M. M. Musayev



Yüklə 3,61 Mb.

səhifə122/171
tarix20.09.2017
ölçüsü3,61 Mb.
1   ...   118   119   120   121   122   123   124   125   ...   171

291 

 

poetik  bir  vüsәtlә  işlәnilmişdir.  Konseptual  oxşarlıq  baxımından  hәmin  şeir 



qipertematik  parametrlәrinә  görә  mәşhur  türk  yazıçısı  Ömәr  Seyfәddinin  (1886-

1920) “Başını vermәyәn şәhid” adlı hekayәsi ilә müqayisә oluna bilәr.  



Qeyd:  “Baş,  şәhid,  kötük”  leksik  vahidlәri  hәm  dil,  hәm  dә  özәl 

mәtnqurucu işarәlәr olaraq sadәcә Azәrbaycan vә ümumtürk әdәbiyyatında deyil, 

dünya  әdәbiyyatı  semiotik  mәkanında  geniş  işlәnilmәkdәdir.  Müqayisә  et:  Mayn 

Ridin “Başsız atlı” romanının adı. 

Ömәr Seyfәddinin sözügedәn hekayәsindә   “vәtәn//din//ucalıq//şәhidlik vә 

böyük  Yaradana  sevgi”  qavramı  işlәnilmişdir.  Әsәrin  mövzusu  Osmanlı  tarixi  ilә 

әlaqәdar  olan  vә  “Peçәvi  tarixi”  adı  ilә  adlandırılan  tarix  kitabındakı  kiçik  bir 

dastan-әfsanәdәn  alınmışdır.  Dastanın  qәhrәmanlarından  Dәli  Mehmet  açıq 

meydan  savaşında  şәhid  düşür,  ancaq  başını  düşmәnә  vermir,  әbәdiyyәtә  başı  ilә 

bәrabәr qovuşur. Şәhidin başını düşmәnә vermәmәsi hadisәsini döyüş meydanında 

olanlardan  sadәcә  iki  nәfәr  görür.  Әsәrin  dastandakı  prototipi  Kuru  Kadı  vә  Dәli 

Mehmetin yaxın dostu vә silahdaşı Dәli Xosrov. Bu, onların da şәhid olacaqlarının 

bir  müjdәsidir.  Bütün  bunlar,  әlbәttә  ki,  Tanrının  şahidliyi  ilә  baş  verir.  Çünki, 

böyük Yaradan hәr şeyi görәndir, bilәndir vә eşidәndir… 

“Başı  kәsilәn  gözәl  kötük”  şerindә  dә  “vәtәn//ucalıq  vә  vәtәn  sevgisi” 

qavramı  oxşar  bir  koqnitiv-konseptual  müstәvidә  işlәnilir.  Ancaq  burada  şәhid 

düşәn  Vәtәn  özü  olsa  da,  bu  şәhidlik  bir  son  deyildir.  Bu  şәhidlik  sonun 

başlanğıcıdır! 

Başı  kәsilәn  gözәl  kötük  burada  şәhid  düşәn  Vәtәnin  timsalı  vә  ya 

işarәsidir.  Uzun  sürәn  bu  şәhidlik  әsnasında  Vәtәnә  çox  dağ  çәkilmiş,  balta  (çox 

vaxt sapı özümüzdәn olan baltalarla) vurulmuş, bıçaq çәkilmişdir. Onun ipәk-ipәk 

yarpaqları  külәklәrlә  talanmış,  bilәk-bilәk  odunları  ocaqlarda  qalanmış,  ululuğu-

böyüklüyü  danılmış,  gözdәn  salınmışdır.  Başı  kәsilәn  gözәl  kötük  “Vәtәn 

ucalığı”ndan  yıxılmışdır.  Ancaq  o  yıxılsa  da  tükәnmir,  kәsilmiş  başını  düşmәnә 

vermir!  

Uzun sürәn bu şәhidlikdә bir yüksәliş ifadә olunur. Digәr körpәlәr, fidanlar 

Vәtәnin ucalığına yüksәlir. Sözügedәn ucalıq bütün әzab-әziyyәtlәrә, zülmlәrә, ağrı 

vә acılara baxmayaraq sonsuza qәdәr mövcuddur, әbәdidir vә  әvәzedilmәzdir. Bu, 

serin son misralarında çox açıq bir şәkildә ifadә olunur: 

 

Gözәl kötük, 

 yaraların köz bağlasın, sağalsın,  

Bu dünyada nә baltalar, 

 nә bıçaqlar qalacaq. 



292 

 

Ucalıqdan yıxılsan da,  



yenә canın sağ olsun, 

Bu dünyada 

 sәn yıxılan ucalıqlar qalacaq… 

Başı  kәsilәn  gözәl  kötük  sahib  olduğu  ucalıqdan  yıxılsa  da,  ucalıqlar 

yerindәdir! Vә şair dә başı kәsik gözәl kötüyün yanındadır! Balası onun balasıdır, 

daşı  onun  yanındadır,  çünki  daş  yerindә  ağırdır.  Başı  onu  köksündәdir,  çünki 

gecәlәr onun hәzin laylasıyla şirin yuxuya gedir! Şeir aşağıda konseptual-linqvistik 

özәlliklәri ilә tәhlil olunur. 



                                           Başı kәsik gözәl kötük 

 



 Başı kәsik gözәl kötük, 

bu dağı sәnә kim çәkdi? 

Baltanı sәnә kim vurdu

bıçağı sәnә kim çәkdi? 

İpәk-ipәk yarpaqların 

külәklәrlә talandımı? 

Bilәk-bilәk budaqların 

ocaqlarda qalandınmı? 

Küsdünmü taleyin acılığından? 

Zalımlar keçmәdi qocalığından, 

Yıxıldın ucalığından, 


293 

 

başı kәsik gözәl kötük… 



 



Gözәl kötük, sızıldama, göynәmә, 



 nә baltalar, nә bıçaqlar qalacaq. 

Ucalıqdan yıxılsan da, qәm yemә, 

 sәn yıxılan ucalıqlar qalacaq. 

 



Dünyanın külәyi keçәr. 

qarı, yağışı keçәr, 

Qatar-qatar quşu keçәr, 

Daş atarlar, daşı keçәr 

sәn yıxılan ucalıqdan. 

Ümidli gözlәr dikilәr, 

Körpә ağaclar yekәlәr, 

Yekәlәr, qalxar, dikәlәr 

sәn yıxılan ucalığa… 

 



Mәndәn sәnә salam olsun,  

başı kәsik gözәl kötük! 


294 

 

Balam olsa, balan olsun,  



başı kәsik gözәl kötük. 

 



Әyilim, köksünә başımı qoyum,  

gecәlәr laylamı çalasan mәnim. 

Böyründә bir evin daşını qoyum, 

Evimin dirәyi olasan mәnim. 

 



Gözәl kötük, 

yaraların köz bağlasın, sağalsın,  

Bu dünyada nә baltalar, 

nә bıçaqlar qalacaq. 

Ucalıqdan yıxılsan da,  

yenә canın sağ olsun, 

Bu dünyada 

 sәn yıxılan ucalıqlar qalacaq…(Rövşәn 2006:11-12). 

Sözügedәn  bәdii  mәtn  örnәyi  altı  mürәkkәb  sintaktik  bütövdәn  ibarәtdir. 

Burada  da  sintaktik  bütöv,  abzas  vә  tәhlil  olunan  şerin  bәndlәrinin  sәrhәdlәri 

mәtnlinqvistik  baxımdan  bir-biri  ilә  üst-üstә  düşür.  Şerin  ikinci,  dördüncü  vә 

beşinci  bәndlәri  sadә  quruluşlu  mürәkkәb  sintaktik  bütövlәrdәn  ibarәtdir.  Çünki, 

hәmin mürәkkәb sintaktik bütövlәrin hәr biri ikikomponentlidir.  






Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   171


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə