M. M. Musayev



Yüklə 3,61 Mb.

səhifə109/171
tarix20.09.2017
ölçüsü3,61 Mb.
1   ...   105   106   107   108   109   110   111   112   ...   171

265 

 

mәhdudlaşmır.  Mәntiqi,  psixoloji  vә  linqvistik  aspektlәrin  bütövlüyü  vә  onların  bir  yerdә 



dәyәrlәndirilmәsi  mәtnin  hәm  leksik-qrammatik  özәlliklәrini,  hәm  dә  üslubi  kompozisiya 

quruluşunu tәfәrrüatlı olaraq müәyyәnlәşdirmәyә kömәk edir. 

 Filologiya  elmindә  klassik  üslubiyyat  anlayışı  әdәbi  dilin  bәdii,  elmi,  publisistik, 

işgüzar, epistolyar vә s. funksional üslublarının müәyyәnlәşdirilmәsinә görә bilinir. Bu üslublar 

әdәbi dil materialları әsasında konkret dil-nitq vasitәlәrinә, mәşhur yazıçıların yaradıcılıq vә ayrı-

ayrı mәtbu orqanların dil-üslub özәlliklәrinә әsasәn tәdqiq olunur. Mәtn üslubiyyatı qavramı isә, 

hәr  şeydәn  öncә,  konkret  bir  mәtnә  vә  ya  mәtnlәrә  vә  mәtnlәrarası  әlaqәlәrә  görә  öyrәnilir. 

Sözügedәn qavram mәtnә vә mәtni ifadә edәn sözlü vә sözsüz dil vә özәl mәtnqurucu işarәlәrә 

әsasәn açıqlanır. Günümüzdә bәdii mәtn daha çox intertekstual kontekstdә mәntiqi, psixoloji vә 

fәlsәfi yönlәriylә yazıçı dünyasının vә yaradıcı tәxәyyülün bir reallığı olaraq işıqlandırılır.   

 

3.2.1. Ümumtürk mәtninin konseptual-intellektual mahiyyәti  

Bütövlükdә  ümumtürk,  ayrılıqda  isә  Azәrbaycan  bәdii  mәtninin  nüvәsini  vә    bir  milli 

mentalitet fenomeni olaraq var ola bilmә әsasını öncә әski şaman-türk vә göy tanrı inancı, sonra 

isә  türk-islam,  tәsәvvüf  vә  çağdaş  mәdәniyyәt  tәrkibli,  monoloji,  dialoji  vә  ritmik  sәciyyәyә 

malik  olan  nәql  etmә  vә  ya  anlatım  hadisәsi  tәşkil  edir.  Qopuza  vә  saza  söykәnәn  şifahi  xalq 

әdәbiyyatı  örnәklәri,  ümumxalq  dilinin  müxtәlif  şәkillәri,  dialektlәri  vә  şivәlәri  hәmin 

konseptual-intellektual  mahiyyәtdәki  böyük  makromәtnin  konkret  ifadә  vasitәlәridir.  Yunus 

İmrә, M. P. Vaqif, Aşıq Әlәskәr, Mәhtimqulu, Әhmәt Yәsәvi, Hacı Bektaş Vәli, Cambul, Manas, 

Kitabi-Dәdә  Qorqud  kimi  real  vә  әfsanәvi  tarixi-әdәbi  şәxsiyyәtlәrin  dilindә  müşahidә  edilәn 

türkcә tәhkiyә vә ya anlatım tәrzi, bәdii üslub sonrakı türk dil-danışıq mәtninin dә әsasında durur. 

Türkcә yazılan divan әdәbiyyatı, mәsәlәn, Nәsimi, Füzuli vә Nәvainin dili dә türk әdәbi mәtninin 

formalaşmasında  çox  böyük  rol  oynamışdır  (Musaoğlu  2011:  32).  Belәliklә,  başlanğıcda  xalq 

yaradıcılığı, sonralar isә yazılı әdәbiyyat olaraq da inkişaf edәrәk günümüzә qәdәr gәlәn böyük 

ümumtürk әdәbi mәtni әslindә şifahi vә ya yazıya alınan vә yazılı mәtn olaraq iki qolu ilә özünü 

göstәrir.  Bununla  da  hәmin  mәtn  çağdaş  filologiyada  ümumi  mәtn  dilçiliyi,  qrammatikası  vә 

üslubiyyatı vә  ya mәtni tәşkil edәn dil-danışıq faktlarının mәtnquruculuğundakı tәşkili, ierarxik 

әlaqәlәri vә münasibәtlәri baxımlarından yeni әdәbi-linqvistik tәhlil metodları ilә öyrәnilir. 

Qeyd.  Türk  әdәbi  dillәri  sovet  dilçiliyindә  daha  çox  hәmin  dövrdә  müәyyәnlәşdirilәn 

ümumi  әdәbi  dil  nәzәriyyәsinә  görә  öyrәnilmişdir.  Sözügedәn  dillәrdә  әdәbi  dil  nәzәriyyәsinә 

görә  bәdii,  elmi,  rәsmi,  publisistik,  işgüzar,  epistolyar  kimi  funksional  üslublar 

müәyyәnlәşdirilmişdir. Bu gün isә bütövlükdә çağdaş filologiya, ayrılıqda mәtn dilçiliyi vә digәr 

linqvistik  nәzәriyyәlәr  çox  geniş  bir  inkişaf  yoluna  çıxmışdır.  Vә  sözügedәn  dillәrin  bir  çoxu 

rәsmi  dövlәt  dili  statusu  qazanaraq  artıq  hәmin  linqvistik  nәzәriyyәlәrin  işığında  elektronik 

işlәnilmә  mәqamlarına  görә  dә  öyrәnilir.  Bununla  bәrabәr,  türk  dillәri  mәtnlәri  dünyanın 

qavramlar  xәritәsindә  mürәkkәb  işarәlәr  sistemlәri  olaraq  yeni  dil-işlәnilmә  kәmiyyәtlәri  vә 

keyfiyyәtlәri  qazanır.  Bütün  bunlar  isә  “Mәtn  vә  ya  mәtnlәrarası  üslubiyyat”  kimi  bir  fәnnin 

ortaya çıxmasını şәrtlәndirir.  

 Ümumtürk әdәbi mәtninin tәşkilindә әsas linqvistik amillәrdәn biri sәviyyәsindә MSB 

özünü  göstәrir.  MSB  bir  kommunikativ  dil-danışıq  bütünlәşmәsi  vә  ya  kәsiyi  olaraq 

sәrhәdlәrinin,  funksional  xarakterli  kompozisiyasının,  formal  mәtnqurucu  göstәricilәrinin  vә 

mәna  özәlliklәrinin  üslubi  baxımdan  öyrәnilmәsi  ilә  dә  seçilir.  O,  aşağıda  bәhs  edәcәyimiz 

“mәtnlәrarası  kontekstdә  gerçәklәşәn  üslubiyyat”  (Seçdirmә  bizimdir-  M.  M.)  baxımından 

işıqlandırılması  ilә  isә  retprosperspektivel  vә  interospektivel  aspektlәrdә  araşdırma-öyrәnilmә 

sәciyyәsi daşıyır. 




266 

 

XIX yüzilin әvvәllәrindәn etibarәn öncә heca, sonra isә sәrbәst şeirlә vә nәsrlә yazılan, 



yeni  bir  nәql  etmә  hadisәsinә  vә  ya  dil-danışıq  sisteminә  söykәnәn  müasir  türk  әdәbi  dillәri 

ortaya  çıxır.  Bunlar  müәyyәn  milli  vә  etnik  özәlliklәri  ilә  daha  çox  sayılarda  vә  әdәbi-filoloji 

istiqamәtlәrdә tәşәkkül tapır. Bu türk әdәbi dillәri bir-birindәn başından etibarәn hәm dә üslubi-

sintaktik  özәlliklәri  ilә  fәrqlәnir.  Bununla  da  istәr  makromәtn,  istәrsә  dә  mikromәtn 

sәviyyәlәrindә gerçәklәşәn üslubi-leksik, üslubi-frazeoloji, üslubi-qrammatik vә üslubi-sintaktik 

yarımsistemlәr  bütünü  yaranır.  Vә  getdikcә  dә  bu  bütünün  uyğun  mәtnlinqvistik  kateqoriyaları 

müәyyәnlәşir.  Ayrı-ayrı  müәlliflәrin  ümumi  vә  konkret  dil-üslub    vә  nәhayәt  günümüzdә  isә 

sinxronik  vә  diaxronik  xarakterli  “mәtnlәrarası  (intertekst  vә  intertekstual)    üslubi  kontekst”dә 

(Seçdirmә bizimdir-M.M.) gerçәklәşәn yeni fәrdi-intellektual yaradıcılıq üslubları ortaya çıxır ki, 

bunlar da çağdaş әdәbiyyatşünaslıq elmindә postmodernist üslublar vә ya әdәbi cәrәyanlar olaraq 

sәciyyәlәndirilir. Bu vәziyyәt MSB-nin indiyә qәdәrki tәdqiqinin vә onun bir kommunikativ dil-

danışıq  bütünlәşmәsi  vә  ya  kәsiyi  olaraq  sözügedәn  fәrdi-intellektual  üslublarda  işlәnilmәsinin 

konseptual olaraq dәyәrlәndirilmәsini şәrtlәndirilir. Vә hәmin dәyәrlәndirilmә isә daha geniş bir 

әdәbi-filoloji kontekstdә aparılır. 

 

3.2.2. Azәrbaycan türk mәtninin üslubi-linqvistik tәhlili 

XX  yüzildә  sözügedәn  әdәbi  dillәrdә  vә  onların  mәtnlәrindә  güclü  bir  tarixi-filoloji 

dәyişmә  prosesi  başlayır.  XXI  yüzildә  isә  ümumtürk  әdәbi  mәtni  artıq  nәtnlәrarası  әlaqәlәr 

kontekstindә  inkişaf  edәrәk  formalaşır.  Azәrbaycan  türk  әdәbi  mәtnindә,  tarixi  vә  müasir 

mәtnlәrarası kontekstdә gerçәklәşәn konseptual-intellektual mahiyyәtli nәql etmә hadisәsinin ilk 

örnәklәri  ortaya  çıxır.  Sözügedәn  örnәklәri  Kamal  Abdullanın  әsәrlәrinin  makromәtnlәrindә  dә 

müşahidә  edә  bilәrik.  Mәsәlәn,  “Yarımçıq  әlyazma”  romanında  әsәrin  süjet  xәttini  tәşkil  edәn 

yarı mifoloji, әdәbi-tarixi sәciyyәli hadisәlәr vә novellavari gedişatlar yazıçının kәndinә mәxsus 

bir  Oğuz  türkcәsi  ilә  nәql  edilir.  Daha  doğrusu,  XI-XIV  yüzillәrdә  Anadolu-Qafqaz 

coğrafiyasında  işlәnilәn  Oğuz  türkcәsi  ilә  günümüz  Azәrbaycan  türkcәsi  arasında  konseptual-

linqvistik sәciyyәli әdәbi paralellik qurulur. Belә bir konseptual-intellektual açıqlanma gerçәkliyi 

vә әdәbi-linqvistik paralellik epik vә nağılvarı sәciyyәli söylәm-diskurs anlatımı vә ya şifahi nәql 

etmә  hadisәsi    әsnasında  hәyata  keçirilir.  Mәsәlәn,  Kamal  Abdullanın  “Yarımçıq  әlyazma” 

romanı mәtninin anlatımına epik sәciyyәli müәllif nәql etmәsi ilә gerçәklәşәn bir bәdii açıqlanma 

xasdır.    Müәllifin  bәdii  dünyasını  vә  tәxәyyülünü  tәşkil  edәn  qavramlar  qәdim  Oğuz-Türk 

arxetipik  qәhrәmanları  vә  sonraki  Şah  İsmayıl  Xәtai  bәdii  yaradıcılığı  vә  dövlәt  fәaliyyәti 

sәhnәlәri  ilә  bağlantılıdır.  Vә  bunlar  günümüz  gerçәkliklәri  ilә  konseptual  bir  paralellik  tәşkil 

etmәkdәdir. Milli-mәnәvi dәyәrlәri ifadә edәn hәmin qavramlar öncә müәllif tәxәyyülündә dәrk 

olunur,  bәdii-semiotik  bilgi  vә  intellektual  bilik  olaraq  oxucuya  ötürülür.  Mәhz  hәmin 

qavramlardan hәrәkәtlә müxtәlif dil-üslub vasitәlәri vә konkret mәtnqurucu faktorlarla koqnitiv-

konseptual  müstәvidә  Türk,  İslam  vә  Azәrbaycançılıq  tәfәkkürü  fenomeni  açıqlanır.  Yazıçının 

“Sehrbazlar  dәrәsi”  әsәrinin  mәtnindә  isә  anlatım  nağılvarı  bir  üslubla  yerinә  yetirilir.  Daha 

doğrusu, hәr iki әsәrin mәtnindә fonetik, morfoloji, leksik vә frazeoloji dil-danışıq vasitәlәri XI-

XIV  vә  XX-XXI  yüzillәr  arasında  mövcud  olmuş  ümümtürk  mәtnlәri  arası  tarixi  kontekstin 

konseptual-intellektual  mahiyyәtinә  vә  dil-danışıq  üslubuna  uyğun  olaraq  işlәnilir.  Söz 

birlәşmәlәri,  cümlә  vә  mürәkkәb  sintaktik  bütövlәr  isә  sözügedәn  mәtnlәrdә  dialoji-çәrçivәli 

kontekstual sıralanma, tәkrarlı vә qafiyәli ümumtürk mәtninin sintaktik bütövdәn-bütövә açılımı 

arxetektonikası әsasında qurulur.   

 Mәtn  üslubiyyatı,  hәr  şeydәn  öncә,  hәr  hansı  bir  mәtnin  yazıldığı  dilin  dil-danışıq 

potensialına görә öyrәnilir. Bir mәtnin başqa bir qohum olmayan dilә çevrilmәsi nәticәsindә  isә 

hәmin  mәtnin  üslubi  özәlliklәrinin  tәrcümә  nәzәriyyәsi  vә  praktikasına  görә  araşdırılması 





Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   171


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə