M. M. Musayev



Yüklə 3,61 Mb.

səhifə117/171
tarix20.09.2017
ölçüsü3,61 Mb.
1   ...   113   114   115   116   117   118   119   120   ...   171

281 

 

Sәn axtardığını itirmәyiblәr. 



Nәlәr arzuladıq, nәlәr qazandıq, 

Hәlә nәlәri dә itirәcәyik. 

Yollara sarılıb biz dә uzandıq, 

Hara gәlib çatdıq belә tәlәsik? 

De mәnә varmıydın, ya bәlkә yoxdun? 

De mәnә, yuxudu bәlkә bu dünya? 

Bu bulaq suyunda sәnmiydin axdın? 

Bu bulud apardı sәni haraya? 

Vaxt gәlir, hәr şeyin yetişir sonu

Bu nәydi qurtardı, yox oldu, getdi? 

Bu da bir hәyatdı, oynadıq onu, 

Bu da bir oyundu, yaşadıq bitdi. 

Yollar getdi üzü dağa, 

Yoxuşlar enişlәrdәn çox. 



Kimsә yox xatırlamağa, 

Unutmağa da kimsә yox”. 

Şeir, yuxarıda da göstәrildiyi kimi, Kamal Abdullanın çox müxtәlif әdәbi-bәdii növlәrdәn 

tәşkil  olunan  böyük  mәtninә  bir  mәtnlinqvistik  “meta  göndәrmә”  (Seçdirmә  bizimdir-  M.M.) 

sәciyyәsi  daşıyır.  Bu  şeir  bütövlükdә  mәtnlinqvistik  xarakterli  altgöndәrәn  vә  ya  altgöndәrimli 

(anafora),  eşgöndәrәn  vә  ya  eşgöndәrimli  (koranafora,  korkatafora)  faktorları  ilә  eyni  bir 

sistemdә yer alan konkret bir kataforik göstәrici olaraq da dәyәrlәndirilә bilәr

41

.  


Kamal  Abdullanın  elmi,  әdәbi-bәdii,  publisistik  vә  tәrcümәçilik  fәaliyyәti  bötövlükdә 

böyük bir mәtnlәrarası (intertekstual) metamәtndir. Sözügedәn mәtnin qavramlar dünyasının nәql 

edәni  vә  ya  yazarı,  şübhәsiz  ki,  Kamal  Abdullanın  özüdür.  Kamal  Abdullanın  özünә  mәxsus 

bәdii  qavramlar  dünyası  vә  sözügedәn  dünyaya  görә  mövzuları  vә  әdәbi-bәdii  obrazları  ilә 

kamillәşdirilәn tematik qavramlaşdırma prosesi vә buna bağlı olaraq gerçәklәşdirilәn konkret bir 

kateqoriyalaşdırma  çәrçivәsi  vardır.  Mәhz  bütün  bunlar  sözügedәn  mәtnin  birinci,  başqa  bir 

sözlә,  düşünәn  vә  ya  verici  (adresant)  olan  “Kamal  Abdulla  tәfәkkür  vә  tәxәyyül  fenomeni”ni 

(Hacılı  2010:  3)  vә  ya  komponentini  tәşkil  edir.  Sözügedәn  mәtnin  ikinci  komponenti 

qavranılandır  vә  ya  yazarın  geniş  oxucu  kütlәsinә  tәqdim  etdiyi  әsәrdir  vә  әsәrdә  ifadә  edilәn 

fikirdir.  Üçüncü  komponent  isә  dinlәyәndir,  oxucudur,  alıcıdır  vә  ya  millәtlәrarası  linqvistik 

terminologiya  ifadә  etsәk,  adresatdır.  Kamal  Abdulla  mәtnindә  yer  alan  hәr  hansı  bir  fikir 

oxucusunun  qavrayışında  yeni  bir  semiotik  mәkan  vә  ya  semiosfera  yaradır.  Bu  isә  oxucunu 

çevrәsindәki  bütün  olub-bitәnlәri,  gәlib-keçәnlәri,  özәlliklә  dә  maddi-mәnәvi  bәzi  gәlişmәlәri 

sorğulamağa vә ya sorğu-suala tutmağa sövq edir.  

Müxtәlif  dil-danışıq  mәlumatları,  әdәbi-bәdii  modellәşdirmәlәr,  arxetipik-prototipik 

obrazlar  vә  müәllif  gerçәkliklәri  bu  gün  müasir  filologiya  elmindә  fәrqli  şәkildә  izah  olunur. 

Onlar klassik sәciyyәli әvvәlki filoloji әsәrlәrdәki kimi sadәcә dәrindәki quruluşdan vә invariant-

                                                 

41

Yun.  “anaphora”  termini,  yuxarıda  da  göstәrildiyi  kimi,  önә  vә  arxaya  göndәrәn  vә  ya  ön  vә  altgöndәrimli 



mәtnlinqvistik  göstәrici anlamını  ifadә edir.  “Catarhoric reference”  termini, önә  göndәrmә  faktoru  vә  ya öngöndәrimli 

göstәrici  mәnasına  gәlir.  “Anaphorik  reference”  termini  önә  vә  arxaya  göndәrmә  faktorunu  bildirir.  Koranaforiklik  ve 



korkataforiklikco-reference terminlәri isә mәtnin hәm yuxarı, hәm dә aşağı parçalarına mәtnlinqvistik göndәrmәni hәyata 

keçirdәn faktorlar olaraq bilinir (LES 1900: 32; Dilçilik ensiklopediyası 2006: 49, 321; Musayev 2011: 276).  

 

 

 




282 

 

variant  dәyişmәlәrindәn  hәrәkәt  edilәrәk  öyrәnilmir.  Modern  filoloji  araşdırma  vә  tәdqiqatların 



sadәcә mәna//funksiya//quruluş istiqamәtindә yerinә yetirilmәsi dә qәnaәtbәxş hesab olunmur.

42

 



Hәmin  filoloji  araşdırmalarda  vә  monoqrafik  tәdqiqatlarda  dil-danışıq  faktorları  vә  әdәbi-bәdii 

gerçәklәşdirmәlәr  artıq  dünyanın  qavramlar  xәritәsindәn  hәrәkәt  edilәrәk,  konseptual-diskursiv 

kontekstlәrdә  işıqlandırılır.  Bu  baxımdan  Kamal  Abdullanın  “Unutmağa  kimsә  yox”  romanı 

mәtninin  qavramlar  dünyası  da  sözügedәn  meta  kontekstdә  konseptual  olaraq  öyrәnilmәlidir. 

Bundan  başqa,  türk-islam  mәdәniyyәti,  tәfәkkür  vә  düşüncә  sisteminә  bağlı  olan  qavramlar 

dünyası  özәlliklәri  dә  hәmin  araşdırma-öyrәnilmә  istiqamәtindә  çox  ciddi  nәzәrә  alınmalıdır. 

Sözügedәn  qavramlar  dünyasının  başlanğıc  sәciyyәli  ayrı-ayrı  fenomenal  çevrәlәrinin  (frame), 

uyğun  çevrәlәnmәlәrinin  vә  ya  sәhnәlәri  vә  qavramlaşdırmalarının  isә  aşağıdakı  şәkildә 

sıralandırılaraq adlandırılılmasının uyğun olduğu qәnaәtindәyik:    

-Tanrı haqqı, axirәt, qәdәr; 

-Qardaşlıq, qonşuluq әlaqәlәri

-Ailә  müәssisәsinin  müqәddәsliyi,  davamlılığı  vә  Türk-İslam  düşüncәsi  әsasında 

söykәndiyi bakirәlik, bakir vә bakirә anlayışları;  

-Qәhrәmanlıq, qorxmazlıq, mәrdlik vә cәsarәt;  

-Sevgi, mәhәbbәt, eşq vә gözәllik;  

-Qonaqpәrvәrlik, qonaqsevәrlik vә ya qonşun ac ikәn rahat ola bilmәmәk duyğusu; 

-Әmanәt, sәdaqәt, etibar vә güvәn; 

-Şәhidlik, qazilik, qәhrәmanlıq dәrәcәlәri vә ya yüksәk mәrtәbәlәri; 

-Sәbr vә tәvәkkül vә s.  

Sözügedәn qavramlar ümumtürk mәtninin poetik-folklorik tәhkiyәsindә X-XI yüzillәrdәn 

etibarәn  konseptual  vә  tәhtәlşüur  olaraq  ifadә  olunmaqdadır.  Onlar  Kamal  Abdulla  mәtninin 

bәdii  yaradıcılıq  kontekstindә  “Türklük  düşüncәsi”  vә  “Azәrbaycançılıq”  mentalitetinә  uyğun 

gәlәn üst vә alt qavramlara bağlı olaraq qavramlaşdırılmaqdadır. Bu isә müәllifin özünә mәxsus 

bir semantik yaradıcılıq sisteminin, gerçәkliyinin vә әdәbi-bәdii dilinin tәşәkkülünә yol açmışdır. 

Qeyd  olunmalıdır  ki,  mәhz  hәmin  dil  bir  zamanlar  әdәbi  tәnqidimizdә  yaxşıca  anlaşılmamış, 

ağırlaşdırılmış  vә  daranmamış  bir  dil  kimi  çox  geniş  mübahisәlәrә  sәbәb  olmuşdur  (Sәlcuq 

2005:190).  Ancaq  sözügedәn  dil  lap  başdan  çıxarma-yalın  vә  mürәkkәb  cümlәlәrlә  bәrabәr, 

kulturoloji sәciyyәdәki digәr ağır dil laylarının da özünә mәxsus bir şәkildә hәrәkәtә gәtirilәrәk 

işlәnilmәsilә fәrqlәnmişdir. Hәmin dil vә üslub, hәr şeydәn öncә, dil vә özәl mәtnqurucu semiotik 

işarәlәrin bir çox halda bir-birinin üstünә düşmәsi ilә seçilmişdir. Bunun nәticәsindә isә yazıçının 

bәdii qavramlar dünyasının ifadәsinә bağlı olaraq gerçәklşәn orijinal bir mәtnlinqvistik sıralanma 

vә buna bağlı olaraq tematik mәzmun ardıcıllığının açılımı ortaya çıxmışdır. Cümlәlәrin mәtndә 

belә bir linqvistik sintaqm  sistemi  ilә  yerlәşmәsi, sintaktik sıralanması  vә bütövlükdә  yazıçının 

әdәbi-bәdii dili bu günün Azәrbaycan әdәbi diskursunda artıq öz mütlәq uyğunluğunu sübut edә 

bilmişdir.  Kamal  Abdulla  mәtninin  qavramlar  vә  ya  qavrayışlar  dünyası  özünә  mәxsus  olan 

konseptual  rәngarәngliyi  ilә  dә  seçilmәkdәdir.  Bu  rәnglәr  vә  konseptual  cizgilәrin  bir  çoxu 

Kamal  Abdulla  mәtnindә  alt  sәviyyә  vә  faktorları  ilә  artıq  qavramlaşdırılmışdır.  Sözügedәn 

qavramlaşdırmalar  vә  ya  yozumlamalar  konseptual-psixoloji  yönlәri  ilә  bilavasitә  müәllifin 

özünә aiddir. Hәmin müәllif qavramlaşdırmalarına isә konkret oaraq aşağıdakılar aid edilә bilәr:   

-

Dolğun an;



 

                                                 

42

Burada  quruluşdan  mәnaya  vә  funksiyaya  vә  funksiyadan  vә  mәnadan  quruluşa  vә  hәr  ikisindәn  dә  bir-birinә 



istiqamәtlәrindә  gerçәklәşdirilәn  vә  günümüzdә  artıq  klassik  sayıla  bilәcәk  araşdırmalar  vә  müxtәlif  tәdqiqatlar 

nәzәrdә tutulur.   

 





Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   171


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə