmişdir.  Hәtta  әn  yeni  dilçilik 




27 

 

arşdırmalarında rus, belarus vә ukrayna dillәrinin eyni bir dilin dialektlәri vә ya lәhcәlәri



7

 olaraq 


qiymәtlәndirilmәsi günümüzdә müşahidә olunmaqdadır (Кузнeцoвa 2006: 124).  

 Sözügedәn  sistematik  fәrqliliyin  vә  ya  linqvistik  bәnzәrliklәrin  dilçilikdә  “әn  yaxın 

qohum dillәr” müstәvisindә müәyyәnlәşdirilmәsi bu gün artıq heç bir mübahisә doğurmur. Bir-

birinә  çox  yaxın  olan  digәr  qohum  dillәrin  klassik  müqayisәli-tarixi  vә  ya  tarixi-müqayisәli 

yöntәmlәrlә qohum dillәr olaraq tәrifi vә  ya tәsniflәndirilmәsinin dә hәr hansı bir ciddi tәnqidә 

dözmәdiyi  çox  açıqdır.  Belә  bir  vәziyyәt  qohum  dillәr  vә  yaxın  vә  әn  yaxın  qohum  dillәr 

nәzәriyyәlәri vә praktikalarının fәrqli müstәvilәrdәki linqvistik açıqlanmasına yol açmaqdadır. 

 Tipoloji bölünmәlәrin hәrәkәti vә әsas dil tiplәrinin dәyişmәzliyi müstәvisindә yaxın vә 

әn  yaxın qohum dillәrin uyğun anlam sahәlәrinin dәyişkәn vә uzun zaman içәrisindәki eyniliyi 

müasir dilçilikdә linqvistik parametrlәri ilә müşahidә olunur. Bu isә “sözügedәn dillәrin müxtәlif 

linqvistik  vә  ekstralinqvistik  proseslәrdә  özünü  qohum  dillәr  olaraq  sәciyyәlәndirilmәsindәn 

başqa  eyni  bir  dil  sәviyyәsindә  olduğunu”  (Мacлoвa  2004:  7)  da  göstәrmәkdәdir.  Әn  yaxın 



qohum  dillәr  qavramlaşdırmasının  gәrәkliliyi  universal  sәviyyәdә  sistematik  olaraq  sübut 

olunmaqdadır.  Buna  görә  dә  türk  dillәrinin  çox  böyük  bir  qisminin  “yaxın  vә  әn  yaxın  qohum 

türk  dillәri”  sәviyyәsindә  dәyәrlәndirilmәsinin  yanlış  olmadığı  ortadadır.  Vә  ya  onların 

bütününün  qәdim  zamanlardan  bәri  Asiyadakı  vә  Avropadakı  geniş  etnik-dil  yayılımı 

müstәvisindә  türk  dillәri,  türk  әdәbi  dillәri,  dialektlәri  vә  ya  lәhcәlәri  olaraq  adlandırılmasının 

düzgün olduğu qәbul oluna bilәr.  

Slavyan  dillәrindәn  bir-birinә  daha  yaxın  olan  türk  dillәrinin  bütünü  üçün  dә  sadәcә 

qohum  dillәr  deyil,  hәm  dә  bir-birinә  yaxın  vә  әn  yaxın  qohum  dillәr  qavramlaşdırmaları 

aparılmaqdadır.  Buna  bağlı  olaraq  türk  dillәrindә  әdәbi  mәtn  uyğunlaşdırması  vә  praktikası 

işlәrinin әsas prinsiplәri dә müәyyәnlәşdirilmәkdәdir (Musaoğlu 2002: 196-203; 2003: 151-158; 

2004b:  25-30).  Vә  konkret  әdәbi  mәtn  uyğunlaşdırması  örnәklәri  Türk  dünyasında  1990-cı 

illәrdәn  bәri  çox  geniş  bir  ölçüdә  yayılmaqdadır.  Bütün  bunlar  isә  türk  dillәrinә  dair  aparılan 

                                                 

7

  “Dil,  әdәbi  dil,  dialekt  vә  lәhcә  sözlәr”i  dilin  leksik-funksional  sistemindә  bir-birilәri  ilә  sinonimlik  tәşkil  edir. 



Ancaq  әdәbi  dildә  hәmin  sözlәrin  dil-işlәnilmә  funksiyalarında  bir-birindәn  fәrqlәnәn  anlam  çalarları  da  yox 

deyildir. Başqa bir sözlә, “әdәbi dil, dialektlәr vә şivәlәr” sözügedәn hәr hansı böyük bir dilin alt qavrayışları vә ya 

qavramları olaraq dәrk olunmaqdadır. “Lәhcә” sözündә isә sinonimi olan “dialekt” leksem-terminindәn fәrqli olaraq 

dilin daha çox sәrbәst üslubla bağlı şivә-danışıq özәlliklәri dә ehtiva olunur. Biz dәrslikdә “Türk dillәri, әdәbi dillәri, 

dialekt vә ya lәhcәlәri” temrin adlandırmalarını yerinә görә işlәdirik.  

 

 




Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə